Məhkəmə qərarları › İş №2-1(103)-2745/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2745/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2745/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİ dərəcəli əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Mirzəyevanın katibliyi ilə, İddiaçı, onun nümayəndəsi (qızı) X3, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİ dərəcəli əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1408/2022 saylı 06 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. Onun əlillik vəziyyətinə Balakən rayon Mərkəzi Xəstəxanasının 0228003AAHBN saylı xx.xx.2019-cu il tarixli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: Əvvəllər keçirilən miokard infarktı, ÜİX qeyri-stabil gərginlik stenokardiyası. xx.xx.2019-cu ildə kəskin miokard infakti keçirib. Z95.1 Aortokoronar şuntlu transplantatın olması, aorto koronor şuntlama əməliyyatından sonrakı vəziyyət. xx.xx.2019. İ50.0 Durğunluq ürək çatmamazlığı, İİİ f.s. İ20.0 Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əsas, diaqnozun fəsadlarını (üç) dəqiqləşdirmək üçün xəstəyə əlavə müalicə təyin edilir” səbəbi ilə imtina verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Balakən rayon Mərkəzi Xəstəxanasının 0228003AAHJ0 saylı xx.xx.2020-ci il tarixli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyristabil stenokardiya; Diaqnozun mətni: İ20.0 Qeyri-stabil stenokardiya, Şiddətlənən stenokardiya. Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, xx.xx.2019. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, İİİ f.s. Yanaşı xəstəliklər İ25.2 Əvvəllər keçirilən miokard infarktı; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslaşmış müalicə davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə Balakən rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0228003AAH8F saylı göndərişi əsasında xx.xx.2020-ci il tarixdə baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyristabil stenokardiya; Diaqnozun mətni: Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, Durğunluq ürək çatmamazlığı, İİİ f.s. Aortokoronar şuntlu transplantatın olması, Əvvəllər keçirilən miokard infarktı; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin 2020-ci ildə müayinə və müalicəsi haqqında heç bir məlumat verilməmişdir”. İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Zaqatala rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0256003AAN2H saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Əsas diaqnoz: İ20.8 - stenokardiyanın digər formaları; ÜİX stabil gərginlikli stenokardiya İİ FS. Ağırlaşma => İ25.2 əvvəllər keçirilən miokard infarktı, infaktdan sonrakı kardioskleroz, Ağırlaşma => İ50.0 durğunluq, ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ FS EF 32%, Ağırlaşma => İ97.1 ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, 4 damar, Ağırlaşma => Z95.1 Aortokoronar şuntlu transplantatın olması, 2019, Yanaşı xəstəliklər İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip 2; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: diaqnozun ağırlaşmalarını (üç) təsdiq etmək üçün əlavə müalicə təyin olunur” səbəbi ilə imtina verilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “İİ dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş edir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “əvvəllər keçirilmiş miokard infakt; ÜİX qeyri-stabil gərginlik stenokardiyası; xx.xx.2019-cu il tarixdə keçirilmiş kəskin miokard infakt; aortokoronar şuntlu transplantatın olması; aortokoronor şuntlama əməliyyatı; İİİ dərəcə durğunluq ürək çatışmamazlığı; qeyri-stabil stenokardiya-şiddətlənən stenokardiya” diaqnozları üzrə xəstəliklərdən əziyyət çəkir. Onda olan xəstəliklərin faktiki olaraq qrup əlilliyin müəyyən edilməsi üçün əsas olduğundan, bu məqsədlə aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs tabeliyində yaradılmış tibbi-sosial ekspert komissiyasına müraciət etmişdir. Müraciəti əsasında araşdırma aparan tibbi-sosial ekspert komissiyası əsassız və qanunsuz olaraq 17 dekabr 2020-ci il tarixli qərarla qrup əlilliyin təyin olunmasından imtina etmişdir. Göründüyü kimi, hazırkı rəyi qəbul etmiş tibbi-sosial ekspert komissiyası məsələyə formal yanaşmış və qərəzli olaraq ədalətli rəyin verilməsindən yayınmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Balakən Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 0228003AAHBN saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: Əvvəllər keçirilən miokard infarktı, ÜİX qeyri-stabil gərginlik stenokardiyası. xx.xx.2019-cu ildə kəskin miokard infaktı keçirib. Z95.1 Aortokoronar şuntlu transplantatın olması, aorto koronor şuntlama əməliyyatından sonrakı vəziyyət. xx.xx.2019. İ50.0 Durğunluq ürək çatmamazlığı, İİİ f.s. İ20.0 Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əsas diaqnozun fəsadlarını (üç) dəqiqləşdirmək üçün xəstəyə əlavə müalicə təyin edilir” səbəbi ilə imtina verilmişdir. Daha sonra həmin xəstəxananın xx.xx.2020-ci il tarixli 0228003AAHJ0 saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: İ20.0 Qeyri-stabil stenokardiya, Şiddətlənən stenokardiya. Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, xx.xx.2019. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, İİİ f.s. Yanaşı xəstəliklər İ25.2 Əvvəllər keçirilən miokard infarktı; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslaşmış müalicə davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Həmin xəstəxananın xx.xx.2020-ci il tarixli 0228003AAH8F saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, Durğunluq ürək çatmamazlığı, İİİ f.s. Aortokoronar şuntlu transplantatın olması, Əvvəllər keçirilən miokard infarktı; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin 2020-ci ildə müayinə və müalicəsi haqqında heç bir məlumat verilməmişdir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: İnzibati Məhkəməsinin 2-1(112)-1408/2022 saylı 06 may 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021ci il tarixli 0256003AAN2H saylı göndərişi əsasında ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən bildirmişdir ki, iddiaçı barəsində əlilliyin qiymətləndirilməsi üçün tərtib edilmiş ilkin tibbi göndərişdə iddiaçının yuxarıda adıçəkilən Qaydanın tələblərinə uyğun olaraq ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olduğu qeyd edilmişdir. İddiaçı barəsində ümumilikdə ardıcıl olaraq 4 dəfə tərtib edilmiş tibbi göndərişlərdə onun əsas diaqnozunun stenokardiyanın digər formaları; ÜİX stabil gərginlikli stenokardiya İİ FS, əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, durğunluq, ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ FS olduğu göstərilmişdir. Tibbi göndərişlərdə əsas diaqnoz dəyişməmiş, hətta iddiaçıya qoyulmuş diaqnoz sonuncu dəfə məhkəmə ekspertizası zamanı da öz təsdiqini tapmışdır. Başqa söziə, ilk dəfə tərtib edilən tibbi göndərişdə tələb olunan müalicə müddətinə riayət edildiyi, həmin tibbi göndərişdə imtinanın əsası kimi müddətə deyil, əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina edildiyi, iddiaçı barəsində tərtib edilmiş sonrakı bütün tibbi göndərişlərdə iddiaçının diaqnozunun dəyişmədiyi, sağlamlıq vəziyyətinin ilkin tibbi göndərişdə olduğu kimi qalması nəzərə alındıqda məhkəmə hesab edir ki, müddətlə bağlı dəlilə istinad etməklə əlillik təyinatından imtina əsaslı hesab edilə bilməz. Başqa sözlə, iddiaçının xəstəliyi dəyişməmiş, qoyulmuş diaqnoz ona aid tibbi sənədlər, ekspert rəyi ilə öz təsdiqini tapmış, ilkin tibbi göndərişdə müalicə müddətinə riayət edilmiş, cavabdeh isə eyni diaqnozlu tibbi göndərişlərə hər dəfə əlavə müalicəyə ehtiyacı var dəlili ilə eyni məzmunlu, əsassız imtinalar vermişdir. Bu halda məhkəmə hesab etmişdir ki, Qaydanın 1 5.1-ci bəndinə əsasən son bir ildə iddiaçı barəsində ambulator və ya stasionar müalicə müddətlərinə dair tələb iddiaçının ziyanına təfsir və tətbiq oluna bilməz. Məhkəmənin istinad etdiyi 2.2.1-ci yarımbəndinə görə “2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı”, ikinci dərəcə əlilliyin təyinatı üçün əsasdır. Lakin, iddiaçıya əlillik təyinatının aparılmasından imtina edilməsinə əsas olmuş xx.xx.2021-ci ildə 0256003AAN2H saylı göndərişdə həm kardioloq rəyində, həm də əsas diaqnozda göstərilmiş “İ20.8 - stenokardiyanın digər formaları; ÜİX stabil gərginlikli stenokardiya İİ FS”, Ağırlaşma => İ25.2 əvvəllər keçirilən miokard infarktı, infaktdan sonrakı kardiskleroz, İ50.0 durğunluq, ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ FS EF 32%” hansı ki 2.2.1-in tətbiqi üçün əsas olan qan dövranının ikinci dərəcə çatışmazlığını yaratmır. Həmçinin qeyd olunan digər ağırlaşmalar da əlillik təyinatının aparılması üçün tələb olunan qan dövranının ikinci dərəcə çatışmazlığı diaqnozunu təsdiqləmir. Bu səbəbdən da iddiaçıya əlavə müalicə olunması qərarı verilmişdir. Qeyd edilən səbəblərə görə iddiaçıya əlillik dərəcəsi verilməsindən haqlı olaraq imtina edilmişdir. İddiaçı əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi (qızı) X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında 3-cü şəxs Balakən rayon X6 Hüquqi şəxsi bu barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki işə 3-cü şəxs Balakən rayon X6 Hüquqi şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Balakən rayon X6 Hüquqi şəxsinin 3-cü şəxs statusunun ləğv edilməsi qərara alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixdə imtina etmişdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən alınması iş materialları ilə müəyyən edilmir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir ki, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan müddətləri ötürməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “ona İİ dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. İddiaçının bu barədə tələbi inzibati orqan tərəfindən təmin olunmadığı üçün o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıya qoyulmuş “əsas diaqnoz: İ20.8 - stenokardiyanın digər formaları; ÜİX stabil gərginlikli stenokardiya İİ FS. Ağırlaşma => İ25.2 əvvəllər keçirilən miokard infarktı, infaktdan sonrakı kardiskleroz, İ50.0 durğunluq, ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ FS EF 32%” diaqnozunun adı qeyd edilən Meyarların 2.2.1-ci bəndinə əsasən ikinci dərəcə əlillik dərəcəsinin təyinatına uyğun gəlməsinə və tələb olunan müalicə müddətinin yetərli olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası idddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Həmin Qanunun 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Həmin Qanunun 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Həmin Əsasnamənin 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbisosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Həmin Qaydanın 2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İş materiallarından müəyyən olunur ki, iddiaçı 2019-cu ildə infarkt xəstəliyi keçirmiş, bununla əlaqədar X8 Mərkəzində AKŞ əməliyyatı icra olunmuşdur. İddiaçı adına sonuncu dəfə Zaqatala rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0256003AAN2H saylı göndərişdə qeyd edilmişdir ki, o, xx.xx.2019-cu il tarixdən xəstədir, xəstəliyin gedişi xroniki olub, 21.01-xx.xx.2019-cu il tarixlərdə X8 mərkəzində “Z95.1 - aortokoronar şuntlu transplantatın olması” diaqnozu, 26.09xx.xx.2019-cu il və 22.07- xx.xx.2019-cu il tarixlərdə Balakən RMX-da “İ20.8 stenokardiyanın digər formaları” diaqnozu ilə müayinə və müalicə olunmuş, xx.xx.2021-ci il tarixdə Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutunda müayinə olunmuş və “İ20.8 - stenokardiyanın digər formaları” diaqnozu müəyyən edilmişdir. xx.xx.2021-ci il: EKQ müayinəsində - AKŞ-2019, sol mədəciyin sistolik ölçüsü genişlənmiş, sistolik funksiya azalmışdır. EF-32% relaksativ tip., Exo-KQ müayinəsində: sol mədəciyin arxa yan divarında koronar qan təchizatının pozulması. Qanda şəkərin müayinəsi, qanın və sidiyin ümumi analizləri laborator müayinələri aparılmışdır. “X1: Əsas diaqnoz: İ20.8 stenokardiyanın digər formaları; ÜİX stabil gərginlikli stenokardiya İİ FS. Ağırlaşma: İ25.2 Əvvəllər keçirilən miokard infarktı, infaktdan sonrakı kardiskleroz, İ50.0 durğunluq, ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ FS EF 32%, Ağırlaşma => İ97.1 ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, 4 damar, Ağırlaşma => Z95.1 aortokoronar şuntlu transplantatın olması, 2019, yanaşı xəstəliklər insulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip 2 qeyd edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən məhkəmənin 2-1(112)-7971/2021 saylı 17 dekabr 2021-ci il tarixli qərardadı əsasında Məhkəmə Tibbi-Ekspertiza və X7 tərəfindən verilmiş T 55/2022 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı xx.xx.2021-ci il tarixli 0256003AAN2H saylı Forma 88-də qoyulmuş əsas diaqnoz və onun ağırlaşmaları “İ20.8 - stenokardiyanın digər formaları; ürəyin işemik xəstəliyi, stabil gərginlikli stenokardiya İİ FS. Ağırlaşma => İ25.2 əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz. Ağırlaşma => İ50.0 durğunluq, ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ FS EF 32%. Ağırlaşma => İ97.1 ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, 4 damar. Ağırlaşma => Z95.1 aortokoronar şuntlu transplantatın olması 2019” aparılmış kliniki, instrumental müayinələrin əsasında müəyyən edilmiş və xx.xx.2022-ci il tarixdə “X13”də Exo-KQ müayinədə həmin diaqnoz bir daha təsdiq edilmişdir. Qeyd edilən xəstəliklər isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşsə də, onun əlilliyin qiymətləndirilməsi ilk dəfə olduğu üçün Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə Tibbi-Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilmə qaydası”nın 1.5.1-ci müddəasının (şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması) tələbləri nəzərə alınmalıdır. Göndərişin tərtib olunması zamanı bu müddəanın tələbləri nəzərə alınmadığı üçün ona əlillik dərəcəsi təyin edilməsinə əsas vermir. Həmin xəstəliklərin reabilitasiyası aparılmış müalicənin effektliliyindən asılıdır. Məhkəmə ekspertizası zamanı İddiaçı xx.xx.2022-ci il tarixdə “X13”in poliklinika şöbəsində müayinəsi keçirilmiş və müayinə nəticəsində müəyyən olunmuşdu: rəngli doppler ExoKQ-da-AKŞ-2019. Aorta divarı sklerotik, LV-dilatasiya. LA-min. Sol mədəcik psevdo-normal tip diastolik disfunksiyası. LV-qlobal sistolik funksiyası aşağı. LVEF-33%. LV-diffuz hipokineziya fonu-aşağı bazal orta akinrtik, arxa-orta seqmenti akinetik. PH-yox. İVC-N. MV-AV-fibrotik. AR-0-İ dər. MR-İ-İİ dər. TR-İ dər. Müayinə zamanı tək-tək ekstrasistolik aritmiya qeyd olunmuşdur. Beləliklə, İddiaçı tibbi sənədlərinə, barəsində KTM-də EXO-KQ instrumental müayinəsi ilə təsdiq edilmişdir ki, şəxsdə “stenokardiyanın digər formaları; ÜİX stabil gərginlikli stenokardiya İİ FS, əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, durğunluq, ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ FS EF 32%, ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, 4 damar, aortokoronar şuntlu transplantatın olması, insulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip 2” diaqnozu müəyyən edilmişdir, yəni o, hazırda həmin xəstəliklərdən əziyyət çəkir. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıda aşkar olunan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: Əsasnamənin 2.2.1-ci bəndinə görə ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13- İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33). Beləliklə, iddiaçıya qoyulmuş “əsas diaqnoz: İ20.8 - stenokardiyanın digər formaları; ÜİX stabil gərginlikli stenokardiya İİ FS. Ağırlaşma => İ25.2 əvvəllər keçirilən miokard infarktı, infaktdan sonrakı kardiskleroz, İ50.0 durğunluq, ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ FS EF 32%” diaqnozu adı qeyd edilən Meyarların 2.2.1-ci bəndinə əsasən ikinci dərəcə əlillik dərəcəsi təyinatına uyğun gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə Tibbi-Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinin (şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması) tələbləri nəzərə alınmalıdır. Göndərişin tərtib olunması zamanı bu müddəanın tələbləri nəzərə alınmadığı üçün ona əlillik dərəcəsi təyin edilməsinə əsas vermir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. İş materiallarından görünür ki, iddiaçının ilk dəfə əlillik təyinatı Balakən rayon Mərkəzi Xəstəxanasının 0228003AAHBN saylı xx.xx.2019-cu il tarixli göndərişi əsasında qiymətləndirilmişdir. Həmin göndərişdə iddiaçının ambulator müalicə müddəti xx.xx.2019xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019 tarixləri, stasionar müalicə müddəti olaraq isə X8 mərkəzində xx.xx.2019-xx.xx.2019, Balakən rayon Mərkkəzi Xəstəxanasında xx.xx.2019- xx.xx.2019-cu il tarixləri göstərilmişdir. Zaqatala rayon Mərkəzi Xəstəxanasının 0256003AAN2H saylı xx.xx.2021-ci il tarixli göndərişində iddiaçının stasionar mülaicə müddəti olaraq isə X8 mərkəzində xx.xx.2019-xx.xx.2019, Bakı Akad. C.M.Abdullayev adına ET Kardiologiya İnstitusunda xx.xx.2021-ci il, Balakən rayon mərkkəzi xəsatəxanasında xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində stasionar müalicədə olduğu göstərilmişdir. İddiaçının yuxarıda qeyd olunan tarixlərdə ambulator və stasionar müalicələrdə olması faktı apellyasiya baxışı zamanı təqdim olunmuş iddiaçıya məxsus “ambulator tibbi kitabça”dakı qeydlərlə də tam təsdiq olundu. Göründüyü kimi, iddiaçı barəsində əlilliyin qiymətləndirilməsi üçün tərtib edilmiş ilkin tibbi göndərişdə iddiaçının yuxarıda adı çəkilən Qaydanın tələblərinə uyğun olaraq ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olduğu qeyd edilmişdir. İddiaçı barəsində ümumilikdə ardıcıl olaraq 4 dəfə tərtib edilmiş tibbi göndərişlərdə onun əsas diaqnozunun “stenokardiyanın digər formaları; ÜİX stabil gərginlikli stenokardiya İİ FS, əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, durğunluq, ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ FS” olduğu göstərilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı barəsində tərtib olunmuş tibbi göndərişlərdə onun əsas diaqnoz dəyişməmiş, hətta iddiaçıya qoyulmuş diaqnoz sonuncu dəfə məhkəmə ekspertizası zamanı da öz təsdiqini tapmışdır. Başqa sözlə, ilk dəfə tərtib edilən tibbi göndərişdə tələb olunan müalicə müddətinə riayət edildiyi, həmin tibbi göndərişdə imtinanın əsası kimi müddətə deyil, “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina edildiyi, iddiaçı barəsində tərtib edilmiş sonrakı bütün tibbi göndərişlərdə iddiaçının diaqnozunun dəyişmədiyi, sağlamlıq vəziyyətinin ilkin tibbi göndərişdə olduğu kimi qalmasını nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, müddətlə bağlı dəlilə istinad etməklə əlillik təyinatından imtina əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası bir daha xüsusilə vurğulayır ki, iddiaçının xəstəliyi dəyişməmiş, qoyulmuş diaqnoz ona aid tibbi sənədlər, ekspert rəyi ilə öz təsdiqini tapmış, ilkin tibbi göndərişdə müalicə müddətinə riayət edilmiş, cavabdeh isə eyni diaqnozlu tibbi göndərişlərə hər dəfə “əlavə müalicəyə ehtiyacı var” dəlili ilə eyni məzmunlu, əsassız imtinalar vermişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yuxarıda adı çəkilən Qaydanın 1.5.1-ci bəndinə əsasən son bir ildə iddiaçı barəsində ambulator və ya stasionar müalicə müddətlərinə dair tələb ilkin müraciəti zamanı ödənilmiş, lakin sonradan cavabdeh əsassız imtinalar verdiyi üçün vaxt uzanmış, odur ki, qanunun müddətlə bağlı tələbi məhz bu məqamda iddiaçının ziyanına təfsir və tətbiq oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillərin bir qismi iddiaya dair yazılı etirazla eynilik təşkil etməklə qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilməsi üçün əsas vermir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1408/2022 saylı 06 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1408/2022 saylı 06 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar