Məhkəmə qərarları › İş №2-1(103)-2749/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2749/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2749/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2483/2025 saylı 12 mart 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İddiaçıya məxsus H3 № ******* nörməli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1979-cu il tarxidə tərxis edilmişdir. İddiaçıya məxus xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək, xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək, xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək, xx.xx.1988-ci ildən xx.xx.1997-ci ilədək, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək, xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçıya məxsus xx.xx.1997-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci ildə xx.xx.1998-ci ilədək, xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş Sığortaolunan haqqında məlumatdan görünür ki, "xxxx" MMC tərəfindən 2022 yanvar-2024 iyun dövrü ərzində İddiaçı adına müvafiq sığorta ödənişləri edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Xüsusi şərtlərlə X5 müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2- Ə-171285/2024 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət nəzərə alınmaqla ümumi sığorta stajınız 22 il 2 ay 24 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 20 il 4 ay 24 gün sığorta stajınıza uyğun olaraq 20556,08 manat, 01,03.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 1 il 10 ay sığorta stajına uyğun 4033,22 manat olmaqla, ümumilikdə 24589,30 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim etdiyiniz əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək Kənd Təsərrüfatı Nazirliyinin “Binəqədi Təchizat” bazasında, xx.xx.2000-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək 2704 saylı avtomobil dəstəsində əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən “Binəqədi Təchizat” bazasının sənədləri Nazirliyin arxivində saxlanılmadığından xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək əmək fəaliyyətinizi araşdırmaq və əməkhaqqı ödənişlərini müəyyən etmək mümkün olmamışdır. X6 İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.2000-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək 2704 saylı avtomobil dəstəsində adınıza əməkhaqqı hesablanmayıb. Bu səbəbdən həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (xx.xx.1980-ci ildə işdən çıxma əmri səlahiyyətli şəxsin imzası ilə təsdiqlənmədiyindən və xx.xx.1998-ci ildə işdən çıxma əmri kiril qrafikalı möhürlə təsdiqləndiyindən) həmin dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnuzun yaranması üçün nəzərdə tutulandan (25 ildən) az olduğuna görə sizə bu növ pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğunuz üçün (VÖEN: **********) sizə yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün olmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin 1.1-ci bəndinə əsasən müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı) tələb olunur. Məlumat üçün bildiririk ki, VÖEN hesabınız ləğv edildikdən (və ya dondurulduqdan) sonra ailə tərkibi haqqında arayışı (ailə üzvlərinizin adı, soyadı, ata adı və həmin şəxslərin vəfat edib-etməməsi barədə məlumatlar əks olunmaqla) təqdim etməklə təkrar müraciətiniz əsasında yaşa görə sosial müavinət hüququnuza qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək olan dövr, xx.xx.1997-ci il tarixdən 09.1998-ci il-cü il tarixədək olan dövr və xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin onun hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, ona 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2023-cü ildən etibarən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. Bununla bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Xüsusi şərtlərlə X5 ərizə ilə rəsmi müraciət edərək, iş stajlarının nəzərə alınaraq, yaşa görə əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqanın 20 iyul 2024-cü il tarixli, 3- 17-1/2-Ə- 171285/2024 saylı məktubla tələbinin təmin olunmasından imtina olunmuşdur. Həmin imtina məktubunda qeyd edilmişdir ki, elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla ümumi sığorta stajı 22 il 2 ay 24 gün təşkil edir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, əmək pensiyası müəyyən edilərkən aşağıda qeyd edilən dövrlərdə işlədiyi iş stajı nəzərə alınmamışdır. xx.xx.1979-cu il tarixdən, xx.xx.1980-ci il tarixədək olan dövr, xx.xx.1997- ci il tarixdən, xx.xx.1998-ci il tarixədək olan dövr və xx.xx.2000-ci il tarixdən, xx.xx.2002-ci il tarixədək olan dövrlər sığorta stajına daxil edilməmişdir. Halbuki iddiaçı həqiqətən də qeyd olunan dövrlər ərzində rəsmi olaraq işləmişdir. Lakin, həmin dövrlər üzrə işlədiyi iş stajları cavabdeh inzibati orqan tərəfindən əsassız olaraq nəzərə alınmamışdır. Odur ki, yuxarıda qeyd edilən dövrlərdə işlədiyi iş stajları sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin əmək kitabçasına və digər sənədlərinin surətlərinə əsasən onun sığorta stajı 22 il 02 ay 24 gün olduğundan onun müraciətinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən isə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı tərəfindən təqdim edilən sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla ümumi sığorta stajı 22 il 02 ay 24 gün təşkil edir. Eyni zamanda İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 20 il 4 ay 24 gün sığorta stajına uyğun olaraq 20556,08 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 1 il 10 ay sığorta stajına uyğun 4033,22 manat olmaqla, ümumilikdə 24589,30 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 03.01,1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Kənd Təsərrüfatı Nazirliyinin “Binəqədi Təchizat” bazasında, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 2704 saylı avtomobil dəstəsində əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən “Binəqədi Təchizat” bazasının sənədləri Nazirliyin arxivində saxlanılmadığından xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək əmək fəaliyyətini araşdırmaq və əməkhaqqı ödənişlərini müəyyən etmək mümkün olmamışdır. X6 İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2000ci il tarixdən xx.xx.2002-ci il tarixədək 2704 saylı avtomobil dəstəsində adına əməkhaqqı hesablanmayıb. Bu səbəbdən həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (xx.xx.1980-ci ildə işdən çıxma əmri səlahiyyətli şəxsin imzası ilə təsdiqlənmədiyindən və xx.xx.1998-ci ildə işdən çıxma əmri kiril qrafikalı möhürlə təsdiqləndiyindən) həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulandan (25 ildən) az olduğuna görə İddiaçı bu növ pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, iddiaçı aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün (VÖEN: **********) yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün olmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin 1.1-ci bəndinə əsasən müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı) tələb olunur. Məlumat üçün bildirilir ki, İddiaçı VÖEN hesabı ləğv edildikdən (və ya dondurulduqdan) sonra ailə tərkibi haqqında arayışı (ailə üzvlərinizin adı, soyadı, ata adı və həmin şəxslərin vəfat edibetməməsi barədə məlumatlar əks olunmaqla) təqdim etməklə təkrar müraciəti əsasında yaşa görə sosial müavinət hüququna qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən isə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bildirilir ki, İddiaçı müraciətinə Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli qərarı ilə yenidən baxılmışdır, İddiaçı təqdim etdiyi ******* nömrəli hərbi biletin surətində olan məlumata əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət dövrü, xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətində olan məlumata əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək, 10,09.1980-ci il tarixdən 26.04,1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1997-ci il tarixədək əmək fəaliyyəti dövrü və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumata əsasən 28,02.2022-ci il tarixdən pensiya yaşına çatdığı - xx.xx.2023-cü il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ümumilikdə 21 il 4 ay 7 gün sığorta stajı müəyyən edilmişdir. Eyni zamanda Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1980-ci ildə işdən çıxma barədə qeyd səlahiyyətli şəxsin imzası ilə təsdiqlənmədiyindən) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. İddiaçı təqdim etdiyi xx.xx.1997-ci il tarixli əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək (xx.xx.1998-ci ildə işdən çıxma barədə qeyd kiril qrafikalı möhürlə təsdiqləndiyindən) Kənd Təsərrüfatı Nazirliyinin “Binəqədi Təchizat" bazasında olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən “Binəqədi Təchizat” bazasının sənədləri Nazirliyin arxivində saxlanılmadığından xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək əmək fəaliyyətini araşdırmaq və əməkhaqqı ödənişlərini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən həmin dövr sığorta stajına daxil edilməmişdir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən 1998-ci ilə dair əmək haqqı cədvəllərində İddiaçı barədə məlumat aşkar edilmədiyindən xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan əmək fəaliyyəti dövrü onun sığorta stajına daxil edilməmişdir. Həmçinin İddiaçı təqdim etdiyi xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 2704 saylı avtomobil dəstəsində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. X6 İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2000-ci il tarixdən xx.xx.2002- ci il tarixədək 2704 saylı avtomobil dəstəsində İddiaçı adına əməkhaqqı hesablanması öz əksini tapmamışdır. Bu səbəbdən həmin dövr İddiaçı sığorta stajına daxil edilməmişdir. Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, iddiaçı aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün (VÖEN: **********) yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün olmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarf'na 7 nömrəli əlavənin 1.1-ci bəndinə əsasən müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı) tələb olunur. Məlumat üçün bildiririk ki, İddiaçı VÖEN hesabı ləğv edildikdən (və ya dondurulduqdan) sonra ailə tərkibi haqqında arayışı (ailə üzvlərinizin adı, soyadı, ata adı və həmin şəxslərin vəfat edibetməməsi barədə məlumatlar əks olunmaqla) təqdim etməklə təkrar müraciəti əsasında yaşa görə sosial müavinət hüququna qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxıla bilər. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2483/2025 saylı 12 mart 2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 65 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1976-cı il tarixli əmək kitabçasında qeyd edilən xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək olan dövrün və xx.xx.1997-ci il tarixli əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrün mübahisələndirilmə səbəbi əmək kitabçasının doldurulma qaydalarının pozulmasıdır. Belə ki, mübahisələndirilən dövrlərə münasibətdə müvafiq olaraq xx.xx.1980-ci ildə işdən çıxma barədə qeydin səlahiyyətli şəxsin imzası ilə təsdiqlənməməsi və xx.xx.1998-ci ildə işdən çıxma barədə qeydin kiril qrafikalı möhürlə təsdiqlənməsi əmək kitabçasındakı qeydlərin mütəbərliyinə əsaslı şübhələr yaradır. Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Müvafiq dövrlərlə bağlı əmək kitabçasının doldurulma qaydasının pozulması həmin dövrün iddiaçının sığorta stajına daxil edilməsi üçün əlavə təsdiqedici sənədlərin təqdim edilməsini tələb edir. Halbuki iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək əmək fəaliyyətini müəyyən edən arxiv sənədlərinin olmaması Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə də təsdiq edilir. Əmək kitabçasındakı qeydlərin natamam olmasına baxmayaraq məhkəmə heç bir əlavə fakta əsaslanmadan, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək olan dövrün iddiaçının Ermənistan Respublikası ərazisindəki əmək fəaliyyəti dövrü olduğu üçün arxiv əsasının yoxlanılmasının mümkün olmadığına istinad edərək həmin dövrü onun sığorta stajına daxil etmişdir. İddiaçının xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrün mübahisələndirilmə səbəbi əmək haqqı cədvəllərində İddiaçı barədə məlumat aşkar edilməməsi (Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən), xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrün mübahisələndirilmə səbəbi isə 2704 saylı avtomobil dəstəsində iddiaçının adına əməkhaqqı hesablanmamasıdır (X6 İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən). Məhkəmənin sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-27/2-6884/2024 nömrəli məktubu ilə təqdim olunmuş xx.xx.2024-cü il tarixli MA-249 nömrəli Arxiv Arayışına əsasən iddiaçı xx.xx.1988-ci il tarixdən (xx.xx.1988-ci il tarixli, kş/266 N-li əmr) 2 N-li Avtobus parkının 4 saylı avtodəstəsinə 2-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1992-ci il tarixdən (xx.xx.1992-ci il tarixli, kş/226 N-li əmr) 1-ci dərəcəli sürücü vəzifəsinə keçirilmişdir. May 1997-ci il tarixədək həmin vəzifədə işləmişdir. Əsas: Əmr kitabları, əməkhaqqı cədvəli. Qeyd: 2704 saylı avtodəstənin 2000-2002-ci illərin şəxsi heyət üzrə sənədləri nazirliyin Mərkəzi Arxivinə tam təhvil verilməmişdir. O cümlədən ididaçının yanvar 1991- mart 1997 dövr ərzində olan aylar üzrə əmək haqqı cədvəlləri, xx.xx.1988-ci il tarixli 266 ЛС nömrəli Əmri, iddiaçının adına olan şəxsi hesab vərəqi məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən mübahisələndirilən və iddiaçının sığorta stajına daxil edilməyən dövrlərlə bağlı əməkhaqqı cədvəlləri məhkəməyə təqdim olunmamışdır. Əksinə, iddiaçının əməkhaqqı aldığı dövrlər isə onun sığorta stajının hesablanmasında nəzərə alınmışdır. İddiaçının adına 2001-ci il tarixli şəxsi hesab vərəqində xx.xx.2001-ci il tarixli əmrlə işdən azad olunması qeyd edilmişdir. Halbuki iddiaçının xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətində onun xx.xx.2002-ci il tarixli əmrlə işdən azad olunması barədə qeyd mövcuddur. Göründüyü kimi iddiaçının əmək kitabçasındakı qeydlərlə arxiv sənədlərindəki qeydlər üst-üstə düşmür. Məhkəmə hesab etmişdir ki, şəxsi vərəqədə qeyd edilmiş həmin əmrin surəti təqdim edilmədiyindən, arxivdə belə bir əmr aşkar olunmadığından iddiaçının əmək faəliyyətinin xx.xx.2001-ci il tarixdə sonlanması kimi qəbul edilməməlidir. İddiaçının şəxsi hesab vərəqəsində qeyd edilən əmrin arxivdə aşkarlanmaması müvafiq dövrün mübahisələndirilməsi üçün əsas olduğu halda, məhkəmə bu halı iddiaçının xeyrinə təfsir etmiş və müvafiq dövrün onun sığorta stajına daxil edilməsi qənaətinə gəlmişdir. 13. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər Sənədin növü Faylın adı Endir apellyasiya şikayəti İddiaçı-apellyasiya şikayəti.pdf Endir digər sənədlər Rüsumdan azad olunma barədə.pdf Endir etibarnamə Etibarnamə.pdf Endir ərizə Şikayət ərizəsi.pdf Endir Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Məhkəmə həmçinin qeyd etmişdir ki, “iddiaçının adına həmin müəssisədə mart 1997-ci il tarixədək olan əmək haqqı cədvəlləri təqdim edilsə də, müəssisədə adına olan şəxsi hesab vərəqindən görünür ki, İddiaçı barədə sonrakı dövrlərə aid-2001-ci il tarixə belə qeydlər mövcuddur. Təkcə bu hal iddiaçının əmək fəaliyyətinin 1997-ci illə yekunlaşmadığı, arxiv sənədlərinin tam olmadığı və iddiaçının əmək fəaliyyətinin 2002-ci ilədək davam etdiyi qənaətinə gəlməyə əsas verir”. İlk növbədə qeyd edilməlidir ki, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrün mübahisələndirilmə səbəbi iddiaçının adına əməkhaqqı hesablanmamasıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təqdim edilən arxiv arayışı da bu faktı təsdiq edir. Məhkəmə isə iddiaçının şəxsi hesab vərəqində 2001-ci ilə aid qeydlərin olmasına əsaslanaraq mübahisələndirilən bütün dövrü onun sığorta stajına daxil etmişdir. Halbuki məhkəməyə təqdim edilən iddiaçıya aid şəxsi vərəqədə 2002-ci il tarixə aid heç bir qeyd aşkarlanmamışdır. Məhkəmə bu hallara obyektiv hüquqi qiymət verməmiş, mücərrəd mülahizələrə əsaslanaraq iddiaçının xx.xx.2002-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olması qənaətinə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, birinci instansiya məhkəməsi işi kifayət qədər araşdırmamış və yanlış hüquqi nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; …… Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır (27.1. ). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndində göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. İddiaçı xx.xx.1958-ci il tarixdə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 65 yaşdan, xx.xx.2023-cü ildən pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini və əmək kitabçalarını təqdim etmişdir. İddiaçıya məxsus H3 № ******* nörməli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1979-cu il tarxidə tərxis edilmişdir. İddiaçıya məxus xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək, xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək, xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək, xx.xx.1988-ci ildən xx.xx.1997-ci ilədək, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək, xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin iddiaçıya məxsus xx.xx.1997-ci il tarixli əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək, xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş Sığortaolunan haqqında məlumatdan görünür ki, "xxxx" MMC tərəfindən 2022 yanvar-2024 iyun dövrü ərzində İddiaçı adına müvafiq sığorta ödənişləri edilmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-27/2-6884/2024 nömrəli məktubu ilə İddiaçı 1991-1997-ci illər üzrə iş stajı, əməkhaqqı barədə arxiv arayışları və arxiv surətləri məhkəməyə təqdim olunmuşdur. Təqdim olunmuş sənədlərdən, o cümlədən: -xx.xx.2024-cü il tarixli MA-249 nömrəli Arxiv Arayışından görünür ki, arayış verilir İddiaçı ondan ötrü ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən o, həqiqətən xx.xx.1988-ci il tarixdən (xx.xx.1988-ci il tarixli, kş/266 N-li əmr) 2 N-li Avtobus parkının 4 saylı avtodəstəsinə 2-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1992-ci il tarixdən (xx.xx.1992-ci il tarixli, kş/226 N-li əmr) 1-ci dərəcəli sürücü vəzifəsinə keçirilmişdir. May 1997-ci il tarixədək həmin vəzifədə işləmişdir. Əsas: Əmr kitabları, əməkhaqqı cədvəli. Qeyd: 2704 saylı avtodəstənin 2000-2002-ci illərin şəxsi heyət üzrə sənədləri nazirliyin Mərkəzi Arxivinə tam təhvil verilməmişdir. -xx.xx.2024-cü il tarixli MA-250 və MA-251 nömrəli Arxiv Arayışlarından görünür ki, arayış verilir İddiaçı ondan ötrü ki, iş vaxtından sonra görülən işlərə görə əvəzetmə və birdəfəlik ödənişlər istisna olmaqla, onun əməkhaqqı aşağıdakı kimi olmuşdur: yanvar 1991- mart 1997 dövr ərzində olan aylar üzrə əmək haqqı cədvəlləri təqdim edilmişdir -xx.xx.1988-ci il tarixli 266 ЛС nömrəli Əmrlə İddiaçı sürücü vəzifəsinə qəbul edilmişdir. -İddiaçının adına olan şəxsi hesab vərəqindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixli əmrlə işdən azad olunmuşdur. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olunmuşdu ki, iddiaçının xx.xx.1977-xx.xx.1979-cu ilədək hərbi xidməti, birinci əmək kitabçasında qeyd edilən xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək, xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək, xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək, xx.xx.1988-ci ildən xx.xx.1997-ci ilədək, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək, xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilədək olan dövr və ikinci əmək kitabçasında qeyd edilən məcburi sosial sığorta haqqının ödənildiyi xx.xx.2022-ci ildən 65 yaşının tamam olduğu xx.xx.2023-cü ilədək olan dövr nəzərə alınmaqla, iddiaçının ümumi əmək stajı 25 il 09 ay 26 gün təşkil edir Qeyd olunanlardan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilməmişdir. Buna görə də işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddia tələbinin təmin olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iddiasının təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2483/2025 saylı 12 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2483/2025 saylı 12 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X9 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar