Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2756/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon icra hakimiyyətinə qarşı (üçüncü şəxs X9) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X6 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı vəkili (nümayəndəsi) Vəkil3 və üçüncü şəxs X5 vəkili (nümayəndəsi) X12 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon icra hakimiyyətinə qarşı (üçüncü şəxs X9) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2-1(112)-7099/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 220 saylı sərəncamının surətinə görə iddiaçıya məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud köşkün rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə verilmişdir.
2. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2022-ci il tarixli BA-01935-2022 nömrəli və xx.xx.2022-ci il tarixli BA-03299-2022 nömrəli məktublarla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 220 nömrəli sərəncamından görünür ki, X3 məxsus ünvan 1 ünvanında yerləşən mövcud tikilinin rekonstruksiya edilib ticarət obyekti kimi istifadə edilməsinə icazə verilmişdir.
3. Hazırkı iş üzrə üçüncü şəxs X9 mərhum X2 qanun üzrə vərəsəsidir.
4. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məktublarda göstərilmişdir ki, İcra Hakimiyyətinin 2007-ci ilə aid sərəncamları Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən hər iki şəxsin adına Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 220 saylı sərəncamlarla bağlı məlumat vermək mümkün deyil. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında mövcud olan xx.xx.2007-ci il tarixli 220 saylı sərəncam isə X4 ilə əlaqədardır, İddiaçı ilə əlaqədar belə bir sərəncam mövcud deyildir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdehə qarşı ünvan 1 ünvanda olan köşkün X4 tərəfindən rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə verməsinə dair Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 220 nömrəli sərəncamın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda onun evinin qarşısında yerləşən qeyri-yaşayış sahəsi (köşk) ona məxsusdur. Həmin köşkün rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına dair sərəncam verilməsi üçün 2007-ci ilin mart ayında Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti xx.xx.2007ci il tarixli, 220 nömrəli sərəncamı ilə ona məxsus ünvan 1 ünvanda yerləşən köşkün rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə vermişdir. O, da həmin vaxtdan köşkü rekonstruksiya edib ticarət obyekti kimi istifadə etmişdir. Lakin hazırda ona məlum olur ki, eyni tarixli, eyni nömrəli sərəncamla, yəni Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 220 nömrəli sərəncamı ilə ona məxsus evin qarşında - ünvan 1 ünvanda olan köşkün Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 6, mənzil 12-də yaşayan X4 tərəfindən də rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə verilmişdir. Həmin sərəncam qanunsuzdur, etibarsızdır, ona məxsus ticarət köşkünə eyni tarixdə həm ona, həm də Süleyman Məmmədova sərəncam verilə bilməz, Süleyman Məmmədov köşkün sahibi olmayıb. O, köşkü Süleymana icarəyə verib Rusiyaya getmiş, qayıdanda görmüşdür ki, Süleyman köşkü başqa şəxslərə vermişdir. Odur ki, köşkü onun icarəsindən almış, həmin vaxtdan da Süleyman köşkə gəlməmiş, onunla əlaqələri kəsilmişdir. S.Məmmədov xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bundan sonra onun arvadı X9 özünü vərəsə kimi tanıtmış, qeyd edilən sərəncamı çıxarıb ona qarşı iddia tələbi irəli sürmüşdür. Köşkü özü inşa etdirmişdir, bu köşk ona məxsus olmuşdur. İcra Hakimiyyəti köşkün rekonstruksiya edilməsi barədə ona sərəncam verdiyi halda, köşkə aid olmayan, köşklə heç bir bağlılığı olmayan şəxsə də eyni tarixli və eyni nömrəli sərəncam verməsi həmin sərəncamın etibarsızlığına səbəb olur.
7. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin yazılı etirazı daxil olmamış, məhkəmə iclasında iştirak edən nümayəndəsi (X13) iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, mübahisələndirilən köşk Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamına əsasən vətəndaş X3 məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır. Həmin sərəncam qanunvericiliyin tələblərinə uyğun verilmişdir, etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud köşkünün rekonstruksiya edib ticarət obyekti kimi istifadə olunmasına icazə verilməsi barədə Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin eyni tarixli və eyni nömrəli - xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamı isə mövcud deyildir, belə bir sərəncam imzalanmamışdır. İddia tələbi əsassızdır.
8. Birinci instansiya məhkəməsində işə baxılarkən üçüncü şəxs X5 nümayəndəsi (Vəkil1)11 avqust 1987-ci ildə X4 ilə rəsmi nikaha daxil olmuş və onlara nikahlarının rəsmiləşdirilməsinə dair xx.xx.1987- ci il tarixli Nikah haqqında şəhadətnamə verilmişdir. ünvan 4 ünvanda yerləşən tikinti Süleyman Məmmədova məxsus olmuş və həmin tikinti onun tərəfindən rekonstruksiya edilərək, həmin sahə ticarət obyekti kimi istifadə edilməsi qərara alınmış və bununla bağlı onun tərəfindən 2007-ci ildə Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyətinə rəsmi qaydada müraciət olunmuşdur. Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamına əsasən, Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 6, mənzil 12-də yaşayan vətəndaş X3 məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır. X4 həmin ticarət obyektində fəaliyyət göstəməyə başlamış və bununla bağlı xx.xx.2009-cu ildə onun adına Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmış, bu barədə arayış verilmiş (VÖEN **********). kökdə nəzarət kassa aparatı quraşdırılmışdır. xx.xx.2019-cu ildə o, vəfat etmiş və ticarət obyekti nəzarətsiz qalmışdır. Mağazada fəaliyyət dayandırılmış və qapısı açarla bağlanmışdır. X11 tərəfindən vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət olunmuş və adı çəkilən əmlak da miras kütləsinə daxil edilmişdir. Həmin əmlakın özəlləşdirilməsi ilə bağlı müvafiq sənədləşmə işləri aparılarkən məlum olmuşdur ki, İddiaçı əmlakın qapısını qırmış, əmlaka yiyələnərək orada olan Gülnarə Məmmədovanın ailəsinə məxsus əşyaları götürüb aparmış və özünə məxsus əşyaları yerləşdirərək orada özünün tanışları vasitəsi ilə fəaliyyət göstərməyə başlamışdır.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7099/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia rədd edilmişdir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
a. Apellyasiya şikayətinin dəlilləri b.
11. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, cavabdehin eyni gündə iki sərəncamının verilməsini müəyyən etmək üçün əmrlərın qeydiyyatı kitabını gətirməmiş və əmrin kimə verildiyini müəyyən etməmişdir. Məhkəmə yalnız arxiv idarəsinə sorğu vermişdir. Bundan başqa ümumi qəbul edilmiş qayda ondan ibarət olmuşdur ki, icra hakimiyyətləri əmrlərə gerbli möhür vurmamışlar, bu gün də vurmurlar. Lakin, hazırkı işdə gerbli möhürdən istifadə edilməsini cavabdehin nümayəndəsi heç nə ilə izah edə bilməmişdir. Məhkəmə araşdırmamışdır ki, möhürdə soyadı yazılmış şəxs həmin vaxt Xəzər Rayon İcra Hakimi olmuşdur ya yox. Həmin icra başçısının digər imzaları ilə hazırkı qərardakı imzaları uyğun gəlir ya yox. Əgər həqiqətən sərəncam Süyeman Məmmədovun adına idisə nə üçün bu müdddət ərzində ondan istifadə etməməməsi və özgəsinin istifadəsinə heç bir pretenziya bildirməməsinə aydınlıq gətirməmişdir. Həmin ticarət köşkü birbaşa iddiaçının evinin qarşısıdır və bütün müddət ərzində də iddiaçı tərəfindən istifadə edilmişdir. S.Məmmədovun yoldaşının mümayəndəsi bildirmişdir ki, guya ki həmin köşkdən nə vaxtsa istifadə etmişdir. Lakin, nə vaxtsa işıqdan, sudan istifadə, bəldiyyə ödənişi, VÖEN ödənişləri və əs tələb edilsə də məhkəmə bu məsələlərin heç birinə aydınlıq gətirməmişdir. Məhkəmə saxtalaşdırılmış əmrlə bağlı ekspertiza təyin etməmiş, köşkün kim tikdiyini və S.Məmmədovun və ya həyat yoldaşının orada işləyib-işləmədiyini araşdırmamış, nəticə etibarı ilə qanunsuz qərar qəbul etmişdir.
b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və K.H.Əkbərov) 03 avqust 2023-cü il tarixli, 2- 1(103)-1746/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7099/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT VƏ GÖSTƏRİŞLƏR
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-196/2024 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2-1(103)- 1746/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
İddianın mümkünlüyü ilə bağlı qeydlər: “25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın mümkünlüyünü (subyektiv hüququn mövcudluğunu) hərtərəfli araşdırmadan işə mahiyyəti üzrə baxıb qərar qəbul etmişdir...
16. Apellyasiya instansiyası məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi hallar sübuta yetirilərsə (iddiaçının adına olan sərəncamın isə arxiv nüsxəsi aşkar edilməməsi, həmin sərəncam həqiqi və mötəbər sənəd kimi qəbul edilməməsi) bu, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması ilə nəticələnə bildiyindən, hazırkı iddianın rədd edilməsi üçün deyil, mümkün sayılmaması üçün əsas təşkil edə bilər. Çünki, iddiaçının adına olan mötəbər sərəncam yoxdursa, bu halda onun üçüncü şəxsin sərəncamını mübahisələndirmək hüququ da olmayacaqdır...”
İddiaçının hüquqi marağına uyğun iddia tələbinin qaldırılmasında yardım edilməməsi “33. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı hüquqi marağına uyğun olmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi sərəncamın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində göstərilən əsaslara görə etibarsız hesab edilməsi işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunmur. Əslində, iddiaçının hüquqi marağı cavabdehin sərəncamının qanuniliyini mübahisələndirməyə yönəlmişdir ki, bu da onun mübahisələndirmə haqqında iddia qaldırmalı olması mənasına gəlir. Hətta, cavabdehin iddiaçının iddia etdiyi kimi sonradan geri tarixli sərəncam verməsi belə, həmin sərəncamın etibarsızlığının deyil, qanunsuzluğunun əsası kimi çıxış edə bilər...”
İşin hallarının hərtərəfli araşdırılmaması
a) sərəncamın mövcudluğu ilə bağlı hərtərəfli araşdırmanın aparılmaması “36. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının adına olan sərəncamın əslini tələb edib tədqiq etməli, həmin sənədin mötəbərliyinin müəyyən edilməsi üçün tam və hərtərəfli araşdırma aparmalı, zərurət olarsa, həmin sərəncamdakı imzanın və möhürün həqiqiliyinin, həmçinin sənədin hansı ildə tərtib olunmasının müəyyən edilməsi üçün müvafiq ekspertiza keçirilməsi məsələsini də müzakirə etməlidir. b) işin ziddiyyətli hallarına hərtərəfli qiymət verilməməsi
17. Yuxarıda qeyd edilənlərə əsasən, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi nəzərə almalıdır ki, əgər qeyri-yaşayış sahəsinə dair iddiaçının adına mötəbər hüquqmüəyyənedici sənəd olubsa, yəni iddiaçının həqiqətən sərəncamı mövcud olubsa, bu halda üçüncü şəxsin ərinin - X2 adına olan sərəncamın qanunsuzluğunu mübahisələndirmək hüququ yaranır (yəni, subyektiv hüququ mövcud olur). Bundan sonra, yuxarıda qeyd edildiyi kimi, iddiaçıya düzgün iddia tələbi ilə məhkəməyə müraciət etməkdə yardım edilməlidir.”
Tərəflərin iştirakı:
18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək onun dəlilərinə uyğun izahat verərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mübahisələndirilən sərəncamın ləğv edilməsi xahiş etmiş, sərəncamdan xəbərləri olmadığından iddia müddətinin buraxılmadığını bildirmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) iddiaçının sərəncamının arxiv kökünün olmadığını, saxta olduğunu bildirərək iddiasının mümkün hesab edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kolegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarı: “MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.”
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarı
MƏHKƏMƏNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
24. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırmaq üçün aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. İddiaçı iddia tələbi ünvan 1 ünvanda olan köşkün X4 tərəfindən də rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə verməsinə dair Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 220 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə olmuşdur.
26. Məhkəmə kollegiyasının İPM-in 13-cü maddəsinə əsasən göstərdiyi hüquqi yardımına uyğun olaraq iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “ünvan 1 ünvanda olan köşkün X4 tərəfindən də rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə verməsinə dair Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 220 nömrəli sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
27. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir.
28. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar.
30. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən “subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir”.
31. İddiaçının hazırkı iş üzrə tələbi üçüncü şəxsin xeyrinə verilmiş sərəncamın ləğv edilməsi ilə bağlıdır.
32. İddiaçı hazırkı iddia tələbini onunla əsaslandırır ki, qeyri-yaşayış sahəsinə dair onun adına sərəncam olduğu halda, cavabdeh həmin qeyri-yaşayış sahəsinə dair sonradan üçüncü şəxsin ərinin (X2) adına eyni tarixli, eyni nömrəli sərəncam vermişdir.
33. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası qeyd edir ki, hazırki işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur.
34. İddiaçı tərəfindən Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı sərəncamının (İddiaçı barəsində) surəti məhkəməyə təqdim edilsə də, belə bir sərəncamın mövcud olması barədə heç bir sübut təqdim edilməmişdir.
35. Məhkəmələr tərəfindən aparılmış inzibati icraat zamanı cavabdeh Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məktublarda bildirilmişdir ki, İcra Hakimiyyətinin 2007ci ilə aid sərəncamları Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən hər iki şəxsin adına Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2007ci il tarixli, 220 saylı sərəncamlarla bağlı məlumat vermək mümkün olmamış, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında mövcud olan xx.xx.2007-ci il tarixli 220 saylı sərəncam isə X4 ilə əlaqədardır, İddiaçı ilə əlaqədar belə bir sərəncam mövcud deyildir.
36. Həmçinin, cavabdehin nümayəndəsi də məhkəmə iclasında (iş v.116) iddiaçının adına sərəncamın olmadığını, üçüncü şəxsin adına olan sərəncamın mötəbər olduğunu bildirmişdir.
37. Bundan əlavə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2022-ci il tarixli BA-01935-2022 nömrəli və xx.xx.2022-ci il tarixli BA-03299-2022 nömrəli məktublarla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 220 nömrəli sərəncamından görünür ki, X3 məxsus ünvan 1 ünvanında yerləşən mövcud tikilinin rekonstruksiya edilib ticarət obyekti kimi istifadə edilməsinə icazə verilmişdir.
38. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-196/2024 saylı qərarındakı göstərişinə uyğun olaraq iddiaçının adına olan sərəncamın mötəbərliyinin müəyyən edilməsi üçün tam və hərtərəfli araşdırma apararaq sərəncamın əslini tələb etsə də, iddiaçının təqdim etdiyi, onun öz adına olan sərəncamın arxiv nüsxəsi aşkar edilmədiyindən, həm də iddiaçının nümayəndəsi tərəfindən əsli məhkəməyə təqdim olunmadığından, həmin sərəncam həqiqi və mötəbər sənəd kimi qəbul edilə bilməz. Əsli və arxiv nüsxəsi mövcud olmadığından həmin sərəncamın saxtalığı ilə bağlı ekspertiza təyin olunması zərurəti də aradan qalxır.
39. Həmçinin də nəzərə alınmalıdır ki, qeyri-yaşayış sahəsinə dair iddiaçının adına mötəbər hüquqmüəyyənedici sənəd olmadığından onun həmin daşınmaz əmlaka dair müvafiq tələblə bağlı hər hansı subyektiv hüququ mövcud olmadığından iş materiallarında olan (iş v.57) xx.xx.2008-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizənin, üçüncü şəxsin cavabdehə və digər inzibati orqanlara ünvanlandığı ərizələrin (iş v.58-59), xx.xx.2008-ci il tarixli etibarnamənin, “Cinayət işinin rədd edilməsi haqqında” Qərarında qeyd edilən halların, yəni 2008-ci ildə sözügedən qeyri-yaşayış sahəsinin həmin şəxsin adına keçirilməsi üçün iddiaçının etibarnamə və onun adından arvadının razılıq ərizəsi verməsinin hansı zərurətdən irəli gəlməsi kimi məsələlərin araşdırması iddiaçıya inzibati aktı mübahisələndirmək hüququ vermir. Çünki iddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
40. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən istinad etdiyi hallar sübuta yetirilsə də (iddiaçının adına olan sərəncamın isə arxiv nüsxəsi aşkar edilməməsi, həmin sərəncamın həqiqi və mötəbər sənəd kimi qəbul edilməməsi), iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması əsasları mövcud olduğu halda, prosessual pozuntuya yol verərək, iddianın mümkünlüyünə dair dəlillərə istinad etməklə, iddianın mahiyyəti üzrə qərar qəbul etmişdir.
41. Digər bir tərəfdən aydındır ki, iddiaçının mübahisələndirdiyi inzibati akt 2007-ci il tarixlidir. Odur ki, iddia tələb olunan 2-ci xüsusi mümkünlük şərtinə - iddia qaldırmaq müddətinə də cavab vermir.
42. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, “mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür.
43. Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmə mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməlidir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
44. Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdı. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”.Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarına görə iddiaçı tələbində inzibati aktın etibarsızlığını mübahisələndirsə də, əslində iddia mübahisələndirmə haqqında iddia növü olduğuna görə iddianın mümkünlük şərtlərindən biri olan iddia müddəti yoxlanılmalıdır.
45. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir.
46. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
47. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur.
48. Beləliklə, məhkəmə kollegiyası araşdırma nəticəsində belə bir qənaətə gəlir ki, hazırki iş üzrə iddiaçı cavabdeh orqanın 2007-ci il tarixli sərəncamının mübahisələndirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik olmamaqla yanaşı həmçinin iddia müddətini də ötürmüşdür.
49. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
50. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 38.1, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 15 yanvar 2022-ci il tarixli, 2-1(112)-7099/2022 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Günel Abbasova Rəşid Səmədov