Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2739/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 Teyyub qızının iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1610/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 5 mart 2024-cü il tarixli 3-17-1/2-Q- 53070/2024 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 25 aprel 2024- cü il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildiririk ki, sizə 57 yaşınızın tamam olduğu 13 fevral 2016-cı il tarixindən Fondun Xəzər rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li Siyahı üzrə müəyyən edilmiş xüsusilə zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin və həmin maddənin “a” bəndinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək 1 №-li Siyahı üzrə sizin güzəştli iş stajınız 10 ildən az (3 il 5 ay 23 gün (xx.xx.1980xx.xx.1983-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizənizdə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır”.
2. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, ləğv olunmuş Bakı Əlvan Metalların Emalı Zavodunun arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.
3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi Bakı Alüminium Yayma Zavodu da Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş, "Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə X4”na uyğun olaraq xx.xx.2000-ci il tarixdən Dövlət Əmlakı Nazirliyinin tabeliyinə verilmişdir. İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazası əsasında "Şüvəlan” ASC yaradılmışdır.
4. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi metaləridici sexdə məftilçəkən, xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi metaləridici sexdə yükləyici-boşaldıcı vəzifəsində çalışmışdır. Məftilçəkən vəzifəsi 1 nömrəli Siyahının Vİİ bölməsində 1072104a-11487 koduna uyğundur. Yükləyici-boşaldıcı vəzifəsi vəzifəsi 1 nömrəli Siyahının Vİİ bölməsində 1072300a-13977 koduna uyğundur. Qeyd olunanları nəzərə alaraq Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir.
5. İZ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1977- xx.xx.1979-cu illərdə Sovet ordusunda hərbi xidmət keçmişdir.
6. "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixli 151 saylı məktubu ilə bildirmişdir ki, İddiaçı xx.xx.1980-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək Bakı Aliminium Yayma Zavodunda yəni indiki "xxxx" ASC-də işləmişdir. İddiaçı xx.xx.1980ci il tarixdən xx.xx.1983-cü il tarixinə qədər isti vəzərərli sexdə əlvan metal məftilçəkəni sonra xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixinədək həmin sexdə hazırlanmış məhsulun yükləyicisi işində işləmişdir. İddiaçı işlədiyi sex isti və zərərli olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarına əsasən həmin işlərdə çalışan işçilərə güzəştli pensiyaya çıxmaq imkanı verir. - isti məftilçəkmə ilə məşğul olan əlvan metal məftilçəkənləri- siyahı İ bölmə Vİİ kod 1072104a-11487 - yükləyici-boşaldıcı maşınistlər- siyahı İ bölmə Vİİ kod 1071200a-13977 Qoşma: Güzəştli iş stajı barədə arayış-01 vərəq.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək ona 52 yaşının tamamında, yəni xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki dövr üçün hesablanmış pensiya ödənişinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. Məhkəmə qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra XŞT üzrə Mərkəzi Filial) özünün 3-171/2Q-117706/2024 №-li 17 may 2024-cü il tarixli məktub ilə iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiya təyin olunması ilə bağlı tərəfindən cavabdehə təqdim etdiyi sənədləri təyinat aparmadan geri qaytarmışdır. Cavabdeh orqan tərəfindən sənədləri geri qaytarılmasına əsas kimi, Mərkəz Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək 1 №-li siyahı üzrə güzəştli şərtlərlə iş stajının 10 ildən az (3 il 5 ay 23 gün yəni xx.xx.1980- xx.xx.1983-cü il tarixləriarasındakı dövr) təşkil etdiyi göstərilmişdir. Cavabdehin belə cavabı ilə razı deyil. Belə ki, o, xx.xx.1959-cu il təvəllüdür, hazırda 65 yaşı tamam olmuşdur. Onun ömür boyu əmək fəaliyyəti zərərli istehsalat sahələrində çalışmaq ilə bağlıdır. Belə ki, hərbi xidməti xx.xx.1979-cu ildə başa vurduqdan sonra zərərli istehsalat sahəsi sayılan – Bakı Əlvan Metalların Emalı (Alüminium Yayma) zavodunda xx.xx.1980- ci il tarixdən xx.xx.1983-cü il tarixədək metaləridici sexdə məftilçəkən, xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək metaləridici sexdə hazır məsulların yükyəcisi son olaraq yenədə pardaqlayıcı peşələrində çalışmışdır. Həmin zavodda xx.xx.1998-ci il tarixə kimi çalışmışdır. Pensiya təyinatı hüquq olaraq DSMF-nin Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən ona 57 yaşının tamamında, yəni xx.xx.2016-cı il tarixdə güzəştli şərtlərlə pensiya təyin olunub. Həmin zaman pensiya təyin edən orqan güzəştli şərtlərlə pensiya təyin edərkən yalnız neftqazçıxarma sahəsində xx.xx.1998-ci il tarixdən sonra çalışmağa başladığı dövrü nəzərə almış, ondan əvvəlki dövrü yəni, Bakı Əlvan Metalların Emalı (Bakı Alüminium Yayma) zavodunda işlədiyi dövrü nəzərə almadan, güzəştli şərtlərlə pensiya təyinatını həyata keçirmişdir. Beləliklə, cavabdeh orqan tərəfindən xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilmiş və hazırkı günə kimi pensiya almaqda davam edir, halbuki 52 yaşının tamamında, yəni xx.xx.2011-ci il tarixdə güzəştli pensiya təyin edilməli idi. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh orqan 52 yaşından güzəştli şərtlərlə əmək pensiya təyin olunması ilə bağlı tərəfindən cavabdehə təqdim etdiyi sənədləri geri qaytarılmışdır. Cavabdeh orqan tərəfindən sənədləri geri qaytarılmasına əsas kimi, güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmağna dair iş güzəştli şərtlərlə iş stajının 10 ildən az təşkil etdiyi göstərilmişdir. Cavabdehin sənədləri geri qaytarması, əslində pensiya təyin edilməsindən imtinaya bərabərdir. İş materiallarına əlavə olunmuş ona məxsus ИТ-İ № 0770131-li əmək kitabçasında olan qeydlərdən görünür ki, Bakı Əlvan Metalların Emalı (Bakı Alüminium Yayma) zavodunda xx.xx.1980-ci il tarixdən xx.xx.1998-ci il tarixədək çalışmışdır. xx.xx.1998-ci il tarixdə zavodda öz xahişi ilə əmək müqaviləsinə son qoyulması, orada istehsalat ahənginin pozulması və tədricən işlərin dayanması səbəb olmuşdur. Yəni həmin zavod bir neçə müddətdən sonra tam dayanmış və üzun müddət bağlı olaraq qalmışdır. Sonradan zavodun taleyi barədə məlumat əldə etmək mümkün olmamışdır. 2023-cü il tarixində ona məlum olmuşdur ki, işlədiyi müəssisə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli sərəncamı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş, “Azərbaycan Respublikasında Dövlət Əmlakınln Özəlləşdirilməsi üzrə İİ Dövlət Proqramına” uyğun olaraq xx.xx.2000-ci il tarixdən Dövlət Əmlak Nazirliyinin tabeliyinə verilmişdir. İqtisadiyyat Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən müəssisənin bazası əsasında "xxxx" ASC yaradılmışdır. Bütün bunlar məlum olduqdan sonra "xxxx" ASC-yə müraciət etmiş, onlar əmək kitabçasında göstərilmiş qeydlərə uyğun müvafiq güzəştli arayış təqdim etmişlər. Belə ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarxinədək bu qanunun 9-cu maddəsində göstərilən staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. AR xx.xx.2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1№-li Siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq vardır. İddiaçı ümumilikdə 25 ildən çox iş stajına, o cümlədən 12 ildən artıq zərərli sahədə çalışmağı ilə bağlı iş stajına malikdir. 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1№-li Siyahı üzrə X2 Vİİ bölmə 1072104a-11487 və 1072300a-1753a kodları altında göstərilən peşələrə uyğundur.
10. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçıya 57 yaşının tamam olduğu 13 fevral 2016-cı il tarixdən Fondun Xəzər rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh orqandan onun Bakı Əlvan Metalları zavodunda işlədiyi dövrün güzəştli stajına daxil edilməsini və bunun müqabilində ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək xx.xx.2016-cı il tarixdən təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli 3-17-1/2- Q5875/2024 nömrəli məktubla müvafiq dövrün araşdırılması zərurətinin yarandığı və buna uyqun olaraq sorğu göndərildiyi barədə iddiaçıya məlumat vermişdir. İnzibati araşdırma yekunlaşdıqdan sonra iddiaçıya xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q- 117706/2024 nömrəli pensiyanın yenidən hesablanmasına dair imtina məktubu verilmişdir. Belə ki cavabdeh orqana təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 27 il 11 ay 6 gün (xx.xx.1977- xx.xx.1979-cu il, xx.xx.1980-xx.xx.1998-ci il, xx.xx.1998xx.xx.2005- ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 1 №-li Siyahı üzrə 10 ildən az (3 il 5 ay 23 gün (xx.xx.1980- xx.xx.1983-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
11. Cavabdeh iddia tələbinə dair etirazına əlavə təqdim edərək bildirir ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.1983- xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də əlvan metalların emalı sexində yükləyici vəzifəsində işlədiyi qeyd edilmişdir. Məhkəmə sorğusuna əsasən adıçəkilən şəxsə dair verilmiş "xxxx" ASC-nin 22 noyabr 2024-cü il tarixli 151 nömrəli arayışında həmin dövr ərzində əridici sexdə yükləyici və boşaldıcı vəzifəsində işlədiyi qeyd edilib. Göründüyü kimi, İddiaçı dair məlumatlarda uyğunsuzluq var. Eyni zamanda, adıçəkilən şəxsin işlədiyi yükləyici vəzifəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən yükləyiciboşaldıcı maşinistlər vəzifəsinə uyğun deyil. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixədək iddiaçının 1 №-li Siyahı üzrə güzəştli iş stajı 10 ildən az (3 il 5 ay 23 gün (xx.xx.1980xx.xx.1983-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Bununla yanaşı, nəzərinizə çatdıraq ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 27 il 11 ay 6 gün (xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1980-xx.xx.1998-ci il, xx.xx.1998- xx.xx.2005ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1610/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
13. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə əmək kitabçasının mötəbər olmasının vəzifə uyğunluğu üçün sübut qismində çıxış etməsi qənaətinə gəlmişdir. Halbuki cavabdeh orqan əmək kitabçasının mötəbər olub-olmamasını deyil, əmək kitabçasında və müvafiq güzəştli arayışlarda iddiaçının vəzifəsinin uyğun gəlməməsini nəzərdə tutur. Siyahıda istinad edilən vəzifənin tam adı “yükləyiciboşaldıcı maşinist” vəzifəsidir. Qanunverici buradakı vəzifə üçün iki funksiya, yəni yükləmək və boşaltmaq vəzifəsini həyata keçirən maşinist vəzifəsini nəzərdə tutmuşdur. Buna uyğun olaraq arayışda vəzifə təlimatları və funksiyalar açıq şəkildə göstərilərək iddiaçının müvafiq dövrlərdə həmin vəzifələri yerinə yetirməsi sübuta yetirilməli idi. Lakin iddiaçının təqdim etdiyi şablon arayış sözügedən məsələlərin heç birini təsdiq etmir, əmək kitabçasında isə vəzifənin “yükləyici” kimi göstərilməsi artıq vəzifə uyğunsuzluğunun olmasına şərait yaradır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 17 aprel 2025-cü il tarixli qərarının ləğv edilməsinin məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
19. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən hesablanır.
20. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli Siyahısı” (bundan sonra 1 və 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Hazırkı işə münasibətdə 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 1 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 25.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 17-21-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 25.Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsini tələb edir. 26.Cavabdeh orqan isə iddiaçının xx.xx.1980-xx.xx.1998-ci illərdə çalışdığı vəzifənin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən siyahıda nəzərdə tutulmadığı və çalışdığı vəzifənin işəgötünənin arayışında istinad olunan Siyahının yükləyici-boşaldıcı peşəsinə uyğun olmamasını əsas gətirmiş, bu səbəbdən xx.xx.1980-xx.xx.1998-ci illərdə işlədiyi dövr ümumi iş stajına daxil edilmişdir.
27. Halbuki, apellyasiya şikayətinin dəlillərinin araşdırmaq məqsədi ilə məhkəmə kollegiyası tərəfindən Şüvalan ASC-nə sorğu göndərilmiş və xx.xx.2025-ci ildə Bakı Apellyasiya Məhkəməsinə daxil olan sorğuya cavab məktubundan məlum olmuşdur ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1993-cü ilədək isti və zərərli sexdə əlvan metal məftilkçəkəni və yükləyici-boşaldıcı maşinist işləmişdir.
28. İş materiallarında olan iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı Bakı Əlvan Metalların Emalı (Alüminium Yayma) zavodunda xx.xx.1980-ci il tarixdən metaləridici sexdə 1-ci dərəcəli məftilçəkən, xx.xx.1980-ci il tarixdən 2-ci dərəcəli məftilçəkən, xx.xx.1983-cü il tarixdən metaləridici sexdə hazır məsulların yükyəcisi, xx.xx.1993-cü il tarixdən 3 nömrəli sexdə pardaqlayıcı peşələrində çalışmışdır. Həmin zavoddda xx.xx.1998-ci il tarixdə öz xahişilə ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlara əsasən iddiaçının həmin illər arasındakı dövrün onun güzəştli pensiya hüququ verən stajı kimi nəzərə alınmaması əsassızdır.
30. Belə ki, iş materiallarında olan işəgötürən hüquqi şəxs tərəfindən təqdim edilən arayışda qeyd olunur ki, İddiaçı xx.xx.1980-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək Bakı Aliminium Yayma Zavodunda, yəni indiki "xxxx" ASC-də işləmişdir. İddiaçının xx.xx.1980ci il tarixdən xx.xx.1983-cü il tarixinə qədər işlədiyi isti və zərərli sexdə əlvan metal məftilçəkən, xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixinədək işlədiyi hazırlanmış məhsulun yükləyicisi-boşaldıcıları vəzifələri güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir və 1 nömrəli Siyahının 1072104a-11487 və 1072300a-13977 kodlarına uyğundur.
31. Göründüyü kimi iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək çalışdığı məftilçəkən və yükləyici vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur və həmin müddət güzəştli iş kimi nəzərə alındığı təqdirdə, 12 ildən yuxarı güzəştli iş stajı mövcuddur.
32. Odur ki, iddiaçının əmək kitabçası və işəgötürən tərəfindən təqdim edilmiş arxiv arayışları ilə iddiaçının əmək fəaliyyəti dövrü təsdiq edildiyindən və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir.
33. Eyni zamanda kollegiya iddiaçının ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi tələbinə dair qeyd edir ki, iddiaçının pensiya hüququ xx.xx.2011-ci il tarixdən yaranmasına baxmayaraq, xx.xx.2024-cü il tarixdə pensiya təyinatı üçün müraciət etmişdir.
33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
34. Beləliklə də, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən ona 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozur.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 36.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 37.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1610/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 38.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1610/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.