Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2744/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və X4 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı, eyni zamanda iddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı3 MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) İddiaçı2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-2106/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İşin halları
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X12 üzrə Baş İdarəsi tərəfindən İddiaçı1 MMC-yə ünvanlanan məktubdan müəyyən olunur ki, aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığının müəyyən edilməsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü yarımbəndinə əsasən vergi ödəyicisi riskli hesab olunması, bu səbəbdən həmin əməliyyatların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin və riskli halların MMC-nin nümayəndəsinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə məlumatların və təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərini 5 iş günü ərzində qeydiyyatda olduğu vergi orqanına təqdim etməli olduğu, əks halda aparılan əməliyyatlara uyğun olaraq qanunamüvafıq qərar qəbul olunacağı MMC-yə bildirilmişdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X12 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********579600 nömrəli qərarına əsasən, vergi ödəyicisi İddiaçı2 riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X12 üzrə Baş İdarəsi “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********482700 nömrəli qərarına əsasən vergi ödəyicisi İddiaçı1 MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X12 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********698200 nömrəli qərarına əsasən, vergi ödəyicisi İddiaçı3 MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək sahibkar kimi sərbəst səyyar fəaliyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 İddiaçı3 MMC-nin (VÖEN: **********) direktorudur. Cavabdeh orqan 2020-ci il Nazirlər Kabinetinin qərarına əsaslanaraq iddiaçının riskli vergi ödəyicisi olduğunu elan etməklə iddiaçının işinə əngəl törətmiş, sifarişçilər qarşısındakı öhdəliyini yerinə yetirməyə mane yaratmışdır. Nəticədə iddiaçı sahibkarlıq fəaliyyətini dayandırmağa məcbur olmuşdur. İddiaçının işinin xüsusiyyəti belədir ki, iddiaçıya anbar saxlanılmasına ehtiyac yoxdur. Belə olan halda iddiaçı səyyar fəaliyyətlə çalışır.
7. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı vəsatətində bildirilmişdir ki, İddiaçı2 iddia ərizəsi mövcud qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, hazırkı iddia mümkün hesab edilməməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin məzmunundan da göründüyü kimi, iddia ərizəsinin mümkün sayılması üçün qanunverici hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulmasını əsaslandırmaq öhdəliyini iddiaçının üzərinə qoymuşdur. Lakin iddiaçı tərəfindən iddia ərizəsində yuxarıda göstərilən tələblərə riayət olunmamış, iddia tələbi dəqiq göstərilməmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən iddiaya inzibati icraat qaydasında baxılaraq hüquqi qiymət verilməsi qanunvericiliyin tələblərinə zidd olduğundan iddia qeyri-mümkün hesab edilməlidir. Ona görə də iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsi xahiş olunur.
8. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək iddiaçı qismində İddiaçı1 MMC göstərilməklə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə İddiaçı2 əsl İddiaçı1 MMC ilə əvəz edilmiş, iddia tələbi “riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
9. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək bigə iddiaçı qismində İddiaçı2, İddiaçı1 MMC və İddiaçı3 MMC nəzərə alınmaqla hər üç vergi ödəyicisinə münasibətdə riskli vergi ödəyicisi siyahısından çıxarılma barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı3 MMC-nin və İddiaçı2 İddiaçı1 MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsinə qarşı “riskli vergi ödəyiciləri siyahısından çıxarılma” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatında birgə iddiaçılar qismində iştirakları nəzərə alınmış, iddia tələbi “hər üç vergi ödəyicisinə münasibətdə riskli vergi ödəyiciləri siyahısından çıxarılma barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
11. İddiaçı tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə təqdim olunaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixində Baş İdarədə iddiaçı ilə bağlı aparılmış araşdırma, xx.xx.2023-cü il tarixdə baş tutmuş məhkəmə iclası araşdırmasında iddiaçı tərəfindən aparılmış satışda uçot tələblərinin pozulması faktı məlum olmuşdur. Bu uçot tələbinin pozulması faktı verginin düzgün hesablanmasına təsir etməmiş, ziyana yol verməmişdir. Fəaliyyəti səyyar xarakter daşıdığı üçün və vasitəçilik fəaliyyətinə görə iddiaçı anbar tələbinin yerinə yetirilməsi zərurətinin, ehtiyacının və imkanının olmadığını qeyd etmişdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********183900 nömrəli qərarına əsasən Vergi ödəyicisi "xxxx" MMC (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
12. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli yazılı etirazda qeyd olunmuşdur ki, cavabdeh Bakı səhəri X12 üzrə Baş İdarəsi 2-1(112)- 13220/2023 saylı iş üzrə iddia ərizəsində irəli sürülən iddia tələblərinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: Vergi Məcəlləsinin 13.2.82ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. İddiaçı ərizəsində qeyd etmişdir ki, fəaliyyəti səyyar xarakter daşıdığı üçün vasitəçilik fəaliyyətinə görə anbar və ya digər təsərrüfat subyekti olmasına zərurəti, ehtiyacı və imkanı yoxdur. Cavabdeh bildirir ki, yuxarıda qeyd olunan Meyarların 2.1.3-cü bəndinə görə, idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Belə ki, qeyd olunan məsələ üzrə İddiaçı1 MMC-nin fəaliyyəti təhlil olunmuşdur. Aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Odur ki, vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********054000 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Beləliklə Meyarların 2.1.3-cü bəndinə əsasən hüquqi şəxs İddiaçı1 MMC riskli vergi ödəyicisi hesab edilərək barəsində xx.xx.2022-ci il tarixli **********482700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar çıxarılmış və vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Həmçinin təhlil zamanı, vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırdığı, əsas fəaliyyət növünün obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaraq, vergi orqanında qeydiyyata qoyulmuş təsərrüfat subyektinin (obyektinin) olmadığı məlum olmuşdur. Qeyd olunanlarla yanaşı bildirilir ki, yuxarıda qeyd olunmuş Meyarların 2.1.6.-cı yarımbəndinə əsasən bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs riskli sayılır. Belə ki, araşdırma zamanı cəmiyyətin rəhbəri fərdi sahibkar İddiaçı2 (VÖEN: **********) da Meyarların 2.1.1 və 3.1.1-ci bəndlərinə əsasən riskli vergi ödəyicisi olduğu, alışında və idxalında olmadan xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 35.6 min manat dəyərində “Boru, Dairəvi paydaxlama dəzgahı model, torma borukəsən dəzgah model və s.” qeyd olunan elektron qaimə-fakturalar üzrə mal təqdim etdiyi və qeyd olunan riskli əməliyyatlarını aradan qaldırmadığı (riskli elektron qaimə-fakturalarını ləğv etmədiyi və ya dəqiqləşdirmədiyi), eyni zamanda təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədləri təqdim etmədiyi aşkar edilmişdir. İddiaçı2 eyni zamanda İddiaçı3 MMC-nin (VÖEN: **********) rəhbəri olması da müəyyən edilmişdir ki, qeyd olunan cəmiyyətin fəaliyyətinin aktiv olmasına və əsas fəaliyyət növünün obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaraq, vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektinin (obyektinin) olmaması və müvafiq əmək müqaviləsi əsasında muzdlu işə cəlb edilmiş işçilərinin, o cümlədən direktorunun olmadığı aşkar edilmişdir. Əmək qanunvericiliyinə əsasən hüquqi şəxsin rəhbəri muzdlu işçi hesab olunduğundan tərəflər arasında əmək müqaviləsi bağlanmalıdır. Beləliklə araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının ərizəsində qeyd etdiklərinin əksinə, vergi ödəyicisinin konkret olaraq hansı əsaslarla riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi dəqiq müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə görə vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Həmin Məcəllənin 13.2.70-ci maddəsinə görə vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
13. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı2 barəsində çıxarılmış “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərara münasibətdə bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 35,5 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Boru, Dairəvi paydaxlama dəzgahı model, torma borukəsən dəzgah model” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 3.1.1 və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuş və xx.xx.2023cü il tarixli **********579600 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar qəbul edilmişdir. Təhlil zamanı vergi ödəyicisi tərəfindən riskli elektron qaimə-fakturaların ləğv edilmədiyi, təsərrüfat subyektinin qeydiyyata alınmadığı və risk yaradan halların aradan qaldırılmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən alınan qeyd olunan malların alış sənədləri vergi orqanına təqdim edilməmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq, topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən topdansatış ticarət fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəəmaterial ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikası Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi ödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən istehsalçılardan satın aldıqları mallar aşağıdakı qaydada sənədləşdirilir: 3.1.1. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-fakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür; 3.1.2. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “Malların alış aktında (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə malların alınması üçün vəkalətnamə verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya malların alınması üçün vəkalətnamə təqdim etdikdən sonra satıcı malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən idxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənədlə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülür. Həmin sənədlərə idxal mallarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə - müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, elektron əmtəənəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal malları uçot sənədlərində qeydiyyata alınarkən həmin malların alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, malların yüklənmə, boşaldılma, yenidən yüklənmə, saxlanma və sığorta xərclərinin cəmi nəzərə alınır. İddiaçının təsisçi və rəhbəri olduğu İddiaçı1 MMC-nin (VÖEN: **********) “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərara münasibətdə bildirilir ki, aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Beləliklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü bəndinə əsasən hüquqi şəxs İddiaçı1 MMC riskli vergi ödəyicisi hesab edilərək barəsində xx.xx.2022-ci il tarixli **********482700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar çıxarılmış və vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Həmçinin təhlil zamanı vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırdığı, əsas fəaliyyət növünün “Metal və metal məmulatların pərakəndə satışı” olduğu və bu fəaliyyət sahəsinin “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları”na əsasən obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaraq, vergi orqanında qeydiyyata qoyulmuş təsərrüfat subyektinin (obyektinin) olmadığı məlum olmuşdur. Xüsusilə vurğulanır ki, iddiaçı məhkəmə prosesində İddiaçı1 müəssisəsi adından heç bir əməliyyat aparılmadığını, müəssisə yaradıldıqdan sonra fəaliyyətinin dərhal dayandırıldığını bildirsə də, İddiaçı1 MMC tərəfindən xx.xx.2023-cü il tarixində "xxxx" MMC-yə 8500,0 manat dəyərində elektron qaimə-faktura əsasında mal (iş, xidmət) təqdim edilmişdir. Qeyd olunan təqdim etmə vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2023-cü ilin 2-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində də öz əksini tapmışdır. İddiaçı2 təsisçi və rəhbəri olduğu İddiaçı3 MMC-nin (VÖEN: **********) “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərara münasibətdə bildirilir ki, vergi ödəyicisinin fəaliyyət növünün “Dəzgahların pərakəndə satışı” olmasına bu fəaliyyət sahəsinin “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları”na əsasən obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaraq, vergi orqanında qeydiyyata qoyulmuş təsərrüfat subyektinin (obyektinin) olmadığı məlum olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3, 2.1.6-cı bəndinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilərək barəsində xx.xx.2023-cü il tarixli **********698200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar çıxarılmış və vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Eyni zamanda xüsusilə vurğulanır ki, İddiaçı2 məhkəmə prosesində etiraf etmişdir ki, fiziki şəxs kimi riskli vergi ödəyicisi hesab olunduğu üçün İddiaçı3 MMC və İddiaçı1 MMC-ni vergi orqanında qeydiyyata aldırmışdır. Bu isə iddiaçının əməliyyatlarının riskli olmasını və vergi orqanının qərarlarının ədalətli olmasını bir daha sübut edir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə görə vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Həmin Məcəllənin 13.2.70-ci maddəsinə görə vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Həmin Məcəllənin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat-vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur.
14. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-2106/2024 saylı qərarına əsasən, iddia tələbi təmin edilərək iddiaçılar İddiaçı2 Yaşar oğlunun, İddiaçı1 MMC-nin və İddiaçı3 MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə ayrıayrılıqda qərar qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-2106/2024 saylı qərardadına əsasən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)- 2106/2024 saylı qərarının nəticə hissəsində yol verilmiş yanlışlıq düzəldilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-2106/2024 saylı qərarının nəticə hisəsində “İddiaçı2 Yaşar oğlunun” sözlərinin “İddiaçı2” sözləri kimi oxunması qərara alınmışdır.
16. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-2106/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsi apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-2106/2024 nömrəli qərarını ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı2 Bakı şəhəri X12 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********579600 nömrəli, xx.xx.2022-ci il tarixli **********482700 nömrəli, xx.xx.2023-cü il tarixli **********698200 nömrəli qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2-1(112)- 2106/2024 qərarı ilə iddia tələbi təmin edilmişdir. Baş idarə qeyd olunanlara əsasən məhkəmənin mövqeyi ilə razılaşmır. Belə ki, fiziki şəxs İddiaçı2 barəsində çıxarılmış “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərara münasibətdə bildirilir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 35,5 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə “Boru, Dairəvi paydaxlama dəzgahı model, torma borukəsən dəzgah model” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 3.1.1 və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuş və xx.xx.2023-cü il tarixli **********579600 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar qəbul edilmişdir. Təhlil zamanı vergi ödəyicisi tərəfindən riskli elektron qaimə-fakturaların ləğv edilmədiyi, təsərrüfat subyektinin qeydiyyata alınmadığı və risk yaradan halların aradan qaldırılmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən alınan qeyd olunan malların alış sənədləri vergi orqanına təqdim edilməmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxil olmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq, topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən topdansatış ticarət fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi ödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən istehsalçılardan satın aldıqları mallar aşağıdakı qaydada sənədləşdirilir: 3.1.1. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaiməfakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür; 3.1.2. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “Malların alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə malların alınması üçün vəkalətnamə verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya malların alınması üçün vəkalətnamə təqdim etdikdən sonra satıcı malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin internet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən idxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənədlə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülür. Həmin sənədlərə idxal mallarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə - müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, elektron əmtəənəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal malları uçot sənədlərində qeydiyyata alınarkən həmin malların alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, malların yüklənmə, boşaldılma, yenidən yüklənmə, saxlanma və sığorta xərclərinin cəmi nəzərə alınır. İddiaçının təsisçi və rəhbəri olduğu İddiaçı1 MMC-nin (VÖEN: **********) “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərara münasibətdə bildirirlər ki, aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Beləliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü bəndinə əsasən hüquqi şəxs İddiaçı1 MMC riskli vergi ödəyicisi hesab edilərək barəsində xx.xx.2022-ci il tarixli **********482700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılmış və vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Həmçinin təhlil zamanı vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırdığı, əsas fəaliyyət növünün “Metal və metal məmulatların pərakəndə satışı” olduğu və bu fəaliyyət sahəsinin “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları”na əsasən obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaraq, vergi orqanında qeydiyyata qoyulmuş təsərrüfat subyektinin (obyektinin) olmadığı məlum olmuşdur. İddiaçı məhkəmə prosesində İddiaçı1 müəssisəsi adından heç bir əməliyyat aparılmadığını, müəssisə yaradıldıqdan sonra fəaliyyətinin dərhal dayandırıldığını bildirsə də, İddiaçı1 MMC tərəfindən xx.xx.2023-cü il tarixində "xxxx" MMC-yə 8500,0 manat dəyərində elektron qaimə-faktura əsasında mal (iş, xidmət) təqdim edilmişdir. Qeyd olunan təqdim etmə vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2023-cü ilin 2-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində də öz əksini tapmışdır. İddiaçı2 təsisçi və rəhbəri olduğu İddiaçı3 MMC-nin (VÖEN: **********) “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərara münasibətdə qeyd olunur ki, vergi ödəyicisinin fəaliyyət növünün “Dəzgahların pərakəndə satışı” olmasına bu fəaliyyət sahəsinin “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları”na əsasən obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaraq, vergi orqanında qeydiyyata qoyulmuş təsərrüfat subyektinin (obyektinin) olmadığı məlum olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”n 2.1.3, 2.1.6-cı bəndinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilərək barəsində xx.xx.2023-cü il tarixli **********698200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar çıxarılmış və vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. İddiaçı2 məhkəmə prosesində etiraf etmişdir ki, fiziki şəxs kimi riskli vergi ödəyicisi hesab olunduğu üçün İddiaçı3 MMC və İddiaçı1 MMC-ni vergi orqanında qeydiyyata aldırmışdır. Bu isə iddiaçının əməliyyatlarının riskli olmasını və vergi orqanının qərarlarının ədalətli olmasını bir daha sübut edir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə görə vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Həmin Məcəllənin 13.2.70-ci maddəsinə görə vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Həmin Məcəllənin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Məhkəmə qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü bənddə müəyyən olunmuş risk meyarının tətbiq olunması zamanı vergi ödəyicisinin həyata keçirdiyi fəaliyyətin xarakterinin nəzərə alınması zəruridir. Belə ki, digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən malların saxlanılması üçün qeydiyyatda olan hər hansı təsərrüfat subyektinin (obyektinin) tələb olunması həmin sahibkarlıq fəaliyyətinin xarakteri ilə uyğunsuzluq təşkil etdiyini və qanunvericilikdə müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı təsərrüfat subyektinin (obyektinin) olması tələbi birbaşa nəzərdə tutulmamışdır. Bildirilir ki, iddiaçı qeyd olunan məsələyə ümumiyyətlə münasibət bildirməmiş, satdığı məhsullarının harada saxlanılması barədə inzibati orqana hər hansı məlumat verməmişdir. Lakin birinci instansiya məhkəməsi malların sifariş əsasında bir məntəqədən digərinə çatdırılaraq təhvil verilməsini əsas gətirməklə iddiaçı tərəfindən təsərrüfat subyektinin qeydiyyata qoyulmasına zərurət olmadığını bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1-ci bəndinə əsasən - aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi (2.1.3) - idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-İ) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) riskli vergi ödəyicisi hesab olunur. Elektronuçot məlumat bazasına əsasən, iddiaçının balansında qeyd olunan sifarişlərin çatdırılmasını həyata keçirmək üçün zəruri olan hər hansı avtonəqliyyat vasitəsi, o cümlədən malların təhvil-təslimini həyata keçirmək üçün əmək müqaviləsi üzrə işlərin görülməsinə cəlb edilmiş hər hansı muzdlu işçi müəyyən olunmamışdır. Vergi Məcəlləsinin 16.1.11-10-cu maddəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsini və yük avtonəqliyyatı üçün elektron yol vərəqini tərtib etmək vergi ödəyicisinin vəzifəsidir. Bununla əlaqədar qeyd olunur ki, “Avtomobil nəqliyyatı haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar sərnişin və yük daşımaları haqqında müqavilə, sərnişin və yük daşımalarının təşkil olunması haqqında müqavilə, icarə (kirayə) müqaviləsi, habelə avtomobil daşıyıcıları ilə avtomobil nəqliyyatı ilə daşımaların sifarişçiləri (sərnişinlər, yükgöndərənlər, sərnişin və yük avtomobil daşımalarının təşkilatçıları) arasında bağlanan digər müqavilələr əsasında yerinə yetirilir. Həmin Qanunun 22-ci maddəsinə görə sərnişin və ya yük daşımalarının yerinə yetirilməsi üçün tələb edilən sənədlərin forması və rəsmiləşdirilməsi qaydası müvafiq olaraq “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən olunur. Sərnişin və ya yük daşınması məqsədilə avtonəqliyyat vasitəsindən istifadə edilməsi müvafiq formada tərtib edilən yol vərəqəsi ilə rəsmiləşdirilir. Avtomobil nəqliyyatı ilə yüklərin daşınması əmtəə-nəqliyyat qaiməsi və ya sifariş-tapşırıq ilə rəsmiləşdirilir. Həmin sənəd yükün daşındığı müddət ərzində sürücüdə saxlanılmalıdır. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə görə avtomobil daşıyıcısı yükgöndərən tərəfindən ona tapşırılmış yükü haqq müqabilində olduğu yerdən təyinat məntəqəsinə çatdırmağı və onu yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil verməyi, yükgöndərən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə yükün daşınmasına görə müəyyən olunmuş daşınma haqqını ödəməyi öhdəsinə götürür. Həmin Qanunun 40.1-ci maddəsinə görə avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınması əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilir. Əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş əmtəə təyinatlı yüklər daşınma üçün qəbul edilə bilməz. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən daşıyıcı yükü təyinat məntəqəsində yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə yük yerlərinin sayına və (və ya) yükün ümumi çəkisinə uyğun olaraq təhvil verir. Qeyd olunan məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarında öz əksini tapmışdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinin bağlanması bu Qaydaların 2 nömrəli əlavəsindəki nümunəvi formaya uyğun olaraq üç nüsxədə tərtib edilmiş əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilir. Əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş yüklər daşınma üçün qəbul edilə bilməz. İddiaçının fəaliyyətinin araşdırılması zamanı onun tərəfindən “yük avtonəqliyyatı üçün yol vərəqi” ciddi hesabat blankı, malların hər partiyasının daşınmasını təsdiq edən əmtəənəqliyyat qaimələrinin, daşınmış yükün hər kilometrajı və ya hər tonu üçün qiymət barədə məlumatın, daşımalar üzrə yük avtomobilinə yanacaq və sürtkü materialları üzrə çəkilmiş xərcləri təsdiq edən elektron qaimə-fakturaların vergi orqanına təqdim edilmədiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən də aydın olduğu kimi İddiaçı2 (VÖEN: **********) fiziki şəxs kimi fəaliyyət sahəsi “Mağaza, çadır və bazarlardan kənarda sair pərakəndə satış”, İddiaçı1 MMC-nin (VÖEN: **********) fəaliyyət sahəsi “Metal və metal məmulatların pərakəndə satışı”, İddiaçı3 MMC-nin (VÖEN: **********) fəaliyyət sahəsi “Dəzgahların pərakəndə satışı” ilə bağlıdır. İddiaçı2 və onun rəhbəri olduğu müəssisələrin heç birinin fəaliyyət sahəsi vasitəçilik xidmətinin göstərilməsi ilə bağlı fəaliyyət sahələri deyildir və iş materalına əlavə olunmuş elektron qaiməfakturalardan da aydın olduğu kimi onun tərəfindən təqdim olunan elektron qaiməfakturalar xidmət təqdim olunması ilə bağlı deyil, mal təqdim olunması ilə bağlıdır. Lakin birinci instansiya məhkəməsi qeyd olunan sənədlərin heç birinə hüquqi qiymət vermədən, iddiaçının heç bir dəlillə təsdiq olunmayan izahatını əsas götürərək yekun nəticəyə gəlmiş və qanunsuz qərar qəbul etmişdir. Ona görə də Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-2106/2024 saylı qərarının ləğv olunması və iddia tələbinin rədd olunması xahiş olunur. Apellyasiya şikayətinə etirazın dəlilləri
18. İddiaçılar apellyasiya şikayətinə qarşı etirazlarını təqdim etməmişlər. Tərəflərin izahatları
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı, eyni zamanda iddiaçılar İddiaçı1 MMCnin və İddiaçı3 MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) İddiaçı2 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsi
22. Maddə 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
23. Maddə 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur.
24. Maddə 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
25. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.
26. Maddə 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.(xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya)
27. Maddə 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”
28. Bənd 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir.
29. Bənd 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.
30. Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparılması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla), 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs;
31. Bənd 3.1.Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim edilməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu
32. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
33. Maddə 67.1.İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
34. Maddə 67.2.Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
35. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
36. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);
37. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
38. Maddə 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.
39. Maddə 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.
40. Maddə 30.3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati məhkəmə icraatında prosessual həmiştirakçılardan hər biri digər tərəfə qarşı müstəqil şəkildə çıxış edir. Prosessual həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrinə, nə də zərərinə təfsir oluna bilməz.
41. Maddə 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır.
42. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
43. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
44. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
45. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.
47. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
48. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işib müvafiq inzibati məhkəməyə göndərə bilər.
49. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
50. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
51. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). X14 Məhkəməsinin qərarlarında bildirilir ki:
52. -İfadə edilən fikir ayrıca deyil, ümumi kontekstdə araşdıralaraq hərtərəfli qiymətləndirilməlidir (Bax: Yəhova şahidləri dini icmasının Azərbaycana qarşı iş üzrə X14 Məhkəməsinin qərarı ərizə 52884/09, xx.xx.2020-ci il tarixli qərar § 36-37).
53. -İstənilən sənəd tətbiq edilərkən onun hazırlanma məqsədi, eləcə də hazırlıq sənədləri (fransızca “travaux préparatoires”) nəzərə alınmalıdır (bax: Nolan Rusiyaya qarşı iş § 48, Marks Belçikaya qarşı iş § 63 və s.).
54. -İstənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (X13 Europa 7 S.R.L. və X11rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X7 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-cü il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34).
55. -Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
56. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
57. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya Məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
59. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, vergi orqanının xx.xx.2023-cü il tarixli qərarı əsasında riskli vergi ödəyicisi hesab edilmiş İddiaçı2, xx.xx.2023-cü il tarixli qərarı əsasında riskli vergi ödəyicisi hesab edilmiş İddiaçı1 MMC və xx.xx.2023-cü il tarixli qərarı əsasında riskli vergi ödəyicisi hesab edilmiş İddiaçı3 MMC riskli vergi ödəyiciləri siyahısından çıxarılmalarını tələb edirlər.
60. Cavabdeh tərəfindən qəbul edilmiş qərarlara əsasən, birgə iddiaçıların riskli vergi ödəyiciləri hesab edilmələrinin səbəbi vergi ödəyicisi olan İddiaçı1 MMC-nin qeydiyyatda olan təsərrüfat subyektlərinin (obyektinin) olmaması; İddiaçı3 MMC-nin qeydiyyatda olan təsərrüfat subyektlərinin (obyektinin) olmaması və hüquqi şəxsin təsisçisi (və ya rəhbəri) olan İddiaçı2 riskli vergi ödəyicisi olması; İddiaçı2 satmış olduğu 35.000 manat dəyərində malın alış və ya idxal sənədlərinin təqdim olunmamasıdır.
61. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü bəndinə istinad edərək iddiaçılar tərəfindən həyata keçirilən fəaliyyəti əmtəəsiz əməliyyatlar hesab etmişdir. Cavabdeh orqan eyni zamanda İddiaçı2 münasibətdə “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1.1-ci bəndinə də istinad etmişdir.
62. Kollegiya qeyd edir ki, riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərarın qəbulu qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlə Kabineti) tərəfindən müəyyənləşdirilməsə də, belə tənzimləmənin mövcud olmaması vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərarın qəbulunu istisna edə bilməz.
63. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü bənddə müəyyən olunmuş risk meyarının tətbiq olunması zamanı vergi ödəyicisinin həyata keçirdiyi fəaliyyətin xarakterinin nəzərə alınması zəruridir. Belə ki, digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən malların saxlanılması üçün qeydiyyatda olan hər hansı təsərrüfat subyektinin (obyektinin) tələb olunması həmin sahibkarlıq fəaliyyətinin xarakteri ilə uyğunsuzluq təşkil edir və qanunvericilikdə müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı təsərrüfat subyektinin (obyektinin) olması tələbi birbaşa nəzərdə tutulmamışdır.
64. Məhkəmə araşdırması zamanı iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı2 digər şəxslər üçün sifariş əsasında əldə etdiyi malları saxlamağa, daşımağa ehtiyacının olmadığını, həmin malların onun vasitəçiliyilə birbaşa sifarişçilərə təhvil verildiyini izah etmiş, bununla bağlı sifarişçi vergi ödəyicilərinə təqdim edilmiş elektron qaimələri vergi orqanına, eləcə də birinci instansiya məhkəməsinə təqdim etmişdir. Belə olan təqdirdə, iddiaçıların həmin malların saxlanılmasına görə hər hansı anbara ehtiyacının olmaması ağlabatandır.
65. Daha sonra cavabdeh vergi orqanının iddiaçılar tərəfindən aparılan əməliyyatların əmtəəsiz olmasına dair hər hansı şübhəsi olduğu təqdirdə müvafiq vergi yoxlaması tədbirləri (məsələn X10) həyata keçirməklə malların mövcudluğunu aydınlaşdırmaq imkanı olmuşdur. Lakin cavabdeh bu hüququndan istifadə etmədən iddiaçılar barədə riskli vergi ödəyicisi hesab edilmə barədə, konkrent sübutlara deyil, yalnız özünün ehtimallarına əsasən qərarlar qəbul etməklə vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə etmişdir. Belə ki, subutetmə yükü üzərində olan cavabdeh inzibati orqan vergi ödəyicisi olan iddiaçıların pərdələnmiş əməliyyatın baş tutmasında təqsirli olmalarını, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halını mötəbər, təkzib olunmaz sübutlarla məhkəmə araşdırması zamanı da təsdiq edə bilməmişdir.
66. İstinad olunanlara əsasən Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq belə nəticəyə gəlir ki, cavabdeh iddiaçılar barədə riskli vergi ödəyicisi hesab edilmə barədə qərarları qəbul edərkən vergi qanunvericiliyinin tələbləri pozulmuş, inzibati icraatın prinsiplərinə riayət edilməmiş, nəticədə inzibati icraat haqqında qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan qərarlar qəbul edilmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
67. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2106/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.