Məhkəmə qərarları › İş №2-1(103)-2748/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2748/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2748/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)- 2748/2023 (Açar sözlər: “güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması”) Bakı şəhəri 03 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3513/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi məhkəmənin Paşayeva (Dosmaeva) İrina Anatolyevnanın Azərbaycan SSR X7 Təhsili Komitəsi tərəfindən verilmiş 412245 nömrəli diplomuna əsasən Bakı şəhəri C.Babayev adına 3 nömrəli orta texniki peşə məktəbində xx.xx.1980-xx.xx.1983-cü illər aralığında aldığı təhsilin forması (əyani/qiyabi) haqqında məlumatın təqdim edilməsinə dair sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, Dosmaeva (Paşayeva) İrina Anatolyevna həqiqətən xx.xx.1980-ci il tarixində 3 nömrəli Texniki Peşə Məktəbinə “Əl ilə yığan mürəttiblər" ixtisas qrupuna daxil olmuş və xx.xx.1983- cü il tarixində həmin məktəbi əyani formada bitirmişdir. Onun adına yazılmış Д № 412245 nömrəli diplom təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. Təhsil sənədlərini imzalamış səlahiyyətli şəxs müəssisənin direktoru R.B.Əskərov olmuşdur.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən Paşayeva (Dosmaeva) İrina Anatolyevnanın həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının arxivində saxlanılan sənədlərə əsasən 3 avqust 1983-cü ildən (Əmr №68, xx.xx.1983-cü il) 1 dekabr 1984-cü illədək (Əmr №81,§1, xx.xx.1984-cü il) Azərbaycan SSR Nazirlər Kabineti Sovetinin İşlər İdarəsinin Təsərrüfat İdarəsinin mətbəəsində mürəttib vəzifəsində işləmişdir.

3. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışından görünür ki, İddiaçı Anatoliyevna mürəttib vəzifəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 78 nömrəli əmrlə xx.xx.1992-ci il tarixdən 29 nömrəli əmrlə xx.xx.2000-ci il tarixədək olan dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 7 il 6 ay 6 gün təşkil edir. Mürəttib vəzifəsi (mətbəədə hərf yığan işçi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarın 20-ci bölməsinin (poliqrafiya istehsalı) “c” bəndində göstərilən “əl ilə yığıcı” vəzifəsinə uyğundur.

4. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən bildirilmişdir ki, "xxxx" şirkəti (VÖEN **********) vergi ödəyicisi kimi xx.xx.1998-ci il tarixdən (əvvəlki VÖEN 2********) uçota alınmış, 2003-cü və 2005-ci illər üzrə “Hüquqi şəxsin fəaliyyətinin dayandırılması” barədə ərizə ilə müraciət etməsi barədə məlumat müəyyən edilməmişdir. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir.

5. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü ildən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı məhkəməyə müraciət edərək əmək kitabçasında işlədiyi illər nəzərə alınaraq xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixə qədər Şahin LTD firmasında xadimə vəzifəsində işlədiyi dövrün iş stajı sosial sığorta stajına daxil edilərək 52 yaşının tamam olduğu tarixdən, yəni 26 iyul 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1965-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 03 avqust 1983-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunduğu kimi 03 sentyabr 1983-cü ildən bugünədək ayrı-ayrı təşkilatlarda işləmişdir. Ümumillikdə 25 il stajı vardır. Belə ki, xx.xx.1980-cı ildənxx.xx.1983-cü ilədək Azərbaycan SSR 3 saylı X4 təhsil almışdır. Azərbaycan SSR Nazirlər Sovetinin İşlər İdarəsinin Təsərrüfat İdarəsinin mətbəəsində xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək mürəttib vəzifəsində Kirov adına Xəzər Ali Hərbi-Dənizçilik məktəbində, xx.xx.1984-cu ildən-xx.xx.1992-ci ilədək əllə yığmaq vəzifəsində, yəni mürəttib (tipoqrafiya), Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilədək mürəttib vəzifəsində, 01,09.2003cü ildən-01,07.2005-ci ilədək Şahin LTD şirkətindən xadimə vəzifəsində, xx.xx.2005-ci ildənxx.xx.2005- ci ilədək Bakı şəhəri Nəsimi rayonu 8 saylı məktəbdə xadimə vəzifəsində işləmişdir. İddiaçı 28 yanvar 2022-ci il tarixində əmək kitabçası, arxiv arayışını və zəruri digər sənədləri təqdim etməklə müvafiq olaraq ərizə ilə cavabdeh orqan - DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Sözügedən orqan bunun müqabilində 04 fevral 2022-ci il tarixində **********1 nömrəli cavab məktubu ilə müraciətdən imtina etmişdir. Bu orqan “Əmək pensiyaları haqqında" qanunun 9.1-ci maddəsini əsas gətirmişdir. Qanunda bildirilir ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq vardır. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı imtina məktubunda bildirir ki, əmək pensiyasının müəyyən edilməsi zamanı sığorta stajına daxil olan dövrlər də nəzərə alınaraq ümumi iş və digər fəaliyyət dövrləri hesablanır. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə ziddir və konstitusion hüququ pozulmuşdur. Ona görə də pensiya hüququnun təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Cavabdeh orqan güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmiş və 04 fevral 2022- ci il tarixli, **********1 saylı imtina məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin ümumi iş stajınız 20 ildən az (16 il 6 ay 11 gün (xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.2000-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı hədd qanunvericiliyə uyğun olaraq ona münasibətdə 51800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12596,10 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəmənin 2003-cü və 2005-ci illərdə "xxxx" şirkətinin fəaliyyətdə olub-olmaması barədə sorğusuna xx.xx.2022-ci il tarixli məktubla cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən "xxxx" Şirkəti (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.1998-ci il tarixindən (əvvəlki VÖEN: 2********) uçota alınmış, 2003-cü və 2005-ci illər üzrə “Hüquqi şəxsin fəaliyyətinin dayandırılması” barədə ərizə ilə müraciət edilməsi barədə məlumat müəyyən edilməmişdir. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir.

8. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak edən cavabdeh qurumun məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 il həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.Eyni zamanda Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 2 avqust 1983-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının ümumi iş stajı 20 ildən az (16 il 6 ay 11 gün (xx.xx.1983xx.xx.1984-cü il, xx.xx.1984- xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2000-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabında sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyanın minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bələ ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı hədd qanunvericiliyə uyğun olaraq idiaçının münasibətdə 51800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalə cəmi 12596,10 manat təşkil edir.Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3513/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, İddiaçı xx.xx.2019-cu tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.

11. İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. Əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki: İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixinədək mürəttib (mətbəədə hərf yığan işçi) peşəsində işləmişdir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №li qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №li siyahısı" üzrə XXV. Poliqrafiya, kinosurətlər istehsalı bəndində nəzərdə tutulmuş əl ilə yığıcılar (2270000a—14792) vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. Qeyd edilən hal iş yerindən arayışla da təsdiqlənmişdir.

12. xx.xx.2006-cı il tarixə qədər iddiaçının mübahisələndirilməyən ümumi stajı 16 il 6 ay 11 gündür. İddiaçının əyani təhsil aldığı dövr (1980-1983) və “Şahin” LTD şirkətində işlədiyi (xx.xx.2003-xx.xx.2005) dövr əmək kitabçasında qeyd edilməsinə baxmayaraq nəzərə alınmamışdır.

13. Məhkəmə sorğusuna cavab olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən bildirilmişdir ki, Dosmaeva (Paşayeva) İrina Anatolyevna həqiqətən xx.xx.1980-ci il tarixində 3 nömrəli Texniki Peşə Məktəbnə “Əl ilə yığan mürəttiblər” ixtisas qrupuna daxil olmuş və xx.xx.1983-cü il tarixində həmin məktəbi əyani formada bitirmişdir. Onun adına yazılmış Д№412245 nömrəli diplom təhsil müəssisinə verilmiş dövlət nümunəli sənəddir.

14. İddaçının texniki peşə məktəbində təhsil aldığı müddət onun iş stajına daxil edilməlidir.

15. İddiaçının “Şahin” LTD şirkətində işlədiyi dövrə münasibətdə (xx.xx.2003xx.xx.2005) məhkəmə qeyd edir ki, məhkəmə sorğusu əsasında həmin müəssisənin mövcudluğu müəyyən edildiyindən iddiaçının əmək kitabçasında aparılmış qeydin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilmədiyindən həmin dövr iddiaçının iş stajına daxil edilməlidir.

16. Qeyd edilən dövrlər nəzərə alındığı təqdirdə (xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixində həmin məktəbi əyani formada təhsil aldığı müddət və “Şahin” LTD şirkətində işlədiyi xx.xx.2003-xx.xx.2005-ci illər) iddiaçının ümumi stajı ən azı 20 ildir.

17. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (20 il iş stajı, bu müddətin azı 10 ilini əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (52 yaş).

18. İmtinada qeyd edilən dəlillərə ümumi qiymət verərək məhkəmə bildirir ki, imtinada qeyd edilən hər bir dəlilə münasibətdə artıq formalaşmış məhkəmə təcrübəsi olmasına baxmayaraq, cavabdeh qurumun eyni əsaslarla imtinası aydın deyil. Həmin inzibati praktikanın formalaşmış vahid məhkəmə təcrübəsinə uyğunlaşdırılması labüddür. 35.İddiaçı xx.xx.1965-ci ildə anadan olub və 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İddiaçı qeyd edilən tələblə inzibati orqana ilk dəfə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.

19. İddiaçının pensiya təyini ilə bağlı müraciəti xx.xx.2022-ci il tarixdədir. Qeyd edilən tarixdən əvvəl müraciətin onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

20. Odur ki, nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixdən yaranmış, xx.xx.2022-ci il tarixə qədər pensiya təyinatı üçün müraciət etməmiş, üç illən əvvəlki dövr üçün pensiya fərqinin ödənilməsi hüququnu itirmişdir.

21. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020- ci il tarixli qərardadına uyğun olaraq pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki dövr üçün pensiya fərqi iddiaçıya ödənilməli (xx.xx.2019-cu tarixdən hesablanmalı), pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

22. Birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddəsinə, 32.1-1-ci maddəsinə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə, 67-ci maddəsinin 1-ci hissəsinə, 7-ci maddəsinin 3-cü hissəsinin ğ) bəndinə, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

23. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3513/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 2003-cü və 2005-ci illərdə "xxxx" şirkətində işlədiyi dövrlərin götürülməsinə əsas kimi məhkəmə qərarında göstərilmiş sorğunun cavabında sadəcə olaraq müəssisənin fəaliyyətinin olub olmaması barədə məlumat əldə etmiş oluruq. Bu o anlama gəlmir ki, iddiaçı həmin müəssisədə işləyib və qanunvericiliyin tələblərinə uyğun olaraq biz həmin dövrü staja daxil edək. "xxxx"nin mövcudluğu cavabdeh orqan tərəfindən mübahisələndirilən dövrün iddiaçının xeyrinə ümumi staja daxil edilməsinə imkan və əsas vermir. Əlavə olaraq, yuxarıdaki qanunveriliyin müvafiq normalarından da məlum olur ki, ali təhsil müddətinin staja daxil edilməsi üçün hər hansı bir qayda nəzərdə tutulmamışdır. Məhkəmə qərarında qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilsə də, cavabdeh yalnız həmin Qanuna əsaslanıb iddiaçının hüququnun yaranıbyaranmadığını müəyyən edə bilər. Pensiyanın təyin edilməsi və stajın hesablanması qaydası isə maddi hüquq norması kimi deyil, prosessual normalar kimi qəbul edilməlidir. Çünki həmin məsələlər prosedur məsələlərini həll edir.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

e) Prosses iştirakçılarının izahatları

26. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

27. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 il həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 il ayını zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

29. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu: - 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: - əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: - kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; - qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. - 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

30. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı: - “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

33. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

35. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

36. Tətbiq edilən normaların (Qərarın 28-30-cu bəndləri) təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır).

37. xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);

38. xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);

39. 10.03.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

40. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

41. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.

42. İnzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.

43. İşin faktiki hallarına görə iddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. Əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki:İddiaçı xx.xx.1992ci il tarixdən xx.xx.2000-ci il tarixinədək mürəttib (mətbəədə hərf yığan işçi) peşəsində işləmişdir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №li qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №li siyahısı" üzrə XXV. Poliqrafiya, kinosurətlər istehsalı bəndində nəzərdə tutulmuş əl ilə yığıcılar (2270000a—14792) vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. Qeyd edilən hal iş yerindən arayışla da təsdiqlənmişdir. 26.xx.xx.2006-cı il tarixə qədər iddiaçının mübahisələndirilməyən ümumi stajı 16 il 6 ay 11 gündür. İddiaçının əyani təhsil aldığı dövr (1980-1983) və “Şahin” LTD şirkətində işlədiyi (xx.xx.2003-xx.xx.2005) dövr əmək kitabçasında qeyd edilməsinə baxmayaraq nəzərə alınmamışdır.

44. Məhkəmə sorğusuna cavab olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən bildirilmişdir ki, Dosmaeva (Paşayeva) İrina Anatolyevna həqiqətən xx.xx.1980-ci il tarixində 3 nömrəli Texniki Peşə Məktəbnə “Əl ilə yığan mürəttiblər” ixtisas qrupuna daxil olmuş və xx.xx.1983-cü il tarixində həmin məktəbi əyani formada bitirmişdir. Onun adına yazılmış Д№412245 nömrəli diplom təhsil müəssisinə verilmiş dövlət nümunəli sənəddir.

45. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturad a və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.Odur ki, iddaçının texniki peşə məktəbində təhsil aldığı müddət onun iş stajına daxil edilməlidir. 30.İddiaçının “Şahin” LTD şirkətində işlədiyi dövrə münasibətdə (xx.xx.2003-xx.xx.2005) məhkəmə qeyd edir ki, məhkəmə sorğusu əsasında həmin müəssisənin mövcudluğu müəyyən edildiyindən iddiaçının əmək kitabçasında aparılmış qeydin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilmədiyindən həmin dövr iddiaçının iş stajına daxil edilməlidir.

46. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən, Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Qeyd edilən dövrlər nəzərə alındığı təqdirdə (xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixində həmin məktəbi əyani formada təhsil aldığı müddət və “Şahin” LTD şirkətində işlədiyi xx.xx.2003xx.xx.2005-ci illər) iddiaçının ümumi stajı ən azı 20 ildir.

47. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (20 il iş stajı, bu müddətin azı 10 ilini əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (52 yaş).

48. Apellyasiya şikayətində əsaslanan dəlillərə yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə Kollegiyası əlavə olaraq bildirir ki, iddiaçı xx.xx.1965-ci ildə anadan olub və 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İddiaçı qeyd edilən tələblə inzibati orqana ilk dəfə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.Belə ki, 10 mart 2017-ci il tarixli 543- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, 30 noyabr 2018ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir.

49. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

50. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

51. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.

52. Yuxarıda sadalanan işin faktiki hallarına və tətbiq edilən hüquq normalarına istinad edərək məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən iddiaçıya güzəştli pensiya təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

53. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3513/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3513/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar