Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2731/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Açar söz:əlilliyin bərpası X3 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7720/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1.Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli, 4110003AABF4 nömrəli göndərişi əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı xx.xx.2017-ci il tarixdə əlillik vəziyyəti qiymətləndirilmiş, səbəbi: ümumi xəstəlik; Xəstəliklərin beynəlxalq təsnifatı: İX sinif - Qan dövranı sistemi xəstəlikləri = > İ20 -İ25 - Ürəyin işemik xəstəlikləri = > İ20 - Stenokardiya (döş inağı) = > İ20.1 - Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya; Diqanozun mətni: Ağırlaşma İ25.1 Ürəyin aterosklerotik xəstəliyi, Aterosklerotik kardioskeleroz. Sol mədəciyin xroniki anevrizması. Hidrotoraks. Hidroperikard. Əsas diaqnoz İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, stabil gərginlik stenokardiyası, F.S.İİİ, teztez tutmalarla. Ağırlaşma İ50 Ürək çatmamazlığı, ÜÇ İİİ, mədəcik ekstrasistoliyası. Yanaşı xəstəliklər İ11.0 (durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertonoya) xəstəlik (-yi), Hipertoniya xəstəliyi, ən yüksək risk; Meyar: 2.2 İkinci dərəcə əlillik = > 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0,İ13-İ13.2,İ20-İ25) 5 il müddətinə təyin edilmiş, növbəti müayinə tarixi: xx.xx.2022 göstərilmişdir. 2.Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, o fərdi reabilitasiya proqramının tərtibi məqsədi ilə təkrar müayinəyə dəvət olunmuş, bundan sonra əlillik təyinatı etibarsız hesab edilmişdir. 3.İddiaçı xx.xx.2020-ci il tarixli məktubla cavabdeh orqana müraciət edərək ləğv edilmiş İİ qrup əlilliyin yenidən bərpa edilməsini xahiş etmiş, iddiaçının müraciətinə cavab olaraq xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, apaılmış əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi olaraq iddiaçıya dair rəsmiləşdirilmiş 4110003AABF4 nömr\li göndəriş etibarsız hesab edilmiş və bu səbəbdən də həmin göndəriş əsasında təyin olunmuş əlillik təyinatı “əlillik” altsistemində etibarsız hesab edilmişdir. Qeyd edilmişdir ki, iddiaçının qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən müayinə olunacağı və göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun qiymətləndiriləcəkdir. 4.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri cənab Hidayət Abdullayevə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 843 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslığının araşdırılması ilə əlaqədar müraciətinizə baxılmışdır. Bildirilir ki, müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmağı xahiş edilmişdir. Sözügedən məktuba əlavə edilmiş on doqquz vərəqdən ibarət 843 nəfərin adının qeyd edildiyi siyahının 188-ci bəndində İddiaçı adı qeyd olunmuşdur. 5.Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 029-758-1221/12 nömrəli və xx.xx.2021-ci il tarixli, 029-1188-1221/12 nömrəli məktublarda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydaları”na əsasən DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan poliklinikalarının X1 tərəfindən əlillik dərəcəsinin təyin edilməsi üçün göndərişlər (Forma 88) DİN-in poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barədə tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və sağlamlığını itirmiş veteranlar barədə Forma 88 nazirliyin Xüsusi Həkim Komissiyasının tibbi şəhadətləndirilməsi əsasında tərtib edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, DİN-in poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri poliklinikalarda tibbi qeydiyyatda durmayan, XHK tərəfindən şəhadətləndirilməyən vətəndaşlar barəsində tərtib edilmiş göndərişlər əsasında əlillik təyinatları aparmış və buna görə də daxili işlər orqanlarında xidmətdən xaric edilmişlər. Qeyd olunanlara əsasən daxili işlər orqanlarında xidmət etməyən və DİN-in XHK tərəfindən şəhadətləndirilməyən şəxslər barədə tərtib edilmiş göndərişlər (Forma 88) etibarsız hesab edilmişdir. Birinci instansiya məhkəməsində birinci icraat 6.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə onun əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərinin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 7.İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə İddiaçı ikinci dərəcəli əlillik verilmişdir. Əlillik verilərkən diaqnoz belə olmuşdur: Ağırlaşma 125.1 ürəyin aterosklerotik xəstəliyi, aterosklerotik kardioskeleros. Sol mədəciyin xroniki anevriması. Hidrotoraks. Hidroperikard. əsas diaqnoz 120.1 sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, stabil gərginlik stenokardiyası, F.S.İİİ, teztez tutmalarla. Ağırlaşma İ50 ürək çatışmazlığı, ÜÇ İİİ, mədəcik ekstrasistoliyası. Yanaşı xəstəliklər 111.0 (durğunluq) ürək çatışmazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertonoya) xəstəlik (-yi), hipertoniya xəstəliyi, ən yüksək risk. Əlillik təyin edilərkən müddət 05 il müəyyən edilmiş və növbəti müayinə tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarının 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Həmin müddətdən öncə şəxsin əlilliyinin dərəcəsinin qiymətləndirilməsi üçün təkrar müayinəyə dəvət edilməsi qanunsuz və əsassızdır. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 30 dekabr 2019-cu il tarixli, **********1 saylı məktubu ilə İddiaçı təkrar müayinəyə dəvət edilmişdir. Məktubda qeyd edilmişdir ki, İddiaçı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq fərdi reabilitasiya proqramının tərtibi məqsədi ilə təkrar müayinəyə dəvət edilir. Müraciətdə göstərilən vaxt İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə getmiş, lakin nə onu müayinə etmişlər, nə də gəlməyini qeydə almışlar. Bundan sonra İddiaçı əlilliyi qanunsuz olaraq ləğv edilmiş və ona təyin edilmiş pensiya dayandırılmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən əlilliyi olan şəxslərin reabilitasiyası dedikdə əlilliyin aradan qaldırılmasına və ya kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemi vasitəsilə əlilliyi olan şəxslərin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpası nəzərdə tutulur. Yəni reabilitasiya tədbiri şəxsin hüququdur və bu məqsədlə dəvət edilmiş şəxsin müayinəsi yalnız ona xidmət məqsədi daşıya bilər, lakin həmin müayinə onun əlilliyinin vaxtından əvvəl ləğvi üçün əsas ola bilməz. Qanunda şəxsin hüququ kimi nəzərdə tutulmuş müddəaların onun ziyanına tətbiq edilməsi və nəticədə əlilliyin ləğv edilməsi qanunsuz və əsassızdır. Qeyd edilən səbəblərdən də İddiaçı bu məqsədlə dəvət edilməsi, dəvətə gəldiyi halda müayinə edilmədən əlilliyinin ləğv edilməsi, əlliliyi ləğv edildikdən sonra isə bu barədə ona rəsmi qaydada heç bir məlumatın verilməməsi qanunsuzdur. Bu səbəbdən də İddiaçı əlilliyinin nə vaxt və hansı əsasla ləğv edilməsi barədə ona rəsmi məlumat verilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Lakin müraciətə uzun müddət cavab verilməmişdir. Yalnız nümayəndəsinin vasitəsi ilə uzun müddətdən sonra müraciətinə cavab məktubunu ala bilmişdir. Qeyd edilən məktubda göstərilmişdir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AABF4 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən 05 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Aparılmış əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə İddiaçı dair rəsmiləşdirilmiş 4110003AABF4 nömrəli göndəriş etibarsız hesab edilmiş və bu səbəbdən də həmin göndəriş əsasında təyin edilmiş əlillik təyinatı “Əlillik" altsistemində etibarsız hesab edilmişdir. Hesab edilmişdir ki, İddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkəti qanunsuz sayılmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi 05 ildən öncə əlilliyin təkrar qiymətləndirilməsi yolverilməzdir. Digər tərəfdən İddiaçı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa, yəni yalnız onun hüquqları nəzərdə tutulduğu qanuna istinad edilməklə əvvəlcə müayinəyə dəvət edilir, müayinəyə getdiyi halda müayinə edilmir və əlilliyi ləğv edilir. Yəni əlil kimi hüquqları nəzərdə tutlduğu qanun onun əleyhinə istifadə edilir. Əlilliyin ləğvinin səbəbi barədə iddiaçının sorğusuna isə cavabdeh inzibati orqan göstərmişdir ki, guya tibbi göndəriş etibarsız hesab edilmişdir. 8.Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Bakı İnzibati Məhkəməsinə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı tələbi əsassızdır. Belə ki, 16 yanvar 2020-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarına əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilmişdir. Sənədlərin təhlilindən məlum olmuşdur ki, Daxili işlər Nazirliyinin Tibb İdarəsinin İddiaçı aid 4110003AABF4 saylı, xx.xx.2017-ci il tarixli göndərişi şəxsin iştirakı olmadan xx.xx.2017-ci il tarixdə ilkin qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Tibb İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilərək, 843 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyətinin olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilməklə, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. Soyadı, adı, atasının adı göndərişləri etibarsız edilmiş siyahıda 188-ci sırada qeyd edildiyindən “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Bildirilmişdir ki, iddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini tələb etsə də faktiki olaraq inzibati orqanın aktını mübahisələndirmişdir. İddiaçının mübahisələndirdiyi qərar 2019-cu il tarixdə qəbul edilməsinə baxmayaraq, iddiaçı məhkəməyə 2021-ci ildə müraciət etmiş, beləliklə də iddia müddətini ötürmüş və bununla da iddiaçı tərəfindən müddətlə bağlı mümkünlük şərtlərinə əməl edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. 9.Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-4685/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası DİN iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. 10.Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-4685/2021 saylı qərarı ilə (hakim Aygün Əhədova) iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 11.Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 12.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegyasının 31 yanvar 2022-ci il tarixli, 2- 1 (103)-363/2022 saylı qərardadı ilə (hakimlər Həmid Həmidov (sədrlik edən), Elmira Nağıyeva , Cahangir Yusifov) apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1 (112)-4685/2021 saylı qərarının ləğv edilməsi və iş üzrə müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 13.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegyası qərardadında göstərmişdir ki, apellyasiya araşdırmaları ilə müəyyən edilmişdir ki, işə baxan məhkəmə iddiaçının hazırkı tələbi ilə bağlı cavabdeh və üçüncü şəxs tərəfindən müəyyən edilmiş məcburi prosedur qaydalarına riayət edib-etməmələrini araşdırmamış, iddiaçıya 26 may 2017-ci il tarixdə əlillik dərəcəsinin təyin edilməsi barədə olan inzibati aktın ləğv edilib-edilməməsini yoxlamamış, bu inzibati aktın ləğv olunduğu halda hansı qərarla həyata keçirilməsini və bununla əlaqədar olaraq “İnzibati icraat haqqında” Qanunun 4-cü fəslinin müəyyən etdiyi müddəalara riayət edilməklə inzibati icraatın keçirilib-keçirilməməsini araşdırmamış və nəticə etibarı ilə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosssual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutları araşdırmadan yekun qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, iddiaçı və onun vəkili birinci instansiya məhkəməsində vəsatətlər verərək AR Vergilər Nazirliyinin əməkdaşı kimi Daxili işlər Nazirliyinin Tibb Müəssisəsində müalicə və müayinə aldığını bildirərək, işin tam və hərtərəfli araşdırılması məqsədi ilə Vergilər Nazirliyinin üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmişdir. Həmçinin, AR Vergilər Nazirliyi ilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi arasında əməkdaşlığa dair müvafiq sənədlərin surətlərinin götürülməsi üçün müvafiq sorğunun da verilməsi xahiş olunmuşdur. İş materiallarında olan AR Vergilər Nazirliyinin 19 mart 2007-ci il tarixli 61 nömrəli əmrindən görünür ki, Nazirliyin Mərkəzi Aparatının əməkdaşlarının 2004-cü ildən başlayaraq Daxili İşlər Nazirliyinin Hospitalında ildə iki dəfə tibbi müayinədən keçirilməsinin təmin edilməsi tapşırılmışdır. İddiaçı qeyd edilən əmrə istinadən bir çox vergi əməkdaşları kimi vaxtilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin poliklinikasında tibbi qeydiyyatda durduğunu, müvafiq müayinə və müalicələrə cəlb edildiyini, adına tibbi kartanın açıldığını bildirmiş və bu əsasla onun əlilliyinin etibarsız hesab olunması üçün əsasların olmadığını iddia etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin bu halları araşdırılmamışdır. Birinci instansiya məhkəməsində işə yenidən baxılarkən iddiaçıda əlilliyin təyini üçün əsas olan xəstəliyin mövcud olub-olmamasının müəyyən edilməsi üçün müvafiq ixtisas üzrə bilik tələb olunduğundan ekspertizanın (məhkəmə tibbi ekspertizası) təyin edilib-edilməməsi məsələsi də araşdırılmalıdır. Birinci instansiya məhkəməsində ikinci icraat 14.İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən apellyasiya instansiyası məhkəməsinin qərardadında qeyd olunmuş göstərişlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müvafiq sorğularla müraciətlər olunmuşdur. 15.Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(112)-7720/2022 saylı qərarı (hakim Nəriman Abıyev) ilə iddia tələbi təmin edilmişdir. 16.Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi üçün Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə 088 nömrəli Forma yazılaraq TSEK-ə göndərilmiş, cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyəti Daxili İşlər Nazirliyi Tibb İdarəsinin həmin göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Növbəti müayinə tarixi xx.xx.2022-ci il olmasına baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 843 nəfər barəsində, o cümlədən İddiaçı adına rəsmiləşdirilmiş göndərişin etibarsız hesab olunması barədə cavabdeh orqana müraciət olunmuş, bundan sonra cavabdeh həmin göndəriş əsasında iddiaçıya təyin olunmuş əlillik təyinatını "Əlillik" altsistemində etibarsız hesab etmişdir. 17.İddiaçının əlilliyi Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli, 4110003AABF4 nömrəli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən onun iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilmiş, daha sonra göndərişi rəsmiləşdirən Daxili İşlər Nazirliyi Tibb İdarəsi daxili işlər orqanlarında xidmət etməyən və DİN-in XHK tərəfindən şəhadətləndirilməyən şəxslər barədə tərtib edilmiş göndərişlər (Forma 88) etibarsız sayılmış, bundan sonra, yəni əlilliyin təyininə əsas verən hüquqi sənəd (xx.xx.2017-ci il tarixli, 4110003AABF4 nömrəli göndəriş) etibarsız hesab edildiyinə gorə iddiaçının əlillik müayinəsi (xx.xx.2017-ci il tarixdə ona ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilməsi) əlillik altsistemində cavabdeh tərəfindən etibarsız edilmişdir. 18.İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən apellyasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən verilmiş məhkəmənin müvafiq sorğularına cavab olaraq: 19.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2022-ci il tarixli, 029-1276-1222/5 №-li nömrəli məktubunda bildirilmişdir ki, əlillik dərəcəsinin təyin edilməsi üçün DİN-in Tibb İdarəsinin poliklinikaları tərəfindən göndərişlər (Forma 088) idarənin poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Azərbaycan Respublikasının daxili X5 xidmətin təşkil edilməsi barədə Daxili İşlər Nazirliyinin xx.xx.2012-ci il tarixli 81 nömrəli Qərarında Vergilər Nazirliyinin əməkdaşlarına tibbi xidmətin göstərilməsi nəzərdə tutulmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində idarənin poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri tərəfindən göndəriş tərtib edilən dövrdə tibbi xidmət göstərilməsi nəzərdə tutulmayan vətəndaşlar barəsində tərtib edilmiş göndərişlərin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilməsi müəyyən edilmiş və həmin göndərişlərin əsassız hesab olunması üçün ƏƏSMN-nə müraciət edilmişdir. 20.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********191000 №-li məktubunda bildirilmişdir ki, dövlət vergi orqanları əməkdaşlarının sağlamlıqlarının profilaktikası məqsədilə “Dövlət vergi orqanlarında idmanın kütləviliyinin təbliği və əməkdaşların tibbi müayinədən keçmələrinin zəruriliyi haqqında” Vergilər Nazirliyinin 19 mart 2004-cü il tarixli F-61 nömrəli əmri ilə 2004-cü ilin may ayından nazirliyin əməkdaşlarının ildə iki dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hospitalında tibbi müayinədən keçmələri (Nazirliyin xx.xx.2008-ci il tarixli **********058800 nömrəli əmri ilə edilmiş dəyişikliyə əsasən ildə bir dəfə) müəyyən edilmişdir. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hospitalında tibbi müayinədən keçməsini təsdiq edən arayışın surəti təqdim olunur (məktuba əlavə olunmuşdur). “Vergilər Nazirliyinin bir sıra əmrlərinin ləğv edilməsi haqqında” Vergilər Nazirliyinin xx.xx.2016-cı il tarixli **********983700 nömrəli əmri ilə qeyd olunan əmrlər ləğv edilmişdir. Sorğuya cavab məktubu ilə məhkəməyə təqdim edilmiş DİN-nin 1 saylı poliklinikasının xx.xx.2004-cü il arayışında göstərilmişdir ki, MülküİddiaçıM ona görə ki, profolaktik müayindən keçmişdir. Aprel ayı, 2004-cü il QTMX-ya yararlıdır. 21.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********1 №-li məktubu ilə bildirilmişdir ki, İddiaçı “ümumi xəstəlik” səbəbi ilə əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AABF4 nömrəli göndərişi əsasında xx.xx.2017-ci ildə elektron qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış yoxlamanın nəticəsi üzrə İddiaçı daxili işlər orqanlarına aidiyyəti olmadığından, ona dair tərtib olunmuş 4110003AABF4 nömrəli göndəriş etibarsız hesab olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən qiymətləndirilir. Qeydiyyatda olduğu dövlət tibb müəssisəsi tərəfindən müayinə-müalicə olunacağı və tibbi göstəriş olarsa göndəriş (Forma-088) rəsmiləşdiriləcəyi təqdirdə, şəxsin əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. 22.Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki,Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 4110003AABF4 nömrəli Forma 88 göndərişi düzgün doldurulmuş və həmin göndərişdə qeyd olunmuş xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olmuşdur ki, buna görə də cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əlillik dərəcəsi təyin olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə hesab etmişdir ki, iddiaçıda əlilliyin təyini üçün əsas olan xəstəliyin mövcud olubolmamasının müəyyən edilməsi üçün yenidən ekspertizanın (məhkəmə tibbi ekspertizası) keçirilməsinə heç bir zərurət yaranmamışdır. 23.Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2012-ci il tarixli, Q81-001-12 nömrəli “Azərbaycan Respublikasının Daxili X5 Xidmətin təşkil edilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Qərarına əsasən Nazirliyin Tibbi İdarəsinə bilavasitə tabe olan müalicə-profilaktika müəssisələri tərəfindən yalnız daxili işlər orqanları əməkdaşlarına, DİN-nin təqaüdçülərinə, onların ailə üzvlərinə və nazirlik sistemində işləyən mülki işçilərə tibbi xidmət göstərilir. 24.Göründüyü kimi iddiaçı vergi orqanının əməkdaşı olduğundan ona məxsus Forma 88 göndərişinin Daxili İşlər Nazirliyinin Səhiyyə Müəssisələrindən elektron qaydada göndərilməsi qanuni olmuşdur. 25.Bundan əlavə əlillər ilə bağlı mövcud olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnamədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasında şəxslərə təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. 26.Sadalanan qanunvericilik aktlarında təyin olunmuş əlillik dərəcəsinin əsaslı şübhələr olduğu halda ləğv edilməsi mexanizmi öz əksini tapmışdır. 27.Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçıya münasibətdə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə almayaraq İddiaçı qanunla qorunan hüquq və maraqlarını pozmuşdur. 28.Bundan əlavə sadalanan qanunvericilik normalarına əsasən cavabdeh inzibati orqan əlillik təyin olunan zaman inzibati aktın əlamətlərini özündə əks etdirən qərar qəbul etdiyi kimi onun ləğv və ya etibarsız hesab edildiyi zaman da belə bir inzibati akt (qərar) qəbul etməli idi. Lakin məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən belə bir inzibati akt (qərar) məhkəməyə təqdim edilməmişdir. Bu isə öz növbəsində inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun pozulması kimi qiymətləndirilməlidir. 29.İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 30.Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 31.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Apellyasiya instansiyası məhkəməsində ikinci icraat 32.Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(112)-7720/2022 saylı qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: 33.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AABF4 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə elektron qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Aparılmış əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə İddiaçı daxili işlər orqanlarına aidiyyəti olmadığından, ona dair tərtib olunmuş 4110003AABF4 nömrəli göndəriş etibarsız hesab edilmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirlmə etibarsız hesab edilmişdir. İddiaçı, İddiaçı əlilliyinin etibarsız hesab edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(112)-7720/2022 saylı qərarı ləğv edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: 34.Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. 35.Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. 36.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də (iddiaçıya əlillik təyin olunan zaman qüvvədə olmuş redaksiyada) aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X4 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik- xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41.0-J70.9,J84- J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E24 24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30- G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52-H53.9); 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Apellyasiya məhkəməsinin mövqeyi 37.Məhkəmə kollegiyası tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(112)-7720/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. 38.Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. 39.87.8-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 40.Məhkəmə birinci instansiya məhkəməsinin iddia tələbini təmin edərkən əsaslandığı hallarla razılaşır və hesab edir ki, iddiaçıya əlillik təyin edilməsi barədə inzibati aktın ləğv edilməsi barədə inzibati akt mövcud olmadığından əlillik təyinatının "Əlillik" altsistemində etibarsız hesab edilməsi əsassız olmuşdur. 41.Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə istinad edərək iddiaçının əlilliyinin etibarsız hesab edildiyini qeyd edir. Həmin normada qeyd edilir ki, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. 42.Birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Tibbi- Sosial Ekspert Komissiyaları haqqında” Əsasnamədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasında şəxslərə təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi nəzərdə tutulmadığından, sadalanan qanunvericilik aktlarında təyin olunmuş əlillik dərəcəsinin əsaslı şübhələr olduğu halda ləğv edilməsi mexanizmi öz əksini tapdığından cavabdehin “İnzibati icraat haqqında” Qanunun inzibati aktın etibarsız hesab dilməsinin əsasları ilə bağlı 65.1.2-ci maddəsinə istinad etməsi əsassızdır. 43.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 44.Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehi apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7720/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7720/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2731/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2731/2022
19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver