Məhkəmə qərarları › İş №2-1(103)-2757/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2757/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2757/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair inzibati iş Açar söz: məcburi köçkün statusunun verilməsi Giriş hissə: X1 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi, iddiaçıların nümayəndəsi Qanuni nümayəndə1, iddiaçıların vəkili X2 iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 qanuni nümayəndələri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5681/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarındakı doğum haqqında şəhadətnamələrin surətinə əsasən İddiaçı1 xx xxxxxxxx 2005-ci ildə, İddiaçı2 xx xxxxx 2008-ci ildə Bakı şəhərində doğulmuşlar. Ataları Qanuni nümayəndə1, anaları Qanuni nümayəndə2dır.

2. İddiaçıların atası Qanuni nümayəndə1 şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, ünvan 1i ünvanında qeydiyyatdadır. Ona məxsus seriya AA, 188366 nömrəli, xx.xx.2008-ci il tarixli məcburi köçkün vəsiqəsinin surətinə əsasən Qanuni nümayəndə1 1993-cü ildə Ağdam rayonundan məcburi köçkündür.

3. İddiaçıların anası Qanuni nümayəndə2 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o Cəbrayıl rayonunda anadan olmuşdur, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır.

4. İddiaçıların atası övladların məcburi köçkün statusu və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin Qanuni nümayəndə1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01/295 nömrəli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”-ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildirilmişdir ki, həyat yoldaşı Qanuni nümayəndə2 daimi qeydiyyatı ünvan 3 ünvanında olduğu üçün istəyin müsbət həlli Komitənin imkanı xaricindədir.

5. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı XTMKTB-nin 149 saylı Mənzil Kommunal İstismar Sahəsinin 307 nömrəli, xx.xx.2022-ci il tarixli Qanuni nümayəndə1 verilmiş arayışına əsasən o, Ağdam rayonundan məcburi köçkün düşüb və 149 saylı MKİS-in ərazisində ünvan 4 ünvanında müvəqqəti məskunlaşıb. Ailə tərkibi: özü, qızı – İddiaçı1, oğlu – İddiaçı2dur.

6. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Ağdam Rayon İcra Hakimiyyətinin 02/373 nömrəli, 05 aprel 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş Qanuni nümayəndə2 2003-cü ildən Ağdam rayonunun Şotlanlı kənd sakini Qanuni nümayəndə1 ilə ailə həyatı qurmuşdur. xx.xx.1980-ci il təvəllüdlü Qanuni nümayəndə2 1993-1999-cu illər ərzində Ağdam rayonunu Nəmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şotlanlı kəndində qeydiyyatda olmamış, vahid aylıq müavinət almamışdır.

7. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Cəbrayıl Rayon İcra Hakimiyyətinin 596 nömrəli, 23 may 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Qanuni nümayəndə2 Cəbrayıl rayonunda doğulmağına baxmayaraq rayonun ərazisi erməni təcavüzkarları tərəfindən işğal edildiyi vaxta (23 avqust 1993-cü il) qədər rayonda daimi qeydiyyata alınmamışdır. Bu səbəbdən Azərbaycan Respublikasının Qaçqınların və Məcburi köçkünlərin statusu haqqında Qanuna uyğun olaraq ona məcburi köçkünlük statusu şamil edilməmişdir. Qanuni nümayəndə2 məcburi köçkünlük statusu olmadığından ona 1993-1999-cu illər ərzində məcburi köçkün kimi aylıq müavinət pulu verilməmişdir. Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı2 və İddiaçı1 qanuni nümayəndələri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə iddia tələbini dəqiqləşdirərək xx.xx.2005-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər, ərizə icraata qəbul edilmişdir.

9. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusuna malikdirlər və ünvan 5 ünvanında yaşayırlar. Məcburi köçkün olaraq bütün imtiyazlardan formal olaraq istifadə etmək hüququna malikdirlər. Sözügedən hüquqlarından yararlanmaq məqsədi ilə məcburi köçkün statusunu təsdiq edən vəsiqələrin verilməsi ilə əlaqədar cavabdehə müraciət edilmiş, lakin cavabdehin 01/295 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün statusu” və onu təsdiq edən vəsiqənin verilməsinə dair “Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərin atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. İnzibati orqanın imtinası əsassız və qanunsuzdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Cavabdehtərəfindən İddiaçı1 və İddiaçı2 adına verilmiş xx.xx.2008-ci il tarixli AA№188366 nömrəli vəsiqədən görünür ki, 1993-cü il tarixdə ataları Qanuni nümayəndə1 Ağdam rayonundan məcburi köçkün düşmə faktı təsdiqlənir. Onun və yoldaşı Qanuni nümayəndə2 övladları - İddiaçı1 və İddiaçı2 himayəçiliyini həyata keçirdiklərindən məcburi köçkün olaraq imtiyazlardan istifadə edə bilməmələrinə maneələrin yaradılması həm onların, həm də övladlarının hüquqlarını pozur. Həmçinin qeyd edilir ki, Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Tərtər rayon şöbəsində İddiaçı1 və İddiaçı2 məcburi köçkün kimi qeydiyyatdadırlar. Təəssüflər olsun ki, cavabdeh iddia ərizəsində qeyd edilmiş bu halları araşdırmadan tez-tələsik qərar vermiş və haqsız olaraq imtina vermişdir.

10. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim edərək iddiaçılar İddiaçı1 və İddiaçı2 müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı1 atası Qanuni nümayəndə1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq ünvan 6i ünvanında yaşayış yeri üzrə qeydiyyatda olsa da, İddiaçı1 anası Qanuni nümayəndə2 ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq bildirilir ki, Qanuni nümayəndə2 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. İddiaçı1 anası Qanuni nümayəndə2 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və “Bakı şəhəri, Səbail rayonu” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6- cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6- cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Bildirilir ki, xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı Komitəyə heç bir müraciət daxil olmamışdır. İddiaçı2 ilə bağlı Qaydalarda məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün müəyyənləşdirilmiş sənəd toplusu ilə Komitəyə müraciət edilmədiyindən və Komitə tərəfindən İddiaçı2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsinin verilməsi ilə əlaqədar heç bir imtina cavabı təqdim edilməmişdir. 11 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5681/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim Mehriban Qarayeva) iddia tələbi təmin edilməmişdir.

12. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı1 münasibətdə məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.

13. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, azyaşlı İddiaçı1 atası Qanuni nümayəndə1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq ünvan 6i ünvanında yaşayış yeri üzrə qeydiyyatda olsa da, anası Qanuni nümayəndə2 ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatda oldugundan, məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik olmadıgından azyaşlıya “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Məhkəmə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələbini nəzərə alaraq və işin faktiki hallarını araşdıraraq hesab etmişdir ki, iddiaçılar azyaşlı övladlarına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan zəruri faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiklərindən övladlarına məcburi köçkün statusu verilməsindən imtina edilməsi iddiaçıların hüquqlarının pozulmasına səbəb olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı qərardan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-5681/2022 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar məcburi köçkün olaraq bütün imtiyazlardan formal olaraq istifadə etmək hüququna malikdirlər. Sözügedən hüquqlarından yararlanmaq məqsədi ilə məcburi köçkün statusunu təsdiq edən vəsiqələrin verilməsi ilə əlaqədar cavabdehə müraciət edilmiş, lakin cavabdehin 01/295 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün statusu” və onu təsdiq edən vəsiqənin verilməsinə dair “Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərin atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. İnzibati orqanın imtinası əsassız və qanunsuzdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Cavabdehtərəfindən İddiaçı1 və İddiaçı2 adına verilmiş xx.xx.2008-ci il tarixli AA№188366 nömrəli vəsiqədən görünür ki, 1993-cü il tarixdə ataları Qanuni nümayəndə1 Ağdam rayonundan məcburi köçkün düşmə faktı təsdiqlənir. Onun və yoldaşı Qanuni nümayəndə2 övladları - İddiaçı1 və İddiaçı2 himayəçiliyini həyata keçirdiklərindən məcburi köçkün olaraq imtiyazlardan istifadə edə bilməmələrinə maneələrin yaradılması həm onların, həm də övladlarının hüquqlarını pozur. Həmçinin qeyd edilir ki, Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Tərtər rayon şöbəsində İddiaçı1 və İddiaçı2 məcburi köçkün kimi qeydiyyatdadırlar.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. İddiaçıların nümayəndəsi Qanuni nümayəndə1 və iddiaçıların vəkili X5 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.

17. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Nümayəndə əvvəlki məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək iş üzrə qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: 1-ci maddəsi- məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin qanunun 9-cu maddəsi- qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanı 2-ci hissəsinin 1-ci bəndinin 4-cü abzası- həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Cavabdehöz səlahiyyətləri daxilində həyata keçirirlər. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” -məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qaydaların 3.1-ci bəndi- “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavinin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Qaydaların 4.1.1-ci bəndinə əsasən sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün vəsiqəsi verilir. Qaydaların 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.

Əsaslandırma hissəsi:

19. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

20. Məhkəmə kollegiyası izahatları dinləyərək dinləyib, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir.

21. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinin hazırda qüvvədə olan redaksiyasında uşaqlara “məcburi köçkün” statusunun verilməsi üçün iki şərt nəzərdə tutulur: atanın məcburi köçkün olması və hər iki valideyninin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması.

22. İşin hallarından göründüyü kimi, iddiaçıların atası 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşmüş və ona 2008-ci ildə məcburi köçkün statusu verilmişdir. Nalarının isə məcburi köçkün statusu və işğal olunmuş rayonlarda qeydiyyatı yoxdur. Qaydalara hər iki valideynin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı edilmiş dəyişiklik xx.xx.2013-cü il tarixdən qanuni qüvvəyə minmişdir. Bu dəyişikliyə qədər Qaydalarda belə bir tələb nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə əsasən Qaydaların 4.1.6-cı bəndinin müddəaları hüquqi vəziyyəti ağırlaşdıran norma kimi dəyişikliyə qədər məcburi köçkün statusu əldə etmiş valideynlərin uşaqlarına münasibətdə tətbiq edilə bilməz.

23. Bunda əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin iş materiallarına əlavə edilmiş 2-1(102)-1887/2021 saylı qərarından görünür ki, valideynlərindən yalnız birinin (ananın) “məcburi köçkün” statusu olduğu və işğal olunmuş rayonda qeydiyyatı olduğu halda uşaqlara məcburi köçkün statusunun verilməsi barədə iddia əsaslı hesab edilmişdir. Analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə alıraq məhkəmə kollegiyası hesab edir ki, övladların yaşayış və qeydiyyat ünvanının valideynlərlə eyni olmalı olduğu və işğaldan azad edilmiş torpaqlara məcburi köçkün olan valideynləri ilə birgə köçürülmə ehtimalı olduğundan valideynlərindən ən azı biri “məcburi köçkün” statusuna malik olan uşaqlara bu statusun verilməsindən imtina oluna bilməz.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Nəticə hissəsi:

25. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, kollegiya

qərara aldı:

İddiaçılar İddiaçı2 və İddiaçı1 qanuni nümayəndələri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5681/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilərək xx.xx.2005-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar