Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2754/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə (açar sözlər: müharibə veteranı adının verilməsi öhdəliyinin qoyulması) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı işitrakı ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-257N/202N nömrəli iş üzrə 27 aprel 202N-ci il tarixli qərarından iddiaçının apellyasiyasına əsasən inzibati işə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş əməliyyat statistik informasiya idarəsinin Bakı Sabunçu RPİ-nin tələbnaməsinə xx.xx.2020-ci il tarixli cavabında qeyd olunmuşdur ki, iddiaçı barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.
2. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli HPN2/736 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçının barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici material yoxdur.
3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.202N-ci il tarixli 9/2-N066 nömrəli məktubda qeyd olunmuşdur ki, “N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 5 №-li əmrilə (əsas: səh-7, §-N, sıra-2) İddiaçı şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək “sıravi" hərbi rütbəsi verilməklə sürücü-elektrik vəzifəsinə təyin olunmuşdur. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 23.07.93-cü il tarixli sərəncamına əsasən N №-li hərbi hissə komandirinin N avqust N3-cü il tarixli N73 №-li əmrilə (əsas: səh-7, §-N, sıra-2) sürücü İddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissədən göndərilmiş sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N avqust N3-cü il tarixli 2N3 №-li əmrilə (əsas: səh-43, §-N2) 2-ci taburun şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün 2-ci MAT-ın əsgəri X2 N №-li hərbi hissə komandirinin N2 avqust N4-cü il tarixli 223 №-li əmrində (əsas: səh-43, §-N6, sıra-2, əmrdə adı Vladik, atasının adı Alışən yazılmışdır) bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilməsi barədə məlumat vardır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi X3 Azərbaycan Respublikası Müdafiə nazirinin 278 №-li fərmanına əsasən N №-li hərbi hissə komandirinin 3N dekabr N4-cü il tarixli, 363 №-li əmrində (əsas: §-N2, sıra-N299, əmrdə adı Vladik, atasının adı Alşan yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi bileti şəxsi heyəti qəbul etmə məntəqəsinə göndərilməsi barədə məlumat vardır. Xidmətini davam etdirmək üçün N56 №-li hərbi hissədən gəlmiş çavuş İddiaçı Əlişan oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli 23N №-li əmrilə (əsas: səh 49, § 7, sıra 4, əmrdə adında qaralanma edilmişdir) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə nazirinin xx.xx.N6-cı il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis edildiyi üçün hərbi inşaatçı İddiaçı Əlişan oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli, N55 №-li əmrilə (əsas: səh 4N, § 4, sıra N0) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.”
4. Cavabdehin Şəxsi heyət baş idarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2020ci il tarixli N/Ə-NN269 nömrəli məktubunda göstərilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2-6255 nömrəli arayışına əsasən N nömrəli hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur.
5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 4 nömrəli ASAN Xidmət mərkəzi nümayəndəsinin xx.xx.2022-ci il tarixli **********022 nömrəli Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışından görünür ki, iddiaçı xx.xx.N4-cü ildən xx.xx.N6-cı ilə qədər həqiqi hərbi xidmət keçmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddianın əsaslarına görə, iddiaçı veteran vəsiqəsi almaq üçün cavabdehə müraciət etmiş, ona müsbət cavab verilməmişdir. Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2-6255 nömrəli arayışında onun N nömrəli hərbi hissəni xx.xx.N4-cü ildə tərk edib fərari olduğuna görə ona veteran vəsiqəsinin verilməsinin qeyri-qanuni olduğu komissiyanın ona ünvanladığı məktubda göstərilmişdir. O, N nömrəli hərbi hissəni özbaşına tərk etməmişdir. N nömrəli hərbi hissənin N-ci alayı Ağdam istiqamətində gedən döyüşlərdə itki verərək ləğv olunmuşdur. xx.xx.N4-cü ildən xx.xx.N4-cü ilədək Müdafiə Nazirliyinin yeni çağırışını gözləmişdir və yenidən N nömrəli hərbi hissədə hərbi xidmətə çağırılaraq xx.xx.N6-cı ildə təxris olunmuşdur.
8. Cavabdehin iddiaya qarşı yazılı etirazının əsaslarına görə, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2- 6255 nömrəli arayışına əsasən iddiaçının N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır, lakin nə vaxtadək N nömrəli hərbi hissənin tərkibində xidməti barədə məlumat aşkar edilməmişdir. Həmçinin, Mərkəzi Arxivinin arayışına əsasən hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 223 nömrəli əmri ilə iddiaçı hərbi hissədən ehtiyata buraxılmamışdır, o, hərbi hissənin siyahısından çıxarılmışdır və hərbi bileti şəxsi heyəti qəbul etmə məntəqəsinə göndərilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-257N/2022 nömrəli iş üzrə xx.xx.202N-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. N0. Qərarın əsaslarına görə, “Məhkəmə hesab edir ki, İddiaçı xidmət etdiyi hərbi hissəni özbaşına tərk etdiyindən ona müharibə veteranın adının və vəsiqəsinin verilməsindən imtina edilməsi barədə komissiyanın qərarı qanuni və əsaslı olmuşdur.” NN. Məhkəmə gəldiyi nəticəni “Veteranlar haqqında” AR Qanununun 3-cü və 7-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndi və “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 3-cü maddəsinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
N2. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. N3. Şikayətin dəlillərinə görə, məhkəmə cavabdehin üzərinə iddiaçının N nömrəli hərbi hissədə N3-cü ildən N4-cü ilin avqust ayına kimi xidmətini araşdırmaq üçün əlavə tədbirlər qoymalı, işin düzgünlüyünü yoxlamaq üçün əlavə sübutlar toplamağa məcbur idi. Bütün bunlara rəğmən, iddiaçı özü əlavə araşdırmalar nəticəsində həqiqətən N nömrəli hərbi hissənin tərkibində iyun ayına kimi (atəşkəsdən sonra) xidmətdə olduğunu sübut edən arxiv sənədini əldə etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
N4. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları N5. İddiaçı apellyasiya şikayətini müdafiə edib, ona və iddia ərizəsinə uyğun izahat vermişdir. N6. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılıb, iş üzrə qərar qəbul edilməsi mümkün hesab edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
N7. “Veteranlar haqqında” AR Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
N8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci bəndi: Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
N9. “Hərbi qulluqçuların statusu haqqında” AR Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər; Maddə N8. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.
20. “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N7-ci il tarixli 383-İ QR nömrəli Qərarı: - 9. Bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.
2N. Azərbaycan Respublikası Prezidentinin “Veteranlar haqqında” AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” AR Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 396 nömrəli Fərmanı: - N.3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (İPM): Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə N4.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; Maddə 33.N. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər; Maddə 73.N. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur; Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarı: “Müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilməsə də (İPM-in 85.N-ci maddəsi), iddiaçının ərizəsinə əsasən ötürülmüş müddət məhkəmə kollegiyası tərəfindən bərpa edilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri).
26. Şikayət mahiyyətcə əsaslıdır.
27. Belə ki, yuxarıda istinad olunan normativ-hüquqi aktların müddəalarının təhlilindən və Konstitusiya Məhkəməsinin məsələyə dair şərhindən çıxan nəticəyə görə, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, habelə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı sübut edən digər sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər. Həmçinin, şəxsə müharibə veteranı statusunun verilməsi üçün onun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırılması, könüllü qaydada və ya bağlaşma üzrə xidmətə daxil olmasından asılı olmayaraq, xidmətdən buraxılması, qoşun hissəsinin siyahılarından çıxarılması, xidmət müddətini başa çatdırması, ehtiyata və ya istefaya buraxılması qanunla nəzərdə tutulan hallarda və qaydada həyata keçirilməlidir.
28. Bu kontekstdə, işdən müəyyən edilir ki, iddiaçının döyüş əməliyyatları aparan (fakt cavabdeh tərəfindən mübahisə edilmir) N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçməsi, daha sonra xidmətini davam etdirdiyi N nömrəli hərbi hissənin şəxsi heyət siyahısından çıxarılması, xidmət müddətini başa çatdırması və ehtiyata buraxılması barədə hərbi hissə üzrə əmrlərdən çıxarışlar və arxiv arayışları mövcuddur, o, müdafiə nazirinin xx.xx.N6-cı il tarixli əmrinə əsasən ehtiyata tərxis edildiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır, onun Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.N6-cı il tarixli 433 nömrəli Fərmanından sonra tərxis olunması və Fərmandan əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərdə hərbi xidməti iş materialları ilə təsdiqini tapır.
29. İddiaçının, irəli sürüldüyü kimi, qulluq yerindən özbaşına getməsinə gəldikdə isə, onun hərbi cinayətlərə görə məhkum edilməməsi və barəsində təqsirləndirici materialın olmaması səlahiyyətli dövlət orqanlarının işdə olan arayışları ilə təsdiq olunur, o, hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli əmri ilə əvvəl bütün növ təminatlardan çıxarılaraq, ştatdan kənar edilmiş, daha sonra xx.xx.N4-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, hərbi bileti şəxsi heyəti qəbul etmə məntəqəsinə göndərilmiş, bundan sonra xidmətini davam etdirmək üçün yenidən N nömrəli hərbi hissəyə göndərilmiş və həmin hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışında da iddiaçının xidmət illəri xx.xx.N4-xx.xx.N6-cı il tarixləri göstərilmişdir.
30. Bu baxımdan, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin Qeydi hazırkı mübahisəyə və iddiaçıya tətbiq oluna bilməz. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, o cümlədən barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmişdir, o, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs deyil. 3N. İPM-in N.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8N-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
32. Beləliklə də, apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi barədə arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir (İPM-in N4.3-cü maddəsi), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.N-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışıdır (“İnzibati icraat haqqında” AR Qanununun N3.2 və N7-ci maddələri).
33. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulduğu, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmədiyi üçün, apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia əsaslı olduğu üçün təmin edilməlidir.
34. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-257N/202N nömrəli iş üzrə 27 aprel 202N-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. İddiaçının apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZN073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZN025 Bakı şəhəri Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova