Məhkəmə qərarları › İş №2-1(103)-2731/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2731/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2731/2025 13.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “məcburi dövlət sosial sığorta haqqlarının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı kimi nəzərə alınmaqla əmək pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1527/2024 nömrəli, 13 mart 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-də işlədiyi dövrdə aldığı əmək haqqı üzrə tutulmuş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1527/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı "xxxx" MMC-də işlədiyi 2013-2018-ci illər ərzində aldığı əmək haqqı üzrə tutulmuş məcburi dövlət sosial sığorta haqqlarının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2719/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1527/2024 saylı, 29 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3110/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 25 iyul tarixli, 2-1(103)-2719/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır (oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1527/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı qanuni qüvvəsini aldığından xx.xx.2024-cü il tarixli məktubla icra edilməsi üçün cavabdehə göndərilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1527/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1527/2024 saylı qərarında iddiaçının 2013-2018-ci illər üzrə "xxxx" MMC-nin 2 saylı poçt filialında işlədiyi dövrü nəzərə almaqla pensiyanın yenidən hesablanmalı olması ilə bağlı qeyd edilir ki, sözügedən məhkəmə qərarının qeyd olunan dövr üzrə iddiaçının aldığı əməkhaqqından tutulan məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı kimi nəzərə alınması hissəsində icrası məqsədilə aidiyyəti üzrə tədbirlər görülür. Lakin sözügedən qərarın əlilliyə görə əmək pensiyasının yenidən hesablanması hissəsində mövcud qanunvericiliyin tələbləri baxımından halhazırda icrası mümkün deyildir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam şəkildə ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsndə nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu səbəbdən İddiaçı aldığı əlilliyə görə əmək pensiyası hal-hazırda onun aktiv əmək faəliyyəti olduğu üçün mövcud qanunvericiliyə uyğun olaraq yenidən hesablanması mümkün deyil. Nəticədə qərarın “əmək pensiyasının yenidən hesablanması hissəsində” məhkəmə qərarının icrası mövcud qanunvericiliyin tələbləri baxımından hal-hazırda mümkün olmamışdır. Qeyd olunanlara əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1527/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına “əmək pensiyasının yenidən hesablanması” hissəsində izah verilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1527/2024 nömrəli, 13 mart 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Hazırda həmin qərardaddan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2010-2018-ci illər üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 saylı poçt filialında işlədiyi dövrün nəzərə alınaraq əlilliyə görə əmək pensiyasının yenidən hesablanması və fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1527/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı "xxxx" MMC-ndə 2013-2018-ci illər ərzində aldığı əməkhaqqı üzrə tutulan məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(103)-2719/2024 nömrəli qərarı ilə tərəflərindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1527/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-3110/2024 nömrəli qərardadı ilə tərəflərindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Ərizəçi hal-hazırda Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1527/2024 nömrəli qərarının məcburi icra olunması ilə bağlı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1527/2024 nömrəli qərarına “iddiaçının əmək pensiyasının yenidən hesablanması” hissəsində izah verilməsinə zərurət yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2- 1(112)-1527/2024 nömrəli qərardadı ilə tərəflərindən verilən qərara izah verilməsi barədə ərizə təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2-1(112)- 1527/2024 nömrəli qərardadı aşağıdakı əsaslara görə qanunazidd və əsassız hesab olunmaqla ləğv edilməlidir. Sözügedən məhkəmə qərardadında Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1527/2024 nömrəli qərarının tələb hissəsinin aydın olması və hər hansı bir anlaşılmazlığın olmadığı qeyd edilmişdir. Lakin mövcud qanunvericilik İddiaçı münasibətdə onun aktiv əmək fəaliyyəti olduğu üçün əlilliyə görə əmək pensiyasının yenidən hesablanmasını qeyri-mümkün edir. Qeyd olunanlara əsasən Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1527/2024 nömrəli qərarına iddiaçının əmək pensiyasının yenidən hesablanması hissəsində izah verilməsi zəruridir. Həmçinin, məhkəmə qərardadında iddiaçının əlillik dərəcəsinin dəyişməsi səbəbi ilə pensiyasının yenidən hesablandığı göstərilmiş və buna əsasən onun “Əmək pensiyaları haqqında” qanunun 37.3.2-ci maddəsinin təsir dairəsinə düşmədiyi qeyd olunmuşdur. 2021-ci il üzrə İddiaçı əlillik dərəcəsinin dəyişməsi və əlillik müddətinin uzadılması onun əmək pensiyasının yenidən hesablanması anlamına gəlmir. Belə ki, inzibati orqanın əlillik dərəcəsinin dəyişməsi və müddətinin uzadılması barədə qərarlarında əmək pensiyasının məbləğinda hər hansı məbləğ dəyişikliyi olmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1527/2024 nömrəli qərarında iddiaçının 2013-2018-ci illər üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 saylı poçt filialında işlədiyi dövrü nəzərə almaqla pensiyasının yenidən hesablanmalı olması ilə bağlı qeyd edilir ki, sözügedən məhkəmə qərarının qeyd olunan dövr üzrə iddiaçının aldığı əməkhaqqından tutulan məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı kimi nəzərə alınması hissəsində icrası məqsədilə aidiyyəti üzrə tədbirlər görülmüşdür. Lakin sözügedən qərarın əlilliyə görə əmək pensiyasının yenidən hesablanması hissəsində mövcud qanunvericiliyin tələbləri baxımından hal-hazırda icrası mümkün deyildir. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu səbəbdən İddiaçı aldığı əlilliyə görə əmək pensiyası hal-hazırda onun aktiv əmək fəaliyyəti olduğu üçün mövcud qanunvericiliyə uyğun olaraq yenidən hesablanması mümkün deyildir. Nəticədə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1527/2024 nömrəli qərarının “əmək pensiyasının yenidən hesablanması” hissəsində icrası mövcud qanunvericiliyin tələbləri baxımından hal-hazırda mümkün olmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, ...Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. (14-cü bənd) Göründüyü kimi, qanunvericilik zərurət olduqda qətnaməyə, o cümlədən qərardada onun məzmununu dəyişmədən izah verilməsi qaydasını nəzərdə tutmuşdur. Lakin qanunun mənasına görə belə izah aktın məzmununu dəyişdirməməli və yalnız o halda verilməlidir ki, həmin sənəddə ifadə edilmiş tələb aydın göstərilməsin, qeyri-müəyyən və anlaşılmayan olsun. Hazırki iş üzrə iddia ərizəsindən və qəbul olunmuş Bakı İnzibati Məhkəməsinin qərarından görünür ki, qeyd olunan qərar aydın və anlaşılandır, məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi və qərarın icrasında çətinlik yaranmasına səbəb olacaq hər hansı ifadələrə yol verilməmişdir. Həmçinin izah etmək yolu ilə qərarın dəyişdirilməsi və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsi qanunvericiliyin tələblərinə ziddir. Göründüyü kimi, məhkəmə qərarı aydındır, onun məzmununda anlaşılmazlıq mövcud deyil və onun izah edilməsinə əsas yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh tərəfindən verilmiş ərizəni təmin etməmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Göstərilənlərə əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1527/2024 nömrəli, 13 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar