Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2742/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X2 və üçüncü şəxsin iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“SOCAR”) İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X3) “sərəncamın etibarsızlığının tanınması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3046/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“SOCAR”) İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “SOCAR”ın İddiaçı neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış ünvan 1 ünvanında, 39 T 414811; ******* coğrafi koordinatlarda yerləşən 600 kv.m-dən ibarət sənaye təyinatlı torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi məqsədilə X1 ayrılması barədə Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1015 nömrəli sərəncamının etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“SOCAR”) İddiaçı neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanında, 39 T 414811; ******* coğrafi koordinatlarda yerləşən 600 kv.m-dən ibarət bir hissəsi Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 1015 nömrəli sərəncamı ilə qanunsuz olaraq fərdi yaşayış evinin tikilməsi məqsədilə vətəndaş X1 ayrılmışdır. Həmin torpaq sahəsində üçüncü şəxs tərəfindən tikinti işləri aparılır. Həmin torpaq sahəsinin üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın "Azneft” İB-nin fəaliyyətinə ciddi maneələr yaranmışdır. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti qaldırılan iddia ilə bağlı məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1015 saylı sərəncamı ilə üçüncü şəxsə torpaq sahəsi ayrılan dövrdə dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə verilməsi və mühafizəsi vahid qurum olaraq yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3046/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun əsaslandırılmış, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: « Mübahisəli torpaq sahəsinin üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlüxə mənbəyidir. Eləcə də cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsisinin hüquqi rejimi ə məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğır təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin fəaıliyyətinə ciddi maneələr yaranmışdır. Qərarla bağlı ikinci məqam ondan ibarətdir ki, məqsədli təyinatna" və İddiaçı daimi istifadəsində olması nəzərə alınmadan, həmin torppaq sahəsi fərdi yaşayış evinin tikilməsi məqsədilə qanunsuz olaraq vətəndaşın mülkiyyətinə verilmişdir. Mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3, 134 və 137-ci maddələrinin tələblərindən göründüyü kimi, “Sənaye, nəqliyyat, digər qeyri-kənd təsərrüfatı müəssisələri, idarələri və təşkilatları istifadə etmədikləri torpaqla ı rayon və ya şəhar xalq deputatları Sovetləri icraiyyə komitələrinin qərarı əsasında, SSRİ İttifaqının və Azərba;can SSR-in qanunvericiliyi ilə müəyyən edilən qaydada və şərtlərlə iand təsərrüfatı məqsədləri üçün kolxozların, sovxozların, digər müəssisələrin, idarələrin və :əşkilatların və vətəndaşların müvəqqəti istifadəsinə verə bilər. Hazırki iş üzrə mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəinin daimi istifadəsində olan və neft-qaz hasilatı məqsədilə “Azneft" İstehsalat Birliyinə verilmiş sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Belə olan halda, fərdi evin tikilməsi üçün torpaq sahəsinin ayrılması ilə bağlı qəbul edilən zaman qüvvədə olan Torpaq Məcəlləsinin qeyd olunan tələblərinə riayət edilməmiş, həmin torpaq sahəsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti Əzizbəyov rayon X7 İcraiyyə Komitəsinə aid olmamışdır. Əzizbəyov rayon X7 İcraiyyə Komitəsinin həmin qərarı nə qədər müddət keçməsinə baxmayaraq, qəbul edildiyi andan etibarsız sayılır. Qaldırılmış iddianın subsidarlığına gəlincə, etibarsızlıq barədə iddia məcburetmə barədə iddialardan daha geniş mahiyyət kəsb edir. Subsdalıq yalnız qəbul edildiyi andan etibarsız olan inzibati aktın nəticələrinin qaldırılmasına aid ola bilər.” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi M.Məhərrəmli apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, üçüncü şəxs N.Nəsrullayev isə onunla razılaşmamış, qərardadın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qyvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, iddiaçı İPM-in 36.1-ci maddəsinə istinadən, cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin üçüncü şəxs X1 “fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılması barədə, xx.xx.1997-ci il tarixli, 1015 nömrəli sərəncamının etibarsızlığının tanınması tələb etmişdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın mümkünlüyü şərtləririn yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilsin. Əks halda, Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri ödənilmir, Birincisi ona görə ki, 1 sentyabr 2000-ci il tarixə qədər qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsi nəzərdə tuturdu ki, hüququ pozulmuş iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) 3 il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə 1 il müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Qeyd olunmalıdır ki, 28 dekabr 1999-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan SSR Mülki Prosessual Məcəlləsi ilə də nəzərədə tutulurdu ki, 243-5-ci maddəsi nəzərədə tuturdu ki, vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət verildikdən sonra, ərizəçi 1 ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verə bilər. 1 sentyabr 2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin isə 19-cu maddəsi nəzərdə isə tutur ki, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Lakin həmin Məcəllənin 373.1-ci maddəsinin tələbi onu da nəzərdə tutur ki, ümumi iddia müddəti on il təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Odur ki, mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. İşin yuxarıda qeyd olunan faktiki hallarından isə göründüyü kimi, iddiaçı həm qüvvədən düşmüş, həm də də qüvvədə olan qanunvericiliklə müəyyən olunan iddia müddətlərini ötürmüş, 35 il keçdikdən sonra yalnız, cavabdeh yerli icra hakimiyətinin üçüncü şəxs barəsində olan əlverişli inzibati aktının, yəni, xx.xx.1997-ci il tarixli 1015 nömrəli sərəncamının qanunsuz olduğunu mübahisələndirərək etibarsızlığının tanınmasını tələb etmişdir ki, bu da hüquqi müəyyənlik prinsipinə uyğun hesab oluna bilməz. Ən azından, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsi nəzərədə tutur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında qanunvericilik isə xx.xx.2011-ci il tarixdən yaranmış münasibətləri tənzimlədiyi nəzərə alınmaqla, konkret halda, mübahisələndirilən sərəncamın qəbul olunduğu vaxt qüvvədə olan maddi hüquq normalarına münasibətdə, iddiaçı tərəfindən iddia müddətini buraxıldığı halda, iddiaçının həmin sərəncamın etibarsızılığının tanınması barədə hazırkı iddiası, İPM-in 35-ci maddəsində nəzərdə tutulan əsasalandırılmış iddia kimi qiymətləndirilə bilməz. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən həmin Məcəllənin 35.3-cü maddəsinin tələbi qaydasında iddianın mümkün sayılmamsı barədə qərardad qəbul olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun hesab edilməlidir. Bu baxımdan, yekunda məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətinin qərardadın maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3046/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3046/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2742/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2742/2023
27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver