Məhkəmə qərarları › İş №2-1(103)-2752/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2752/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2752/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ XN5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mərhum oğlunun müharibə veteranı hesab edilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N476/202N saylı, N8 aprel 202N-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək mərhum oğlu xx.xx.N97N-ci il təvəllüdlü X2 qulluq etdiyi N saylı hərbi hissənin özbaşına tərk etmədiyi üçün, fərarilik adının üstündən götürülməsi barədə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. İddia tələbi sonradan dəqiqləşdirilərək “hərbi biletdə “fərariliyə görə şəxsi heyət siyahısından çıxarılmışdır” qeydinin etibarsız hesab edilməsi və müharibə veteranı sayılması” kimi verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum oğlu xx.xx.N97N-ci il təvəllüdlü X6 Bakı şəhəri, Xətai rayonu Hərbi Komissarlığı tərəfindən xx.xx.N989-cu il tarixində hərbi bilet seriyası NZ№ ******* həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.N99N-ci ilədək Sovet ordu sıralarında xidmət etmişdir. Erməni silahlı qüvvələrinin ölkəmizə təcavüzü ilə əlaqədər olaraq oğlu X6 xx.xx.N99N-ci ildə Bakı şəhəri Xətai rayonu Hərbi Komissarlığı tərəfindən çağırılaraq ön cəbhəyə göndərilmişdir. xx.xx.N99N-cü ilədək Müdafiə Nazirliyinin döyüşən N saylı hərbi hissənin tərkibində Qarabağ rayonun Ağdərə kəndində və digər məkanlar uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Döyüş zamanı yaxınlığında mərminin partlaması nəticəsində oğlu kantuziya xəstəliyinə düçar olmuşdur. Aldığı xəsarətlə əlaqədər Ağdərə rayonundaki hospitalda, daha sonra mərhum baş psixiatr Ağabəy Sultanov və qeyriləri tərəfindən müntəzəm olaraq müalicə edilmişdir. Lakin müalicəsinin heç bir müsbət nəticəsi olmamışdır. xx.xx.20N8-ci il tarixindən xx.xx.20N8-ci il tarixinədək 2 saylı Ruhi Psixiatrik xəstəxanasında stasionar şəraitində müalicə edilmişdir. Oğluna şizofreniya paranoid forması diaqnozu qoyulmuşdur. Mərhum oğlu X2 hərbi biletinin 2N-cü (xüsusi qeydlər) vərəqində onun hərbi hissənin özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət müddəti hesab edilmir ifadəsi qeyd edilmişdir. Hansı ki, mərhum oğlu X6 hərbi hissəni özbaşına tərk etməmişdir. xx.xx.N99N-cü ildə kantuziya xəsarəti aldığı üçün hospitala müalicəyə göndərilmişdir. Uzun müddət oğlu müalicə olunmuş, lakin sağalmamışdır. Həmin vaxt şizofreniyanın paranoid forması diaqnozu üzrə ağır xəstə idi. O, şizofreniyanın paranoid formasında ağır xəstə olduğu halda hərbi hissəyə qayıdıb xidmətini davan etdirə bilməzdi. Bundan başqa, oğlu X6 SSR-i Silahlı Qüvvələrində xidmət etdiyinə və N994-cü ilin aprel ayında atəşkəs barədə müqavilə bağlandığına görə hərbi xidmətdən tərxis olunmuş hesab olunur. Bildirir ki, onun ikinci oğlu XN İşlər Nazirliyinin əməkdaşı olub. Birinci Qarabağ müharibəsi başlayan vaxtdan könüllü müharibəyə gedənlərdən biridir. Hal-hazırda ikinci oğlu 2-ci qrup Qarabağ müharibəsinin əlilidir. Həmçinin, nəvəsi X8 ikinci Qarabağ müharibəsinin veteranıdır və Prezident tərəfindən üç medalla mükafatlandırılıb. Mərhum oğlu xx.xx.N97N-ci il təvəllüdlü X2 hərbi hissənin özbaşına tərk etmədiyi üçün fərarilik adını üstündən götürülməsi barədə o Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdi. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyindən ona imtina məktubu göndərmişdilər və oradan bildirilmişdir ki, onun inzibati məhkəməyə müraciət etmək hüququ var. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı münasibət məhkəməyə təqdim edilərək, bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin NN oktyabr 2020-ci il tarixli 9/2-N0o56 nömrəli arayışına əsasən XN N nömrəli hərbi hissənin yanvar N99N-cü il - N0 dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, 4 iyun N992-ci il - 25 oktyabr N992-ci il, N dekabr N992-ci il - 24 fevral N99Ncü il, 28 noyabr N99N-cü il, 9 yanvar N994-cü il - NN yanvar N994-cü il və N0 yanvar N994-cü il - N5 yanvar N994-cü il tarixli adlı siyahılar qovluğunda, 7 may N992-ci il, NN iyun N992-ci və 25 dekabr N99N-cü il - 20 aprel N994-cü il tarixli yaralananların qeydiyyatı kitablarında, sentyabr N99N-cü il - dekabr N994-cü il tarixli (78N-787 nömrəli hərbi hissələrə aid) şəxsi heyətin pul təminatı cədvəllərində və əlifba qeydiyyatı kitablarında vətəndaş C.S.Qurbanəliyevin xidməti, yaralanması və pul təminatı ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin, N nömrəli hərbi hissə komandirinin N6N nömrəli əmrinə əsasən vətəndaş C.S.Qurbanəliyev etdiyinə görə şəxsi heyətin siyahısından və bütün növ hərbi bileti qəbuletmə məntəqəsinə göndərilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N476/202N saylı, N8 aprel 202N-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilərək, X5 aid NZ№6N04769 hərbi biletdə “fərariliyə görə şəxsi heyət siyahısından çıxarılmışdır” qeydinin etibarsız hesab edilməsi, mərhum X2 müharibə veteranı hesab edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2- N(NN2)-N476/202N saylı, N8 aprel 202N-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin NN oktyabr 2020-ci il tarixli 9/2-N0056 nömrəli arayışına əsasən XN N nömrəli hərbi hissənin yanvar N99N-cü il - N0 dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, 4 iyun N992-ci il - 25 oktyabr N992-ci il, N dekabr N992-ci il - 24 fevral N99N-cü il, 28 noyabr N99N-cü il, 9 yanvar N994-cü il - NN yanvar N994-cü il və N0 yanvar N994-cü il - N5 yanvar N994-cü il tarixli adlı siyahılar qovluğunda, 7 may N992-ci il, NN iyun N992-ci və 25 dekabr N99N-cü il - 20 aprel N994-cü il tarixli yaralananların qeydiyyatı kitablarında, sentyabr N99N-cü il - dekabr N994-cü il tarixli (78N- 787 nömrəli hərbi hissələrə aid) şəxsi heyətin pul təminatı cədvəllərində və əlifba qeydiyyatı kitablarında vətəndaş C.S.Qurbanəliyevin xidməti, yaralanması və pul təminatı ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin, N nömrəli hərbi hissə komandirinin NN dekabr N994-cü il tarixli N6N nömrəli əmrinə əsasən vətəndaş C.S.Qurbanəliyev hərbi hissəni özbaşına tərk etdiyinə görə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış və hərbi bileti qəbuletmə məntəqəsinə göndərilmişdir. Bu isə qüvvədə olan Veteranlar haqqında qanunvericiliyinin tələbinə əsasən “Müharibə veteranı” adı verilməsi birbaşa istisna edir. Qanununun tələblərinə əsasən “müharibə veteranı” adı yalnız hərbi xidmət keçmiş şəxslələ verilir. Qanunda ölmüş şəxslərə müharibə veteranı adı verilməsi nəzərdə tutulmamışdır. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə yanvar N992-may N994-cü il tarixlərdə N77 və N nömrəli hərbi hissələrdə xidməti, yaralanmağı, müalicəyə göndərilməyi, habelə qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat aşkar edilmədiyinə görə “Müharibə veteranı” adının verilməsi sözügedən Qərarın tələblərinə ziddir. İddiaçıya mərhum oğlu X5 müharibə veteranı adı verilməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsaslı və qanuni olaraq imtina etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N476/202N saylı, N8 aprel 202N-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in N5.N-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli N0 aprel 20N5-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (N.N-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (N.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.N-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.N-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İşin hallarından göründüyü kimi, hazırki iş üzrə iddiaçı X9 mərhum oğlu xx.xx.N97Nci il təvəllüdlü X2 fərarilik adının üstündən götürülməsi və ona müharibə veteranı sayılması barədə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığını yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Beləliklə, qüvvədə olan qanunvericiliyə əsasən “müharibə veteranı” adı yalnız hərbi xidmət keçmiş şəxslələ verilir. Qanunvericilikdə ölmüş şəxslərə müharibə veteranı adı verilməsi və yaxud “fərariliyə görə şəxsi heyət siyahısından çıxarılmışdır” qeydinin etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N476/202N saylı, N8 aprel 202N-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N476/202N saylı, N8 aprel 202N-cü il tarixli qərarı ləğv edilsin. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mərhum oğlunun müharibə veteranı hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən N0 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar