Məhkəmə qərarları › İş №2-1(103)-2755/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2755/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2755/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı "diplom üzrə aldığı ixtisasın tanınması və şəhadətnamənin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9981/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş Apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X2rşı X5 Universiteti tərəfindən verilmiş THTU 000603 nömrəli, xx.xx.2021-ci il tarixli bakalavr diplomu üzrə ali təhsil sahəsində aldığı ixtisasın ölkə ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9981/2022 saylı, 19 iyul 2022-ci il tarixli qərardadı ilə inzibati işin baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim: M.Qarayeva) İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, O konstitutsion hüquqlarından istifadə edərək, qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin məhkəmə onun qeydiyyat ünvanına əsaslanaraq, işə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qabul etmişdir. Bununla da, onun məhkəmədə müdafiə təminat hüququ pozulmuşdur. Belə ki, iş üzrə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentlik Bakı Şəhərində yerləşir. Həmçinin o ünvan 2 ünvanda rəsmi qeydiyyatda olsa da, iddia ərizəsində göstərildiyi və məhkəmənin hazırlıq baxışında tərəfindən bildirildiyi kimi, faktiki ünvanı ünvan 3ddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Həmin normanın 9 iyul 2021-ci il tarixdə əlavə edilmiş 4-cü cümlədə göstərilir ki, Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyat qaydaları macburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırda işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəfindən cavabdeh Təhsildə X2rşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur və cavabdehin yerləşdiyi yer Bakı şəhəri, Q.Qarayev prospekti 2B (Bakı Texniki Kollecinin inzibati binası) ünvandir. Göründüyü kimi, məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq norması pozularaq, inzibati orqanın yerləşdiyi yer üzrə baxılmalı işini səhv təsvir edib, onun qeydiyyatda olduğu məhkəmənin yurisdiksiyasına aid olduğunu hesab etmişdir. Göstərilənlərə əsasən, həmin qarardad qanunsuz va əsassız olduğundan, maddi va prosessual normaları pozmaqla qəbul edildiyindən ləğv olunmalı və iddianın Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9981/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadını ləğv edərək, tərəfindən verilmiş iddia ərizəsinin Bakı İnzibati Məhkəməsində baxılmasının mümkün hesab edilməsi barədə qərardad çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia ərizəsinin Bakı İnzibati Məhkəməsində baxılmasının mümkün hesab edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaçının apellyasiya şikayəti ilə razılaşmadığını, Şirvan İnzibati Məhkəməsində baxılmalı olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 2.2.2ci və 2.2.3-cü maddələrinin tələblərindən görünür ki, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), eləcə də inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsi tələbinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) - inzibati məhkəmə icraatı qaydasında baxılır İddiaçının iddia tələbindən göründüyü kimi, X5 Universiteti tərəfindən verilmiş THTU 000603 nömrəli, xx.xx.2021-ci il tarixli bakalavr diplomu üzrə ali təhsil sahəsində aldığı ixtisasın ölkə ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən tələb etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə müvafiq olaraq fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi üzrə götürülən məlumatlara əsasən onun qeydiyyatı Şalyan şəhəri, A. Ağazadə küçəsi, ev 18 D-3 ünvanındadır. Belə olan halda, İPM-in qeyd olunan 8.1.2-ci maddəsinin tələbi baxımından hazırkı mübahisəyə Salyan şəhərinin aid olduğu inzibati məhkəmə tərəfindən baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinin tələbinə əsasən inzibati-iqtisadi məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri və ya azad iqtisadi zonalar üzrə təşkil edilir. İnzibati-iqtisadi məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Salyan şəhəri Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid ərazi vahididir (b.19.5.) Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9981/2022 saylı, 19 iyul 2022-ci il tarixli qərardadı ilə işin ərazi adiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi prosessual qanunvericiliyin tələblərinə uyğundur. İPM-in 8.2-ci maddəsi də məhz, nəzərdə tutur ki, ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının ləğvini tələb edən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9981/2022 saylı, 19 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 8, 80, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9981/2022 saylı, 19 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar