Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2743/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-905/2021 saylı 07.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin **********198717 nömrəli 2 aprel 2020-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-905/2021 saylı 07.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi P.Kərimova şifahi vəsatətlə məhkəməyə müraciət edərək, tərəflər arasında mübahisələndirilən qərarla bağlı hazırda mübahisə mövud olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bunu onunla əsaslandırmışdır ki, cavabdehin **********198717 nömrəli 2 aprel 2020-ci il tarixli qərara düzəliş olunması barədə 08.12.2021-ci il tarixdə qərar qəbul edilərək, həmin qərarla iddiaçıya cəmi, 63.034,04 manat məbləğində verginin azaldılmasına görə əlavə vergilər hesablanmış və həmin qərar vergi ödəyicisi tərəfindən mübahisələndirilmir. Odur ki, tərəflər arasında artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil qeyd edilənlərin təsdiq edərək, ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə iştirak edən, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi P.Kərimovanın məhkəmə iclasında verdiyi şifahi vəsatətindən, onun tərəfindən məhkəməyə təqdim olunmuş cavabdehin 08.12.2021-ci il tarixli **********198717 saylı qərardan, habelə, İddiaçı MMC-nin nümayəndəsi Vəkil məhkəmə iclasında təqdim etdiyi ərizəsinə əsasən müəyyən olunur ki, cavabdeh vergi orqanı sözügedən 08.12.2021-ci il tarixli qərarı ilə əvvəl qəbul etdiyi **********198717 nömrəli 2 aprel 2020-ci il tarixli mübahisələndirilən qərarına düzəliş edərək, iddiaçıya hesablanmış vergi məbləğini azatmış və iddiaçı tərəfindən həmin yeni qərar mübahisələndirilməmişdir. Konkret halda, hər iki tərəfin nümayəndəsi onlar arısındakı mövcud mübahisənin aradan qalxdığını qəbul edərək iş üzrə icraata xitam verilməsi ilə razıdırlar. Ona görə də hazırkı iddianın predmeti ilə bağlı tərəflər arasındakı mübahisənin cavabdehin özü tərəfindən həll edildiyini nəzərə alan məhkəmə kollegiyası, İPM-in 67.3-cü maddəsinin tələbi baxımından, belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən və İPM-in 80 və 90-cı maddələrini rəhbər tutuaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin **********198717 nömrəli 2 aprel 2020-ci il tarixli qərarının ləğv edilməsi haqqında iddia tələbinə dair işin üzrə icraatına xitam verilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2743/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2743/2021
23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver