Məhkəmə qərarları › İş №2-1(103)-2751/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2751/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2751/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X5 Asəf qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-359/2025 saylı, 19 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşı tamam olduğu vaxtdan (xx.xx.2014-cü ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı xx.xx.1975-ci il tarixində Təmir Tikinti İdarəsi Tresti Azərbaycan Neft və Kimya Zavodlarının təmiri üzrə İdarədə “1-ci dərəcəli fəhlə” vəzifəsinə işə qəbul olmuşdur. xx.xx.1976-cı il tarixinədək bu vəzifədə çalışmışdır. Daha sonra xx.xx.1976-cı il tarixində hərbi xidmətə göndərilmişdir. xx.xx.1976-cı il tarixindən xx.xx.1976-cı il tarixinədək Çita şəhərində hərbi xidmət göstərmişdir. xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək Monqolustan ərazisində, Ulan-Bator şəhərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətinə davam etmişdir. Belə ki, xx.xx.1978-ci il tarixində Təmir Tikinti İdarəsi Tresti Azərbaycan Neft və Kimya Zavodlarının təmiri üzrə İdarədə “2-ci dərəcəli quraşdırıcıçilingər” vəzifəsinə qəbul olmuşdur. xx.xx.1979-cu il tarixində Təmir Tikinti İdarəsi Tresti Azərbaycan Neft və Kimya Zavodlarının təmiri üzrə İdarədə “3-cü dərəcəli quraşdırıcı-çilingər” vəzifəsinə təyin edilmişdir. xx.xx.1982- ci il tarixində Təmir Tikinti İdarəsi Tresti Azərbaycan Neft və Kimya Zavodlarının təmiri üzrə İdarədə “4-cü dərəcəli quraşdırıcı-çilingər” vəzifəsinə təyin edilmişdir. xx.xx.1982-ci il tarixində Təmir Tikinti İdarəsi Tresti Azərbaycan Neft və Kimya Zavodlarının təmiri üzrə İdarədə 2-ci ixtisas kimi “qazla kəsici” peşəsinə təyin edilmişdir. xx.xx.1984-cü il tarixində Təmir Tikinti İdarəsi Tresti Azərbaycan Neft və Kimya Zavodlarının təmiri üzrə İdarədə “5-ci dərəcəli quraşdırıcı-çilingər” vəzifəsinə təyin edilmişdir. xx.xx.1986-cı il tarixində Təmir Tikinti İdarəsi Tresti Azərbaycan Neft və Kimya Zavodlarının təmiri üzrə İdarədə “6-cı dərəcəli quraşdırıcı-çilingər” vəzifəsinə təyin edilmişdir. xx.xx.1988-ci il tarixində Təmir Tikinti İdarəsi Tresti Azərbaycan Neft və Kimya Zavodlarının təmiri üzrə İdarədə “neft və kimya qurğularının təmiri üzrə 6-cı dərəcəli quraşdırıcı-çilingər” vəzifəsinə təyin olunmuşdur. xx.xx.1991-ci il tarixində Təmir Tikinti İdarəsi Tresti Azərbaycan Neft və Kimya Zavodlarının təmiri üzrə İdarədə “neft və kimya qurğularının təmiri üzrə 6-cı dərəcəli quraşdırıcı-çilingər” vəzifəsinə təyin edilmişdir. 14.03,2002-ci il tarixində 9V saylı Əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (baş işəgötürən.bağ.görə) işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixində 28/KŞ saylı Əmrlə "xxxx" Şirkətinin 1 saylı Təmir-Tikinti İdarəsinə “6-cı dərəcəli çilingər” vəzifəsinə qəbul edilmişdir. xx.xx.2003-cü il tarixində 44/KŞ saylı Əmrlə Azərbaycan Respublikası ƏQM-nın 70-ci maddəsinin “d” bəndinə əsasən (idarə öz səlahiyyətini dayandırdığına görə) işdən azad edilmişdir. Əmr Kadrlar üzrə baş müfəttiş Əliyeva.R.Ə tərəfindən imza ilə təsdiq edilmişdir. xx.xx.2003-cü il tarixində Azərbaycan Dizaynerlər İttifaqı X3 birliyinin 16 saylı X3 Trestinə “6-cı dərəcəli çilingər” vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2003-cü il tarixində 01/KŞ saylı Əmrlə 2-ci ixtisas kimi “qazla kəsici” ixtisası üzrə 2- ci dərəcə verilmişdir. xx.xx.2006-cı il tarixində 07 nömrəli Əmrlə “3-cü dərəcəli qazla kəsici” işinə keçirilmişdir. xx.xx.2006-cı il tarixində 242 saylı Əmrlə 4-cü dərəcəli qazla kəsici işinə keçirilmişdir. xx.xx.2007-ci il tarixində 33 saylı Əmrlə “5-ci dərəcəli qazla kəsici” işinə keçirilmişdir. xx.xx.2008-ci il tarixində “6-cı dərəcəli qazla kəsici” işinə keçirilmişdir. xx.xx.2017-ci il tarixində 02 saylı Əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68- ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur. xx.xx.2018-ci il tarixində SOCAR 182 saylı Əmrlə SOCAR-ın “Neftqaztikinti” trestinin 2 saylı Tikinti Quraşdırma Bölümünün 1 saylı tikinti quraşdırma sahəsinə ƏÖD-6 olmaqla “müvəqqəti texnoloji qurğuların təmiri üzrə çilingər” peşəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixində SOCAR-**********00070020B00423 saylı Əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (işçinin öz təşəbbüsü ilə) əmək müqaviləsi ləğv edilmişdir. Əmr SOCAR-ın “Neftqaztikinti” trestinin müdiri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. 2023-cü ildə 65 yaşı tamam olduqdan sonra ona yaşa görə əmək pensiyası təyin edilmişdir. 30 ildən artıq müddətə çalışmışdır, çalışdığı müddətin isə xeyli hissəsini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən peşələrdə işləmişdir. Artıq 57 (xx.xx.2014-cü ildə) yaşı tamam olduğundan, eyni zamanda qanunla müəyyən edilmiş ümumi 25 il staja malik olduğundan və həmin stajın 12.5 ilini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən peşədə çalışdığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır. İş stajı və yaşı qanunla müəyyən olunmuş şərtlərə cavab verdiyindən iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunması üçün ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş məktubla, güzəştli şərtlərlə pensiya təyinatdan imtina edilmişdir. Belə olduğu təqdirdə inzibati orqanın hərəkətsizliyindən ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfimdən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya hüququ vardır. Qeyd etmək istəyir ki, o, uzun illər işləmiş və aldığı əmək haqqından dövlətə vergi ödəmişdir. O, konstitusion vəzifəsini icra etdiyindən hal-hazırda da Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən olunan sosial təminat hüququndan istifadə etmək istəyir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir və dövlət hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Bir halda ki, o, 30 ildən çox əmək şəraiti xüsusilə ağır və ya zərərli olan vəzifələrdə çalışmışdır, belə olan halda hesab edir ki, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona xx.xx.2014cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2023-cü ildən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya ünvanlanmış 3-17-1/2-H-165023/2023 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qoyd olunan əsaslara görə təmin edilməməlidir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1- ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bildirilir ki, 1 yanvar 2006-cı il tarixdən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində 2008-ci il üzrə 1 ay, 2009-cu il üzrə 4 ay, 2010-cu il üzrə 6 ay, 2011-ci il üzrə 9 ay, 2012-ci il üzrə 4 ay və xx.xx.2015- xx.xx.2017-ci il tarixləri arasındakı dövr üzrə 1 il 5 ay sığorta ödənişləri öz əksini tapmamışdır. Beləliklə, qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan ayları (41 ay) iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 6 ay 28 gün (xx.xx.1982- xx.xx.1984-cü il, xx.xx.2005-xx.xx.2008-ci il, xx.xx.2008xx.xx.2009-cu il, xx.xx.2009- xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2010cu il, xx.xx.2011- xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2012-ci il, xx.xx.2012- xx.xx.2012-ci il və xx.xx.2012-xx.xx.2015-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Adıçəkilən Qanunun 1.0.2-ci maddəsində isə qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinin tələblərinə görə isə şəxsin müvafiq iş,hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1- cü bəndinə görə, müraciət edən şəxs "Əmək pensiyaları haqqında" 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi poşənin va istehsalat sahəsinin sözügodən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-359/2025 saylı, 19 fevral 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçı X2 xx.xx.2007-ci il tarixdən, 57 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin həmin tarixdə qüvvədə olan qanunvericilik normalarına müvafiq olaraq hesablanması və xx.xx.2016-cı il tarixdə işdən azad olunması ilə əlaqədar qazandığı pensiya kapitalı nəzərə almaqla pensiyasının yenidən hesablanması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-359/2025 saylı, 19 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - НЗ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1976-cı il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. - iddiaçıya məxsus ИТ-İ ******* nömrəli, xx.xx.1975-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1975- xx.xx.1976-cı illərdə “Aznefikimzavodtəmir” Trestinin 5 N-li Təmir-Tikinti İdarəsi Quraşdırma sahəsinin 1-ci dərəcəli fəhlə; xx.xx.1978-xx.xx.1988-ci illərdə “Azneftkimzavodtəmir” Trestinin 5 N-li Təmir- Tikinti İdarəsi Quraşdırma sahəsində çilingər, xx.xx.1988-xx.xx.2002- ci illərdə həmin müəssisədə quraşdırıcı; xx.xx.2002-xx.xx.2003-cü illərdə “Məişəttəmirtikinti” şirkətinin 1 saylı Təmir-tikinti İdarəsində çilingər; xx.xx.2003-xx.xx.2005-ci illərdə Azərbaycan Dizaynerlər İttifaqı X3 birliyinin 16 saylı X3 Trestində çilingər, xx.xx.2005-xx.xx.2017-ci illərdə həmin müəssisədə qazla kəsici; xx.xx.2018-xx.xx.2022-ci illərdə SOCAR “Neftqaztikinti” tresti 2 saylı Tikinti Quraşdırma Bölümünün 1 saylı tikinti quraşdırma sahəsinə sahəsinə ƏÖD-6 olmaqla “müvəqqəti texnoloji qurğuların təmiri üzrə çilingər” peşəsində işləmişdir. - SOCAR “Neftqaztikinti” trestinin xx.xx.2023-cü il tarixli 14-2-14/2-1099/2023 nömrəli Arayışında qeyd olunmuşdur ki, verilir xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.2018-ci il tarixindən (əmr N SOCAR**********00070020B00309, xx.xx.2018-ci il) “Neftqaztikinti” trestinin 2 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı tikinti quraşdırma sahəsinə texnoloji qurğuların təmiri üzrə çilingər peşəsinə işə qəbul edilib və xx.xx.2022-ci il tarixində (əmr N SOCAR**********00070020B00423, xx.xx.2022-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 4 il 2 ay 13 gün (dörd il iki ay on üç gün) təşkil edir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-214601/2023 nömrəli məktubu ilə göndərilmiş sığortaolunan İddiaçı (SSN: **********138) xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlardan görünür ki, 16 saylı X3 Tresti tərəfindən 2006-2015- ci illər üçün, SOCAR “Neftqaztikinti” Tresti tərəfindən 2018-2022-ci illər üçün məcburi dövlət sosial sığorta haqları ödənişləri edilmişdir. - SOCAR “Neftqaztikinti” Trestinin xx.xx.2024-cü il tarixli, 14-2-14/2-158/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı sorğuda göstərilən tarixlərdə “Neftqaztikinti" trestində işləməmişdir. Onun işlədiyi müəssisə ilə “Neftqaztikinti" trestinin fəaliyyət sahələrinin oxşar olubolmamasını müəyyən etmək mümkün olmasa da, məlumat üçün qeyd etmək istəyirik ki, “Neftqaztikinti” trestinin əsas fəaliyyəti SOCAR-ın müəssisə və təşkilatları tərəfindən həyata keçirilən neft-qaz əməliyyatları çərçivəsində dərin, dayaz dəniz neft-qaz yataqlarında və quruda tikinti-quraşdırma və təmir işlərinin yerinə yetirilməsindən ibarətdir və sorğuda göstərilən çilingər peşəsinə oxşar Trestdə texnoloji qurğuların təmiri üzrə çilingər peşəsi mövcuddur. Texnoloji qurğuların təmiri üzrə çilingər peşəsi üzrə əsas fəaliyyətlər müxtəlif ölçülü ara qatların hazırlanmasından, sürtülən detalların səthinin təmizlənməsindən, müxtəlif avadanlığın təmiri, sınanması, tənzimlənməsi və istismara buraxılmasından, detal və qovşaqların sökülməsi, təmiri, çilingər emalından və s. bu kimi işlərədən ibarətdir. Nəzərinizə çatdırırıq ki, texnoloji qurğuların təmiri üzrə çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının (Siyahı) “Neftqaztikinti” trestinin istehsalat sahələrinin aid olduğu “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində (kod:2290000a-dan 2290000b— 24441-dək) və Siyahının '‘XXXİİİ. Ümumi peşələr” bölməsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmamışdır. - SOCAR-ın xx.xx.2024-cü il tarixli, 14-2/2- 1895/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin “Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında” 22 mart 2001-ci il tarixli 651 saylı Sərəncamına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 22 noyabr 2001-ci il tarixli 224 saylı sərəncamı ilə “Azərneftkimyazavodtəmir” trestinin 5 N-li Tikinti- Quraşdırma İdarəsinin (müəssisə) bazasında "xxxx" Səhmdar Cəmiyyəti yaradılmış və SOCAR-ın 16 yanvar 2002-ci il tarixli 12 N-li əmrinə əsasən həmin müəssisə SOCAR-ın strukturundan çıxarılmışdır. Nəzərinizə çatdırırıq ki, İddiaçı işlədiyi “Azərneftkimyazavodtəmir” trestinin 5 nömrəli Tikinti-Quraşdırma İdarəsinin arxiv sənədləri SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılmadığından, "xxxx" Səhmdar Cəmiyyətinə müraciət etməyinizi tövsiyə edirik. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-2-2-1/2-2233/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2001-ci il tarixdə D-3335 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır və ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda bildiririk ki, "xxxx" ASC Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneftkimyazavodtəmir” trestinin tabeliyində olan 5 saylı Təmir-tikinti idarəsinin çevrilməsi nəticəsində yaranmışdır və onun hüquqi varisidir. Qeydiyyat qovluğuna əsasən "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 2ti barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlara aid deyildir. - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli cavabında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmə: pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şərait: xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqiarı ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabınızın sığorta hissəsində 2008-ci il üzrə 1 ay, 2009-cu il üzrə 4 ay, 2010-cu il üzrə 6 ay, 2011-ci il üzrə 9 ay, 2012-ci il üzrə 4 ay və xx.xx.2015-xx.xx.2017-ci il tarixləri arasındakı dövr üzrə 1 il 5 ay sığorta ödənişləri öz əksini tapmayıb. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsində qevd edilənlər istisna olmaqla) sığorta staiına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan ayları (41 ay) sizin iş stajınıza daxil etmək mümkün deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (10 il 6 ay 28 gün (xx.xx.1982- xx.xx.1984-cü il, xx.xx.2005-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2009-cu il, xx.xx.2009- xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2010-cu il, xx.xx.2011xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2011-ci il, xx.xx.2012-1.01.2012-ci il, xx.xx.2012- xx.xx.2012-ci il və xx.xx.2012-xx.xx.2015-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğu üçün məhkəmə hazırkı iddia tələbini ƏPQ-nun 9.8-ci maddəsi və xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq qiymətləndirir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sadalanan qanunvericilik normalarından göründüyü kimi iddiaçı:

1. 57 yaşı tamam olmalı;

2. xx.xx.2006-cı ilədək 25 il ümumi iş stajı;

3. xx.xx.2006-cı ilədək 12 il 06 ay güzəştli iş stajı olmalıdır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2014-cü il tarixdə tamamlamışdır. İddiaçının ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67- ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin: “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddət iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla əmək fəaliyyəti, hərbi xidmət və təhsil dövrü ümumi iş stajına daxil edilir. İş materiallarında olan iddiaçının hərbi bilet və əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.1976- 2xx.xx.1978-ci il tarixdə hərbi xidmət dövrü 01 il 11 ay 13 gün, xx.xx.1975xx.xx.1976-cı ilədək işlədiyi dövr 04 ay 05 gün, xx.xx.1978-xx.xx.2002-ci ilədək işlədiyi dövr 23 il 08 ay 08 gün, xx.xx.2002-xx.xx.2003-cü ilədək 01 il 08 ay 04 gün, xx.xx.2003-xx.xx.2006-cı ilədək dövr 02 il 27 gün olmaqla ümumilikdə 29 il 09 ay 05 gün təşkil edir. Cavabdeh tərəfindən mübahisələndirilən iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edilməlidir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 9 fevral 2024-cü il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən: -1.2.1.1.3. “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər” sətri aşağıdakı redaksiyada verilsin: əsas istehsalat sahələrində neftmədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər. Göründüyü kimi yeni dəyişikliklə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2-ci bəndinin (Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi) fəhlələr kateqoriyasında qeyd olunmuş “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər” sətri “əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər” sətri ilə əvəz olunmuşdur. İddiaçının xx.xx.1978-xx.xx.2002-ci illərdə “Azneftkimzavodtəmir” Trestinin 5 N-li Təmir- Tikinti İdarəsi Quraşdırma sahəsində çilingər peşəsi qeyd edilən xx.xx.2024-cü il tarixli, 81 nömrəli dəyişikliklə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının”da 10.2-ci bəndində “əsas istehsalat sahələrində neftmədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər” peşəsi olaraq güzəştli iş stajına əsas verən peşə kimi nəzərdə tutulmuşdur. Bu halda iddiaçının xx.xx.2002-ci ilədək çilingər peşəsində işlədiyi dövr onun güzəştli iş stajına hesablanmalıdır. Qeyd edilməlidir ki, iddiaçı qeyd edilən dövrlə bağlı işəgötürənin güzəştli arayışını təqdim etməsə də məhkəmə həmin dövrü onun güzəştli stajına daxil etməsi mümkün hsab edir. Bununla əlaqədar kollegiya ilk öncə o halı nəzərə alır ki, iddiaçının işləmiş olduğu “Azneftkimzavodtəmir” Tresti sonradan xx.xx.2001-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş, sonuncu dəfə hüquqi ünvanı ünvan 3 ilə bağlı məhkəmə tərəfindən sorğu göndərilsə də qeyd edilən ünvanda həmin hüquqi şəxsin fəaliyyəti olmadığından məhkəmə sorğusuna cavab alınması mümkün olmamışdır. Qeyd edilməlidir ki, məhkəmənin sorğusuna “Azneftkimzavodtəmir” Trestinin vaxtilə tabeliyində olduğu SOCAR tərəfindən təqdim edilmiş cavab məktubunda bildirilmişdir ki, “Neftqaztikinti” trestinin əsas fəaliyyəti SOCAR-ın müəssisə və təşkilatları tərəfindən həyata keçirilən neft-qaz əməliyyatları çərçivəsində dərin, dayaz dəniz neft-qaz yataqlarında və quruda tikinti-quraşdırma və təmir işlərinin yerinə yetirilməsindən ibarətdir və sorğuda göstərilən çilingər peşəsinə oxşar Trestdə texnoloji qurğuların təmiri üzrə çilingər peşəsi mövcuddur. Texnoloji qurğuların təmiri üzrə çilingər peşəsi üzrə əsas fəaliyyətlər müxtəlif ölçülü ara qatların hazırlanmasından, sürtülən detalların səthinin təmizlənməsindən, müxtəlif avadanlığın təmiri, sınanması, tənzimlənməsi və istismara buraxılmasından, detal və qovşaqların sökülməsi, təmiri, çilingər emalından və s. bu kimi işlərədən ibarətdir. Göründüyü kimi iddiaçı xx.xx.1978-ci il tarixdən etibarən yeni dəyişikliklə daxil edilmiş siyahıdakı vəzifə ilə eynilik təşkil edən kompressor qurğuları sexinin təmirçi çilingəri peşəsinin əmək funksiyalarını icra etmiş, işlədiyi dövrdə əmək şəraitinin zərərli xüsusiyyətlərinə məruz qalmışdır. Başqa sözlə, iddiaçının həmin vəzifədə xx.xx.1978-ci il tarixdən güzəştli peşədə işlədiyi mübahisəsizdir. İddiaçının işlədiyi peşənin güzəştli peşə kimi adıçəkilən Siyahıya xx.xx.2024-cü il tarixindən daxil edilmiş olsa da həmin tarixdən etibarən deyil, həmin vəzifəyə təyin olunduğu və əmək funksiyalarının icrasına başladığı güzəştli iş stajı hesablanmalıdır. Belə ki, əvvəla xx.xx.2024-cü il tarixli, 81 nömrəli nömrəli Qərarın 3.3-cü bəndində göstərilmişdir ki, bu Qərarın 1.2.1-ci (1.2.1.1.1-1.2.1.1.3-cü abzaslar istisna olmaqla) və 1.2.4-cü yarımbəndlərində nəzərdə tutulmuş yeni peşə və vəzifələr bu Qərarın qüvvəyə mindiyi tarixdən əvvəlki dövr üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə nəzərə alınmır. Göründüyü kimi Qərarla edilmiş dəyişikliyə əsasən “əsas istehsalat sahələrində neftmədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər” peşəsinin Qərarın qəbul edildiyi vaxtdan əvvəlki dövr üçün güzəştli iş stajı kimi hesablanması istisna edilməmişdir. Odur ki, iddiaçının həmin vəzifəyə olan güzəştli pensiya hüququnun xx.xx.2024-cü il tarixindən yaranmasına istinad edilə bilməz. xx.xx.2024-cü il tarixli dəyişiklik isə qeyd edilən vəzifənin zərərli olmasının rəsmiləşdirilməsi kimi qəbul olunmalı və onun həmin vaxtdan hüququnun yarandığını (gözlənilən hüquq) aradan qaldırmır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 12.2. inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi mübahisə olunan xx.xx.1978- xx.xx.2002-ci illərdə “Azneftkimzavodtəmir” Trestinin 5 N-li Təmir- Tikinti İdarəsi Quraşdırma sahəsində işlədiyi dövr iddiaçının mübahisələndirilməyən güzəştli iş stajına daxil edildikdə iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 23 il 08 ay 09 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 359/2025 saylı, 19 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-359/2025 saylı, 19 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar