Məhkəmə qərarları › İş №2-1(103)-2741/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2741/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2741/2022 06.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı X1 cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin naturada müəyyən edilməklə cizgi planın tərtib edilməsi barədə iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3267/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından üçüncü şəxs X3 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 155 №-li sərəncamı ilə İddiaçı adına ayrılmış Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 (min iki yüz) kv.m torpaq sahəsinin naturada müəyyən edilməklə, bu torpaq sahəsinin döngə nöqtələrini özündə əks etdirən cizgi planının tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3267/2021 saylı qərarı ilə İddia tələbi təmin edilərək, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 155 №-li sərəncamı ilə İddiaçı adına ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 (min iki yüz) kv.m torpaq sahəsinin naturada müəyyən edilməklə, bu torpaq sahəsinin döngə nöqtələrini özündə əks etdirən cizgi planının tərtib edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərar alınmışdır. (hakim Ş.Həsənova) Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə 25 fevral 2022-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, X3 üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)- 865/2022 saylı qərardadı ilə cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin apellyasiya şikayətiin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021ci il tarixli, 2-1(112)-3267/2021 nömrəli qərarının ləğv edilməsi, iddiaçı X1 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 155 №-li sərəncamı ilə X1 adına ayrılmış Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 73 №-li mağazanın qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 (min iki yüz) kv.m torpaq sahəsinin naturada müəyyən edilməklə, bu torpaq sahəsinin döngə nöqtələrini özündə əks etdirən cizgi planının tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmçinin iş üzrə üçüncü şəxs X3 Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmişdir. Sonradan Bakı İnzibati Məhkəməsindən 18 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə iş üzrə üçüncü şəxs X3 tərəfindən verilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3267/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə apellyasiya şikayəti daxil olmuşdur. Üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə apellyasiya qaydasında baxılarkən iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadıgı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. İşdən görünür ki, iş üzrə üçüncü şəxs X3 hazırki iş üzrə müstəqil tələb irəli sürməyərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3267/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Üçüncü şəxs tərəfindən mübahisələndirilən həmin məhkəmə qərarı isə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-865/2022 saylı qərardadı ilə ləgv edilərək inzibati işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Yəni üçüncü şəxs tərəfindən qaldırılan mübahisə üzrə nəticə mövcud deyildir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 81.2, 83.1, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3267/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar