Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2744/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X5 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Əliyeva Səminə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi Nümayəndə oğlunun iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-655/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. İddiaçı MMC ********** VÖEN-lə xx.xx.2010-cu il tarixdə vergi orqanında dövlət qeydiyyatına alınmıdır. Hüüquqi şəxsə məxsus Nizamnamə və Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMCnin təsisçisi və qanuni təmsilçisi X6r.
2. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X7 üzrə Baş İdarəsinin (hazırkı adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X5 və Uçotunun Təşkili Baş İdarəsi) xx.xx.2023-cü il tarixli **********911200 nömrəli qərarına əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin 3-cü rübü üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə İddiaçı MMC-yə 103,50 manat əlavə sosial sığorta haqqı məbləği hesablanmışdır.
3. Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə hesabatdan görünür ki, İddiaçı MMC-nin rəhbəri X4 baş direktor vəzifəsinə təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə müddətsiz müqavilə bağlanılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X7 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********911200 nömrəli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının bank hesabından silinmiş pul vəsaitlərinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********911200 nömrəli qərarı ilə İddiaçı MMC-yə 103,5 manat məbləğində sığorta haqqı məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 62.3-cü maddəsinə əsasən bu Qərardan xx.xx.2023-cü il tarixdə şikayət verilmiş, bu şikayətə Bakı şəhəri X7 üzrə Baş İdarəsi xx.xx.2023-cü il tarixli məktubla cavab verilərək yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli Qərar dəyişdirilmədən saxlanılmışdır. Aşağıda qeyd olunan hüquqi əsaslara görə, Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli Qərarı qanunsuz hesab edilərək ləğv edilməli, müxtəlif vaxtlarda vergi orqanının sərəncamları əsasında bank hesabındansilinmiş pul vəsaitləri geri qaytarılmalıdır. Belə ki, Vergi Xidməti əlavə sığorta haqqı məbləğinin hesablanmasını onunla əsaslandırıb ki, uçot-baza məlumatlarına əsasən aparılmış təhlillər nəticəsində 2023-cü ilin 3-cü rübü üzrə sahibkarlıq fəaliyyətinin olmasına (gəlirin olmasına) baxmayaraq tərəfimizdən bu dövr üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” göstəriciləri azaldılmaqla təqdim edilmiş və bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubda isə hər hansı bir qanunvericilik normasına istinad edilmədən tutarsız cavab verilmişdir. Qeyd edilməlidir ki, hüquqi şəxsin əmək müqaviləsi üzrə işləyən hər hansı bir işçisi olmadığından məcburi dövlət sosial sığortanın hesablanması əsassızdır.
6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında’ və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqqları və işsizlikdən sığorta haqqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən vergi orqanına həvalə edilmişdir. Uçotbaza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən göstərilmiş xidmətlərə (görülmüş işlərə) görə 2023-ci ilin sentyabr ayı ərzində 2114,0 manat dəyərində elektron qaiməfakturaların təqdim olunduğu müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən MDDS, işsizlikdən sığorta və icbari tibbi sığorta hesabatının məlumatları azaldılmaqla təqdim olunmuşdur ki, bu da kənarlaşmaya səbəb olmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 2023-cü ilin 3-cü rübü üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 103,50 manat əlavə sosial sığorta haqqı məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********911200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. İddiaçının mübahisələndirdiyi məsələ hüquqi şəxsin icra orqanının rəhbəri ilə hüquqi şəxsin arasında olan münasibətlərin xarakteri ilə əlaqədardır. Vergi ödəyicisi İddiaçı MMC-nin hüquqi şəxs olduğu üçün maddi məsul şəxsləri fəaliyyəti ücün məsuliyyət daşıyırlar və ən azı 1 (bir) nəfər işçinin (direktor,rəhbər) olması zəruridir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-655/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Bakı şəhər X5 və Uçotun Təşkili Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********911200 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
8. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X5 və Uçotunun Təşkili Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi əlavə araşdırma aparmamış, maddi və prosessual hüquq normalarına düzgün əməl etməmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh qurum kameral vergi yoxlaması ilə 2023-cü ilin 3-cü rübüüçünmuzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 103,50 manat əlavə sosial sığorta haqqı məbləği hesablanmışdır. Halbuki mübahisələndirilən qərarınqəbul edildiyi vaxt İddiaçı MMC-ninəmək müqaviləsi üzrə işləyən hər hansı bir işçisi olmamışdır. Umudov Anar isə İddiaçı MMC-nin yeganə təsisçisi və qanuni təmsilçisidir.
c) Proses iştirakçılarının izahatları
11. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətini təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını, cavabdehin nümayəndəsi apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 12-ci maddəsinin 1-ci bəndinin j yarımbəndinə əsasən işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 304-cü maddəsinin 2-ci bəndinə əsasən işəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
16. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən)
18. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 12-14-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
19. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı cavabdeh orqan tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********911200 nömrəli qərarının qanunsuz hesab edilərək ləğv edilməsini tələb edir.
20. Cavabdeh orqan isə bildirir ki, vergi ödəyicisi tərəfindən MDDS, işsizlikdən sığorta və icbari tibbi sığorta hesabatının məlumatları azaldılmaqla təqdim olunduğundan kənarlaşma yaranmış və kameral vergi yoxlaması ilə 2023-cü ilin 3-cü rübü üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 103,50 manat əlavə sosial sığorta haqqı məbləği hesablanmışdır.
21. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdeh orqanın qeyd olunan dəliləri ilə razılaşmır.
22. Belə ki, işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Bakı şəhər X5 və Uçotun Təşkili Baş İdarəsinə və İddiaçı MMC-yə sorğu göndərilmişdir.
23. İddiaçı tərəfidən sorğuya cavab olaraq bildirilmişdir ki, 2023-cü ilin iyul, avqust və sentyabr aylarında İddiaçı MMC-də icraçı direktor vəzifəsində hər hansı şəxs işləməyib. Mən, X1 hüquqi şəxsin qanuni təmsilçisi – direktoruyam və eyni zamanda həmin hüquqi şəxsin yeganə təsisçisiyəm. Qanuni təmsilçi isə işçi deyil. Adından da, Mülki Məcəllənin müvafiq müddəalarından da bəlli olduğu kimi, direktor hüquqi şəxsin icra orqanının rəhbəri hesab edilir və hüquqi şəxsi qanuni əsaslarla təmsil edir, onun hüquqi statusu əmək müqaviləsi ilə işləyən işçidən köklü şəkildə fərqlənir.
24. Cavabdeh təşkilatın sorğuya cavab məktubuna əsasən İddiaçı (VÖEN **********) xx.xx.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır və həmin tarixdən hazıradək qanuni təmsilçilik funksiyasına malik baş direktoru X6r.
25. İş materiallarından göründüyü kimi uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən göstərilmiş xidmətlərə (görülmüş işlərə) görə 2023-ci ilin sentyabr ayı ərzində 2114,0 manat dəyərində elektron qaimə-fakturaların təqdim olunduğu müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən MDDS, işsizlikdən sığorta və icbari tibbi sığorta hesabatının məlumatları azaldılmaqla təqdim olunmuşdur ki, bu da kənarlaşmaya səbəb olmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 2023-cü ilin 3-cü rübü üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 103,50 manat əlavə sosial sığorta haqqı məbləği hesablanmışdır.
26. Eyni zamanda iş materiallarından görünür ki, mübahisələndirilən qərarın qəbul edildiyi vaxt İddiaçı MMC-nin əmək müqaviləsi üzrə işləyən hər hansı bir işçisinin olmamış və cəmiyyətin təsisçisi, eyni zamanda qanuni təmsilçisi X4 olmuşdur.
27. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçı müəssisə üçün 2023-cü ilin 3-cü rübü, yəni 2023-cü ilin iyul, avqust, sentyabr ayları üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi hesablamışdır. Halbuki, həmin dövrdə, müəssisənin sistem üzrə aktiv əmək müqaviləsi olan işçisi olmamışdır.
28. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə əsasən əmək müqaviləsi bağlanmış, muzdlu işçisi olan hər bir vergi ödəyicisi Vergi Məcəlləsi ilə müəyyən edilən müddətdə və qaydada vergi orqanına Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini təqdim etməlidir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə bəyannamə rüblük hesabat şəklində təqdim olunur.
29. Belə ki, iddiaçı yalnız xx.xx.2024-cü il tarixdə müəssisənin direktoru ilə əmək müqaviləsini elektron sistem üzərindən bağlamışdır. Belə olan halda iddiaçının yalnız əmək müqaviləsinin qüvvəyə mindiyi vaxtdan sonrakı dövr üçün muzdlu işçiyə görə müvafiiq vergi hesabatları vermək və hesablanmış vergiləri ödəmək vəzifəsi yaranmışdır.
30. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 fevral 2025-ci il tarixli qərarına əsasən hüquqi şəxslə hüquqi şəxsin idarəetmə orqanı arasında yaranan münasibətlər əsasən mülki hüquqi xarakterli olmaqla mülki qanunvericiliyin müvafiq normaları ilə tənzimlənsə də, hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərində olan icra orqanının rəhbəri arasında əmək müqaviləsi rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 389-cu maddəsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş müqavilə anlayışı iki və ya daha çox tərəfin qarşılıqlı iradə ifadəsini nəzərdə tutduğundan hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbəri eyni şəxs olduqda hər hansı müqavilə münasibətləri yaranmamaqla həmin şəxsin icra orqanının rəhbəri vəzifəsinə təyin edilməsi müvafiq qərarla rəsmiləşdirilməlidir.
31. Göründüyü kimi iddiaçının həm təsisçi həm qanuni təmsilçi olması səbəbindən onunla əmək müqaviləsinin rəsmiləşdirilməsinə zərurət yoxdur.
32. Odur ki, cavabdeh qüvvədə olan hər hansı əmək müqaviləsi olmadan (hazır ki, halda əmək müqaviləsinin olmasına zərurət yoxdur) iddiaçı hüquqi şəxsə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə hesabatın təqdim edilməməsinə əlavə vergi hesablamaqda haqlı olmamışdır.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
34. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
35. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-655/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X5 və Uçotunun Təşkili Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-655/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.