Məhkəmə qərarları › İş №2-1(103)-2734/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2734/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2734/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Qartal” kiçik müəssisəsinin Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X15 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X7 ibarət tərkibdə, X13-Yusiflinin katibliyi ilə, İddiaçı “Qartal” kiçik müəssisəsinin direktoru İddiaçı, X1, onun nümayəndəsi və vəkili X9, Digər ərizəçi X4 iştirakı ilə, İddiaçı “Qartal” kiçik müəssisəsinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1652/2019 saylı 17 may 2023-cü il tarixli qərardadından X2 və X11 tərəfindən verilmiş şikayətə 20 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Qartal” kiçik müəssisəsi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-1652/19 saylı xx.xx.2019-cu qərarı ilə iddia qismən təmin edilərək, “Qartal” KM-ə məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2210-cu məhəllədə yerləşən 710 kv.m. ölçüdə qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 852.000 manat məbləğində kompensasiyanın cavabdeh Bakı şəhəri Xətai RİH-dən iddiaçı “Qartal” KM-in xeyrinə tutulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şiayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-89/2020 saylı 25 fevral 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilərək, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-1652/19 saylı xx.xx.2019-cu il tarixli qərarının yoxlanılan hissədə qismən – cavabdehdən iddiaçının xeyrinə 497.000 manatın tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi və qərarın yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kasssiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1536/2020 saylı 31 avqust 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-89/2020 saylı 25 fevral 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərar qanuni qüvvəsini aldığından 17 fevral 2021-ci il tarixli məktubla icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinə göndərilmiş, xx.xx.2021-ci il tarixli məktubla icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərar məhkəməyə daxil olmuşdur. Sonradan xx.xx.2023-cü il tarixdə X10 və X11 tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, onların 3-cü şəxs qismində hazırkı işə cəlb olunmaları xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1652/2019 saylı iş üzrə 5 avqust 2019-cu il tarixli qərarı onlara (ərizəçilərə) Xətai RİH-ə ünvanlanmış müraciətə cavab məktubundan məlum olmuşdur. 10 sentyabr 2001-ci il tarixdə “Qartal” KM ilə X10 və X11 arasında müqavilə bağlanmşdır. Müqavilənin şərtlərinə görə müəssisənin 0,30 ha ölçüdə ərazidə fiziki şəxslə birlikdə daş emalı istehsalı sahəsinin tikilməsini bərabər aparması qeyd olunsa da, tikinti işlərinə sərmayə adıçəkilən şəxslər tərəfindən qoyulmuşdur. Bu şərt tam olaraq əsas verir ki, icra hakimiyyətlərinin göstərişi əsasında sökülən qeyri-yaşayış sahəsinə görə ödəniş ona xərc çəkən şəxs iki hazırkı ərizəçilərə ödənilməlidir. 2.6-cı bənddə qeyd olunanlar nəzərə alınsa, gələcəkdə hər hansı biri müəyyən səbəblər üzündən öz fəaliyyətini dayandırarsa, ümumi razılıq və qiymətləndirmə əsasında onların hər birinə düşən 33 faizdir. Yəni, X5 və X6 ümumilikdə 66,6 faiz ödənilməlidir. Bundan başqa, “Qartal” KM-in direktoru İddiaçı tərəfindən yazılan cavab məktubunda cizgidə göstərilən ərazidə vəsait çatışmadıqda, onların icra olunması və gələcəkdə həmin 0,3787 ha əraziyə heç bir iddia qaldırılmayacağı bildirilmişdir. Babək prospekti, 2100 məhəllə ünvanında yerləşən “qəbir daşı” sexinin ümumi ərazisi 2.800 kv.m, əsas və yardımçı tikililər 710 kv.m təşkil edir. Məhkəmə qərarının surəti onlara təqdim olunmaqla, ərizəçilərin üçüncü şəxs qismində cəlb olunması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1652/2019 saylı 17 may 2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçilər tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qəradad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iş materiallarına uyğun əsaslandırılmış, əlavə olaraq Azərbaycan Respublikası Mülki Məcəllənin və İnzibati Porsessual Məcəlləsinin müvafiq maddələrinə istinad edilmişdir. Tərəflərin izahatları X12 nümayəndəsi və vəkili X16 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməsini xahiş etmişdir. X2 və X11 vəkilin verdiyi izahatla razı olduqlarını və ona heç bir əlavələrinin olmadıqlarını bildirmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməsini xahiş etmişlər. İddiaçı “Qartal” kiçik müəssisəsinin direktoru İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və 3-cü şəxs məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazıki işə cavabdehin və 3cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin və 3-cü şəxs Azərbaycan Respublkası Maliyyə Nazirliyinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Hazırki işdən müəyyən olunur ki, X2 və X11 hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmələrini tələb edir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi qərarında göstərilmişdi ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum qərarında qeyd etmişdir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır.......Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadında qeyd edilmişdir ki, “... qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. ... Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.” Hazırki işdə X2 və X11 işə 3-cü şəxs qismində cəlb edilməli olduqlarını onunla əsaslandırırlar ki, iddiaçının kompensasiya tələb etdiyi qeyri-yaşayış sahəsinin tikinti işlərinə sərmayə onlar tərəfindən qoyulduğundan üçüncü şəxs qismində işə cəlb edilməlidirlər. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, ərizəçilərin mübahisə predmeti olan müvafiq daşınmaz əmlaka hər hansı hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, habelə istinad etdikləri müqavilənin tərəfi olan “Qartal” KM və ya onun rəhbəri daşınmaz əmlakın qanuni sahibi və istifadəçisi olduğundan, yekun məhkəmə qərarının qəbul edilməsi və qüvvəyə minməsi ilə başa çatmış məhkəmə icraatının 3-cü şəxslərin cəlbi ilə əlaqədar təzələnməsi məqsədəuyğun deyildir. Kollegiya onu da qeyd edir ki, ərizəçilərin 3-cü şəxs kimi işə cəlb edilmələrinin əsası kimi istinad etdikləri müqavilə onların inzibati məhkəmə icraatı qaydasında yekunlaşmış işə qoşulması üçün deyil, daha çox mülki məhkəmə icraatı qaydasında iddiaçıya qarşı hüquqlarının pozulduğunu iddia etdikləri halda müvafiq mülki iddia qaldırmaları üçün əsas kimi çıxış edə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərardadının 48-ci bəndində qeyd olunur ki, adi və ya zəruri cəlbetmə ya prosesə qoşulmaq istəyən, lakin həmin vaxt icraat iştirakçısı statusuna malik olmayan şəxsin özünün vəsatəti əsasında, ya məhkəmə icraatı iştirakçılarından (iddiaçı, cavabdeh və ya artıq cəlb edilmiş digər üçüncü şəxsin) birinin vəsatəti üzrə, yaxud da məhkəmənin özünün təşəbbüsü əsasında həyata keçirilə bilər. Şəxsin özü və ya məhkəmə icraatının iştirakçıları cəlbetmə barədə verdikləri vəsatətlərində hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər. Hazırki vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, ərizəçilərin göstərdiyi dəlillər onların 3-cü şəxs qismində işə cəlb olunmalarını qanunla tələb etmir və hazırki iş üzrə çıxarılan məhkəmə aktı X10 və X4 fiziki şəxs kimi hər hansı qanuni mənafeyinə toxunmadığından birinci instansiya məhkəməsi düzgün olaraq sonuncuların işə cəlb olunmasından imtina etmişdir. Apellyasiya şikayətinin dəlilləri bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qərardadın ləğv edilməsinə əsas vermir. Bununla bağlı X2 və X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1652/2019 saylı 17 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 və Muradov Məhəmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1652/2019 saylı 17 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar