Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2751/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Maraqlı şəxs vəkili Vəkil iştirakları ilə, İddiaçı X2 cavabdeh Sabunçu Rayon Polis İdarəsinin vəzifəli şəxsinin hərəkətsizliyindən şikayətinə dair iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsindən tərəf olmayan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Polis darəsi qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə nüraciət etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-614/2006 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 43 saylı evə pasport qeydiyyatına alınması lət edilmişdir. Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti ilə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2- 614/2006 saylı qətnaməsini ləğv edib ərizənin rədd edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-614/2006 saylı qərardadı ilə apelyasiya şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-4259/2023 saylı qərardadı ilə iş inzibati iş olduğundan mülki məhkəmə icraatı qaydasında qeyri-mümkün sayılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs vəkili apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İş materiallarından müəyyən olduğu kimi, apelyasiya şikayəti vermiş Maraqlı şəxs hazırki iş üzrə müstəqil tərəf olmamaqla, həmçinin, istər zəruri istərsə də adi qaydada üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadı ilə inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair məhkəmə təcrübəsinin vahidliyini təmin etməyə yönəlmiş hüquqi mövqelər formalaşdırılmışdır. Həmin qərardadda Ali Məhkəmənin İnzibati Kollegiyası özünün aşağıdakı hüquqi mövqelərini bildirmişdir: “ ... İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir. İPM-in 90.2-ci maddəsində də inzibati məhkəmələrin qərar və qərardadlarından verilmiş apelyasiya şikayətlərində, apelyasiya instansiyası məhkəməsi işə birinci instansiya məhkəməsi qismində baxdığı hallarda isə, iddia ərizələrində (ərizələrdə) ifadə olunmuş tələblərin apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığı hallarda, apellyasiya şikayəti vermiş şəxsin və iddiaçının (ərizəçinin) məhkəmə aktlarından kassasiya şikayəti vermək imkanları aşkar tənzimlənmişdir. Apellyasiya icraatının digər iştirakçılarına münasibətdə isə, bu Qərardadın 69-cu bəndində nəzərdə tutulmuş prinsip rəhbər tutulmalıdır. (...) Üçüncü şəxslər tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyünə dair məsələlər həll edilərkən bu Qərardadda göstərilən hüquqi mövqelər nəzərə alınmalı, üçüncü şəxsin əslində istər adi, istərsə də zəruri cəlbetmə qaydasında icraata ümumiyyətlə cəlb edilməli olmadığı müəyyən edildikdə həmin şəxsin şikayəti üzrə apelyasiya və ya kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi Qərarına əsaəsən, “... Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Qeyd olunduğu kimi, məhkəmələr tərəfindən xidməti vəzifəsinə əsasən zəruri cəlb edilməli olan şəxslərin məhkəmə icraatına cəlb olunmaması onların prosessual statusdan məhrum edilməsi ilə nəticələnir və məhkəmə qərarından apelyasiya şikayəti vermək hüququnu məhdudlaşdırır. Belə ki, İnzibati Prosessual Məcəllənin 27-ci maddəsinə görə, inzibati məhkəmə icraatının iştirakçılarına iddiaçı, cavabdeh və icraata cəlb olunmuş üçüncü şəxslər aiddir.” Sadalananlardan da göründüyü kimi, Maraqlı şəxs hazırki iş üzrə tərəf olmadığından və ya üçüncü şəxs qismində cəlb edilmiş olmadığından tərəfindən verilmiş apelyasiya şikayəti qeyri mümkün sayılmalı, şikayətin icraata qəbulundan imtina edilməlidir. AR İnzibati Prosessual Məcəllənin: 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında bildirilmişdir ki, “...Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər.” Kollegiya yuxarıda qeyd edilənləri nəzərə alaraq, bildirir ki, hazırki iş üzrə məhkəmə tərəfindən şikayət vermiş Maraqlı şəxs izah edilir ki, hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməmiş olduğu nəzərə alınaraq, şikayəti geri qaytarılmalı və qəbul edilmiş məhkəmə qərarı ilə hüquqlarına toxunulduğunu hesab etdiyi halda, iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi və icraatın təzələnməsi barədə ərizəsini birinci instansiya məhkəməsinə (Bakı İnzibati Məhkəməsinə) təqdim etməlidir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hazırki inzbati işə 2006-cı ildə aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmış olsa da, iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi və icraatın təzələnməsi barədə müvafiq ərizə birinci instansiya məhkəməsi qismində hazırda inzibati məhkəmə səlahiyyətlərini həyata keçirən Bakı İnzibati Məhkəməsinə təqdim edilməlidir. Eyni zamanda, hazırki iş üzrə səlahiyyətli məhkəmə Bakı inzibati məhkəməsi olduğundan iş həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə görə apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, iş üzrə tərəf olmayan Maraqlı şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2- 614/2006 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı X2 cavabdeh Sabunçu Rayon Polis İdarəsinin vəzifəli şəxsinin hərəkətsizliyindən şikayətinə dair iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsindən tərəf olmayan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. İş Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2751/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2751/2023
16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver