Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2744/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin yerinin dəyişdirilməsi və layihənin yenilənməsi tələbi barədə inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5872/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə, daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 398 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin yerini dəyişdirmək şərtilə, 40 sm qabağa sürüşdürülməsi və layihənin yeniləndirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədn xahiş etmişdir. İşin faktiki hallarına görə cavabdehin xx.xx.1996-cı il tarixli, 32 nömrəli sərəncamına əsasən şəhid atası X2 Q.Məmmədov küçəsi, 2 saylı binanın yaxınlığında (2,0x3,0) m ölçüdə köşk yerləşdirilməsinə icazə verilmiş, daha sonra iddiaçının müraciətinə əsasən xx.xx.2006-cı il tarixli, 476 nömrəli sərəncamla 20 kv.metr sahədə məntəqənin tikilməsinə icazə verilmiş, məntəqənin eskiz layihəsi Xətai Rayon İcra Hakimiyyətinin memarının imzası və Xətai RİH-nin möhürü ilə təsdiq edilmişdir. Hazırda İddiaçı həmin sahədə diametri 30 sm-ə çatan 1 ədəd qovaq ağacı bitdiyini və həmin ağacın məntəqənin tikilməsinə mane olduğunu əsas gətirərək həmin ağacın götürülməsi, və yaxud, torpaq sahəsinin yerinin dəyişdirilməsinə dair sərəncam verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan ağacın köküstəyaş halda, bioloji inkişafda olduğundan inkişafda qalmalı olması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Agentliyinin xx.xx.2021-ci il tarixli, 22/1268 saylı rəyinə istinad edərək “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərinə uyğun olaraq ağacın götürülməsini mümkün hesab etməmiş, eyni zamanda qüvvədə olan qanunvericiliklə torpaq sahəsi ilə bağlı sərəncam verilməsinin Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid edilmədiyini bildirməklə müraciətin təminindən imtina etmişdir. Konkret halda iddiaçı dəqiqləşdirilmiş iddia tələbində torpaq sahəsinin yerini dəyişdirmək şərtilə 40 sm qabağa sürüşdürülməsi və layihənin yeniləndirilməsini cavabdeh Xətai rayon İcra hakimiyyətinə həvalə edilməsini tələb edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5872/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad əsassız, qanunazidd , qeyri obyektivdir. Belə ki, məhkəmə öz qərardadını Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.18.2-ci yarımbəndinə istinadən, torpağı istifadəyə və icarəyə verilməsi səlahiyyətinin şəhər rayonlarının icra hakimiyyəti başçılarına şamil edilməməsi ilə əsaslandırmışdır. Lakin cavabdeh Xətai rayon İcra Hakimiyyətinin onun barəsində olan sərəncamlarından aydın olur ki, məntəqə tikintisinə icazə verilməsi məqsədilə ayrılan torpaq sahəsi heç bir halda icarə müqaviləsi predmeti olmamışdır. Çünki, “Torpaq icarəsi haqqında” Qanuna əsasən torpaq icarəsi əvəzi ödənilməklə torpaqdan müddətli istifadəni nəzərədə tutur. Onunla cavabdeh arasında icarə müqaviləsi münasibəti mövcud deyil, iddisında torpaq icarəsi ilə bağlı hər hansı məsələ qaldırmamışdır. Sərəncmın 2013-cü il tarixdə verildiyi nəzərə alınmaqla mübahisələndirilən məsələdə cavabdehin səlahiyyəti yox idisə Əsasnamənin qüvvədə olduğu həmin dövrdə 398 saylı sərəncamı hansı səlahiyyət axilində qəbul etmişdir. Məntəqə tikintisi üçün ayrılmış müvafiq sahədə yerləşən ağac həmin sahədən istifadə imkanımı məhdudlaşdırır. İşdəki materiallardan da aydın olduğu kimi, ağac toxunulmaz saxlanmalı və məntəqə tikintisi yaşıllıqdan azad hissədə aparılmalıdır. Belə olan halda, mövcud sahənin yaşıllığın mane olduğu həddə yerinin dəyişdirilməsi zərurəti yaranır, əks halda Sərəncamla verilmiş hüquqlardan istifadə imkanımdan məhrumdur. Məhkəmə mübahisəyə düzgün hüquqi qiymət verməmiş, iddiasını torpaq-alqı-satqısı mübahisəsinə çevirərək tələblə əlaqəsi olmayan nomativ hüquqi aktlara istinad etməklə cavabdehi səlahiyyətsiz qürum kimi göstərmişdir., hansı qüruma müraciət etməli olduğunu isə əsaslandıra bilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması, mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddia - subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun qaydalar daxilində, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı inzibati icraat qaydalarına müvafiq iddia növünə uyğun olaraq qaldırılmalı və iddiaçı müvafiq sübutlar əlavə edilməklə qanunla qorunan hüquq və azadlıqlarıın pozulmasını formal olaraq əsaslandırmalıdır ki, həmin iddianın məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə, İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda isə iddiaçının hazırkı iddia tələbinin məhkəmə icraatını mümkün edən əsaslar müəyyən olunmur. Belə ki, işin faktiki hallarından göründüyü kimi, cavabdeh inzibati orqanın xx.xx.1996cı il tarixli 32 nömrəli sərəncamına əsasən iddiaçının şəhid atası X2 – Xətai rayonu ərazisində Q.Məmmədov küçəsində 2 saylı binanın yaxınlığında (2,0x3,0) m ölçüdə köşk yerləşdirilməsinə, bundan sonra isə iddiaçının müraciətinə əsasən xx.xx.2006-cı il tarixli, 476 nömrəli digər bir sərəncamı ilə məntəqənin tikilməsinə - icazə verilmiş, daha sonra cavabdeh tərəfindən sözügedən xx.xx.2006-cı il tarixli, 476 nömrəli sərəncamda səhvin düzəldilməsi (məntəqənin sahənin ölçüsünün 20 kv m kimi oxunması) barədə xx.xx.2013cü il tarixli 298 saylı sərəncam qəbul edilmişdir. Hal hazırda, iddiaçının tələbi ondan ibarətdir ki, ona ayrılmış sahədə diametri 30 smə çatan 1 ədəd qovaq ağacı bitdiyindən, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2013-cü il tarixli, 398 nömrəli sərəncamla ayrılmış torpaq sahəsinin yerini dəyişdirmək şərtilə 40 sm qabağa sürüşdürülməsi və layihənin yeniləndirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulsun. Lakin qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının həmin tələbi üzrə Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti müvafiq sərəncamı qəbul etmək səlahiyyətin malik olan icra hakimiyyəti orqanı hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.4-cü bəndinin tələbinə görə dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 4.18.2-ci bəndi isə nəzərdə tutur ki, bu Əsasnamənin 4.16.4-cü bəndində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Əsasnamənin qeyd olunan tələblərindən göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi səlahiyyəti, rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla, şəhər icra hakimiyyətinin başçısına aid edilmişdir. Belə olan halda, Xətai rayon İcra Hakimiyyəti başçısı iddiaçının hazırıkı torpaq sahəsinin yerinin 40 sm sürüşdürülməsi (qabağa çəkilməsi) ilə bağlı iddia tələbinə qanunvericiliklə üzərinə düşən öhldəliyi olan əsl cavabdeh hesab oluna bilməz. Əsasnamənin qeyd olunan tələbləri baxımından onun həmin tələbini həll etməkdə səlahiyyətli orqan Bakı şəhəri İcra Hakimiyyətidir. İddiaçının layihənin yenilənməsi ilə bağlı olan ikinci tələbinə gəldikdə, həmin tələb birinci tələbindən irəli gələn törəmə tələb olduğundan, Xətai rayon İcra Hakimiyyəti mövcud halda onun bu tələbini də yerinə yetirməkdə konkret halda səlahiyyətli inzibati orqan hesab edilməsi istisna olunur. İddiaçı isə “torpağın yerinin 40 sm sürüşdürülməsinə icazə” verilməsi ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək ona qarşı məhkəmədə iddia qaldırmış, məsələ ilə bağlı qanunvericiliyin qeyd olunan tələbləri qaydasında Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməmişdir. Hazırkı apellyasiya şikayətində və məhkəməyə verdiyi izahatında ifadə olunan dəlillərinə əsasən müəyyən olunur ki, iddiaçı Xətai rayon İcra Hakimiyyətinin əsl cavabdeh qismində olmasında israrlıdır və onu məsələnin həllində səlahiyyətli hesab edir. İddiaçı bu mövqeyini onunla əsaslandırır ki, adıçəkilən Əsasnamə 2012-ci ildə təsdiq olunduğu halda, cavabdeh Xətai rayon İcra hakimiyyəti mübahisələndirdiyi torpaqla bağlı xx.xx.2013-cü il tarixdə sərəncam qəbul etmişdir. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. Çünki, onun istinad etdiyi, cavabdeh Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 298 saylı sərəncamı, sonuncunun əvvəl qəbul etdiyi xx.xx.2006-cı il tarixli, 476 nömrəli sərəncamı tikintisinə icazə verilmiş məntəqənin sahənin ölçüsündəki səhvin düzəldilməsi barədə olmuşdur. Bu isə inzibati hüquq normalarına uyğun olan bir prosedurdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin: 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 3-cü hissəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən isə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Konkret halda, mübahisəli torpaq sahəsi iddiaçıya ayrılarkən və həmin torpaq sahəsi üzərində köşk tikintsinə icazə verilərkən (06 iyun 2012-ci il tarixə qədər) qüvvədə olan qanunvericiliyə əsasən - Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti müvafiq səlahiyyətə malik olsa da, konkret halda, idddiaçının arzuladığı 40 sm ölçüdə tikinti meydançasının sürüşdürülməsi həmin ölçüyə uyğun yeni torpaq sahəsi verilməsi ehtiva olunduğu nəzərə alınmaqla, buna səlahiyyəti olan inzibati orqan kimi müvafiq sərəncam vermək səlahiyyətinə malik deyildir. Qeyd olunanlar baxımından iddiaçının nəzərinə çatdırılır ki, qüvvədə olan qanunvericiliyə əsasən Bakı şəhəri ərazisində dövlət torpaqlarına münasibətdə sərəncam vermək səlahiyyəti konkret halda Bakı şəhəri İcra Hakimiyyətinə, bələdiyyə torpaqlarına münasibətdə isə Bakı şəhərində müvafiq rayon bələdiyyələrinə məxsusdur. Odur ki, izah edilir ki, Bakı şəhəri İcra hakimiyyətinə müraciət etdiyi və sonuncu, sürüşdürülməsi tələb olunan mübahisəli torpaq sahəsi dövlət törpağı olduğu və Xətai rayon İcra Hakimiyyətinin müsbət rəyini alacağı təqdirdə, iddiaçı məsələnin müsbət həllinə nail ola bilər. Əks təqdirdə, “İnzibati icraat haqqında” Qanunun 70.1-71.2 və 72.1 və 73-cü maddələrinə müvafiq qaydada şikayət vermək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin qərarı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir və iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5872/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90 və 94-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5872/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Elşən Kazımov İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-2744/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2744/2022
16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver