Məhkəmə qərarları › İş №2-1(103)-2742/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2742/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2742/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçılar İddiaçı2, X3, İddiaçı1, İddiaçı10 nümayəndəsi X2 və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 cavabdeh Bakı şəhər icra Hakimiyyətinə (üçüncü şəxs Maraqlı şəxs MMC) qarşı “sərəncamiın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5131/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 və İddiaçı11 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Maraqlı şəxs üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı Şəhər İcra Hakimiyyətinin başçısının Yaşayış kompleksinin tikintisi məqsədi ilə torpaq sahəsinin Maraqlı şəxs icarə əsasında istifadəsinə verilməsi haqqında 21 sentyabr 2023-cü il tarixli, 164 nömrəli sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən 54 və 58 nömrəli binalarda yaşamaqla uzun müddətdir mübahisəsiz qaydada yaşayıb təsərrüfat qurmuşlar. Bu müddət ərzində göstərilən kommunal xitmətlərə görə daim vaxtında və tam həcmdə ödənişlər etmişlər. Həmin mənzillərdə passport qeydiyyatına alınmış və həmin ünvanlarda yaşayırlar. Lakin son dövrlər Maraqlı şəxs MMC tərəfindən yaradılmış çox saylı süni maneəllərdən bütün məhəllə camaatı olaraq əziyyət çəkir. Hazırda qanunsuz olaraq binaların qarşısına qanunsuz dəmir konstruksiyalar quraşdırılmış, insanların, maşınların hərəkətlərinə, orada fəaliyyət göstərən obyektlərin iş rejiminə maneələr yaradılmış, müqavilə bağlamayan mülkiyyətçiləri qorxutmaq və psixoloji təzyiq etmək üçün müxtəlif vasitələrə əl atılmışdır. 10-dan çox ailə, həmçinin uzun illər yaşadığı halda konstitusiya ilə qorunan mənzil toxunulmazlıq hüququ pozularaq 21 sentyabr 2023-cü tarixli 164 nörməli sərəncam verilmişdir. Həmin sərəncam verilərkən və daha sonra bizə ərazidə söküntü tikinti işlərinin aparılacağı barədə heç bir məlumat verilməmişdir. Artıq 2 aydır (xx.xx.2023-dən) adı etibarsız tikinti şirkətlərin siyahısında olan "xxxx" MMC (keçmiş Rahatlığın məkanı gold) qanunsuz olaraq rahatlığını pozur. Arxitektura və Şəhərsalma Komitəsinin xx.xx.2023-cü ildə verdiyi cavaba görə "göstərilən ünvanda sənədləşmə işləri tam başa çatdırılmadan görülən işlərin qarşısını almaq məqsədi ilə zəruri tədbirlərin görülməsi üçün aidiyyati üzrə göstərişlərin verilməsini" və məlumatlandırılmasını Nərimanov rayon İcra Hakimiyyətinə xahiş etmişdilər. Bundan əlavə FHN Tikintidə X1 Agentliyinin xx.xx.2023-də verdiyi cavaba görə "Ərazidə sakinlər köçürülmədən və tikinti işlərin başlanması üçün əsas olan "İcazə sənədi alınmadan ərazi hasarlanmış və bu da sakinlərin haqlı narazılığına səbəb olmuşdur. Hər iki qurum tərəfindən tədbirlərin görülməsi Nərimanov İcra Hakimiyyətinə tapşırılmışdır. Lakin Nərimanov rayon İcra Hakimiyyətinə xx.xx.2023 və xx.xx.2023 yazılı kollektiv müraciətlər ünvanlamağına baxmayaraq hələ də cavab verilməmişdir. Bakı Şəhər İcra Hakimiyyətinə xx.xx.2023-də ünvanladığı məktubun cavabını almaq üçün dəfələrlə müraciət etdikdən sonra, onun 2 aya gəlib çatmadığı cavabı 27.11.23-də ora gedərək ala bilmişlər. Onlar isə məsələni həll etmək əvəzinə məktubu Nərimanov İH göndərmişlər, halbuki torpaq sərəncamına imza atan və tenderi bu şirkətə udduran məhz Bakı şəhər İcra Hakmiyyətidir və qoyulan suallara cavab yoxdur. Nərimanov rayon İH-in kuratorları və məsul şəxsləri sakinlərə nəinki bu özbaşınalıqla mübarizədə yardım etmirlər, əksinə adıçəkilən qurumların tapşırıqlarını yerinə yetirməyinin qarşısını alırlar. Sərəncamın ləğv edilməsini istəməyinin əsas səbəbi hazırda sərəncam əsasında tikinti işlərinin aparılması həvalə edilə şirkətə inamsızlıqla bağlıdır. Bunun səbəbi isə qonşu məhəlləni 5 ildir "blokada"da saxlayan şirkətin eyni ssenarini tətbiq etmək istəməsidir. Heç bir layihəsi, söküntü-tikinti işlərinə icazəsi olmayan bu şirkət qonşu məhəllənin bütün 3 giriş-çıxışlarını bağlayaraq, avtomobil yollarına öz qanunsuz obyektlərini yerləşdirmişdir. Beləliklə, Ağa Neymətulla 50a, 50, 52 saylı binaların həyətinə nə zibil, nə yanğınsöndürən, nə də təcili yardım maşınları girə bilmir. O həyətə 5 ildir maşınlar bizim həyətdən keçir və xx.xx.2023- cü il tarixində məhəlləyə olan yeganə yolu bu şirkət bağlamışdır. Arxitektura və Şəhərsalma, Fövqaladə Hallar Nazirliyinin səyləri nəticəsində xx.xx.2023-cü il tarixdə cəmi 1 dəmir konstruksiya sökülmüşdür. Mağazaların işçiləri obyektlərin qarşısını sənədləşmə aparılmadan qanunsuz bağlantıları açmaq istədikdə "tikinti şirkəti" polis çağıraraq əhaliyə qarşı güc tədbiq etmişdir. Bundan əlavə aldadılaraq, hələ razılaşdırılmamış "ilkin layihə”-si ilə F.X.Xoyski və FaiqYusifov 43a və 43 küçəsindəki bina sakinləri ilə etibarsız "müqavilələr” bağlanılır. O binalarda evlərini kirayə verən, başqa evləri olduğundan köçən sakinlərin mənzilləri gecə saatlarında sökülüb talan edilir, pəncərə-qapıları şirkət tərəfindən çıxardılır ki, bu soyuq aylarda hələ də razı olmayan qonşular əziyyət çəksin. Razı salınan sakinlərin qanuni yaşayış sahələrini süni azaldaraq çalışırlar ki, tikilən yeni binada daha az yaşayış sahəsi verilsin. Sakinləri köçürüldükdə isə aylıq kirayə pulunu Nərimanov rayonuna və bazara uyğun olmayan qiymətlərlə hesablayırlar. Bu cür məqamların sayı hesabı yoxdur və sakinlər bu şirkətə narazılığını bildirəndə şirkət nümayəndələri manipulyasiya kimi danışıqlara başlayırlar. Bu şirkətin "fəaliyəti" qonşu həyətin bərbad vəziyyətə qoymasından bəllidir. Orada da binaya parallel 50A binası indiyədək girov şəklində qalmış, yerində guya "yaşıllıq" zonası nəzərdə tutulmuşdur. Nərimanov rayonu İcra Hakimiyyəti isə bilinməyən səbəbdən, "Gold məkan” şirkəti ilə əlbir olub bu biabırçılığa göz yumur. İH nümayəndələri əvvəl gördüklərindən şoka düşüb, sonra isə bildirdilər ki, "Manifesto" restoranının 200 k^.m artırması, yolları bağlayan dönərxanalar, moykalar, qarajlar Arxitektura və Şəhərsalma komitəsi tərəfindən dəyişilmiş "layihəyə" uyğun tikilmişdir. Bunu Bakı şəhər İH kuratoru Emin müəllim də təsdiqləmişdir. Ləğv edilməsini xahiş etdiyi sərəncam əsasında mülkiyyət hüquqları qəti olaraq pozulmaqdadır. Faktiki olaraq 5 ildir ki, qonşu ərazidə yerləşən binada təmir işlərini yekunlaşdıra bilməyən, nəzərdə tutulmuş plandan kənara çıxan və lazımi keyfiyyətdə və müddətdə mənzilləri təhvil verməyən Maraqlı şəxs MMC-nin istifadəsinə verilməsi ilə bağlı sərəncam qanunsuz və əsassız olduğundan, ləğv edilməlidir. İnzibati icraat haqqında qanunun 65.1.4-cü maddəsinə əsasən maraqlı şəxs şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt etibarsız sayılır. Həmin sərəncamı icra etməklə Maraqlı şəxs MMC qanunsuz olaraq məhkəmənin qərarı olmadan əmlakı dağıtmaqla, cinayət əməlinə yol vermişdir. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və ya məhkəmə qaydasında ləğv oluna bilər. Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, heç bir hərəkət göstərilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinə müraciəti olmuş, o, aparılmış tikinti və sənədləşmə işləri ilə əlaqədar ciddi nöqsanların olduğunu təsdiqləmiş və işin nəzarətə götürüldüyünü bildirmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 21,09.2023-cü il tarixli 164 nömrəli sərəncamının 1-ci bəndində deyilir ki, Bakı şəhəri Nərimanov rayonu, X6, Faiq Yusifov və Ağa Nemətulla küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində 1.6 ha torpaq sahəsi dövlətə məxsus 56 saylı uşaq bağçası - körpələr evinin və transformator stansiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı məsələlərin aidiyyəti üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və "xxxx" ASC ilə razılaşdırılması, həmin ərazidə qeydə alınmış digər daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə əmlak-hüquq münasibətlərinin mülki qanunvericiliyin tələbləri əsasında həll edilməsi və kommunikasiya xətlərinin mühafizə zonasına dair tələblərin gözlənilməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün icarə əsasında Maraqlı şəxs MMC-nin istifadəsinə verilsin. Lakin MMC tərəfindən mülkiyyətçilərlə mübahisələrin mülki qanunvericiliyin tələbləri baxımından həll edilməsi öhdəliyi götürülsə də həmin vəzifələri icra etməmişdir. Belə ki, bütün mülkiyyətçilərlə müqavilələr bağlanmamış, bu istiqamətdə lazımi tədbirlər görülməmiş və razılıq alınmadan söküntü işləri aparılmaqla hüquqları pozulmuş, əlavə olaraq kommunikasiya xətləri bağlanmış, bununla da sərəncam tam icra edilməmişdir. Sərəncamın 3-cü bəndində göstərilir ki, yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə bu sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Bu səbəbdən sərəncamda qeyd edilən məsələlər lazımi qaydada həyata keçirilmədiyindən, sərəncam ləğv edilməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5131/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçıları və iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh və digər iddiaçılar məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şəxsin izahatını, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi və ərizəçiyə ünvanlanmış 3-35-1/2-F-140-36- 720/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən məhəlləyə gediş-gəliş yolunun bağlanılaraq Maraqlı şəxs ("xxxx") Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikinti işlərinin aparılması haqqında İddiaçı1 Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2023- cü il tarixli müraciətinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Təqdim olunmuş sənədlərdən müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 164 nömrəli sərəncamına əsasən Nərimanov rayonu, X6, Faiq Yusifov və Ağa Nemətulla küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,6 ha torpaq sahəsi dövlətə məxsus 56 saylı uşaq bağçası-körpələr evinin və transformator stansiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı məsələlərin aidiyyəti üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və "xxxx" ASC ilə razılaşdırılması, həmin ərazidə qeydə alınmış digər daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə əmlak-hüquq münasibətlərinin mülki qanunvericiliyin tələbləri əsasında həll edilməsi və kommunikasiya xətlərinin mühafizə zonasına dair tələblərin gözlənilməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün icarə əsasında Maraqlı şəxs istifadəsinə verilmişdir. Əməkdaşlar tərəfindən yerində baxış zamanı sözügedən ünvanda Maraqlı şəxs MMC tərəfindən sənədləşmə işləri tam başa çatdırılmadan mövcud yaşayış binalarının sökülərək yerində hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə həmin ərazinin taxta lövhələrlə hasarlanması müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq göstərilən ünvanda sənədləşmə işləri tam başa çatdırılmadan görülən işlərin qarşısını almaq məqsədilə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göstərişlərin verilməsi və müraciət müəllifinin məlumatlandırılması xahiş edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ərizəçiyə ünvanlanmış 3-35- 1/2-F-140/2- 36-896/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 5 ünvanında Maraqlı şəxs tərəfindən tikinti işlərinin aparılması haqqında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə xx.xx.2023-cü il tarixli 3-35-1/2-F-140-36- 720/2023 nömrəli məktub ünvanlanmış, ona da həmin məktubla məlumat verilmişdir. -Bakı Şəhər İcra Hakimiyyətinin 164 saylı xx.xx.2023-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, X6, Faiq Yusifov və Ağa Nemətulla küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,6 ha torpaq sahəsi dövlətə məxsus 56 saylı uşaq bağçası – körpələr evinin və transformator stansiyasinin fəaliyyətinin təmin edilməsi ilə bağlı məsələlərin aidiyyəti üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılması, həmin ərazidə qeydə alınmış digər daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə əmlak-hüquq münasibətlərinin mülki qanunvericiliyin tələbləri əsasında həll edilməsi və kommunikasiya xətlərinin mühafizə zonasına dair tələblərin gözlənilməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün icarə əsasında Maraqlı şəxs istifadəsinə verilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərizəçiyə 3-52/2-F-50/3-071/2/2023 saylı xx.xx.2023cü il tarixli məktubda bildirilmişdir ki, yaşadığı ərazidə "xxxx" ("xxxx") Şirkəti tərəfindən söküntü işləri aparılan zaman mənzil-məişət şəraiti üçün müəyyən problemlərin yaranması (binaların girişçıxışının məhdudlaşdırılması və s.) ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş təkrar müraciətə Bakı Şəhər İcra Hakimiyyətində baxılmışdır. Müraciətdə qaldırılan məsələyə aidiyyəti üzrə baxılması və nəticəsi barədə məlumat verilməsi üçün tərəfindən Nərimanov Rayon İcra Hakimiyyətinə məktub göndərilmişdir. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Maraqlı şəxs, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və İddiaçı1 ünvanlanmış 3-35-F-358-36- 308/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ünvanında yerləşən məhəlləyə gediş-gəliş yolunun bağlanılaraq "xxxx" ("xxxx") MMC tərəfindən tikinti işlərinin aparılması ilə bağlı yaranmış narazılıq barədə İddiaçı1 müraciəti Azərbaycan Respublikasının Baş Prokurorluğundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil olmuşdur. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 164 nömrəli Sərəncamı ilə sözügedən ərazidə yaşayış binalarının tikintisi məqsədilə 1,6 ha torpaq sahəsi icarə əsasında Maraqlı şəxs istifadəsinə verilmişdir. Sözügedən Sərəncamın 1-ci bəndinə əsasən həmin ərazidə qeydə alınmış digər daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə əmlak-hüquq münasibətlərinin mülki qanunvericiliyin tələbləri əsasında həll edilməsi Maraqlı şəxsnə həvalə olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq, səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini, görülmüş tədbirlərin nəticəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həmçinin müraciət müəllifinə məlumat verilməsi xahiş edilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “mübahisələndirilən sərəncamda iddiaçıların hüquqlarına xələl gətirmədən, tərəflər, yəni Maraqlı şəxs və ərazidəki daşınmaz əmlak istifadəçiləri (mülkiyyətçiləri) arasında əmlak-hüquq münasibətlərinin mülki qanunvericiliyin tələbləri əsasında həll edilməsi şərti ilə torpaq sahəsinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur. ” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 6.2-ci maddəsinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işin hallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 164 saylı xx.xx.2023-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, X6, Faiq Yusifov və Ağa Nemətulla küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,6 ha torpaq sahəsi dövlətə məxsus 56 saylı uşaq bağçası – körpələr evinin və transformator stansiyasinin fəaliyyətinin təmin edilməsi ilə bağlı məsələlərin aidiyyəti üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılması, həmin ərazidə qeydə alınmış digər daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə əmlakhüquq münasibətlərinin mülki qanunvericiliyin tələbləri əsasında həll edilməsi və kommunikasiya xətlərinin mühafizə zonasına dair tələblərin gözlənilməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün icarə əsasında Maraqlı şəxs istifadəsinə verilmişdir. İddiaçıların sözügedən sərəncamla üçüncü şəxsin istifadəsinə verilmiş 1.6 ha torpaq sahəsində yerləşən 58 nömrəli binada pasport qeydiyyatında olmaqla məskunlaşmışlar. Hazırda iddiaçılar üçüncü şəxslər tərəfindən həmin ərazidə aparılan söküntü işlərinin onların hüquqlarına toxunduğunu əsas gətirməklə müvafiq sərəncamın ləğv edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, mübahisələndirilən sərəncam iddiaçıların hal-hazırda yaşadığı 58 nömrəli binanın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, X6, Faiq Yusifov və Ağa Nemətulla küçələrinin kəsişməsində yerləşən 1,6 ha torpaq sahəsinin icarə əsasında Maraqlı şəxs istifadəsinə verilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi üçüncü şəxs tərəfindən həmin ərazidə söküntü və tikinti işlərinin aparılması və digər hərəkətlərin edilməsi üçün şəxslərin qanunvericiliklə qorunan hüquqlarına toxunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı işə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməlidir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5131/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5131/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 cavabdeh Bakı şəhər icra Hakimiyyətinə (üçüncü şəxs Maraqlı şəxs MMC) qarşı “sərəncamiın ləğv edilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar