Məhkəmə qərarları › İş №2-1(103)-2730/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2730/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2730/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X3rşı iş üzrə (Açar sözlər: diplomun üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X3rşı “diplomun üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 mart 2024cü il tarixli, 2-1(112)-5359/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X5 Universitet” MMC (halhazırda "xxxx" MMC) tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, TOTU № 000942 nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ildə Gürcüstanın “X5 Universitet” MMC-də (hal-hazırda "xxxx" MMC) “X1” gürcü dili bakalavr tədris proqramına qəbul olunmuşdur. Tədris gürcü dilində aparılsa da, ancaq proqramın daha yaxşı mənimsənilməsi üçün təhsil Azərbaycan dilli Professor-müəllimləri tərəfindən aparılmışdır. İddiaçı 2020-ci ildə həmin universiteti bitirmişdir. İddiaçıya həmin universiteti bitirməyinə dair Humanitar və Sosial Elm Məktəbi şurasının 26 iyun 2020-ci il tarixinin 7 nömrəli qərarı ilə İqtisadiyyatda Sosial Elmin bakalavr kvalifikasiyası və TOTU № 000942 nömrəli bakalavr diplomu verilmişdir. İddiaçı tədris müddətində həmin ali təhsil müəssisəsinin yerləşdiyi ölkədə olmuş və tədris olunmuş fənlər üzrə keçirilən imtahanlarda iştirak etməklə müvəffəq qiymətlər almışdır. İddiaçı tələb olunan sənədləri əlavə edərək həmin diplom üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan ali ixtisasın tanınmasından və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamə verməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nm 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 (iyirmi) həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarınm tanınması Qaydalarının 4.1.5-cı bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Göründüyü kimi cavabdeh inzibati orqan imtinasını iddiaçının ali təhsil aldığı müddətdə xarici ölkənin ərazisində az müddət olmağı ilə əlaqələndirmişdir. Halbuki həmin əlaqələndirmə heç bir halda əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, iddiaçı tərəfindən müvafiq sənədlər təqdim edilərkən eyni zamanda “X5 Universitet” MMC-nin (hal- hazırda "xxxx" MMC) xx.xx.2022-ci il tarixli, 3664 nömrəli Arayışı da təqdim edilmişdir. Həmin arayışda göstərilmişdir ki, “X5 Universitet” MMC-nin Tədris prosesini tənzimləyən qaydanın” 14-cü maddəsinin birinci bəndinin 1.1-ci altbəndinə əsasən “İştirakın son qiymətləndirmədə heç bir faizli hissəsi yoxdur”, bu tələbəyə tədris proqramının tədris layihə ilə nəzərdə tutulan əlavə saatlarda iştirak etmək öhdəliklərindən azad edir. Həmin akta müvafiq olaraq tələbə krediti almaq üçün lazımlı balları 3-cü bəndin 3.4-cü və 3.6-cı altbəndləri ilə nəzərdə tutulan qiymətləndirmənin öhdəlik komponentləri- aralıq və nəticə imtahanlarının müvəffəqqiyətlə mənimsəmək vasitəsi ilə yığa bilər. Ancaq bununla bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı əsaslandırma aparılmamış, ümumi fikir bildirilməklə, konkret olaraq hansı müddətdə onun tədris prosesindən kənarda qalmağına dair konkret fakta istinad olunmamışdır. İddiaçı müvafiq hərəkətin edilməsi, yəni diplomun ekvivalentliyinin tanınması ilə bağlı qanunla tələb olunan sənədləri cavabdehə təqdim etmişdir. Digər tərəfdən cavabdeh inzibati orqan iddiaçının təhsil almağı üçün tələb olunan müddətin necə müəyyən edilməsi, bununla bağlı əlavə araşdırma aparılıb aparılmamasına dair heç bir mövqe nümayiş etdirməmiş və belə görünür ki, imtina ehtimala əsaslanmaqla icra edilmiş, tədris müddətində iddiaçının Universitetdə tədris prosesində hansı səbəbdən olub-olmadığını müəyyən etmək üçün əlavə sübutların əldə edilməsi təmin edilməmiş, nəticədə iddiaçının hüququnu pozan hərəkətə yol verilmişdir. Cavabdehin imtina üçün gətirdiyi dəlillə, yəni iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyinin qeyri-mümkün olması barədə dəlili ilə həm də ona görə razılaşmır ki, “COVİD 19” pandemiyası ilə bağlı sərhədlər bağlı olduğundan bütün universitetlər distant təhsilə keçdiyindən, iddiaçı da təhsilini distant təhsil formasında davam etdirmişdir. İddiaçı da bu səbəbdən dərslərdə fiziki olaraq iştirak etməsə də, onlayn qaydada iştirak edərək, onun üçün tərtib edilmiş fərdi tədris planına uyğun olaraq həmin akademik borclarını ləğv etmişdir. İddiaçı hesab edir ki, qeyd edilənlər diplomun tanınmasından imtina üçün əsas deyildir və belə halların mümkünlüyü dövlətdaxili qanunvericilikdə nəzərdə tutulmuşdur, dövlət standardlarına uyğundur. Belə ki, “Ali təhsil müəssisələrinin bakalavriat və magistatura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının və magistatura səviyyəsində kredit sistemi ilə təşkili” Qaydaları ölkə ərazisində kredit sistemi əsasında təşkil olunmuş tədris-prosesinin xüsusiyyətlərini müəyyən edir. Həmin xüsusiyyətlərdən biri hər bir təhsilalanın (tələbənin) fərdi tədris planının olmasıdır. Həmçinin, Qaydalarda qeyd edilmişdir ki, hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir. Həmçinin, sözügedən Qaydalarda “akademik borcu olan tələbə” - terminindən istifadə edilmiş və ona belə bır anlayış verilmişdir kı, “akademik borcu olan tələbə” - fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir. Göründüyü kimi, istinad olunan Qaydalarda akademik borcların tədris prosesində yaranmasının və onların ləğv edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Bundan əlavə, “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının 2.17-ci bəndində qeyd edilmişdir ki, ixtisaslar üzrə təhsil proqrämlarmda nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr (əsas (baza ali) tibb təhsilində “həkim”) ali peşə-ixtisas dərəcəsi verilir. İstinad olunan müddəaların təhlili onu deməyə əsas verir ki, Azərbaycanda təşkil olunan təhsilin dövlət standartlarına görə bakalavriat təhsili kredit sistemi əsasında təşkil olunur, tədris prosesində tələbəyə fərdi tədris planı hazırlanır, tədris çərçivəsində bu və ya digər səbəbdən akademik borc yarandıqda daha sonra ləğv etmək mümkündür, yalnız tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə, yəni ixtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı ilə “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Qeyd olunan müddəaların işin hallarına tətbiqi zamanı belə nəticəyə gəlmək olur ki, iddiaçının akademik borcu yaransa da, onun üçün tərtib edilmiş fərdi tədris planına uyğun olaraq həmin akademik borcları ləğv edilmişdir. İddiaçıya “X5 Universitet” MMC (hal-hazırda "xxxx" MMC) tərəfindən verilmiş TOTU № 000942 nömrəli diplom və diploma əlavə də bu halı təsdiq edir.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, İddiaçı Təhsildə X2rşı Gürcüstanda yerləşən X5 Universiteti tərəfindən “İqtisadiyyat üzrə sosial elmlər” ixtisası üzrə diplomunun Azərbaycan Respublikasının ərazisində tanınması vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə məcburetmə tələbi ilə iddia qaldırmışdır. İddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə xx.xx.2023-cü il tarixində elektron ərizə sistemi vasitəsilə Agentliyinə müraciət etmişdir. Cavabdeh orqan onun müraciəti üzrə aparılan inzibati icraat zamanı iddiaçının xarici ali təhsil aldığı ölkədə müddətinin aşağıdaki kimi olduğunu müəyyən etmişdir: 2016/2017-ci tədris ili üzrə - 2 ay 9 gün, 2017/2018-ci tədris ili üzrə -1 ay 6 gün, 2018/2019-cu tədris ili üzrə -13 gün, 2019/2020-ci tədris ili üzrə - İ semestr 25 gün, İİ semestr pandemiya dövrü ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2023-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh hesab edir ki, imtina qanuni və əsaslıdır. İddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir: - Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; - cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1 (102)- 265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1 (102)- 251/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları”na (bundan sonra - Qaydalar) uyğun olaraq həyata keçirilir. Sözügedən qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü iİ 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 30 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqrarm”nın 8.7.1 -ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramının 8.7.2-ci yarımbəndinə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından da göründüyü kimi, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.

4. Bakı İnzibati Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2-1(112)-5359/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, “X5 Universitet” MMC (hal-hazırda "xxxx" MMC) tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, TOTU № 000942 nömrəli bakalavr diplom üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

5. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun olaraq əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə iddiaçının distant təhsil aldığını vurğulamışdır. İddiaçının da qeyd etdiyi kimi onun tədris müddətinin yalnız son ili “COVİD-19” pandemiyası dövrünü əhatə edir. Bu səbəbdən iddiaçı yalnız son tədris ilində distant texnologiyaların köməyindən istifadə etmişdir. Cavabdeh orqan bu halı müsbət hesab edərək son dövrü mübahisələndirməmişdir. Lakin bildirilir ki, iddiaçının pandemiyadan öncəki tədris müddətlərinə nəzər salınsa görülər ki, o, ilk 3 tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2023-cü il tarixli Qərarda qeyd edilmişdir ki, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1- ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.5ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 (iyirmi) həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1- ci bəndinə əsasən qərara alınmışdır:

1. Ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilsin.

2. Qərar məlumat üçün ərizəçiyə təqdim edilsin.

3. Qərardan onun hüquqi qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər.

10. Gürcüstan “X5 Universiteti” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli TOTU 000942 nömrəli Bakalavr Diplomuna əsasən Humanitar və Sosial Elmlər üzrə Fakültə Şurasının 7 saylı 26 iyun 2020-ci il tarixli qərarı ilə Ali (Əli) Abbasov İqtisadiyyat və Sosial Elmlər üzrə Bakalavr Dərəcəsinə layiq görülmüşdür.

11. "xxxx" MMC (“X5 Universiteti” MMC) tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 3664 nömrəli Arayışda qeyd olunmuşdur ki, İddiaçı (Ş. N **********5) birlik milli imtahanlardan keçmədən Gürcüstan Təhsil və Elm Nazirliyinin, təhsil hüququnun verilməsi haqqında 2016-cı ilin 705 nömrəli əmrinə əsasən 16 sentyabr 2016-cı il tarixində (Rektorun 02-129 nömrəli əmri) " X5 Universitet” MMC-də (hal-hazırda "xxxx" MMC)" X1” gürcü dilli bakalavr tədris proqramına qəbul olunub. Təhsil gürcü dilində aparılır, ancaq proqramı daha yaxşı mənimsəmələri üçün təhsil Azərbaycan dilli Professor-müəllimləri tərəfindən aparılır.

12. Humanitar və Sosial Elm Məktəbi şurasının 26 iyun 2020-ci il tarixinin 7 nömrəli qərarı ilə İddiaçı - İqtisadiyyatda Sosial Elmin bakalavr kvalifikasiyası və TOTU N 000942 nömrəli bakalavr diplomu verilib. "X5 Universiteti" MMC.-nin" Tədris prosesini tənzimləyən qaydanın” 14- cü maddənin birinci bəndin 1.1. -ci altbəndə əasən "İştirakın son qiymətləndirmədə heç bir faizli hissəsi yoxdur", bu tələbəyi tədris proqramının tədris layihə ilə nəzərdə tutulan əlagə saatlarda iştirak etmək öhdəliklərdən azad edir. Həmin akta müvafiq olaraq tələbə krediti almaq üçün lazımlı balları 3-cü bəndin 3.4-cü və 3.6-cı altbəndləri ilə nəzərdə tutulan qiymətləndirmənin öhdəlik komponentləri-aralıq və nəticə imtahanlarının müvəffəqqiyətlə mənimsəmək vasitəsi ilə yığa bilər. TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

13. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

14. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər. Odur ki, hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

16. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. -27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; -29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; -44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

17. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

18. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.

19. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır.

20. İddiaçının təhsil aldığı zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: -xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; -təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

21. Göründüyü kimi normativ hüquqi aktlarda xarici dövlətlərin ali təhsil sahəsində kvalifikasıyanın tanınması ilə bağlı müəyyən şərtlər, mənfi rəyin verilməsi üçün isə müvafiq əsaslar mövcud olmuşdur ki, hazırki iddia tələbi üzrə həmin əsasların olması müəyyən olunmur. İddiaçının ali təhsil aldığı Universitetin arayışından görünür ki, universitet tərəfindən iddiaçının həmin universitetdə təhsilini əyani formada alması, həmin universitetin tələbəsi və məzunu olması təsdiqlənmişdir. Cavabdehin 2016/2017-ci tədris ili üzrə - 2 ay, 9 gün, 2017/2018-cu tədris ili üzrə - 1 ay 6 gün, 2018/2019-cu tədris ili üzrə - 13 gün, 2019/2020-ci tədris ili üzrə - İ semestr 25 gün, İİ semestr pandemiya dövrü müddətində olduğundan İddiaçı diplom əlavəsində nəzərdə tutulan tədris yükünü yerinə yetirməsi qeyri-mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, həmin dəlil iddianın təmin edilməməsi üçün əsaslı hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələblərinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İddiaçının diplomuna əsasən müəyyən olunur ki, o, 240 AKTTS (Avropa Kredit və Toplanması Sistemi) kredit yığmışdır. Birinci instansiya məhkəməsi nəzərə almışdır ki, iddiaçının təhsil aldığı universitet (“X5 Universiteti” MMC/Alte MMC) tərəfindən verilmiş arayışdan da göründüyü kimi iddiaçı Abbasov X4 Təhsil və Elm Nazirliyinin, təhsil hüququnun verilməsi haqqında 2016-cı ilin 705 nömrəli əmrinə əsasən 16 sentyabr 2016-cı il tarixində (Rektorun 02-129 nömrəli əmri) "X5 Universitet” MMC.-də (hal-hazırda "xxxx" MMC) "X1” gürcü dilli bakalavr tədris proqramına qəbul olunub. Humanitar və Sosial Elm Məktəbi şurasının 26 iyun 2020-ci il tarixinin 7 nömrəli qərarı ilə İddiaçı - İqtisadiyyatda Sosial Elmin bakalavr kvalifikasiyası və TOTU 000942 nömrəli bakalavr diplomu verilib. "X5 Universiteti" MMC.-nin" Tədris prosesini tənzimləyən qaydanın” 14-cü maddənin birinci bəndin 1.1-ci altbəndə əsasən "İştirakın son qiymətləndirmədə heç bir faizli hissəsi yoxdur", bu tələbəyi tədris proqramının tədris layihə ilə nəzərdə tutulan əlavə saatlarda iştirak etmək öhdəliklərdən azad edir. Həmin akta müvafiq olaraq tələbə krediti almaq üçün lazımlı balları 3-cü bəndin 3.4-cü və 3.6-cı altbəndləri ilə nəzərdə tutulan qiymətləndirmənin öhdəlik komponentləri aralıq və nəticə imtahanlarinin müvəffəqqiyyətlə mənimsəmək vasitəsi ilə yığa bilər. Odur ki, məhkəmə müəyyən edir ki, İddiaçı təhsil aldığı universitet tərəfindən tələbənin iştirakın son qiymətləndirmədə heç bir faizli hissəsinin olmadığı, bunun tələbəni tədris proqramının tədris layihə ilə nəzərdə tutulan əlavə saatlarda iştirak etmək öhdəliyindən azad etdiyi bildirilmiş və müəyyən olunmuşdur ki, tələbə (iddiaçı) aralıq və nəticə imtahanlarını müvəffəqiyyətlə mənimsəyərək tələbə krediti almaq üçün lazımlı balları toplamış, nəticədə təhsil-peşə proqramını müvəffəqiyyətlə yerinə yetirərək universitetin Humanitar və Sosial Elmlər üzrə Fakültə Şurasının qərarı əsasında bakalavr təhsil dərəcəsi üzrə diplom (xx.xx.2020-ci il tarixli TOTU 000942 nömrəli) almışdır. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun aldığı tədrisin qanunvericiliyə uyğun həyata keçirilməsi, diplomun tanınmasının isə iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın tələbinə cavab verməsi şərtdir. İddiaçıya məxsus diplomun cavabdeh tərəfindən tanınmasından imtina üçün “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarda nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud olmamışdır. “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaranmamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır. Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.1-ci bəndinə əsasən peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənin tələbi ilə tətbiq edilir. Qaydaların 6.2-ci bəndinə əsasən bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı istiqamət (iqtisadiyyat və sosial elmlər) və əsas ixtisaslaşması (iqtisadiyyat) həmin Qaydaların əlavəsində nəzərdə tutulan peşə deyil. Odur ki, iddiaçının ixtisasının peşə tanınması zamanı onun müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilməsi zərurəti yoxdur. Beləliklə, tələbələrin (hazırkı halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və diplomun apostil olması, diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NKnin 2003-cü il 13 may tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır. Məhkəmə eyni zamanda qeyd edir ki, yeni Qaydalarda tələbinin təhsil müddətində həmin dövlətin ərazisində qüvvədə olmasına dair müddəa olsa da, əvvəlki qaydalarda qeyd edilən məcburi şərt mövcud olmayıb. İddiaçı isə təhsilini məhz əvvəlki qaydalar qüvvədə olduğu müddətdə bitirib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 22.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 23.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

24. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. 25.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2-1(112)-5359/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar