Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2733/2025 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxs Bakı şəhəri Üçüncü şəxs) qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Üçüncü şəxs ##.##.2006-cı il tarixli *** nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Üçüncü şəxs ##.##.2006-cı ildən – ##.##.2055-ci il tarixədək Bakıxanov qəsəbəsi, L.Məmmədbəyov küçəsində yerləşən ümumi sahəsi 120 kv.m olan torpaq sahəsini İddiaçı icarəsinə verilmişdir.
2. Situasiya planında qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsində yerləşən İddiaçı istifadə etdiyi bağ - torpaq sahəsinin 120.0 kv.m.) situasiya planı Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən tərtib edilmişdir.
3. Cavabdehin təqdim etdiyi daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən torpaq sahəsinin faktiki sahəsi 120.0 kv.m, faktiki olaraq 120.0 kv.m təşkil edir. Naturada iddiaçının nümayəndəsi ilə metal torun xaricindən baxış keçirildi. Sözügedən əraziyə daxil olmaq mümkün olmamışdır, şifahi məlumata əsasən özlərin məxsus olduğunu bildirsələr də, açarın üzərində olmadığını bildirmişdir. Koordinatların əksini tapdığı sxem işə əlavə edildi.
4. Dövlət Arxivinin Bakı Filialı ## #### 2025-ci il tarixli 3-48- *F/*-***/**** saylı məktubu ilə bildirmişdir ki, Üçüncü şəxs ##.##.2001-ci il tarixli * saylı qərarı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsində yerləşən 120 kv.m. torpaq sahəsi üzərində icarə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin qərardadı ilə iş üzrə Bakı şəhəri Üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəm icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsində yerləşən 120 kv.m torpaq sahəsi qeyri-
7. yaşayış üçün istifadə məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsi ilə arasında bağlanılan ##.##.2006-cı il tarixli, *** saylı icarə müqaviləsi əsasında 49 il müddətində istifadəsinə verilmişdir. Eyni zamanda Bakıxanov bələdiyyəsi tərəfindən torpaq sahəsinin yerləşmə sxemi tərtib edilərək təsdiq edilmişdir. Həmin vaxtdan etibarən qeyd olunan torpaq sahəsi onun istifadəsindədir. Lakin üzun müddət şəxsi işləri ilə əlaqədar qeyd olunan torpaq sahəsi üzərində hüququların dövlət qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə təqdim etmək imkanı olmadı. ##.##.2024-cü il tarixli ərizə ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün qanunvericiliklə müəyyən olunmuş, tələb olunan sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə təqdim etdi. Ancaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ##.##.2024-cü il tarixli, ************ saylı məktubla qanunvericiliyə uyğun olmayan bir sıra əsas göstərməklə torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından imtina etmişdir.
8. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin qərarı təqdim olunmamış, eyni zamanda təqdim edilmiş cizgidə istinad məsafələri qeyd edilməmişdir. Həmçinin elektron kadastr baza məlumatına əsasən sahə çoxmərtəbəli yaşayış binalarının yaxınlığında yerləşməklə dövlət mülkiyyəti torpağıdır, bələdiyyə ərazisi olması barədə baza məlumat aşkar edilməmişdir. O cümlədən bazaya əsasən sahə daxilindən 50 mm-lik və ətrafından 40 mm-lik orta təzyiqli qaz xətti keçir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
9. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Üçüncü şəxs ##.##.2001-ci il tarixli * saylı qərarının Dövlət Arxivinin Bakı Filialında olmaması və ya Dövlət Arxivinin Bakı Filialına təhvil verilməməsinə cavabdehliyi vətəndaş daşımır. Bu vəzifənin vətəndaşın üzərinə qoyulması tamamilə qanunvericiliyə ziddir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
13. Məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
15. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-17-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır.
22. Belə ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsində yerləşən 120.0 kv.m torpaq sahəsinin ##.##.2055-ci ilədək iddiaçıya icarəyə verilməsinə dair Üçüncü şəxs ilə bağlanmış olan ##.##.2006-cı il tarixli *** №-li icarə müqaviləsi üzrə istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsini tələb edir.
23. Cavabdeh orqan isə iddia ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin qərarı təqdim olunmamış, eyni zamanda təqdim edilmiş cizgidə istinad məsafələri qeyd edilməmişdir. Həmçinin elektron kadastr baza məlumatına əsasən sahə çoxmərtəbəli yaşayış binalarının yaxınlığında yerləşməklə dövlət mülkiyyəti torpağıdır, bələdiyyə ərazisi olması barədə baza məlumat aşkar edilməmişdir. O cümlədən bazaya əsasən sahə daxilindən 50 mm-lik və ətrafından 40 mm-lik orta təzyiqli qaz xətti keçir.
24. Məhkəmə kollegiyası aparılmış araşdımanın nəticəsi olaraq apellyasiya şikayətinin əsaslı olması qənaətinə gəlir.
25. Belə ki, iş materiallarından müəyyən olunur ki, Üçüncü şəxs ##.##.2006-cı il tarixli qərarı ilə Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsində qeyri-yaşayış sahəsi üçün 120 kv.m torpaq sahəsi *** saylı müqavilə əsasında ## ###### 2006-cı ildən 49 il müddətinə (## ###### 2055-ci ildək) icarəyə verilişdir.
26. Torpaq icarəsi haqqında Qanunun 10.1-ci bəndinin birinci cümləsinə əsasən Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Həmin Qanunun 10.1-ci bəndinə ## ####### 2008-ci ildə əlavə edilmiş və həmin əlavəyə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət icarəsinə və ya elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 27.“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinin ## ####### 2008-ci il tarixinədək olan redaksiyasıda Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. 28.“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.6-cı bəndinin ## ####### 2007-ci ilədək olan redaksiyasında Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Nazirlər Kabinetinin ## ####### 2007-ci il tarixli Qərarı ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci dəyişiklik edilərək bilavasitə sözü Qanundan çıxarılmışdır.
29. Qeyd olunan maddi hüquq normaların təhlilindən görünür ki, ## ####### 2007-ci ilədək bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrini hərrac keçirmədən icarəyə vermək səlahiyyətinə malik olmuşdurlar.
30. Torpaq Məcəlləsinin 4-1-ci maddəsinə əsasən bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilə bilər. Həmin Qanunun 6-cı maddəsinə görə dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Həmin Məcəllənin 59.1-ci maddənin 5 abzasının ## ####### 2008-ci il tarixinə olan redaksiyasında fərdi və kooperativ qarajların tikintisi üçün əvəzi ödənilməklə fiziki şəxslərin və onların kooperativlərinin mülkiyyətinə və ya icarəsinə verilməsi səlahiyyətinin olması qeyd olunmuşdur.
31. Qeyd olunan maddi hüququ normalarının təhlilidən belə qənaətə gəlmək olur ki, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar: şəhər və kəndlərin gələcək genişlənməsi; infrastrukturun qurulması və əhalinin yaşayış ehtiyaclarının təmin edilməsi məqsədilə xüsusi planlaşdırılmış ərazilərdir.
32. Bu torpaqlar əsasən bələdiyyə mülkiyyətinə aid edilir, həmçinin dövlət torpaqlarından ehtiyat kimi cəlb oluna bilər. Həmin torpaqlar 1) fərdi evlər, 2) sosial obyektlər və 3)kommunikasiya xətlərinin çəkilişi üçün istifadə olunur.
33. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun (qüvvədə olan redksiya) 11.5-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir.
34. Hətta mübahisəyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun (qüvvədə olan redaksiya) 11.5-ci maddəsi baxımından hüquqi qiymət verilmiş olsaydı belə həmin torpaq sahəsinin qısamüddətli icarəyə verilməsi bələdiyyənin hüquqlarının məhdudlaşdırlması kimi qiymətləndirilə bilərdi. Belə ki, qeyd olunan torpaq sahəsinin yaşayış binalarının yaxınlığında yerləşməsi həmin torpağın yaşayış məntəqələrinin perspektik inkişafı üçün ayrılan torpaq sahələrinə aid olmamasına dəlalət edir. Ona görədə məhkəmə kolleqiyası hesab edir ki, qeyd olunan torpaq sahəsi yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlara aid olmaması səbəbindən həmin torpaq bələdiyyələr tərəfindən qısamüddətli icarəyə verilməyə bilər.
35. Yuxarıda qeyd olunan və cavabdeh tərəfindən verilən etirazın predmeti olmayan normalara verilən hüquqi qiymət qeyd olunan Qanunlarda zaman etibarı ilə baş vermiş dəyişikliklər nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən hüquqi qiymətləndirilmişdir. 36.Cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlərlə məhkəmə kollegiyası aşağıdakılara əsasən razılaşmır.
37. Belə ki, işin apellyasiya baxışı zamanı Bakıxanov Bələdiyyəsi tərəfindən verilmiş ##.##.2025-ci il və ##.##.2026-cı il tarixli sorğuya cavab məktublarından görünür ki, iddiaçı Bakıxanov qəsəbəsi L.Məmmədbəyova küçəsində yerləşən 120.0 kv.m torpaq sahəsinə görə bələdiyyə büdcəsinə torpaq vergisi ödəyir və sözügedən torpaq sahəsinin üzərində hər hansı qeyri-yaşayış sahəsi mövcud deyildir. Həmçinin həmin torpaq sahəsi Bakıxanov qəsəbəsinin inzibati ərazisində yerləşir.
38. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli **/**** saylı rəyindən görünür ki, iş materiallarında olan (səh.4) Bakıxanov Bələdiyyəsinin sədri və Ərazi Mülkiyyətinin İdarəetmə Şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş, İddiaçı icarəyə verilməsi nəzərdə tutulan 120 kv.m torpaq sahəsinin eskiz planı ilə naturada təqdim edilən (mübahisə predmeti olan) torpaq sahəsinin faktiki plan üzrə yerləşmə vəziyyətinə (texniki aparametrləri, bir tərəfdən Leyla Məmmədbəyova küçəsi, iki tərəfdən məhəllə daxili yol ilə əhatə olunması, ətrafında mövcud olan çoxmərtəbəli yaşayış evləri və s.) əsasən sözügedən torpaq sahəsi Torpaq islahatı haqqında” qanununun 7-ci maddəsində eləcədə, Azərbaycan Respublikası “Torpaq Məcəlləsinin” 47-ci maddəsində qeyd olunanlara əsasən Bələdiyyə mülkiyyətində olmaqla Bakıxanov Qəsəbəsi Bələdiyyəsinin ərazisində yerləşir.
39. Göründüyü kimi müvafiq ekspertizanın rəyi əsasında torpaq sahəsinin dövlətin deyil Bakıxanov bələdiyyəsinin mülkiyyətində olması öz təsdiqini tapır. Bu isə cavabdehin torpaq sahəsinin Bakıxanov bələdiyyəsinin mülkiyyətində olmaması ilə bağlı gətirdiyi arqumenti əsassız edir.
40. Cavabdeh təşkilatın bazaya əsasən sahə daxilindən 50 mm-lik və ətrafından 40 mmlik orta təzyiqli qaz xətti keçməsi ilə bağlı gətirdiyi arqumentini də məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda 50 və 40 mm-lik orta təzyiqli qaz xətti üçün mühafizə zonası müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, qaz xətti ilə bağlı mühafizə zonaları torpaq sahələrinin üzərində yerləşən daşınmaz əmlaklarla bağlıdır.
41. Məhkəmə kollegiyası qeyd olunanları əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilir. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
42. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
43. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv olunmalı, iddia tələbi təmin olunmalıdır. 44.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsində yerləşən 120 kv.m. torpaq sahəsi üzərində İddiaçı (##.##.2055-ci ilədək) icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.