Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2754/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə və X7, nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-190/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və ödənilməmiş məvacibin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 noyabr 2020-ci il tarixli əmri ilə iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 noyabr 2020-ci il tarixli əmri rəsmi qaydada iddiaçıya təqdim edilməmiş və o, əmrlə tanış olmamışdır. İddiaçının əmək kitabçası ona poçt vasitəsilə 25 yanvar 2021-ci il tarixində çatdırıldıqdan və həmin vaxt əmək kitabçasında qeyd olunan məlumatlardan məlum olmuşdur ki, o, cavabdehin 25 noyabr 2020-ci il tarixli, **********0 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş həmin əmr əsassızdır və onun əmək hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, A.Şeyxzadənin işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin 15 sentyabr 2020-ci il tarixli **********7 nömrəli xidməti məruzəsi olmuşdur. Məruzədən göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 avqust 2020-ci il tarixli, **********5 nömrəli əmrinə əsasən Nazirlik yanında X13 Xidmətinin Mərkəzi laboratoriyasında 01 yanvar 2016-cı il tarixdən 01 iyul 2020-ci il tarixədək olan dövrdə iş yerlərində (müəssisə, idarə və təşkilatlarda) əmək qanunvericiliyinə əməl olunması ilə bağlı həyata keçirilmiş nəzarət tədbirlərinin və funksional vəzifələrin icrası vəziyyətinin araşdırılması zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən olunmuşdur. Məruzədə göstərilir ki, müəssisə, idarə və təşkilatlarda iş yerlərinin əməyin mühafizəsinə və əmək şəraitinə dair norma və standartlara uyğunluğunu, zəruriliyini, ağırlığını və gərginliyini müəyyənləşdirmək üçün ölçü və yoxlamaların aparılması, həmçinin iş yerlərinin attestasiyasının keçirilməsində və əmək şəraitinin yoxlanılmasında attestasiya komissiyalarına texniki və metodiki kömək göstərilməsi, regional laboratoriyaların fəaliyyətinə nəzarət olunması, işlərin səmərəli yerinə yetirilməsi üçün onlara texniki və metodiki kömək göstərilməsi, laboratoriyanın balansında olan əsas vəsaitlərin inventarizasiyasının aparılması və faktiki vəziyyəti, daxil olmuş müraciətlərin araşdırılması zamanı nöqsanlara yol verilmişdir. A.Şeyxzadənin icraatında olan iş yerlərində attestasiya komissiyalarına kömək göstərilməsi instrumental ölçmələrin aparılması ilə bağlı bir neçə müraciət üzrə iş yerlərində aparılmış ölçmələrə dair tərtib olunmuş protokollarda və verilmiş rəylərdə nöqsanlara yol verdiyi, protokollarda istinad olunan bəzi normativ sənədlərin mövcud olmadığı və ya düzgün normativ bənədlərə istinad olmadığı, beynəlxalq sənədlərin rəsmi adlarının dəyişdirilərək yazıldığı, qeyri-normativ sənədlərə istinad olunduğu, müəyyən olunmuş norma və kateqoriyaların düzgün göstərilmədiyi, ölçməsi aparılmış sahələrin ayrıca göstərilmədiyi müəyyən olunmuşdur. Həmçinin daha əvvəl İddiaçı barəsində 30 aprel 2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.1-ci maddəsinə əsasən intizam tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və ödənilməmiş məvacibin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin protokol qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-190/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim X11) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli, **********0 №-li əmri ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və ödənilməmiş dövlət məvacibinin ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, A.Şeyxzadənin işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin 15 sentyabr 2020-ci il tarixli **********7 nömrəli xidməti məruzəsi olmuşdur (surəti təqdim edilmişdir). Məruzədən göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 avqust 2020-ci il tarixli, **********5 nömrəli əmrinə əsasən Nazirlik yanında X14 Xidmətinin Mərkəzi laboratoriyasında 01 yanvar 2016-cı il tarixdən 01 iyul 2020-ci il tarixədək olan dövrdə iş yerlərində (müəssisə, idarə və təşkilatlarda) əmək qanunvericiliyinə əməl olunması ilə bağlı həyata keçirilmiş nəzarət tədbirlərinin və funksional vəzifələrin icrası vəziyyətinin araşdırılması zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən olunmuşdur. Məruzədə göstərilir ki, müəssisə, idarə və təşkilatlarda iş yerlərinin əməyin mühafizəsinə və əmək şəraitinə dair norma və standartlara uyğunluğunu, zəruriliyini, ağırlığını və gərginliyini müəyyənləşdirmək üçün ölçü və yoxlamaların aparılması, həmçinin iş yerlərinin attestasiyasının keçirilməsində və əmək şəraitinin yoxlanılmasında attestasiya komissiyalarına texniki və metodiki kömək göstərilməsi, regional laboratoriyaların fəaliyyətinə nəzarət olunması, işlərin səmərəli yerinə yetirilməsi üçün onlara texniki və metodiki kömək göstərilməsi, laboratoriyanın balansında olan əsas vəsaitlərin inventarizasiyasının aparılması və faktiki vəziyyəti, daxil olmuş müraciətlərin icrası zamanı nöqsanlara yol verilmişdir. A.Şeyxzadənin icraatında olan iş yerlərində attestasiya komissiyalarına kömək göstərilməsi və instrumental ölçmələrin aparılması ilə bağlı bir neçə müraciət üzrə iş yerlərində aparılmış ölçmələrə dair tərtib olunmuş protokollarda və verilmiş rəylərdə nöqsanlara yol verdiyi, protokollarda istinad olunan bəzi normativ sənədlərin mövcud olmadığı və ya düzgün normativ sənədlərə istinad olmadığı, beynəlxalq sənədlərin rəsmi adlarının dəyişdirilərək yazıldığı, qeyrinormativ sənədlərə istinad olunduğu, müəyyən olunmuş norma və kateqoriyaların düzgün göstərilmədiyi, ölçməsi aparılmış sahələrin ayrıca göstərilmədiyi müəyyən olunmuşdur. Qeyd edilən pozuntulardan bir neçəsini aşağıdakı kimi sadalamaq olar: 1. "xxxx" MMC - Müəssisədən daxil olmuş xx.xx.2017-ci il tarixli məktub əsasında İddiaçı xx.xx.2017-ci il tarixdən 3 (üç) gün müddətinə Cəmiyyətin yerləşdiyi Bərdə rayonuna ezam olunmuşdur. Lakin protokollara baxış keçirən zaman məlum olmuşdur ki, protokollar DƏMX-in laboratoriyası tərəfindən təsdiq olunsa da müəssisənin əməkdaşı tərəfindən tərtib olunmuş, İddiaçı heç bir fəaliyyəti olmamışdır. Məhkəmə araşdırması zamanı aşkar edilmiş faktlar: - Təqdim edilmiş ezamiyyə vərəqəsindən və A.Şeyxzadənin DƏMX-nin rəisinin adına yazdığı məlumatda göstərilir ki, müəssisənin yerləşdiyi Bərdə şəhərinə 3 günlük ezam edilmişdirlər və təqdim edilmiş sənədlərə uyğun olaraq həmin günlər üçün ezamiyyə haqqı ödənilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə keçirilən iclasda 3 gün ezamiyyədə olduğunu qeyd etsə də, xx.xx.2022-ci il tarixdə keçirilən iclasda iddiaçı Bərdə şəhərində yalnız 1 gün ölçmə aparıldığını və həmin gün axşam Bakı Şəhərinə qayıtdığını etiraf etmişdir (sənədlərin surətləri təqdim edilmişdir); - A.Şeyxzadə tərtib edilmiş protokolları imzalamaqdan imtina etməsini müəssisədə olan pozuntu halları ilə əlaqələndirmişdir. Lakin əvvəla bu halların araşdırılması onun funksiyalarına aid olmamış, həmçinin onun işi yalnız ölçmələri aparmaq olmalı idi. Halbuki, “Dövlət qulluğu haqqında” AR Qanununun 19.0.11-ci maddəsinə əsasən qulluq keçdiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət qulluqçusunda şübhə doğurursa, həmin göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək dövlət qulluqçusunun hüququdur, həmçinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” AR Qanununun 10.2-ci maddəsinə əsasən dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər. Həmin dövrdə A.Şeyxzadənin bilavasitə rəhbəri olmuş M.Seyidov onun protokolları imzalamaması ilə bağlı bir neçə dəfə xidmət rəhbərliyinə məruzə etmişdir (surətləri təqdim edilmişdir). Qeyd edilənlər sübut edir ki, İddiaçı verilən tapşırığı icra etməmiş, həmçinin sözügedən ezamiyyə formal olmuş, dövlət vəsatindən qənaətlə istifadə edilməmişdir. Məhkəmənin gəldiyi nəticədə yalnışlıqlar: - Məhkəmə hesab etmişdir ki, "xxxx" MMC ilə bağlı işdə intizam pozuntusu var amma Bərdəyə səfər yoxlama deyil metodiki kömək məqsədi ilə olması bu pozuntunun əhəmiyyətini azaldır. Həmçinin iddiaçının həmin vaxt Bərdə şəhərində olması faktını təsdiq etməklə kifayətlənmişdir. Halbu ki, yuxarıda qeyd etdikləri faktlardan göründüyü kimi, iddiaçı məhkəmə iclasında Bərdə şəhərində yalnız 1 gün olduğunu etiraf etmiş, təqdim etdiyimiz ezamiyyə sənədlərindən göründüyü kimi arayış yazaraq 3 günün ezam pulunu almışdır. Həmçinin məhkəmə qərarda səfər yoxlama deyil metodiki kömək məqsədi ilə olmasını qeyd etməklə attestasiyanın mahiyyətini azaltmışdır. 2. Azərbaycan Milli İncəsənət Muzeyi - Müəssisədən daxil olmuş 01,10.2019-cu il tarixli məktub əsasında İddiaçı tərəfindən instrumental ölçmələr aparılmışdır. Tərtib olunan 260 nömrəli protokolda faktiki səs-küy, 261 nömrəli protokolda faktiki titrəyiş, 262 nömrəli protokolda istehsalat tozu və zərəli kimyəvi maddələr, 263 nömrəli protokolda nisbi rütubət, havanın hərəkəti, 264 nömrəli protokolda işıqlanma, 265 nömrəli protokolda faktiki radiasiya, 266 nömrəli protokolda ionlaşmayan şüalanma göstəricilərin bütün ölçmə nöqtələrində eyni olduğu qeyd olunmuşdur. Qeyd olunan göstəricilərin müxtəlif nöqtələrdə eyni olması mümkün deyil. Məhkəmə araşdırması zamanı aşkar edilmiş faktlar: -xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında Milli İncəsənət Muzeyində A.Şeyxzadə tərəfindən aparılmış ölçmələrin formal olduğu sübuta yetirilmişdir. Belə ki, iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş şəkildəki cihazın göstəricisi ilə protokollarda qeyd edilən göstəricilər eyni olmamışdır. Həmçinin iddiaçı protokollarda yol verilən hədlərin onun tərəfindən yazılmadığını və onun işinin yalnız ölşmələr olduğu qeyd edilmişdir. Halbu ki, tərəflərindən məhkəməyə təqdim edilən protokol nümunələri A.Şeyxzadənin iddialarının əsassız olduğunu sübut edir. xx.xx.2022-ci il tarixdə keçirilən iclasda iddiaçı protokollar hazırlanarkən normativlərdən istifadə etmədiyini və yalnız ölçmələr həyata keçirdiyini qeyd etmişdir. -xx.xx.2022-ci il tarixdə keçirilən iclasda iddiaçı müəssisədə ölçmələrin səthi aparıldığını etiraf etmişdir. Bunlar tərtib olunan protokollar üzrə heç bir ölçmənin aparılmadığı, göstəricilərin heç bir əsas olmadan yazıldığını sübut edir. 3. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu - Müəssisədən daxil olmuş 01,10.2019-cu il tarixli məktub əsasında İddiaçı tərəfindən instrumental ölçmələr aparılmışdır. Tərtib olunan 242 nömrəli protokolda faktiki səsküy, 247 nömrəli protokolda faktiki ionlaşmayan şüalanma, 248 nömrəli protokolda faktiki səs-küy, 249 nömrəli protokolda faktiki istehsalat tozu, 253 nömrəli protokolda faktiki ionlaşmayan şüalanma, 254 nömrəli protokolda faktiki səs-küy, 255 nömrəli protokolda faktiki istehsalat tozu, 259 nömrəli protokolda faktiki ionlaşmayan şüalanmaya dair göstəricilərin bütün ölçmə nöqtələrində eyni olduğu qeyd olunmuşdur. Qeyd olunan göstəricilərin müxtəlif nöqtələrdə eyni olması mümkün deyil. Göstərilən ölçmələr X16 Laboratoriyasında, X1 və Milli Referans Laboratoriyasında müxtəlif vaxtlarda aparılmasında baxmayaraq 242, 248 və 254 nömrəli protokollara əsasən faktiki səs-küy, 247, 253 və 259 nömrəli protokollara əsasən faktiki ionlaşmayan şüalanma, 249 və 255 nömrəli protokollara əsasən istehsalat tozuna dair göstəricilər tamamilə eyni olmuşdur. Məhkəmə araşdırması zamanı aşkar edilmiş faktlar: - İddiaçı protokollarda yol verilən hədlərin onun tərəfindən yazılmadığını və onun işinin yalnız ölşmələr olduğu qeyd edilmişdir. Halbu ki, tərəflərindən məhkəməyə təqdim edilən protokol nümunələri A.Şeyxzadənin iddialarının əsassız olduğunu sübut edir. xx.xx.2022-ci il tarixdə keçirilən iclasda iddiaçı protokollar hazırlanarkən normativlərdən istifadə etmədiyini və yalnız ölçmələr həyata keçirdiyini qeyd etmişdir. Qeyd edilənlər tərtib olunan A.Şeyxzadənin əmək funksiyalarını düzgün icra etmədiyini, protokollar üzrə heç bir ölçmənin aparılmadığı, göstəricilərin heç bir əsas olmadan yazıldığını sübut edir. - Məhkəmə qeyd etmişdir ki, tərtib olunmuş sınaq protokollarında əks olunan göstəricilərin düzgünlüyünün müəyyən edilməsini xüsusi bilik tələb edən sahəyə aid olduğunu hesab edərək, həmin hissədə mühəndis-texniki ekspertizası təyin etmiş və ekspertiza tədqiqatının həyata keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş məlumat xarakterli məktubunda qeyd olunmuşdur ki, qərardadla mühəndis-texniki ekspertizasının qarşısında qoyulmuş sualların həll edilməsi nəinki həmin ekspertiza, hətta hər hansı ekspertiza növünə də aid deyil. Həmçinin məhkəmə pozuntuların araşdırılmasında sahəvi mütəxəsislərin cəlb edilmədiyini qeyd etmişdir. Halbu ki, istər yoxlamalara, istərsə də məhkəmə prosesinə cəlb edilmiş nümayəndələr Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin sektor müdiri F.Mİrzəyev və X13 Xidmətinin Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarət şöbəsinin müdir müavini A.İsmayılov bu sahədə ixtisaslaşmış kadrlardır. Göründüyü kimi məhkəmə qeyd edilən faktalar biganə yanaşmış, verilmiş qərarda yalnışlığa yol vermişdir. 4. "xxxx" MMC - Müəssisədən daxil olmuş xx.xx.2017-ci il tarixli məktub əsasında İddiaçı tərəfindən instrumental ölçmələr aparılmışdır. Tərtib olunan 6 nömrəli protokolda faktiki səs-küyün ekvivalent səviyyəsi, 7 nömrəli protokolda faktiki işıqlanma, 8 nömrəli protokolda faktiki temperatur, nisbi rütubət və hava axını, 9 nömrəli protokolda faktiki istehsalat tozu, 10 nömrəli protokolda faktiki ionlaşdırmayan və ionlaşdıran şüalanma, 11 nömrəli protokolda ölçülən bütün nöqtələrdə faktiki səs-küy, 12 nömrəli protokolda kombinə olunmuş faktiki işıqlanma, 13 nömrəli protokolda faktiki temperatur, nisbi rütubət və hava axını, 14 nömrəli protokolda faktiki istehsalat tozu, 15 nömrəli protokolda faktiki ionlaşdırmayan və ionlaşdıran şüalanmanın göstəricilərin bütün ölçmə nöqtələrində eyni olduğu qeyd olunmuşdur. Hansı ki, qeyd olunan göstəricilərin müxtəlif nöqtələrdə eyni olması mümkün deyil. Eyni zamanda müvafiq göstəricilər üzrə 9cu və 14-cü protokollar, 8-ci və 13-cü, 7-ci və 12-ci, 6-cı və 11-ci protokollar fərqli mərtəbələr üzrə tərtib olunmasına baxmayaraq bütün nəticələr eyni qeyd olunmuşdur. Bundan başqa müəssisələrə əmək şəraitinin qiymətləndirilməsi barədə rəylərin verilməsi laboratoriya müdirinin vəzifə səlahiyyətlərinə aid olsa da A.Şeyxzadə vəzifə funksiyalarına daxil olmadığı halda rəy vermişdir. Məhkəmə araşdırması zamanı aşkar edilmiş faktlar: - Tərəfimizdən məhkəməyə A.Şeyxzadə tərəfindən "xxxx" MMC-ə verilmiş rəyin surəti təqdim olunmuşdur. Çünki ümumilikdə həmin müəssisəyə aid sənədlərin əsli iddiaçı tərəfindən laboratoriyadan götürülmüşdür. Sənədlərin əsli özündə olmasına baxmayaraq israrla məhkəmədə rəyin ona aid olmadığını və rəyin əslini tələb etmişdir. Həmin sənədlərə əlavə edilmiş tədbirlər planından göründüyü kimi (iddiaçının özü tərəfindən təqdim edilmişdir) sadalanmış tədbirlər A.Şeyxzadə tərəfindən verilmiş rəylə eynilik təşkil edir. - Müəssisədə aparılan ölçmələrin dəqiqliyi ilə bağlı hər hansı tutarlı faktlar təqdim edə bilməmişdir. Bununla da tərtib olunan protokollar üzrə heç bir ölçmənin aparılmadığı, göstəricilərin heç bir əsas olmadan yazıldığı şübhələri yaranır. Eyni zamanda müəssisə və təşkilatların əmək şəraitinin qiymətləndirilməsi barəsində müvafiq rəyin verilməsi İddiaçı vəzifə funksiyalarına aid deyil. 5. N nömrəli hərbi hissə - Hərbi hissədən daxil olmuş xx.xx.2018-ci il tarixli məktuba əsasən İddiaçı xx.xx.2018-ci il tarixdən 2 (iki) gün müddətinə Qusar şəhərinə və Pirəşkül-1 yaşayış məntəqəsinə ezam olunmuşdur. Lakin İddiaçı xx.xx.2018-ci il tarixli xidməti məlumatında avadanlıqların nasaz olduğundan, eyni zamanda hərbi hissə tərəfindən müvafiq şərait yaradılmadığından instrumental ölçmələrin aparılmadığını bildirmişdir. Halbuki, hərbi hissədən daxil olmuş məktubda iş yerinin attestasiya olunması xahiş olunmuşdur. Məhkəmə araşdırması zamanı aşkar edilmiş faktlar: A.Şeyxzadənin ezam edilməsi ilə bağı əmrdən göründüyü kimi ezam müddəti 2 gün müəyyən edilmişdir. Lakin A.Şeyxzadəyə aid ezam vərəqəsində 3 gün Qusar şəhərində olduğu qeyd edilir. Halbu ki, xx.xx.2022- ci il tarixdə keçirilən iclasda A.Şeyxzadə 1 gün Qusar şəhərində olduğunu, nəvəsinin doğumu ilə əlaqədar (halbu ki, daha sonra nəvəsinin doğum tarixni başqa qeyd etmişdir) Bakı şəhərinə qayıtdığını qeyd etmişdir. -Cihazların işlək vəziyyətdə olmaması ilə bağlı deyilənlərin əsassız olmasını tərəfimizdən məhkəməyə təqdim edilmiş Dövlət Metrologiya Xidməti tərəfindən təqdim edilmiş sertifikatlar və cihazların təhvil sənədləri sübut edir. Bu da göstərir ki, İddiaçı verilən tapşırığı icra etməmiş, vəzifə funksiyaların icrasını kobud şəkildə pozaraq və verilmiş tapşırıqlara laqeyid yanaşmışdır. Eyni zamanda, hərbi hissə tərəfindən rəsmi məktubla sözügedən attestasiyanın aparılması üçün xahiş olunmasına baxmayaraq, müvafiq ölçmələrin aparılmasına şəraitin yaradılmaması bəhanəsi də İddiaçı tərəfindən verilmiş tapşırğın icra edilməməsini sübut edir. "xxxx" MMC və N nömrəli hərbi hissədə aparılan instrumental ölçmələrdə iddiaçının yol verdiyi pozuntu faktları ilə bağlı məhkəmənin mövqeyi: -Qeyd edilən pozuntularla bağlı məhkəmə araşdırma aparsada hüquqi qiymət verməmiş, güya həmin faktların əmr verilməsinə əsas olmudığı qeyd edilmişdir. Halbu ki, məhkəməyə təqdim edilmiş sənədlər qeyd edilən faktların yoxlama dövründə aşkar edildiyini sübut etmişdir. 6. İddiaçı xx.xx.2020-ci il tarixdən etibarən əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar işləmədiyinə baxmayaraq laboratoriyaya məxsus “Fujitsu AH531” markalı notbuku özündə (evində) saxlayaraq şəxsi məqsədləri üçün istifadə etdiyi aşkar olunmuşdur. Araşdırma dövründə qeyd olunan inventarın Mərkəzi laboratoriyaya qaytarılması təmin edilmişdir. Məhkəmə araşdırması zamanı aşkar edilmiş faktlar: -iddaçı tərəfindən təqdim edilmiş mülahizədə notbuku xx.xx.2020-ci il tarixdə pandemiya ilə əlaqədar evə apardığı qeyd edilmişdir. Lakin tərəflərindən məhəkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi həmin tarixdə pandemiya ilə bağlı evdən işləmək üçün iddiaçıya hər hansı tapşırıq verilməmişdir. Həmçinin ilk əmrlər xx.xx.2022-ci il tarixdə verilmişdir və iddiaçı bundan martın 13-ü xəbərdar ola bilməzdi (əmrlərin və digər sənədlərin surətləri təqdim edilmişdir). Qeyd edilənlər İddiaçı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 16.2-ci maddəsinin (16.2. Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün İstifadə etməsi qadağandır) tələblərini kobud şəkildə pozduğunu sübut edir. Qeyd edilən faktla bağlı məhkəmənin gəldiyi nəticədə yalnışlıqlar: -Məhkəmə qərarında bəhs edilən noutbukun 2020-ci ilin may ayında Nazirliyə qaytarıldığı qeyd edilmişdir. Halbu ki, təqdim edilən sənədlərdən də göründüyü kimi 2020-ci ilin avqust ayında yoxlamalar başladıqdan sonra tələb əsasında geri qaytarılmışdır; -16-18 mart tarixlərində iddiaçının işdə olmaması ilə bağlı məhkəmənin gəldiyi mövqe əsaslı deyil. Belə ki, tərəflərindən məhəkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi həmin tarixdə pandemiya ilə bağlı evdən işləmək üçün iddiaçıya hər hansı tapşırıq verilməmişdir. Həmçinin ilk əmrlər xx.xx.2022-ci il tarixdə verilmişdir və iddiaçı bundan martın 13-ü xəbərdar ola bilməzdi; -Davamiyyət jurnalı ilə bağlı məhkəmənin mövqeyi anlaşılmazdır. İşçi işdə olmadığı halda onun əvəzinə jurnala imza etmək nəinki Nazirliyin lehinə deyildir, hətta işçi həmin dövrdə üzrlü səbəb olmadan işdə olmamışdırsa onun barəsində intizam tenbihinin tətbiq edilməsinə əsaslar yaranmışdır. 7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2018-ci il tarixli məktubu ilə A.Şeyxzadənin xüsusi olaraq Salyan rayonu ərazisində yerləşən hərbi hissədə ekoloji monitorinqin keçirilməsində mütəxəssis kimi iştirak etməsi xahiş olunmuşdur. Lakin sonradan Müdafiə Nazirliyi xx.xx.2018-ci il tarixli məktubla yenidən müraciət edərək xidməti zərurətlə əlaqədar olaraq monitorinqi təxirə salmışdır. Qeyd olunanlar İddiaçı korrupsiya şərait yaratmasına şübhə yaratmışdır. Həmçinin Nazirliyin rəhbər vəzifəli şəxsləri barədə həqiqəti əks etdirməyən yanlış məlumatları yaymaqla şərəf, ləyaqət və işgüzar nüfuzlarına xələl gətirən İddiaçı məsuliyyətə cəlb olunması məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə 27.01,2021-ci il tarixli **********2 nömrəli məktub ilə müraciət olunmuşdur. İddiaçının işdən azad olunarkən prosessual pozuntulara yol verilməsi ilə bağlı iddialarına dair: -Elektron bildirişlə bağlı - bildiririk ki, Nazirliyə aid informasiya sistemində iddiaçıya aid yalnız 1 xitam bildirişi mövcuddur və A.Şeyxzadənin bununla bağlı iddiaları əsassızdır; -Əmək kitabçasında iddia etdiyi dəyişikliklə bağlı bildiririk ki, bilərəkdən A.Şeyxzadənin kitabçasında dəyişiklik edilməmişdir. Qeydlərdə anlaşılmazlıq mövcuddursa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.5-ci bəndinə əsasən müvafiq dəyişikliklər aparıla bilər; -İddaçıya işdən çıxma ərəfəsində mükafat verilməsi ilə bağlı bildiririk ki, qeyd edilən mükafat əmri verilərkən işçi barəsində qüvvədə olan intizam tənbehi tədbiri olmadığından Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq ona mükafat verilməməsi üçün əsas olmamışdır; Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi həmin Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında dövlət qulluğundan azad edilmə hallarına əsaslanır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20- ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması. Apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki icraat: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2410/2023 nömrəli iş üzrə 14 noyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər Məmmədova Şərafət Asif qızı (məruzəçi), Yusifov Cahangir Afər oğlu və X8) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2-1(112)-190/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini və ya mümkün sayılmaması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 895/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2410/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə və X12, nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 895/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının vəzifə funksiyalarının nədən ibarət olması dəqiqləşdirilməmiş, onun hərəkətlərində vəzifə funksiyalarının, o cümlədən “Dövlət qulluğu haqqında” Qanunun 18.0.1, 18.0.2 və 18.0.5ci maddələrinin pozuntusunun baş verməsi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Milli İncəsənət Muzeyinin müraciətləri əsasında iddiaçının apardığı ölçmə işlərinin vəzifə funksiyalarına uyğun həyata keçirilib-keçirilmədiyinə hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Milli İncəsənət Muzeyinin müraciətləri əsasında həmin təşkilatlarda aparılan ölçmə işləri və s. zamanı iddiaçının Əsasnaməyə və işlədiyi baş məsləhətçisi vəzifəsinin vəzifə təlimatına uyğun davranmasını araşdırmamışdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından görünür ki, ilkin məhkəmə icraatı zamanı Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)4065/2021 saylı qərardadı ilə iddiaçının mübahisələndirmə haqqında iddia növünə aid tələbi prosessual müddətə riayət olunmaması əsası ilə mümkün sayılmamışdır. Daha sonra apellyasiya instansiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin növbəti prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, “İddiaçı mübahisələndirilən əmrin surətini xx.xx.2021-ci il tarixdə almışdır. İddiaçının həmin əmrin mövcudluğundan xəbərdar olması, onun əmri alması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliyin tələblərinə əsasən əmrin surəti işçiyə onun sonuncu iş günü verilməlidir. Lakin, baxılan iş üzrə cavabdeh əmrin işçiyə xx.xx.2021-ci il tarixdən daha əvvəl təqdim olunmasına dair sübutları məhkəməyə təqdim etməmişdir”. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-2017/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-142/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə mümkün sayılmamış, cavabdehin kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Beləliklə, iddia mübahisələndirmə haqqında iddia növünə aid olmaqla, iddiaçı tərəfindən inzibati akt prosessual müddətə riayət olunmaqla mübahisələndirilmişdir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: -18-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli. 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; -25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. -25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. -25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. -25.4-cü maddəsinə əsasən xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -25.5-ci maddəsinə əsasən dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -16.2-ci maddəsinə əsasən dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır. Apellyasiya şikayətinin dəlilinə münasibət: İnzibati işin faktiki hallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli əmri ilə cavabdeh inzibati orqan “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə əsaslanaraq əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Laboratoriyasında baş məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla 25 aprel 2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsini qərara almışdır. Mübahisələndirilən əmrin verilməsinə əsas olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili nəzarət və audit şöbəsinin 15 sentyabr 2020-ci il tarixli arayışı dayanır. Həmin arayışda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi laboratoriyası tərəfindən iş yerlərində əmək qanunvericiliyinə əməl olunması ilə bağlı həyata keçirilmiş nəzarət tədbirlərinin və funksional vəzifələrin icrasının araşdırılmasının nəticələri göstərilmiş, iddiaçının əmək fəaliyyətinə dair nöqsanları və çatışmazlıqları qeyd olunmuşdur. Cavabdeh inzibati orqan həmin arayışa əsaslanaraq iddiaçı barəsində 25 noyabr 2020-ci il tarixdə əmr qəbul etmişdir. İddiaçı hazırki tələbində cavabdehin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və ödənilməmiş məvacibin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İddia tələbini əsaslı hesab edən birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki halları nəzərə alındığında hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçının işdən azad olunması üçün əsas göstərdiyi hallar (protokollarda tozun ölçü və göstəricilərin; “yol verilən hədd” düzgün qeyd olunmaması, ölçü aparılan otaqların sahəsinin yazılmaması və s.) məhkəmə icraatı zamanı mötəbər dəlillər ilə təsdiq olunmadığından, həmçinin cavabdeh tərəfindən inzibati icraat prosessual qənaət baxımından düzgün aparılmadığından, o cümlədən də iddiaçının ilkin olaraq “öz xahişi ilə işdən azad edilməsi” barədə ərizə ilə müraciət etdiyi (əmək kitabçasında edilən düzəliş və bildiriş əsasında) kifayət qədər ciddi ehtimalı olduğundan, eyni zamanda iddiaçının yaş, cinsiyyət və s faktoru və əlilliyi olan şəxs olması bilavasitə onun “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-ci maddəsi ilə işdən azad olunması üçün əsas vermir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız, hazırki apellyasiya baxışının predmetini təşkil edən hissədə cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı barəsində qəbul edilmiş əmrin (işdən azad olunması barədə) qəbul olunmasına əsas olan 15 sentyabr 2020-ci il tarixli arayışa əsasən iddiaçının əmək fəaliyyəti üzrə yol verdiyi nöqsanlar aşağıdakılardır:
1. Mərkəzi laboratoriyanın baş məsləhətçi İddiaçı xx.xx.2020-ci il tarixdən etibarən əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar işləmədiyinə baxmayaraq laboratoriyaya məxsus “Fujitsu AH531” markalı noutbuku özündə saxlayaraq şəxsi məqsədləri üçün istifadə etmiş, araşdırma dövründə qeyd olunan inventarın Mərkəzi laboratoriyaya qaytarılmasını təmin etmiş;
2. AR X5 Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun xx.xx.2019-cu il tarixli **********9 nömrəli müraciətinə əsasən aparılmış ölçmələrə dair 253,256 və 259 №-li protokollarda “yol verilən hədd” düzgün qeyd olunmamış, ölçü aparılan otaqların sahəsi yazılmamış, 244 №-li protokolda hava axını barədə qeyd aparılmamış, 252 və 258 №-li protokollarda radiasiya normaları qeyd olunmamış, 254 №-li protokollarda tozun ölçü və göstəriciləri yazılmamış;
3. Milli İncəsənət Muzeyinin xx.xx.2019-cu il tarixli **********3 nömrəli müraciətinə əsasən aparılmış ölçmələrə dair 261№-li protokolda titrəyiş norması düzgün yazılmamış (40 yazılıb, 80 olmalıdır, 262 №-li protokolda istinad olunan sənənd (ГОСТ 12.1.00-88) toz ölçüsünə aid deyil, mikroiqlimə şamil olunur.263 №-li protokolda temperatur 22-28 yazılıb, ancaq norma 22-24 olmalıdır. 266 №-li protokolda ionlaşmayan şüalanma göstəricisi 25- 2,5 olmalıdır, lakin 10 yazılmış;
4. "xxxx" ASC-nin 43 №-li Yol İstismarı MMC-nin xx.xx.2017-ci il tarixli 321845 nömrəli müraciətinə əsasən aparılmış ölçmələr dair protokollar Mərkəzi laboratoriya tərəfindən təsdiq edilsə də, ölçmələr müəssisənin əməkdaşı tərəfindən aparılmış və protokollar onun tərəfindən imzalanmışdır. Qeyd olunan nöqsanlardan İddiaçı xx.xx.2020-ci il tarixdən etibarən əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar işləməməsinə baxmayaraq laboratoriyaya məxsus “Fujitsu AH531” markalı noutbuku özündə saxlayaraq şəxsi məqsədləri üçün istifadə etməsi və araşdırma dövründə qeyd olunan inventarın Mərkəzi laboratoriyaya qaytarılmasını təmin etməsi və "xxxx" ASC-nin 43 №-li Yol İstismarı MMC-nin xx.xx.2017ci il tarixli 321845 nömrəli müraciətinə əsasən aparılmış ölçmələrə dair protokolların Mərkəzi laboratoriya tərəfindən təsdiq edilsə də, ölçmələrin müəssisənin əməkdaşı tərəfindən aparılması və protokolların onun tərəfindən imzalanması barədə cavabdehin kassasiya şikayətinin dəlilləri AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə əsassız hesab edilmiş, həmin hissələrdə kassasiya instansiya məhkəməsi işə əvvəl baxmış apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmişdir. Kassasiya instansiyası məhkəməsi həmçinin iddiaçının "xxxx" MMC-də və N nömrəli hərbi hissədə vəzifə funksiyasını yerinə yetirməməsinə görə intizam məsuliyyətinə cəlb olunması barədə cavabdehin dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, iddiaçı barəsində intizam tənbehi Nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdirinin imzaladığı 15 sentyabr 2020-ci il tarixli arayışı əsasında verilmiş, arayışda "xxxx" MMC-nin 23 yanvar 2017-ci il tarixli məktubu əsasında iddiaçı tərəfindən həmin Cəmiyyətdə aparılan instrumental ölçmələrin aparılması zamanı nöqsanlara və N nömrəli hərbi hissədən daxil olmuş xx.xx.2018-ci il tarixli məktuba əsasən iddiaçı tərəfindən həmin hərbi hissədə nöqsanlara yol verməsi qeyd edilməmiş, 25 noyabr 2020-ci il tarixli əmrdə bu hallara istinad edilməmişdir. Odur ki, kassasiya instansiya məhkəməsi qeyd olunan hissədə də işə əvvəl baxmış apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmişdir. Odur ki, hazırki apellyasiya baxışının predmetini Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Milli İncəsənət Muzeyinin müraciətləri əsasında həmin təşkilatlarda aparılan ölçmə işləri zamanı iddiaçının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Laboratoriyasının Əsasnaməsinə və mərkəzi laboratoriyanın baş məsləhətçisi vəzifəsinin vəzifə təlimatına uyğun davranmasının araşdırılması təşkil edir. Cavabdehin hazırki apellyasiya baxışının predmetini təşkil edən nöqsanlarla bağlı dəlilləri ondan ibarətdir ki, Azərbaycan Milli İncəsənət Muzeyindən daxil olmuş xx.xx.2019cu il tarixli məktub əsasında iddiaçı tərəfindən instrumental ölçmələr aparılmışdır. Tərtib olunan 260 nömrəli protokolda faktiki səs-küy, 261 nömrəli protokolda faktiki titrəyiş, 262 nömrəli protokolda istehsalat tozu və zərərli kimyəvi maddələr, 263 nömrəli protokolda nisbi rütubət, havanın hərəkəti, 264 nömrəli protokolda işıqlanma, 265 nömrəli protokolda faktiki radiasiya, 266 nömrəli protokolda ionlaşmayan şüalanma göstəricilərin bütün ölçmə nöqtələrində eyni olduğu qeyd olunmuşdur. Qeyd olunan göstəricilərin müxtəlif nöqtələrdə eyni olması mümkün deyil. Bundan başqa, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan daxil olmuş xx.xx.2019-cu il tarixli məktub əsasında iddiaçı tərəfindən instrumental ölçmələr aparılmışdır. Tərtib olunan 242 nömrəli protokolda faktiki səs-küy, 247 nömrəli protokolda faktiki ionlaşmayan şüalanma, 248 nömrəli protokolda faktiki səs-küy, 249 nömrəli protokolda faktiki istehsalat tozu, 253 nömrəli protokolda faktiki ionlaşmayan şüalanma, 254 nömrəli protokolda faktiki səs-küy, 255 nömrəli protokolda faktiki istehsalat tozu, 259 nömrəli protokolda faktiki ionlaşmayan şüalanmaya dair göstəricilərin bütün ölçmə nöqtələrində eyni olduğu qeyd olunmuşdur. Qeyd olunan göstəricilərin müxtəlif nöqtələrdə eyni olması mümkün deyil. Göstərilən ölçmələr X16 Laboratoriyasında, X1 və Milli Referans Laboratoriyasında müxtəlif vaxtlarda aparılmasında baxmayaraq 242, 248 və 254 nömrəli protokollara əsasən faktiki səs-küy, 247, 253 və 259 nömrəli protokollara əsasən faktiki ionlaşmayan şüalanma, 249 və 255 nömrəli protokollara əsasən istehsalat tozuna dair göstəricilər tamamilə eyni olmuşdur. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun və Milli İncəsənət Muzeyinin müraciətləri əsasında aparılan ölçmə işlərinin rəsmiləşdirilməsinə dair sınaq protokolları ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan bununla bağlı arayışda qeyd edir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun və Milli İncəsənət Muzeyinin müraciətləri əsasında iddiaçı tərəfindən aparılan ölçmə işləri sınaq protokolları ilə rəsmiləşdirilmiş, 253,256 və 259 №-li protokollarda “yol verilən hədd” düzgün qeyd olunmamış, ölçü aparılan otaqların sahəsi yazılmamış, 244 №-li protokolda hava axını barədə qeyd aparılmamış, 252 və 258 №-li protokollarda radiasiya normaları qeyd olunmamış, 254 №-li protokollarda tozun ölçü və göstəriciləri yazılmamış, 261№-li protokolda titrəyiş norması düzgün yazılmamış (40 yazılıb, 80 olmalıdır, 262 №-li protokolda istinad olunan sənəd (ГОСТ 12.1.00-88) toz ölçüsünə aid deyil, mikroiqlimə şamil olunur. 263 №-li protokolda temperatur 22-28 yazılıb, ancaq norma 22-24 olmalıdır. 266 №-li protokolda ionlaşmayan şüalanma göstəricisi 25- 2,5 olmalıdır, lakin 10 yazılmışdır. Göründüyü kimi, cavabdehin bu hissədə əsaslandığı hal, sınaq protokollarında əks olunan ölçmə göstəricilərinin düzgün olmaması, bəzilərində qeyd olunmaması, həmçinin düzgün sənədə istinad olunmaması (ГОСТ) ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərtib olunmuş sınaq protokollarında əks olunan göstəricilərin düzgünlüyünün müəyyən edilməsini xüsusi bilik tələb edən sahəyə aid olduğunu hesab edərək, həmin hissədə mühəndis-texniki ekspertizası təyin etmiş və ekspertiza tədqiqatının həyata keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş məlumat xarakterli məktubunda qeyd olunmuşdur ki, qərardadla mühəndis-texniki ekspertizasının qarşısında qoyulmuş sualların həll edilməsi nəinki həmin ekspertiza, hətta hər hansı ekspertiza növünə də aid deyil. Göründüyü kimi ekspert qarşısında qoyulan sualların (sınaq protokollarında əks olunan göstəricilərin əsaslı olub-olmaması ilə bağlı) müəyyən edilməsi xüsusi bilik tələb etdiyi halda, məhkəmə ekspertizalarını keçirən və tədqiqatlar aparan Mərkəz tərəfindən həmin suallara cavab verilməsi mümkün olmamamışdır ki, bu da öz növbəsində həmin protokolların düzgün olub-olmamasının məhkəmə tərəfindən müəyyən edilməsi halını istisna edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməyərək bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Laboratoriyasının Əsasnaməsinə əsasən Mərkəzi laboratoriya X13 Xidmətinin struktur bölməsi olaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti haqqmda Əsasnamə"yə müvafiq istehsalatda iş yerlərinin əməyin mühafizəsi və əmək şəraitinə dair normalara və standartlara uyğunluğunu, zərərliliyini, ağırlığını və gərginliyini müəyyənləşdirmək üçün ölçülər və yoxlamalar aparmaq, nəzarət qaydasında iş yerlərində əmək şəraitinin ekspertizasını keçirmək məqsədi ilə yaradılmışdır. Əsasnamənin 3.1-ci bəndinə əsasən laboratoriyanın vəzifələri aşağıdakılardır: ... 3.1.3 müəssisə, idarə və təşkilatların müraciətləri əsasında iş yerlərinin attestasiyasının keçirilməsində və əmək şəraitinin yoxlanılmasında onlara texniki və metodiki köməklik göstərmək, attestasiya komissiyalarına və işəgötürənlərə müvafiq təkliflər vermək; ... Həmçinin iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Laboratoriyasının baş məsləhətçisinin vəzifə təlimatına əsasən baş məsləhətçinin qulluq funksiyaları aşağıdakılardır: -Laboratoriya müdirinin göstəriş və tapşırıqlarını yerinə yetirmək; -X13 Xidməti aparatının müfəttişləri ilə birlikdə müəssisə, idarə və təşkilatlarda əmək şəraitinin ekspertizasını keçirmək; -Laboratoriya müdirinin və Xidmət rəisinin göstərişi və ya işəgötürənlərin müraciəti əsasında müəssisə və təşkilatlarda iş yerlərinin attestasiyasının keçirilməsində iştirak etmək; -idarə, müəssisə və təşkilatlarda əmək şəraiti üzrə iş yerlərinin attestasiyanın mövcud qanunvericiliyin tələblərinə uyğun keçirilməsini yoxlamaq, lazım gəldikdə digər laboratoriyalar tərəfindən keçirilmiş attestasiya nəticələrinə rəy vermək; -instrumental ölçmələri keyfiyyətlə yerinə yetirmək, tələb olunan sənədləri vaxtında və müvafiq qaydada tərtib etmək və s. Məhkəmə kollegiyası iş materiallarına əsasən müəyyən edir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Milli İncəsənət Muzeyinin müraciətləri əsasında iddiaçının apardığı ölçmə işləri onun vəzifə funksiyalarına uyğun həyata keçirilməmişdir. Belə ki, Azərbaycan Milli İncənət Muzeyindən və Azərbaycan Qida Təhlükəsizliyi İnstiutundan daxil olmuş xx.xx.2019-cu il tarixli məktublar əsasında iddiaçı tərəfindən instrumental ölçmələr aparılaraq protokollar tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş həmin sınaq protokollarına məhkəmə araşdırması zamanı tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı mütəxəssis qismində iştirak edən X12 izahatında qeyd etmişdir ki, İddiaçılə birlikdə yoxlamalarda olmamışdır, iş yerlərinin attestasiyasının keçirilməsi Nazirlər Kabinetinin 38 saylı qərarı ilə tənzimlənir, iş yerlərinin attestasiyası müəssisə rəhbərliyinin əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. Azərbaycan Milli İncəsənət Muzeyi ilə bağlı 260 nömrəli protokolda səs-küyün ölçülməsi ilə bağlı Rusiya Federasiyasının standartlarına istinad edilmişdir və bu düzgün deyil. Həmin protokolda buraxıla bilən hədd 60 dBA göstərilmiş, digər eyni X3 isə buraxılabilən hədd 75 dBA olaraq göstərilmişdir. Həmçinin ölçmələr nəticəsində faktiki göstəricilər bütün nöqtələrdə eynidir. Yəni, 52-58 dBA qeyd edilib. Lakin ölçmələr aparılan zaman faktiki rəqəmlər göstərilməlidir. Digər 261 nömrəli protokolda titrəyiş amili ölçülmüşdür və yenə Qosta istinad edilmişdir. Həmin standartlarda isə standartların Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən müəssisələrə aid olduğu qeyd edilmişdir. Həmçinin bütün otaqlarda titrəyiş amili eyni qeyd edilmişdir. Həmçinin 244, 250 və 256 nömrəli protokollarla bağlı bildirmişdir ki, toz hissəciklərinin buraxılabilən həddi standartlarda 22-28 dərəcə olaraq qeyd edilmişdir, lakin iddiaçı özü protokollarda 22-24 dərəcə olaraq qeyd etmişdir. Birinci instansiya məhkəməsi qərarda sınaq protokollarda əks olunan məlumatların yoxlanılmasının, düzgün olub-olmaması istiqamətində araşdırmanın məhz bu sahənin mütəxəssisi tərəfindən aparıldığının sübut edilə bilinməməsini qeyd etsə də, iş materiallarında olan mütəxəssis Azər İsmayılovun işlədiyi Əməyin mühafizəsinə nəzarət şöbəsinin əsasnaməsindən və qulluq funksiyalarına dair dövlət reyestrindən əldə edilən məlumatdan görünür ki, Azər İsmayılovun qulluq funksiyaları iddiaçının qulluq funksiyaları ilə eynilik təşkil etmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan sınaq protokollarına dair aşağıdakıları qeyd edir. Azərbaycan Milli İncənət Muzeyində aparılmış instrumental ölçmə işləri ilə bağlı protokollara baxış keçirilərkən aşağıdakılar müəyyən edilmişdir.
1. 260 №-li protokol - ölçülən istehsalat amilinin adı: Səs-küy. İstinad olunmuş standartlar. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında AR Prezidentinin 2008-ci il tarixli 8 iyul tarixli Fərmanı, QOST 12.1.003-2014. Buraxıla bilən hədd 60dBA (Azərbaycan Qida Təhlükəsizliyi İnstiutunda isə buraxıla bilən hədd 75 dBA qeyd olunub); Bütün nöqtələrdə faktiki göstərici 46-58 dBA aralığı qeyd olunmuş, ölçmənin nəticəsinə uyğun olaraq konkret rəqəmlər göstərilməmişdir. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nda muzeylərdə BBH (buraxıla bilən hədd) və BBS (buraxıla bilən səviyyə) barədə norma göstərilməmişdir.
2. 261 №-li protokol - ölçülən istehsalat amilinin adı: Titrəyiş. İstinad olunmuş standartlar. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında AR Prezidentinin 2008-ci il tarixli 8 iyul tarixli Fərmanı, CH 2.2.4\2.1.8.562-96. CaHПuH 2.2.4.3359-16 (həmin standartlar Rusiya Federasiyasının ərazisində tətbiq olunan standartlardır). Protokolda faktiki göstəricilər bütün ölçmə nöqtələrində eyni, 42-44dB qeyd olunmuş, ölçmənin nəticəsinə uyğun olaraq konkret rəqəmlər göstərilməmişdir. Baxmayaraq ki, muzey binasının bir tərəfi intensiv avtomobil hərəkəti olan şossedir, binanın hər iki tərəfində və müxtəlif mərtəbələrdə olan otaqlarda titrəyiş normasının eyni olması ağlabatan hesab edilə bilməz.
3. 262 №-li protokol - ölçülən istehsalat amilinin adı: Toz. İstinad olunmuş standart (QOST 12.1.005-88. İş zonasının havasına olan ümumi sanitar-gigiyenik tələblər). Protokolda istehsalat tozunun buraxıla bilən həddinin 10 mq/m3 olduğu göstərilmişdir. (QOST-da isə belə bir rəqəm yoxdur). Bütün nöqtələrdə faktiki göstərici 0,05-0,08 mq\m3 aralığı qeyd olunmuş, ölçmənin nəticəsinə uyğun olaraq konkret rəqəmlər göstərilməmişdir. Protokolda zərərli kimyəvi maddələrin buraxıla bilən həddinin 2ci və 3-cü siniflər üçün 2 mq/m3 olduğu göstərilmiş, faktiki göstəricilərin isə 2-ci sinif üçün 2,8-4,5 mq/m3, 3-cü sinif üçün isə 6 mq/m3 olduğu göstərilmişdir. Yenə də bütün ölçmə nöqtələrində göstəricilər eynidir.
4. 263 №-li protokol - ölçülən istehsalat amilinin adı: Mikroiqlim. İstinad olunmuş standart (QOST 12.1.005-88. iş zonasının havasına olan ümumi sanitar-gigiyenik tələblər). Protokolda havanın temperaturunun buraxıla bilən həddinin 22-28 dərəcə aralığı olduğu göstərilmişdir. QOST-da isə buraxıla bilən həddinin 22-24 dərəcə aralığı olduğu göstərilmişdir. Cavabdehin gətirdiyi dəlil ondan ibarətdir ki, QOST-da ilin isti və soyuq dövrlərində, həmçinin işin yüngül, orta və ağır kateqoriyalarında buraxıla bilən hədd aralığı müxtəlifdir. Bununla yanaşı qeyd olunmalıdır ki, istinad olunmuş Standartın tələblərinə əsasən Mikroiqlimin ölçülməsi növbə ərzində 3 dəfədən az olmayaraq (növbənin əvvəli, ortası və axırı) ilin isti və soyuq aylarında aparılmalıdır. Ölçülən sahə 100 m2-ə qədər olduqda ölçmə nöqtələrinin sayı 4, 100 m2-dan çox olduqda ölçmə nöqtələrinin sayı 8, 400 m2-dan çox olduqda ölçmə nöqtələrinin sayı 10 olmalıdır. Havanın temperaturunun və sürətinin müxtəlifliyini ölçmək üçün döşəmə hündürlüyündən 0,1; 1,0; 1,7 metr məsafələrdə ölçmələr aparılmalıdır. Protokollara baxış zamanı belə bir ölçmələrin aparılmağına və rəqəmlərə rast gəlinmir.Həmin protokolda havanın nisbi rütubətinin buraxıla bilən həddinin 15-75 % olduğu, faktiki göstəricilərin isə 78-82 % olduğu, havanın hərəkətinin sürətinin buraxıla bilən həddinin 0,1-0,5 m\s olduğu, faktiki göstəricilərin isə 0,02 m\s olduğu göstərilmişdir (yenə də bütün ölçmə nöqtələrində göstəricilər eynidir). Nəzərə alsaq ki, muzey bir neçə mərtəbədən, o cümlədən zirzəmidən ibarətdir, belə olan halda bütün mərtəbələrdə ölçmə nöqtələrində faktiki göstəricilərin eyni olması ağlabatan deyildir.
5. 264 №-li protokol - ölçülən istehsalat amilinin adı: İşıqlanma (təbii və süni). İstinad olunmuş standartlar QOST P.55710-2013 (bu standart binaların daxilində olan iş yerlərinin süni işıqlanma həddini müəyyən edir) və CHиП 23-05-95 Rusiya Federasiyasının ərazisində tətbiq olunan standartlardır. Protokolda qeyd olunmuş normalara istinad olunmuş standartda rast gəlinmir. Bütün mərtəbələrdə yerləşən otaqlarda təbii və ümumi işıqlanmanın faktiki göstəricilərin eyni olduğu göstərilmişdir. Protokolda kombinə olunmuş işıqlanmanın normaları qeyd olunsa da, faktiki göstəricilər öz əksini tapmamışdır.
6. 265 №-li protokol - ölçülən istehsalat amilinin adı: RADİASİYA (ionlaşdırıcı şüalanma) İstinad olunmuş standartlar 423-İQ 30\12\1997; Cn 2.6.1-758-99 (HПB-99). SANPİN 2.6.1.2523-09 Rusiya Federasiyasının ərazisində tətbiq olunan standartdır.
7. 266 №-li protokol - ölçülən istehsalat amilinin adı: İonlaşmayan şüalanma. İstinad olunmuş standartlar QOST 12.1.045-84 Elektrostatik sahələri. (Bu standart yüksək gərginlikli daimi cərəyanla işləyən elektrik qurğularının yaratdığı elektrostatik sahələri əhatə edir); QOST 12.1.002-84 Sənaye tezlikli elektrik sahəsi (Bu standart 50 hers tezliki elektrik sahəsinin gərginliyinin buraxıla bilən həddini müəyyən edir); CaнПиH 2.2.4.1191- 03 Azərbaycan Qida Təhlükəsizliyi İnstitunda və Azərbaycan Milli İncənət Muzeyində aparılan ölçmələr zamanı eyni standartlara istinad olunsa da, protokolların birində EMS gərginliyinin (elektromaqnit sahəsi gərginliyi) BBH (buraxıla bilən hədd) 10 v\m, digərində isə 10\25 v\m göstərilmiş, faktiki göstəricilərin isə eyni olduğu göstərilmişdir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitunda aparılmış instrumental ölçmə işləri ilə bağlı protokollara baxış keçirilərkən aşağıdakılar müəyyən edilmişdir.
1. 242, 248, 254 №-li protokollar - ölçülən istehsalat amilinin adı: Səs-küy. İstinad olunmuş standartlar: “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında AR Prezidentinin 2008-ci il tarixli 8 iyul tarixli Fərmanı, QOST 12.1.003-2014. Buraxıla bilən hədd 75dBA. Azərbaycan Milli İncənət Muzeyində isə buraxıla bilən hədd 60 dBA qeyd olunub; Ölçmələrin müxtəlif yerlərdə (X6, X2, Milli Referans Laboratoriyası) aparıldığı göstərilsə də, bütün ölçmə nöqtələrində faktiki göstərici 52-58 dBA aralığı qeyd olunmuş, ölçmələrin nəticələrinə uyğun olaraq konkret rəqəmlər göstərilməmişdir. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nda muzeylərdə BBH (buraxıla bilən hədd) və BBS (buraxıla bilən səviyyə) barədə norma göstərilməmişdir
2. 243, 249, 255 №-li protokollar - ölçülən istehsalat amilinin adı: Toz. İstinad olunmuş standart (QOST 12.1.005-88. İş zonasının havasına olan ümumi sanitar-gigiyenik tələblər). Protokolda istehsalat tozunun buraxıla bilən həddinin 10 mq/m3 olduğu göstərilmişdir. Ölçmələrin müxtəlif yerlərdə (X6, X2, Milli Referans Laboratoriyası) aparıldığı göstərilsə də, bütün ölçmə nöqtələrində faktiki göstəricilərin 0,05-0,08 mq/m3 aralığı olduğu qeyd olunmuş, ölçmələrin nəticələrinə uyğun olaraq konkret rəqəmlər göstərilməmişdir.
3. 244, 250, 256 №-li protokollar - ölçülən istehsalat amilinin adı: Mikroiqlim. İstinad olunmuş standart (QOST 12.1.005-88. İş zonasının havasına olan ümumi sanitargigiyenik tələblər) Protokolda havanın temperaturunun buraxıla bilən həddinin 22-28 dərəcə aralığı olduğu göstərilmişdir. QOST-da isə buraxıla bilən həddinin 22-24 dərəcə aralığı olduğu göstərilmişdir. Cavabdehin gətirdiyi dəlil ondan ibarətdir ki, QOST-da ilin isti və soyuq dövrlərində, həmçinin işin yüngül, orta və ağır kateqoriyalarında buraxıla bilən hədd aralığı müxtəlifdir. Bununla yanaşı qeyd olunmalıdır ki, istinad olunmuş Standartın tələblərinə əsasən Mikroiqlimin ölçülməsi növbə ərzində 3 dəfədən az olmayaraq (növbənin əvvəli, ortası və axırı) ilin isti və soyuq aylarında aparılmalıdır. Ölçülən sahə 100 m2-ə qədər olduqda ölçmə nöqtələrinin sayı 4, 100 m2-dan çox olduqda ölçmə nöqtələrinin sayı 8, 400 m2-dan çox olduqda ölçmə nöqtələrinin sayı 10 olmalıdır. Havanın temperaturunun və sürətinin müxtəlifliyini ölçmək üçün döşəmə hündürlüyündən 0,1; 1,0; 1,7 metr məsafələrdə ölçmələr aparılmalıdır. Protokollara baxış zamanı belə bir ölçmələrin aparılmağına və rəqəmlərə rast gəlinmir. Protokolda iş yerlərində havanın hərəkətinin sürəti qrafaları doldurulmayıb.
4. 245, 251, 257 №-li protokollar - ölçülən istehsalat amilinin adı: İşıqlanma (təbii və süni). İstinad olunmuş standartlar QOST P.55710-2013 (bu standart binaların daxilində olan iş yerlərinin süni işıqlanma həddini müəyyən edir) və CHиП 23-05-95 Rusiya Federasiyasının ərazisində tətbiq olunan standartdır. Protokolda qeyd olunmuş normalara istinad olunmuş standartda rast gəlinmir.
5. 246, 252, 257 №-li protokollar - ölçülən istehsalat amilinin adı: RADİASİYA (ionlaşdırıcı şüalanma) İstinad olunmuş standartlar 423-İQ 30\12\1997, CП 2.6.1-758-99 (NPB-99). SANPİN 2.6.1.2523-09 Rusiya Federasiyasının ərazisində tətbiq olunan standartdır. Protokolda yol verilə bilən hədd göstərilməyib.
6. 247, 253, 259 №-li protokollar - ölçülən istehsalat amilinin adı: İonlaşmayan şüalanma). İstinad olunmuş standartlar QOST 12.1.045-84 Elektrostatik sahələri (Bu standart yüksək gərginlikli daimi cərəyanla işləyən elektrik qurğularının yaratdığı elektrostatik sahələri əhatə edir); QOST 12.1.002-84 Sənaye tezlikli elektrik sahəsi (Bu standart 50 hers tezlikli elektrik sahəsinin gərginliyinin buraxıla bilən həddini müəyyən edir); CaнПин 2.2.4.191-03 Protokollara baxış keçirilərkən müəyyən edilmişdir ki, bir sıra hallarda Rusiya Federasiyasının standartlarına istinad olunmuşdur. Həmin normativ-hüquqi sənədlərin preambula hissəsində standartların Rusiya Federasiyasının ərazisində tətbiq olunması barədə tələblər göstərilmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı şahid qismində iştirak edən X4 izahatında qeyd etmişdir ki, 2004-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləməyə başlamış, müxtəlif vaxtlarda Əməyin mühafizəsi şöbəsi laboratoriyasında məsləhətçi, Daxili nəzarət və informasiya şöbəsində baş əmək müfəttişi vəzifəsində işləmişdir. İş yerlərinin atestasiyası ilə bağlı müxtəlif vaxtlarda müxtəlif iş yerlərində instrumental ölçmə işləri aparmışdır. Ölçmə işlərinin aparılması üçün, yəni titrəyiş, səs-küy və s. amilin yoxlanılması üçün, fiziki, kimyəvi amilləri ölçmək üçün Azərbaycan Respublikasının hər hansı bir qanunvericilik norması yaxud təlimatı mövcud deyildir. Ona görə də məcbur olub Rusiya Federasiyasının təlimatlarından, ədəbiyyatlarından istifadə edilir. Sırf qeyd edilən amilləri yoxlamaq üçün hər ölkənin mikroiqliminə uyğun təlimatlar olur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, əgər ölçmə işlərinin aparılacağı məkanda otaq sayı çoxdursa hər bir otaq üzrə ölçmə işləri ayrı-ayrılıqda aparılır və protokollarda dəqiq qeyd edilir. Hər bir iş yerinə uyğun sanitar normalar olur. Həmçinin ayrı-ayrı müəssisələrdə buraxılabilən hədd normativlər üzrə fərqli ola bilər. Eyni normativ sənədə istinad olunsa belə bu hədd dəyişə bilər. Beləliklə, iş üzrə aparılmış məhkəmə araşdırmaları zamanı iş materiallarında olan sənədlər əsasında və məhkəmə iclasında iştirak edən tərəflərin verdikləri izahatlar nəticəsində məhkəmə kollegiyasının gəldiyi qənaət ondan ibarət olmuşdur ki, sözügedən iş yerlərində instrumental ölçmə işlərini iddiaçı qulluq funksiyalarına uyğun tam həyata keçirməmişdir. Belə ki, yuxarıda sadalandığı kimi protokollara baxışdan da aydın olur ki, bəzi protokollarda müxtəlif sahələrdə ölçmələr eyni göstəricilərlə ifadə edilmiş, sahələr üzrə fərqləndirilməmiş, buraxıla bilən hədlərdə fərqlilik müəyyən edilir, bir sıra hallarda Rusiya Federasiyasının standartlarına istinad edilmişdir. Apellyasiya baxışı zamanı verdiyi izahatında da iddiaçı ölçmə işlərini səthi apardığını, ölçmələrin müəssislərin yalnız 20 faizini əhatə etdiyini etiraf etmişdir. Bununla da iddiaçı tərəfindən “Dövlət qulluğu haqqında” Qanunun 18.0.1,18.0.2 və 18.0.5-ci maddələrinin tələblərinə əməl edilməməsi müəyyən edilir. Beləliklə, xx.xx.2020-ci il tarixli əmrin qəbul edilməsi zamanı inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. Yekun olaraq, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-190/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və ödənilməmiş məvacibin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Mirzə Tağızadə Günel Abbasova