Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2755/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı “lisenziyanın ləğvi qərarının ləğvi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8257/2021 saylı 30.08.2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 27 may 2021-ci il tarixli 85 saylı qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8257/2021 saylı 30.08.2021-ci il tarixli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.(hakim: H.Ağalarov) Həmin qərardaddan iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə işin ərazi aidiyyəti üzrə göndərilməsi zamanı yanlışlığa yol verərək yanlış prosessual hüquq normasını tətbiq etmiş və tətbiq edilməli olan prosessual hüquq normasını tətbiq etməmişdir. İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddənin məzmunundan da göründüyü kimi mübahisənin predmeti daşınmaz əmlakla bağlı olduğu halda iş həmin əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. lakin hazırki mübahisədə olan hüquq münasibətlərini və iddianın predmetini hər hansı daşınmaz əmlak ehtiva etmir və hazırki mübahisədə hüquq münasibətlərini və iddianın predmetini inzibati aktın ləğv edilməsi təşkil edir. Qeyd edilməsi zəruridir ki, hazırki iddia növünü mübahisələndirmə haqqında iddia təşkil etdiyindən və iddianın predmeti inzibati aktın ləğvi tələbi olduğundan hazırki işdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsi tətbiq edilməlidir. Həmin maddəyə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Əlavə olaraq nəzərə çatdırmaq istəyir ki, hazırki işin mahiyyətini yerin təkindən istifadə hüququ verən lisenziyanın ləğvi təşkil etmir, hazırki işdə mübahisə predmetini və işin mahiyyətini yerin təkindən istifadəyə hüquq verən xüsusi razılığın (icazənin) ləğv edilməsinə dair qəbul edilmiş qərar yəni inzibati akt təşkil edir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş 27 may 2021-ci il tarixli 85 saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi inzibati işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsini qərar almış və işin hallarından müəyyən etmişdir ki, cavabdeh orqan tərəfindən verilmiş lisenziya əsasında iddiaçı Quba rayon ərazisində “Talıbqışlaq” qum-çınqıl yatağında qum-çınqıl hasilatı ilə məşğul olmuş, daha sonra cavabdeh tərəfindən lisenziya ləğv edilmişdir. Mübahisə də məhz, yerin təkindən istifadə hüququ verən lisenziyanın ləğvi ilə əlaqədardır. Buna görə də, hazırkı iddia tələbinə baxılması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsində göstərilən aidiyyətin təsir dairəsinə düşür. Ona görə də, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə Sumqayıt İnzibati Məhkəməsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İşdən də göründüyü kimi hazırkı mübahisənin predmetini inzibati aktın ləğv edilməsi təşkil edir. Göründüyü kimi hazırkı iddia mübahisələndirmə iddia növünə aiddir Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia növünü mübahisələndirmə haqqında iddia təşkil etdiyindən və iddianın predmeti inzibati aktın ləğvi tələbi olduğundan hazırki işdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsi tətbiq edilməlidir. Belə ki, həmin maddəyə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İşdən görünür ki, cavabdeh inzibati orqanın yerləşdiyi yerin ünvanı ünvan 1azi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə cavabdehin yerləşdiyi yer üzrə Bakı İnzibati Məhkəməsi olduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu hallarda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin göstərilən qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv olunmalı və iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.7.2, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8257/2021 saylı 30.08.2021-ci il tarixli qərardadı ləğv edilsin və iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2755/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2755/2021
23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver