Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2734/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9491/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək cavabdehin pensiyanın azaldılması və pensiya məbləğindən tutmaların aparılmasına dair qərarının ləğv edilməsi, sosial sığortaya cəlb edilmiş istifadə edilməmiş məzuniyyətə görə almış oduğu 15113.61 manatın nəzərə alınmaqla pensiyasının yenidən hesablanması, qanunsuz hesablanmış 9806.04 manatın ləğv edilməsi və tutulmuş 1624.74 manat pul məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə məhkəmə qərarı qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9491/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilən İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-1717/2023 nömrəli qərar ləğv edilmiş, məhkəmənin hazırkı qərarında ifadə edilən hüquqi mövqe nəzərə alınmaqla yeni qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, tutulmuş 713.12 manat İddiaçı geri qaytarılması qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir. Qərar ondan apellyasiya şikayəti verilmədiyindən xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. İPM-in 79.1-ci maddəsinə uyğun olaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9491/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı qanuni qüvvəsini aldığından icra olunması üçün 04 noyabr 2024-cü il tarixli məktubla cavabdeh orqana göndərilmişdir. Cavabdeh tərəfindən qərar icra olunaraq buna dair məhkəməyə təqdim edilən xx.xx.2024- cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2-1(112)-9491/2024 nömrəli qərarının icrası məqsədilə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 4940,96 manat məbləğində müəyyən edilmiş, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 7872,03 manat fərq məbləği müəyyən edilmişdir. Həmin məbləğ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2024-xx.xx.2029-cu il tarixləri arasındakı dövr ərzində hissə-hissə adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9491/2024 saylı qərarının icrasının təmin edilməsi üçün qanunamüvafıq tədbir görülməsini və qərar cavabdeh tərəfindən icra edilmədiyi halda cavabdehin 50.000 manat məbləğində cərimə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəfindən iddia ərizəsi ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edilərək cavabdehin pensiyanın azaldılması və pensiya məbləğindən tutmaların aparılmasına dair qərarının ləğv edilməsi, sosial sığortaya cəlb edilmiş istifadə edilməmiş məzuniyyətə görə almış oduğu 15113.61 manatın nəzərə alınmaqla pensiyasının yenidən hesablanması, qanunsuz hesablanmış 9806.04 manatın ləğv edilməsi və tutulmuş 1624.74 manat pul məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə məhkəmə qərarı qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9491/2024 saylı qərarı ilə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilən İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17- 1/3-7-1717/2023 nömrəli qərar ləğv edilməsi və məhkəmənin hazırkı qərarında ifadə edilən hüquqi mövqe nəzərə alınmaqla yeni qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması və tutulmuş 713.12 manatın iddiaçıya geri qaytarılması qərara alınmışdır. Məhkəmə qərarının təsviri hissəsində məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7- 1717/2023 nömrəli qərar ləğv edilməli, pensiyadan tutulmaların dayandırılaraq tutulmuş pul ona geri qaytarılmalı, iddia qalan hissədə isə rədd edilməlidir. Belə ki, məhkəmə iddianın sonuncu hissəsi - tutulmuş 1624.74 manat pulun geri qaytarılması ilə bağlı müəyyən edir ki, cavabdeh tərəfindən iddiaçının pensiyasından tutulma 713.12 manat məbləğində həyata keçirilmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməyərək tutulmuş 713.12 manat pulun ona geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilməlidir. İddianın qanunsuz hesablanmış 9806.04 manatın ləğv edilməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının çatmaq istədiyi qeyd olunan məqsədə qərarın ləğvi nəticəsində nail olunduğundan iddia bu hissədə də rədd edilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 9491/2024 saylı qərarı icra edilməsi üçün xx.xx.2024-cü il tarixli məktubla cavabdeh quruma yönləndirilmişdir. Cavabdeh qurum xx.xx.2024-cü il tarixlin 3-17-1/2-288004/2024 saylı məktubla məhkəməyə cavab verərək bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9491/2024 saylı qərarının icra məqəsədi ilə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 4940.96 manat məbləğində müəyyən edilmişdir. Həmçinin ona ötən dövr üzrə ödənilməli olan 7872.03 manat fərq məbləği müəyyən edilmişdir. Həmin məbləğ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin 2- ci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2024-xx.xx.2029-cu il tarixləri arasındakı dövr ərzində hissə-hissə adı çəkilən şəxsin əmək peniyyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır. Məhkəmə qərarının icrası ilə əlaqədar 2024-cü ilin oktyabr, noyabr və dekabr ayları üzrə yenidən hesablanma üzrə hər ay 4940.96 manat hesabına pensiya məbləği ödənilmişdir. Lakin heç bir səbəb göstərilmədən məhkəmə qərarında göstərilən tələbdən kənar heç bir hal olmadan 2025-ci ilin yanvar ayından ona 4651.88 manat pensiya və hesabına ödəniləcək 123.42 manat pul ödənilməklə qərarın icrası təmin olunmamışdır. Hətta iş materiallarından görünür ki, cavabdeh qurum məhkəmənin qərarında göstərilənlərlə razılaşmış və nəticədə qərardan apellyasiya şikayəti vermədən icrasının təmin edilməsi barədə məhkəməyə məktub formasında məlumatda vermişdir. Cavabdehin iddiaçının ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, ərizəçinin qeyd olunan tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar ərizəçinin 1 fevral 2023-cü il tarixində pensiya işi araşdırılaraq aylıq ödənişi 4183,36 manat müəyyən edilib, həmçinin ona xx.xx.2019-xx.xx.2025-ci il 3-17-1/2- 33452/2025 xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 8649,84 manat artıq vəsaitin ödənildiyi müəyyən edilib. Bundan başqa bildiririk ki, maddi yardım üzrə 2022-ci il üçün ərizəçiyə 244,58 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 244,58 manat vəsait 2023-cü ilin fevral ayında əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilib. Eyni zamanda əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar ərizəçinin əmək pensiyası həmin tarixdən 4651,89 manat məbləğində müəyyən edilib. Həmçinin 2024-cü ilin yanvar ayı üzrə ərizəçiyə ödənilməli olan 468,54 manat fərq məbləği hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın tələbləri nəzərə alınmaqla həmin məbləğ ona artıq ödənilmiş 8649,84 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Ərizəçinin əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, pensiyasının yenidən hesablanması ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır. Əmək pensiyasının yenidən hesablanması zamanı inzibati icraatın düzgün aparılmaması əsas göstərilməklə iddiası Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli e-2-1- (112)-9491/2024 nömrəli qərarı ilə qismən təmin edilib. Bununla əlaqədar ərizəçinin pensiyası 10 oktyabr 2024-cü il tarixində yenidən hesablanaraq 4940,96 manat məbləğində müəyyən edilib. Həmçinin ona pensiya üzrə ötən dövr üçün ödənilməli olan ümumilikdə 7158,91 manat pul vəsaiti hesablanıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ötən dövrdəki ayların sayına bölünərək ödənilir. Bununla əlaqədar olaraq, ərizəçinin pensiyası üzrə ötən dövr üçün hesablanmış 7158,91 manat pul vəsaiti 2024-cü ilin noyabr ayından etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülür. Bundan başqa, müvafiq məhkəmə qərarına əsasən ərizəçinin əmək pensiyasından tutularaq və əvəzləşdirilərək büdcəyə bərpa edilmiş ümumilikdə 713,12 (244,58+468,54) manat pul vəsaiti 2024-cü ilin oktyabr ayında müvafiq kart hesabına köçürülüb. Eyni zamanda bildiririk ki, sözügedən məhkəmə qərarında qeyd olunan mövqeyə uyğun olaraq ərizəçinin əmək pensiyasının yenidən hesablanması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən Mərkəzi Filial tərəfindən inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün 26 noyabr 2024-cü il tarixində ona məktub göndərilməklə Mərkəzi Filiala gəlməsi xahiş edilib. Ərizəçi mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala 9 yanvar 2025-ci il tarixində gəlmiş və ona vaxtilə prokurorluq orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilərkən əmək pensiyasının düzgün hesablanmadığı barədə ətraflı məlumat verilib, daha sonra yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilib və bu barədə birgə akt tərtib edilərək imzalanıb. Göründüyü kimi, Mərkəzi Filial tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, ərizəçi İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 9491/2024 nömrəli qərarının icra edilməsi tələbinə dair ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş edilir. Məhkəmənin sorğusuna əsasən cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialı 04 aprel 2025-ci il tarixli 3-17- 1/2- 72776/2025 nömrəli məktubla İddiaçı dair inzibati icraatın aparılmasına əsas olan səbəblərə dair məlumatlar məhkəməyə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9491/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia İddiaçı tərəfindən verilmiş cavabdeh inzibati orqanın cərimə olunması barədə ərizə rədd edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin həmin qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti işin faktiki halları baxımından cavabdeh inzibati orqanın cərimə olunması barədə ərizə ilə oxşar məzmunda əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarından: İV. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi
25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.
26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı məhkəmə qərarının cavabdeh tərəfindən icra edilmədiyini bildirsə də, iş materiallarından görünür ki, qərarın icrası istiqamətində hərəkətlər cavabdeh tərəfindən aparılmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunur ki, apellyasiya şikayəti cavabdeh inzibati orqanın cərimə olunması barədə ərizə ilə oxşar məzmunda olmaqla əsaslandırıldığını və həmin əsaslara yuxarıda hüquqi qiymət verildiyini nəzərə alan məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək şikayətin dəlilləri üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa lüzum görmür. Bununla bərabər məhkəmə Kollegiyası bir daha diqqətə çəkir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9491/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilən İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-1717/2023 nömrəli qərar ləğv edilmiş, məhkəmənin hazırkı qərarında ifadə edilən hüquqi mövqe nəzərə alınmaqla yeni qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, tutulmuş 713.12 manat İddiaçı geri qaytarılması qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2- 1(112)-9491/2024 nömrəli qərarının icrası məqsədilə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 4940,96 manat məbləğində müəyyən edilmiş, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 7872,03 manat fərq məbləği müəyyən edilmişdir. Həmin məbləğ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2024-xx.xx.2029-cu il tarixləri arasındakı dövr ərzində hissə-hissə adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2-1(112)-9491/2024 nömrəli qərarının icrası ilə bağlı pensiya təyinatı Alt Sistemindən çıxarışı da məhkəməyə təqdim etmişdir. Təqdim olunan sənədlərə əsasən müəyyən olunur ki, məhkəmə qərarı əsasında cavabdeh tərəfindən əmək pensiyası yenidən hesablanmış, tutlmuş məbləğ iddiaçıya geri qaytarılmış, həmçinin ona ötən dövr üzrə ödənilməli olan fərq məbləği müəyyən edilməklə onun ödənilməsinə başlanılaraq qərarın icrasına dair müvafiq tədbirlər görülmüşdür. Odur ki, məhkəmə qərarı tam icra olunmuşdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə Kollegiyası hesab edir, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqanın cərimə olunması barədə ərizə təmin edilməməlidir. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9491/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9491/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.