Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2734/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, X1 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğvi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9606/2021 saylı 16.09.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin X2 “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrin sırasından ehtiyata buraxılması barədə 08 may 2019-cu il tarixli əmrinin ləğv edilməsi və cavabdehin üzərinə həmin qanunun 41.0.3-cü maddəsinə (xəstəliyə görə-hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yarasız sayıldıqda) əsasən ehtiyata buraxılması barədə yeni əmr verilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9606/2021 saylı 16.09.2021-ci il tarixli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işi mahhiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. çünki məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 8.1.2-ci maddəsinə istinad olunduğu halda işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Çünki inzibati aktı qəbul etmiş inzibati orqan cavabdeh Dövlət Sərhəd Xidmətidir. Cavabdehə həmin əmrlə bağlı müraciət olunsa da imtina etmişdir. İnzibati aktı qəbul etmiş inzibati orqan Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsidirvə həmin orqan bakı şəhərində yerləşir.dir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən İsmayıllı rayonu Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir (15-ci bənd) . Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkilyev apelyasitya şikayətini dəlillərinə uyğun müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə xbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarıdadı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 2.2.1-ci və 32.1-ci maddələri nəzərdə tutur ki, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialar mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçının tələbindən isə göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Dövlət sərhəd Xidmətinin Silahlı Qüvvələrin sırasından ehtiyata buraxılması barədə əmrin ləğv edilməsini və onun üzərinə həmin qanunun xəstəliyə görə ehtiyata buraxılması barədə yeni əmr verilməsini tələb edir (İddia tələbinin mənasından dolayısı ilə belə anlaşılır ki, ilkin əmrin dəyişdirilərək, xəstəliyə görə ehtiyata buraxılması kimi ifadə olunmasını tələb edilir.) Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti isə respublika ərazisinin bütün məhəkmələrinin, yəni birdən çox məhkəmənin yurisdiksiyasına aid edilir. Belə olan halda, birinji instansiya məhkəməsi qərardad qəbul olunarkən İPM-in 8.1.2-ci maddəsinin mövcud redaksiyasına görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Eləcə də, həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən “İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbayjan Respublikası Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə-Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya fərdi identifikasiya kartı yaşayış yerini müəyyən edən sənədlərdən biridir. İddiaçının iş materiallarında olan 20.09.2016-cı il tarixində İsmayıllı RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, yaşayış yeri - İsmayıllı rayonu ərazisidir. Belə olan halda, İPM-in istər 8.1.2-ci maddəsi baxımından mübahisələndirmə haqqında iiddia kimi, istərsə də 8.1.3-cü maddəsi baxımından hərbi qulluqçu kimi əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı xidmət etdiyi orqana qarşı digər iddia kimi, hazırkı mübahisənin ərazi üzrə məhkəmə aidiyyəti iddiaçının yaşayış yeri İsmayıllı rayonunun aid olduğu inzibati məhkəmə hesab edilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinin tələbinə əsasən inzibati-iqtisadi məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri və ya azad iqtisadi zonalar üzrə təşkil edilir. İnzibati-iqtisadi məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən İsmayıllı rayonu Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir (19.5-ci bənd) . Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9606/2021 saylı 16.09.2021-ci il tarixli qərardadı ilə işin ərazi adiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə qərarı prosessual qanunvericiliyin tələblərinə uyğundur. İPM-in 8.2-ci maddəsi də məhz nəzərədə tutur ki, ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 8, 80, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9606/2021 saylı 16.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2734/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2734/2021
28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver