Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-274/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin aidiyyəti quruma göndərilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin aidiyyəti quruma göndərilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-184/2021 saylı 07 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli MV № 0452 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. Sabiq hərbi qulluqçu iddiaçı xx.xx.N-ci il tarixdən xx.xx.2010-cu il tarixədək cavabdeh inzibati orqanda müxtəlif vəzifələrdə xidmət etmiş, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək DSX rəisi SQ komandanının sərəncamında olmuşdur. xx.xx.2011-ci il tarixdə sərəncamdan qaytarıldıqda isə daha az maaşlı vəzifəyə, tədris mərkəzinin tədris bölməsinin daxili yanma mühərrikləri və gəminin köməkçi mexanizmlərinin istismarı üzrə müəllimi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2011-ci il tarixdə az maaşlı vəzifəyə keçirilərkən iddiaçı xx.xx.N89-cu il tarixindən xx.xx.N-ci il tarixinədək Sovet İttifaqı qəhrəmanı Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində təhsil aldığı dövrdə xx.xx.N-ci il tarixindən xx.xx.N-ci il tarixinədək (2 ay N gün) N saylı hərbi hissəsində könüllü olaraq, sıravi əsgər qismində həqiqi hərbi xidmət keçdiyini, həmin dövrün əsassız olaraq xidmət illərinə hesablanmamasını, nəticədə pensiya təminatı hüququnun (bax 20-ci bəndə) pozulduğunu iddia edir. İddiaçı yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 4/17- 464 saylı 27 may 20N-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, müraciətə əlavə edilmiş sənədlər (arayışlar, epikriz və s.) əsasında N-ci ilin may-noyabr aylarında Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olduğuna dair məlumatların Dövlət Sərhəd Xidmətinə göndərilməsinə dair Müdafiə Nazirliyinin arxivinə dəfələrlə sorğu ünvanlansa da, həmin hərbi hissədə şəxsi heyətin siyahısına daxil edilməyi və siyahıdan çıxarılmağı barədə hərbi hissə komandirinin müvafiq əmrləri mövcud olmadığından göstərilən ayların pensiya təminatında nəzərə alınması mümkün olmamışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “yeni məlumat vərəqəsinin aidiyyəti quruma göndərilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.N89-cu il tarixindən xx.xx.N-ci il tarixinədək Sovet İttifaqı qəhrəmanı Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində təhsil almış, Azərbaycan Respublikasının MN-nin N saylı hərbi hissəsinin Ucar rotasının şəxsi heyətinin sıralarına könüllü olaraq sıravi əsgər qismində həqiqi hərbi xidmətə yazılmış, N-ci ilin iyun ayının 20-dən 21-nə keçən gecə Ağdərə rayonun Madagiz kəndinin üst hissəsində (Tər-tər çayının yanında olan dağın üstündə) erməni birləşmələri ilə gedən döyüşdə ağır yaralanmışdır. Onu Tər-tər rayon xəstəxanasına gətirmişlər. Xəstəxanada ona ilk tibbi yardım göstərildikdən sonra Ucar rayon xəstəxanasına gətirmişlər. xx.xx.N-ci il tarixində Bakı şəhərinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının cərrahiyə şöbəsinə gətirmişlər. xx.xx.N-ci il tarixindən xx.xx.N-ci il tarixinədək o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalda müalicə almış, Mərkəzi Hərbi Hospitalının cərrahiyə şöbəsində müalicə başa çatdıqdan sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında Hərbi Həkim Komissiyasının qərarına əsasən ona 60 gün müddətində və daha sonra əlavə olaraq 30 gün müddətində xəstəliyə görə məzuniyyət verilmişdir. Müalicə ilə əlaqədar məzuniyyət müddəti bitdikdən sonra o, təhsil aldığı Bakı Dəniz Yolları Məktəbinin rəisinə müraciət etmiş və onun müvafiq əmri ilə təsdiq edilmiş imtahan komissiyası tərəfindən hərbi fənlər üzrə qəbul edilmiş imtahanların nəticələrinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının MN-nin müvafiq əmri ilə leytenant hərbi rütbəsi və “X16raşdıran gəmilərinin 5-ci döyüş hissə komandiri” hərbi uçot ixtisası ilə yanaşı “Gəmi energetik qurğularının istismarçısı” mülki texniki ixtisas diplomu verilmişdir. xx.xx.N-ci il tarixində o, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin - X5 Mühafizəsində həqiqi hərbi xidmətə çağırılmış, Xidmətdə əldə etdiyi uğurlara görə SGG briqadasının rəhbərliyi onun vəzifəsinin yüksəldilməsi qərarına gəlmiş və xx.xx.N95ci il tarixində o, SGG briqadasının elektromexanika xidməti rəisinin müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2001-ci il tarixində xidmət zamanı yol verdiyi bəzi səhvlərə görə DSX-nin rəhbərliyi onun aşağı vəzifəyə, yəni 205P layihəli SGG-nin 5-ci döyüş hissəsinin komandiri vəzifəsinə keçirilmişdir. Lakin bir il beş aydan sonra xidməti döyüş fəaliyyətində əldə etdiyi müsbət nəticələri nəzərə alaraq DSX rəhbərliyi onu hərbi hissənin elektromexanika bölməsinin baş zabiti vəzifəsinə təyin edilməyi barədə qərar qəbul etmişdir. xx.xx.2005-ci il tarixində DSX-nin rəhbərliyi onun X11 Dəstəsi rəisinin elektromexanika üzrə müavini vəzifəsinə təyin edilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanı, DSX rəisinin xx.xx.2007-ci il tarixli 0116 saylı əmrinə əsasən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə xx.xx.2008-ci il tarixli 0129 saylı əmrinə əsasən “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə (Silahlı Qüvvələrdə 10 və 15 təqvim ili qüsursuz xidmətə görə) təltif edilmişdir. xx.xx.2010-cu il tarixində DSX-nin Sahil Mühafizəsində həyata keçirilmiş ştatların ixtisarı və struktur dəyişiklikləri ilə əlaqədar olaraq SGGD-si ləğv edilmiş və xidməti vəzifəsinin adı X6 X7 Elektromexanika bölməsinin rəisi kimi müəyyən edilmişdir. O, gənc yaşında vərəm xəstəliyinə tutulmuşdur. 2011-ci ilin mart ayında o, DSX-nin SM-nin rəisi cənab general leytenant İlham Mehdiyevə müraciət edərək, ondan səhhəti ilə əlaqədar olaraq, xidməti mənafe naminə aşağı vəzifəyə keçirilməyini xahiş etmişdir. xx.xx.2011-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək DSX-nin SM-nin X13 baş müəllimi vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. Bundan sonra o, öz arzusu ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, X2 xx.xx.2011-ci il tarixli, 1547/şh saylı Əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinin müddəalarına əsasən (öz arzusu ilə) xx.xx.2011-ci il tarixində həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Göründüyü kimi, xx.xx.2011-ci il tarixində (xx.xx.N-ci il tarixindən-xx.xx.2011-ci il tarixinədək) o, artıq DSXnin SM-də 18 il, 3 ay, 20 gün həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2011-ci il tarixində DSXnin X6 X7 Elektromexanika bölməsinin rəisi vəzifəsindən DSX-nin SM-nin X13 baş müəllimi vəzifələrinə keçdiyi zaman onun artıq N il, 9 ay, 20 gün təqvim müddəti ərzində xidmət illəri (əmək stajı) mövcud idi. xx.xx.N-ci il tarixindən xx.xx.N-ci il tarixinədək MN-nin hərbi hospitalında müalicə aldığı müddətin Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində təhsil aldığı müddət ilə üst-üstə düşdüyü aşkardır. xx.xx.N-ci il tarixindən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında Hərbi Həkim Komissiyasının qərarına əsasən ona verilmiş 60 gün müddətində və daha sonra əlavə olaraq 30 (otuz) gün müddətində xəstəliyə görə məzuniyyət staja qeyd edilmədiyi də aşkardır. Bu müddətin üstüstə düşdüyü hissə nəzərə alınmasa da məzuniyyətin digər hissəsi yəni xx.xx.N-ci il tarixindən xx.xx.N-ci il tarixinədək olan müddəti ümumi stajının üzərinə gəldikdə 2 ay 25 gün (və ya 2 ay 10 gün) müddəti nəzərə aldıqda məlum olur ki, xx.xx.2011-ci il tarixində DSX-nin X6 X7 Elektromexanika bölməsinin rəisi vəzifəsindən DSX-nin SM-nin X13 baş müəllimi vəzifələrinə keçirildiyi zaman 20 il, 0 ay, 15 gün stajı (və ya 20 il 00 ay, 00 gün) mövcud olmuşdur. Bu məqsəd ilə o, 2011-ci ili avqust ayında DSX SM-nin rəisinə müraciət edərək, ondan AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalı tərəfindən ona təqdim edilmiş AR MHH-nın Hərbi Həkim Komissiyasının xx.xx.N-ci il tarixli, 496 saylı, və xx.xx.Nci il tarixli, 1636 saylı arayışların surətini, habelə AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının arxivindən ona verilmiş 2999-N nömrəli xəstəlik tarixçisindən (epikrizdən) çıxarışın surətini təqdim edərək onun xidmət illərinin hesablanması zamanı N-ci ilin may ayından həmin ilin noyabr ayının 11-15 tarixlərinədək olan müddətində əlavə edilməsini xahiş etmişdir. Eyni zamanda DSX SM-nin rəisinin göstərişinə əsasən AR MN-nə 2-ci dərəcəli kapitan İddiaçı MN-nin N saylı hərbi hissəsində könüllü olaraq N-ci il tarixində xidmət keçməsi haqqında məlumatın verilməsi barədə müvafiq sorğu göndərilmişdi. Lakin göndərilən sorğuda məlumatın düzgün yazılmadığına görə sorğuya mənfi cavab gəlmişdir. Belə ki, göndərilən sorğuda 2- ci dərəcəli kapitan İddiaçı yazılmışdı. N-ci ildə o, AR MN-nin N saylı hərbi hissəsinin sıravi əsgəri idi. Arxiv sənədlərində N nömrəli hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəllərində Ucar rotasının sıravi əsgəri İddiaçı adı qeyd edilmişdir. O, az maaşlı vəzifəyə keçirilənədək əmək pensiyası almaq hüququna malik olmuş və səhhəti ilə əlaqədar olaraq aşağı vəzifəyə keçirilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı Silahlı Qüvvələrin ehtiyatında olan 2-ci dərəcəli kapitan İddiaçı Mirzəbaba oğlu iddia ərizəsində 15 may N-ci il tarixdən 27 noyabr N-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində könüllü olaraq həqiqi hərbi xidmət keçdiyini bildirsə də, onun şəxsi işində bu barədə qeydlər olmadığından DSX-nin Kadrlar Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İşlər İdarəsinə 04 oktyabr 2018-ci il tarixli, 4/17-829 nömrəli müvafiq sorğu ünvanlanmışdır. Müdafiə Nazirliyindən sözügedən sorğuya daxil olmuş cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı Mirzəbaba oğlunun göstərdiyi hərbi hissədə onun N-ci ilin iyun-dekabr ayları ərzində xidmət etməsi və yaralanması barədə heç bir məlumat yoxdur, belə ki, adı qeyd olunan zabitin göstərilən tarixlərdə həqiqi hərbi xidmət keçməsi barədə hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında hər hansı bir qeydiyyat müəyyən edilməmişdir. İddiaçı iddia ərizəsində az maaşlı vəzifəyə keçirildiyini və həmin vəzifəyə keçirildiyi gün xidmət illərinə görə pensiya hüququnun yarandığını göstərmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Qanununun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidməti mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən onların əmək pensiyası bilavasitə göstərilən keçirməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. İddiaçı aşağı vəzifəyə keçirilməsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin rəisi-X2 17 mart 2011-si il tarixli 400 Ş/h saylı əmrində bu barədə qeydlər olmadığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18- ci bəndinin ona şamil olunması qanunsuzdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-184/2021 saylı 7 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.N-ci il tarixindən xx.xx.N- ci il tarixinədək AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində könüllü olaraq, sıravi əsgər qısmində həqiqi hərbi xidmət keçdiyi ümumi müddətin 2 ay 13 günü uzun müddət xidmət illərinin üzərinə əlavə edilsin və bunun nəticəsində xx.xx.2011-ci il tarixində səhhəti ilə əlaqədər olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirildiyi zaman yaşa görə əmək pensiyası almaq hüququna malik olduğu səbəbindən əmək pensiyasına əlavənin bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdığı vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanması və yeni tərtib edilmiş məlumat vərəqəsinin pensiya məbləğinin yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək DSX X6 X7 elektronika bölməsinin rəisi vəzifəsində xidmət etmiş, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək DSX rəisi SQ komandanının sərəncamında olmuşdur. xx.xx.2011-ci il tarixdə sərəncamdan qaytarıldıqda isə daha az maaşlı vəzifəyə, tədris mərkəzinin tədris bölməsinin daxili yanma mühərrikləri və gəminin köməkçi mexanizmlərinin istismarı üzrə müəllimi vəzifəsinə təyin olunmuşdur. İddiaçı 13 sentyabr 2011-ci il tarixdə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən sabiq hərbi qulluqçu İddiaçı “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq xidmət illərinə görə pensiya, tədris mərkəzinin tədris bölməsinin daxili yanma mühərrikləri və gəminin köməkçi mexanizmlərinin istismarı üzrə müəllimi vəzifə maaşına uyğun təyin olunmuşdur. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanunun 20.18.-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. İddiaçın aşağı vəzifəyə öz arzusu, səhhəti və ya yaşı ilə əlaqədar olaraq deyil, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanının xx.xx.2010-cu il tarixli, 1462 ş/h nömrəli əmri ilə keçirildiyini, həmçinin keçirilməyədək xidmət etdiyi X6 X7 elektronika bölməsinin rəisi vəzifəsində bir ildən az (xx.xx.2009-cu il tarixdən xx.xx.2010cu il tarixədək 11 ay 21 gün) xidmət etdiyini nəzərə alaraq iddiasının əsassız olmasını hesab edirlər. Göründüyü kimi, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı iddia tələbi əsassızdır və məhkəmə tərəfindən təmin edilməməli idi. Lakin məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulmuş işin hallarının araşdırılması prinsipinə düzgün riayət etməyərək əsassız qərar qəbul etmişdir. Buna görə də Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 184/2021 nömrəli qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-177/2022 saylı 11 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-184/2021 saylı 7 may 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1047/2022 saylı xx.xx.2022ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-177/2022 saylı 11 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və 3-cü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibatı məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin və 3cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş 3-cü şəxsin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən 27 may 20N-cu il tarixli məktubla onun tələbinin təmin olunmasından imtina edilmişdir. İddiaçı xx.xx.20N-cu il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı tələbi “məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Sonradan o, məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 28 noyabr 2018-ci il tarixli, 9/2-N424 saylı məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş, N nömrəli hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: kitab; 31.10.xx.xx.N-ci il, səh226, sıra-28) Ucar rotasının 3-cü manqasında sıravi əsgər İddiaçı adı qeyd edilmişdir. Ucar batalyonu komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamış və N nömrəli hərbi hissə komandirinin may-iyun N-ci il tarixli nizami hissə üzrə əmrlərində xidməti, yaralanmağı barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi tərəfindən İddiaçı ünvanlanmış N mart 20N-cu il tarixli, 1015 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, 14- xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək olan dövrdə N nömrəli hərbi hissənin tərkibində sıravi əsgər qismində xidmət keçibkeçməməyi barədə sənədlərin verilməsi mümkün deyil. Göstərilən tarixlər haqqında məlumatları əks etdirən sənədlər arxiv məlumatları olduğu üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mərkəzi arxivinə təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 31 iyul 2018-ci il tarixli, K/867/4M-950/2 saylı məktubundan görünür ki, MTN Sərhəd Qoşunları tərəfindən verilmiş xx.xx.N97-ci il tarixli 0629 №-li “Müharibə Veteranı” vəsiqəsi itdiyi üçün etibarsız sayıldığından DSX-nə etdiyi əlavə müraciətinə müvafiq komissiyada baxılmış və təkrar olaraq xx.xx.2016-cı il tarixdə 0452 №-li “Müharibə Veteranı” vəsiqəsi təqdim olunmuşdur. Döyüş əməliyyatlarında iştirakını və yaralanmağını təsdiq edən sənədlərin (arayış və xəstəlik şəhadətnaməsinin) surətləri ünvanına göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, N №-li hərbi hissə komandirinin may-iyul N-ci il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında, N-ci il tarixli yaralananların qeydiyyatı kitablarında və may-iyul N-ci il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəllərində xidməti, yaralanmağı və pul təminatı ilə təmin olunmağı barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Tərtər Ə.Ö.M.B komandirinin xx.xx.N91-ci il tarixdən xx.xx.N93-cü il tarixədək olan və N nömrəli hərbi hissə komandirinin N-ci il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.2018-ci il tarixdə 9/2-18922 №-li və xx.xx.2018-ci il tarixdə 9/2-N424 №-li məktublarla ünvanına cavab göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli № 03/8P/02-494 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti xətti ilə sentyabr 2011-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 01 sentyabr 2013- cü il tarixdən təminat xərcliyi 393,25 manat təşkil edir. 20 xidmət ilinə görə təminat xərcliyinin 50 faizi məbləğində, yəni N6,63 manat pensiya düzgün hesablanmışdır və ödənilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli № **********9 saylı məktubundan görünür ki, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin təqdim etdiyi məlumata əsasən xidmət etmiş, olduğu orqan tərəfindən təqdim edilmiş məlumat vərəqində əks olunan xidmət müddətinə və təminat xərcliyinə əsasən hesablanmış pensiya hazırda 618,48 manat təşkil edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli № **********3 saylı məktubundan görünür ki, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin təqdim etdiyi məlumata əsasən pensiyası xidmət etmiş olduğu orqan tərəfindən təqdim edilmiş məlumat vərəqində əks olunan xidmət müddətinə və təminat xərcliyinə əsasən hesablanmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 27 may 20N-cu il tarixli, № 4/17-464 saylı məktubundan görünür ki, pensiya təminatının yenidən hesablanması ilə əlaqədar Dövlət Sərhəd Xidmətinə ünvanlanmış müraciəti Kadrlar Baş İdarəsində aidiyyəti üzrə baxılmışdır. Müraciətə əlavə edilmiş sənədlər (arayışlar, epikriz və s.) əsasında N-ci ilin may-noyabr aylarında Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olduğuna dair məlumatların Dövlət Sərhəd Xidmətinə göndərilməsinə dair Müdafiə Nazirliyinin arxivinə dəfələrlə sorğu ünvanlansa da, həmin hərbi hissədə şəxsi heyətin siyahısına daxil edilməyi və siyahıdan çıxarılmağı barədə hərbi hissə komandirinin müvafiq əmrləri mövcud olmadığından göstərilən ayların pensiya təminatında nəzərə alınması mümkün olmamışdır. Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən pensiya üçün xidmət illərinin hesabı müvafiq qanunvericiliyin tələbləri və şəxsi işində olan məlumatlar nəzərə alınmaqla hesablanmış və tanış olmaqla imza edilmişdir. Xəstəlik vərəqinin surətindən görünür ki, 2011 saylı h/h k-n İİ r. İddiaçı DSX h/h-nin terapiya şöbəsində xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixinədək müalicə olunmuşdur. Diaqnoz soltərəfli kəskin ocaqlı pnevmoniya, funksiyaların cuzi dərəcədə pozulması ilə sağ əl İV-V barmaqların kontrakturalası. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş xidməti məktubdan görünür ki, 04 iyul 20N-cu il tarixli 7111 nömrəli məktuba Maliyyə Plan İdarəsində baxılmışdır. Sabiq hərbi qulluqçu 2-ci dərəcəli kapitan İddiaçı iddia ərizəsində 15 may N-ci il tarixindən 27 noyabr N-ci il tarixinədək könüllü olaraq hərbi xidmət keçdiyini bildirmişdir. Lakin onun şəxsi işində bu barədə məlumat və qeydlər olmadığından Kadrlar Baş İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə 4/17-829 nömrəli məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər idarəsinə müvafiq sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirmişlər ki, onun xidmət etdiyi hərbi hissə komandirinin iyun-dekabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba kitablarında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. Belə ki, sabiq hərbi qulluqçu 2-ci dərəcəli kapitan İddiaçı iddia ərizəsi əsassızdır. İddiaçı iddia ərizəsində az maaşlı vəzifəyə keçirildiyini və keçirildiyi gün xidmət illərinə görə pensiya hüququnun olduğunu bildirir. İddia ərizəsinin əsassız olduğu bildirilir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18 maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidməti mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qilluqçular xidmətdən buraxılarkən onların əmək pensiyası bilavasitə göstərilən keçirməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. İddiaçı aşağı vəzifəyə keçirilməyi ilə bağlı DSX-nin rəisi- SQ Komandanının (17 mart 2011-ci il № 400 ş/h) əmrində bu barədə qeydlər olmadığından bu bəndin ona şamil olunması qanuna uyğun deyildir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti kadrlar Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli K/867/4M-950/2 nömrəli məktubundan görünür ki, İddiaçı döyüş əməliyyatlarında iştirakı və yaralanmağını təsdiq edən sənədlər (arayış və xəstəlik şəhadətnaməsi) İdarə tərəfindən iddiaçıya təqdim edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 03 avqust N-ci il tarixli № 496 saylı arayışından görünür ki, sıravi əsgər İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı xx.xx.N-ci il tarixdə yaralanmış, xx.xx.N-ci il tarixdə əməliyyat keçirmişdir. SSRİ-nın MN-nin N87-ci il tarixli 260 nömrəsi ilə təsdiq edilmiş “Xəstəliklərin və fiziki çatışmamazlıqların cədvəli” nin 392-ci bəndinin İ hissəsinin tələblərinə əsasən sıravi İddiaçı xəstəliyinə görə 60 günlük müddətə məzuniyyətə ehtiyacı vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 05 oktyabr N-ci il tarixli № 1636 saylı arayışından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı yaraya görə sıravi İddiaçı əlavə olaraq 30 gün müddətində məzuniyyət verilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissə komandirinin Dövlət Sərhəd Xidmətinin rəisi-X2 sərəncamına götürülməsi haqqında 08 oktyabr 2010-cu il tarixli № 234 saylı Əmrindən çıxarışdan görünür ki, 2-ci dərəcəli kapitan İddiaçı 27 sentyabr 2010-cu il tarixdən Maddi-texniki təminat şöbəsi elektromexanika bölməsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətinin rəisi-X2 sərəncamına götürülmüş hesab edilmiş, son qərar qəbul edilənədək bütün təminat növlərində Sahil Mühafizəsində saxlanılmış. Əsas: Dövlət Sərhəd Xidmətinin rəisi - X2 27 sentyabr 2010- cu il tarixli 1462 ş/h saylı əmri. DSX rəisi –SQK sərəncamında olan 2-ci dərəcəli kapitan İddiaçı xx.xx.2011-ci il tarixli raportundan görünür ki, o, tədris mərkəzində müəllim vəzifəsinə təyin olunmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissə komandirinin vəzifəyə təyin edilməsi haqqında 30 mart 2011-ci il tarixli № 70 saylı Əmrindən çıxarışdan görünür ki, Dövlət Sərhəd Xidmətinin rəisi-X2 sərəncamında olan (2011 saylı h/h) 2-ci dərəcəli kapitan İddiaçı 17 mart 2011-ci il tarixdən Tədris mərkəzinə tədris bölməsinin daxili yanma mühərrikləri və gəminin köməkçi mexanizmlərinin istismarı üzrə müəllimi vəzifəsinə təyin olunmuş hesab edilmiş. 2-ci dərəcəli kapitan İddiaçı sərəncamda olma müddəti 2010-cu ilin noyabr ayının 27-dən vəzifəyə təyin edilənədək uzadılmış və ona təminat xərcliyi tam həcmdə ödənilməsi barədə əmr qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəməyə daxil olmuş xidməti məktubun surətindən görünür ki, İddiaçı 27.11,N-ci ildən xx.xx.2011-ci ilədək Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olub və «Hərbi xidmət haqqında» AR Qanununun 18-ci maddəsinin «j» bəndinə (öz arzusu ilə) əsasən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Xidmət müddətində döyüş əməliyyatlarında iştirakına görə keçmiş MTN tərəfindən verilmiş xx.xx.N97-ci il tarixli 0629 №-li «Müharibə veteranı» vəsiqəsinin (bu vəsiqənin verilməsi barədə Dövlət Təhlükəsizliyi Xidmətindən xx.xx.2020-ci İİ tarixli 12/36/251 Noli məktubla Dövlət Sərhəd Xidmətinə göndərilmiş adlı siyahıda İddiaçı adı 84cü sıradadır, surəti əlavə olunur) itirilməsi ilə bağlı «Təkrar» «Müharibə veteranı» vəsiqənin verilməsi üçün Dövlət Sərhəd Xidmətinə ünvanladığı müraciəti əsasında barəsində toplanmış müvafiq arxiv sənədləri və vəsiqənin itirilməsi barədə qəzet elanı xx.xx.2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin nəzdində yaradılmış «Müharibə veteranı» və «Silahlı Qüvvələr veteranı» adının və vəsiqələrinin verilməsi komissiyasına təqdim olunmuşdur. Toplanmış müvafiq sənədlər əsasında İddiaçı müraciətinə baxılmış və ona «Təkrar» «Müharibə veteranı» vəsiqəsinin verilməsi barədə qərar qəbul edilmişdir. Komissiyanın yekun qərarına uyğun olaraq vətəndaşa xx.xx.2016-cı il tarixli 0452 №-li «Müharibə veteranı» vəsiqəsi təqdim edilmişdir (surətləri əlavə olunur). Hazırki işin təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarındakı göstərişlər nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən müvafiq sorğular verilmişdir. Həmin sorğulara cavab olaraq Azərbaycan Dövlət Dəniz X8 Şəxsindan daxil olmuş məktubda qeyd edilmişdir ki, İddiaçı N89-N-ci illərdə Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbində əyani təhsil almış və ona qeydiyyat nömrəsi 4750 olan HT 763187 nömrəli diplom verilmişdir. Vətəndaşın hərbi xidməti barədə ADDA-da heç bir məlumat yoxdur. Bundan əlavə, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olmuş məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin xx.xx.Nxx.xx.N-ci il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda qeyd edilmiş “Ucar” rotasının şəxsi heyətinin siyahısında 3-cü manqada siravi əskər İddiaçı adı qeyd olunmuşdur. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N nömrəli hərbi hissə komandirinin aprel-dekabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissənin xx.xx.N-xx.xx.N-ci il tarixli şəxsi heyətə Pul təminatının ödənilməsi cədvəlləri qovluğunda İddiaçı N-ci ilin aprel-oktyabr aylarında pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir. Ucar batalyon komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirilinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci abzasında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən hərbi qulluqçularının pensiya təminatı bu Qanunla müəyyən edilir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaların 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci hissəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Qanunvericiliyin qeyd edilən tələblərindən aydın görünür ki, hərbi qulluqçulara yaşa görə əmək pensiyası xidmət etdiyi orqanın tərtib etdiyi məlumat vərəqinə əsasən xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən hesablanır. Göründüyü kimi, iddiaçının iddia tələbi şərti olaraq iki hissədən ibarətdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində könüllü olaraq, siravi əsgər qismində həqiqi hərbi xidmət keçdiyi müddətin xidmət illərinin üzərinə əlavə edilməsi; - Daha az maaşlı vəzifəyə keçirilənədək yaşa görə əmək pensiyası almaq hüququna malik olduğundan əvvəlki vəzifə üzrə təminat xərcliyinin hesablanması və aidiyyəti quruma yeni məlumat vərəqəsinin göndərilməsi. İddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsi təşkil edir. Həmin normaya əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Sadalanan qanunvericilik normasının təhlili göstərir ki, 20.18-ci maddənin tətbiq üçün 2 element mövcud olmalıdır: a) daha az maaşlı vəzifəyə keçirilmə səbəbi şəxsin səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə olmalı; b) keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olmalı. İddiaçının xidməti dəftərçəsinin surətindən görünür ki, o, Dövlət Sərhəd Xidmətinin rəisi-X2 xx.xx.2011-ci il tarixli əmri ilə Tədris mərkəzində müəllim vəzifəsinə keçirilənədək xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin rəisi-X2 sərəncamında olmuş, bütün təminat növlərində saxlanılmış, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək Maddi texniki təminat şöbəsi elektromexanika bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. İddiaçının aşağı maaşlı vəzifəyə, yəni Tədris mərkəzində müəllim vəzifəsinə keçirilməsi əsası iddiaçının xx.xx.2011-ci il tarixli raportu olmuşdur. Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 81-ci maddəsinə əsasən Hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda; b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə; v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə; q) Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən; d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə. İş materiallarından və işin araşdırılmış hallarından aydın olur ki, iddiaçı xx.xx.2011ci il tarixli raport yazaraq səhhəti ilə bağlı Tədris mərkəzində müəllim vəzifəsinə keçirilməsini xahiş etmiş və Dövlət Sərhəd Xidmətinin rəisi-X2 xx.xx.2011-ci il tarixli əmri ilə həmin vəzifəyə təyin olunmuşdur. İş üzrə digər araşdırılmalı hal iddiaçının aşağı maaşlı vəzifəyə təyin edilənədək yaşa görə əmək pensiyası hüququna malik olub-olmamasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı iddia edir ki, xx.xx.N-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin-X5 Mühafizəsində həqiqi hərbi xidmətinə qəbul edilənədək xx.xx.N-ci ildən xx.xx.N-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində könüllü olaraq həqiqi hərbi xidmət keçmişdir. Bununla bağlı iddiaçı qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən zamanı yaralanmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hospitalında müalicə almış, həmçinin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 yanvar N-ci il tarixində qüvvəyə minmiş “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Qərarına əsasən Azərbaycan Ordusunda, sərhəd qoşunlarında, daxili qoşunlarda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında həqiqi hərbi xidməti müddəti zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aiddir. Mübahisələndirilən hal iddiaçının xx.xx.N-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin-X5 Mühafizəsində hərbi xidmətə qəbul edilənədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub-olmaması və həmin xidmətin müddətidir. İşin araşdırılmış hallarından göründüyü kimi, Dövlət Sərhəd Xidmətinin rəisi-X2 17 mart 2011-ci il əmri ilə iddiaçı az maaşlı vəzifəyə keçirilənədək 18 il 3 ay 20 gün təqvim ili ilə xidmət müddətinə malik olmuşdur. Həmçinin, iş materiallarına əlavə edilmiş NT 763187 nömrəli diplomdan görünür ki, iddiaçı xx.xx.N89-cu ildən 12 avqust N-ci ilədək Bakı Dəniz Yolları Məktəbində təhsil almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 yanvar N-ci il tarixində qüvvəyə minmiş 23 noyabr N-ci il tarixli, 631 nömrəli Qərarına əsasən Zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Belə olan halda, iddiaçının 5 illik təhsil müddəti 2 il 6 ay xidməti müddətinə daxil edilir. Beləliklə, iddiaçı az maaşlı vəzifəyə keçirilənədək təqvim ili ilə N il 9 ay 20 gün xidmət müddətinə malik olmuşdur. İddiaçı xx.xx.N-ci i tarixdən xx.xx.N-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Ucar batalyonunda könüllü olaraq həqiqi hərbi xidmət keçdiyi müddət nəzərdə alındıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinin tətbiqi üçün ilkin şərt olan az maaşlı vəzifəyə keçirilənədək əmək pensiyası almaq hüququna malik olduğunu iddia edir. Kollegiya hesab edir ki, iddiaçı xx.xx.N-ci ildən əvvəlki tarixdə həqiqi hərbi xidmətdə olduğundan həmin müddət iddiaçının xidmət müddətinə daxil edilməlidir. Belə ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün xx.xx.N97-ci il tarixdə müharibə veteran adı və vəsiqəsi verilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərdən, həmçinin AR DSX Kadrlar Baş İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan aydın olur ki, iddiaçı DSX-də hərbi xidmətə qəbul edilməzdən öncə döyüş əməliyyatlarında iştirak etmiş və yaralanmışdır. Bunun təsdiqi kimi 2999-N nömrəli xəstəlik tarixçəsindən çıxarış (epikriz) və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Polikninkasının xx.xx.N-ci il tarixli 496 nömrəli və xx.xx.N-ci il tarixli 1636 nömrəli arayışları inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmişdir. İddiaçının xx.xx.N-ci ildən əvvəlki dövrdə hərbi xidmətdə olmasını, döyüşlərdə iştirakını təsdiq edən digər bir fakt Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli, 9/2-N424 nömrəli arxiv arayışıdır. Həmin arayışda qeyd edilir ki, N nömrəli hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi qovluğunda Ucar rotasının 3-cü manqasında sıravi əsgər İddiaçı adı qeyd edilmişdir. Göründüyü kimi, inzibati orqan iddiaçının əvvəllər döyüş əməliyyatlarında iştirakını və yaralanması faktını əsas götürərək ona müharibə veteranı adı və vəsiqəsini vermişdir. Lakin hazırki halda cavabdeh inzibati orqan iddiaçının onda xidmətə qəbul edilənədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını təsdiq edən sənədlərin arxivdə mövcud olmadığı əsası ilə həmin dövrlərin xidmət müddətinə daxil edilməsindən əsassız olaraq imtina edir. Beləliklə, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmalar onu deməyə əsas verir ki, iddiaçı xx.xx.N-ci il tarixdən əvvəlki dövrdə könüllü olaraq həqiqi hərbi xidmətdə olduğu dövr onun xidmət müddətinə əlavə edilməlidir. İddiaçının 12 avqust N-ci ilədək Bakı Dəniz Yolları Məktəbində təhsil müddətini nəzərə alsaq, ona xx.xx.N-ci il tarixdən və xx.xx.N-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı yaraya görə 60 günlük daha sonra 30 günlük məzuniyyətin verilməsi, həmçinin N nömrəli hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsinə dair oktyabr N-ci il tarixə aid qovluğda siravi əsgər İddiaçı adının olması onun 12 avqust N-ci ildən 25 noyabr N-ci ilədək olan müddətdə həqiqi hərbi xidmətdə olduğunu təsdiqləyir. Qeyd edilən bu müddət 2 ay 13 gün xidmət müddətində nəzərə alındıqda iddiaçının az maaşlı vəzifəyə keçirilməsinədək qanunvericiliklə nəzərdə tutulmuş 20 təqvim ili tamamlanmış olur. Belə olan halda iddiaçının Dövlət Sərhəd Xidmətinin rəisi-X2 17 mart 2011-ci il əmri ilə az maaşlı vəzifəyə keçirilənədək xidmət müddəti təqvim ili ilə 20 ildən ( 20 il 3 gün) artıq olacaqdır. Göründüyü kimi, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinin müddəaları ödənilir. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-184/2021 saylı 07 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Cahangir Yusifov Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-274/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-274/2023
01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver