Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2758/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X23 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “reyestrdən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2590/2023 saylı, 26 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il tarixli 253252 saylı orderə əsasən məhrum atası Aslanov Mikayıl Aslan oğlunun adına Bakı şəhəri, Əmircan (keçmiş Dzerjinski) qəsəbəsi, S.Bəhlulzadə (keçmiş Tramvaynaya) küçəsi, 84 saylı evin, 2 otaqlı, 4 saylı mənzilinin onun vərəsələrinin adına rəsmiləşdirilməsi ilə bağlı Daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1988-ci il tarixli 253252 saylı X29 Aslan oğluna verilmiş Bakı şəhəri, Əmircan (keçmiş Dzerjinski) qəsəbəsi, S.Bəhlulzadə (keçmiş Tramvaynaya) küçəsi, 84 saylı evin, 24 kv. metrdən ibarət 2 otaqlı, 4 saylı mənzili üzərində xüsusi mülkiyyət hüququnun iddaçı İddiaçı mərhum atası Aslanov Mikayıl Aslan oğluna məxsus olması barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, xx.xx.1988-ci il tarixli 253252 saylı Orderə əsasən məhrum atası Aslanov Mikayıl Aslan oğlunun adına Bakı şəhəri, Əmircan (keçmiş Dzerjinski) qəsəbəsi, S.Bəhlulzadə (keçmiş Tramvaynaya) küçəsi, 84 saylı evin, 2 otaqlı, 4 saylı mənzilinin onun vərəsələrinin adına rəsmiləşdirilməsi ilə bağlı daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini xahiş etmişdir. Ona DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********63 saylı, 22 iyul 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 84 saylı evin, 4 saylı mənzili xx.xx.1994-cü il tarixdə Aslanov Mikayıl Aslan oğlunun adına qeydiyyata alınmış, lakin Suraxanı Rayon Məhkəməsini 2-477/97 saylı qətnaməsi ilə xx.xx.1994-cü il tarixli qətnaməsinə əsasən X3 Dzerjinski qəsəbəsi, Bəhlulzadə küçəsi, 84 saylı evin, 1 saylı mənzilinə yaşayış hüququ tanınmış, Aslanov Mikayıl Aslan oğlunun adına Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş, xx.xx.1994- cü il tarixli 21479 saylı qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, ünvan 1 ünvanı xx.xx.1994-cü il tarixdə Aslanov Mikayıl Aslan oğlunun adına qeydiyyata alınmışdır, lakin Suraxanı Rayon Məhkəməsinin 2-477-1997 saylı qətnaməsinə əsasən X1 Dzerjinski qəsəbəsi, Bəhlulzadə küçəsi, 84 saylı evin 1 saylı mənzilinə yaşayış hüququ tanınmış, Aslanov Mikayıl Aslan oğlunun adına Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixdə 21479 saylı qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Bundan əlavə, Bakı şəhəri, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 84-də yerləşən 4 nömrəli 1 (bir) otaqlı **********79-05101 reyestr nömrəli mənzil X8 adına qeydiyyatdan keçmişdir və iddia olunan mənzilin ünvanı ilə təkrarlanır. Qeyd olunanlarla yanaşı xx.xx.1999-cu ildə Bakı şəhəri, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 84-də yerləşən 1 nömrəli mənzil genişləndirildikdən sonra 3 (üç) otaqlı olmaqla X6 adına özəlləşdirilmiş və özgəninkiləşdirilmişdir. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2590/2023 saylı, 26 aprel 2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun olaraq onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı xx.xx.1994-cü il tarixdə Aslanov Mikayıl Aslan oğlunun adına qeydiyyata alınmışdır, lakin Suraxanı Rayon Məhkəməsinin 2-477-1997 saylı qətnaməsinə əsasən X1 Dzerjinski qəsəbəsi, Bəhlulzadə küçəsi, 84 saylı evin 1 saylı mənzilinə yaşayış hüququ tanınmış, Aslanov Mikayıl Aslan oğlunun adına Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixdə 21479 saylı qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Bundan əlavə, Bakı şəhəri, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 84-də yerləşən 4 nömrəli 1 (bir) otaqlı **********79- 05101 reyestr nömrəli mənzil X8 adına qeydiyyatdan keçmişdir və iddia olunan mənzilin ünvanı ilə təkrarlanır. Qeyd olunanlarla yanaşı xx.xx.1999-cu ildə Bakı şəhəri, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 84-də yerləşən 1 nömrəli mənzil genişləndirildikdən sonra 3 (üç) otaqlı olmaqla X6 adına özəlləşdirilmiş və özgəninkiləşdirilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir (bənd 1) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci madəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarında olan: X15 xx.xx.1987-ci il tarixli 1 №li qərarı əsasında xx.xx.1988- ci il tarixdə Aslanov Mikayıl Aslan oğlunun adına verilmiş 253252 №-li orderin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Dzerjinski qəsəbəsi, Tramvay küçəsində yerləşən 84 saylı evin, 2 (iki) otaqlı, ümumi sahəsi 24,0 kv. metrdən ibarət 4 saylı mənzilə iki nəfər ailə tərkibi ilə birlikdə M.A.Aslanova köçməsi üçün ayrılmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən Aslanov Mikayıl Aslan oğluna verilmiş qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Dzerjinski qəsəbəsi, S.Bəhlulzadə küçəsində 84 №li yaşayış evinin 4 saylı mənzili Aslanov Mikayıl Aslan oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 144 №-li reyestr kitabında 21479-cu səhifəsində 30/21479 № ilə xx.xx.1994-cü il tarixdə qeydiyyat aparılmışdır. Suraxanı Rayon Xalq Məhkəməsinin 2-477/1997 saylı, xx.xx.1997-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X4 ərizə ilə məhkəməyə müraciət edərək, Aslanov Mikayıl Aslan oğlunun adına verilmiş, qeydiyyat vəsiqəsinin ləğv edilməsi və yaşayış hüququnun Bakı şəhəri, Dzerjinski qəsəbəsi, Bəhlulzadə küçəsi, 84 saylı evin 1 saylı mənzilinə tanınmasını, Aslanov Mikayıl Aslan oğlu isə X1 həmin mənzildən çıxarılmasını məhkəmədən xahiş etmişlər, məhkəmə tərəfindən X1 Dzerjinski qəsəbəsi, Bəhlulzadə küçəsi 84 saylı evin 1 saylı mənzilinə yaşayış hüququnun tanınması, Aslanov Mikayıl Aslan oğlunun adına Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli 21479 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi, Aslanov Mikayıl Aslan oğlunun X1 Dzerjinski qəsəbəsi, Bəhlulzadə küçəsi, 84 saylı evin 1 saylı mənzilindən çıxarılmasına dair iddiasının təmin olunmaması qət edilmişdir. Bakı Şəhər Məhkəməsinin 3K-804 1997 №li xx.xx.1997-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, Aslanov Mikayıl Aslan oğlunun kassasiya şikayəti təmin olunmayaraq, Suraxanı Rayon Xalq Məhkəməsinin 2-477/1997 saylı, xx.xx.1997-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən X11 və Aslanov Mikayıl Aslan oğluna ünvanlanmış 6q-1454 saylı xx.xx.1998-ci il tarixli məktubda qeyd olunmuşdur ki, onların Suraxanı Rayon Məhkəməsinin 22 oktyabr 1997-ci il tarixli qətnaməsi və onunla əlaqədar Bakı Şəhər Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 11 noyabr 1997-ci il tarixli qərardadından etdikləri şikayət ərizəsinə mülki iş tələb olunaraq nəzarət qaydasında yoxlanılan zaman müəyyən olunmuşdur ki, cavabdeh M.Aslanov mübahisəli mənzil üzrə ünvanda 1987-ci ildə 4 saylı mənzili almışdır. 14 mart 1990-cı il tarixdə isə Suraxanı Neft NQÇİ-nin müdriyyəti ilə Həmkarlar Komitəsinin qərarına əsasən iddiaçının 1 №-li mənzili boş mənzil kimi M.Aslanovun mənzili ilə birləşdirilmiş və 1994-cü ildə sonuncu mənzilləri birləşdirərək qeydiyyat vəsiqəsi almaqla mübahisəli mənzili əvəzləşdirmişdir. Mübahisəli mənzil M.Aslanovun mənzili ilə birləşdirilən zaman A.Heybətovanın ailəsi, anası, bacı və qardaşları orada qeydiyatda olmuş, yalnız 1990-cı ilin iyun ayında iddiaçının anası, bacı və qardaşı qeydiyyatdan çıxarılmışdır. A.Heybətova həmin qısa bir müddətdə müvəqqəti olaraq ərinin qohumlarının evində yaşamış, sonra isə ailəsi ilə birlikdə yenidən mübahisəli mənzilə qayıdaraq orada yaşamaqda davam etmiş və mənzil üzrə bütün kommunal xərcləri ödəmişdir. Məhkəmə işə baxarkən belə bir nəticəyə gəlmişdir iddiaçı A.Heybətova öz ailə üzvləri ilə birlikdə daimi mübahisəli məzildə yaşamaq hüququnu əldə etmişdir. Mübahisəli mənzil M.Aslanovun mənzilinə birləşdirilərkən boş olmamış, ona görə də həmin mənzilə qeydiyyat vəsiqəsi qanunun tələbləri pozulmaqla verilmişdir. Məhkəmə qərarları qanuni və əsaslı olduğundan onların ləğv edilməsi üçün protest verməyə əsas yoxdur. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 086944 №li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Aslanov Mikayıl Aslan oğlu xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydəri kitabında 2020-ci ilin 07-ci ayının 07-ci günündə 721 № ilə qeyd edilmişdir. Bakı şəhəri 10 saylı Notariat Ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 285 №-li, xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, mərhum - Aslanov Mikayıl Aslan oğlundan miras qalmış, Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar, Bakı şəhəri 10 saylı notariat ofisinə, mərhumun arvadı - X24, oğlanları - X18, İddiaçı tərəfindən müraciət olunmuşdur. Mərhum - Aslanov Mikayıl Aslan oğlunun xx.xx.2020-ci ildə vəfatı ilə əlaqədar, vərəsələrin ərizəsi əsasında notariat ofisində vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Mərhum- Aslanov Mikayıl Aslan oğluna məxsus olan, Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən mənzilin üzərində yüklülük olub-olmaması barədə arayışın verilməsi xahiş olunmuşdur. ünvan 4 ünvanlanmış 537 №-li, xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan (köhnə Dzerjinski) qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 84 mənzil 4-də qeydiyyatda olanlar: 1. X24, 2. X18, 3. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə, Bakı şəhəri 10 saylı notariat ofisinə müraciət edərək, Azərbaycan Respublikası, Bakı şəhər icra hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən xx.xx.1994-cü il tarixdə 30/21479 qeydə alma nömrəsi ilə verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən, xx.xx.2020-ci il tarixdə ölmüş - Aslanov Mikayıl Aslan oğluna məxsus olan və ünvan 5 ünvanında yerləşən mənzilə “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə” verilməsini xahiş etmişlər və həmin gün V/65/21 saylı vərəsəlik işi açılmışdır. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin, xx.xx.1997-ci il tarixli 2-477-1997 saylı qətnaməsinə əsasən xx.xx.1994-cü il tarixdə verilmiş 21479 saylı qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Lakin vərəsələr notariat ofisinə müraciət edərkən məhkəmə tərəfindən ləğv edilmiş Qeydiyyat Vəsiqəsinin əslini onlara təqdim ediblər və Qeydiyyat Vəsiqəsinin ləğvi barədə məlumatsız olduqları üçün, xx.xx.2021-ci il tarixdə miras əmlakın üzərində məhdudiyyət olub- olmaması barədə arayış verilməsi ilə əlaqədar müraciət göndərmişdirlər. Hazırda vərəsəlik işinin davam edilməsi və miras əmlaka Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsi ilə əlaqədar zərurət yarandığı üçün, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanununun 22.2 maddəsinə müvafiq olaraq miras qalmış daşınmaz əmlak, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 84-də yerləşən 4 saylı mənzil üzərində hüququn xx.xx.2020-ci il tarixdə ölmüş -Aslanov Mikayıl Aslan oğluna məxsus olması barədə arayış verilməsi xahiş olunmuşdur. 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 139 saylı MənzilKommunal İstismar Sahəsi tərəfindən iddiaçının nümayəndəsi və vəkili Eldar Əliyaroa ünvanlanmış 503 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda (arayışda) qeyd olunmuşdur ki onun 119 saylı xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq bildirirlər ki: - Bakı şəhəri, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 84 saylı evdə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X9 məxsus 4 saylı mənzil 1 otaq, yaşayış sahəsi 14,0 kv. m., ümumi sahəsi 36,25 kv. m. olub, aşağıdakı şəxslər pasport qeydiyyatdadır: X19, xx.xx.2021: X28, xx.xx.1992: X20, xx.xx.1994: X12, xx.xx.1964: X25, xx.xx.1988: X32, xx.xx.2014: X26, xx.xx.1999: X7, xx.xx.1988: X27, xx.xx.2014: X33, xx.xx.2006: X31, xx.xx.1990: X13, xx.xx.1970: X21, xx.xx.1969: X22, xx.xx.1971: - Bakı şəhəri, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 84 saylı evdə xx.xx.1988-ci il tarixli 253252 nömrəli Orderə əsasən Aslanov Mikayıl Aslan oğlunun və onun ailə üzvlərinin istifadəsinə verilmiş 4 saylı mənzil 2 otaq, yaşayış sahəsi 24,0 kv.m olub, aşağıdakı şəxslər pasport qeydiyyatdadır: X24, xx.xx.1962: X18, xx.xx.1988: İddiaçı, xx.xx.1993: X48 qra, xx.xx.1982: - Eyni ünvanda yerləşən 2 mənzil 2 ayrı-ayrı bir-birindən təcrid olunmuş yaşayış sahələri olub, X8 və Aslanov Mikayıl Aslan oğlunun ailə üzvlərinə məxsusdur. DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********30 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 84, 4 saylı mənzil xx.xx.1994-cü il tarixdə Aslanov Mikayıl Aslan oğlunun adına ilkin qeydiyyatdan keçmişdir, lakin Suraxanı Rayon Məhkəməsinin 2-477-1997 saylı qətnaməsinə əsasən Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdrəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli 21479 saylı qeydiyyat vəsiqəsi ləğv edilmişdir. DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********39 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” xx.xx.1995-cı il tarixli şəhadətnamənin surətindən müəyyən olunur ki, Bakı şəhəri, 24 №-li notariat kontoru tərəfindən 11 sentyabr 1993-cü ildə təsdiq edilən və D8/1- 2271 № ilə reyestrə qeyd olunan vəsiyyətnaməyə əsasən 20 dekabr 1994-cü ildə ölmüş vətəndaş X5 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 6 ünvanında yaşayan X10r. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlak- Bakı şəhəri, Dzerjinski qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 84, mənzil 4-də yerləşən ümumi sahəsi 36,25 kv. m. olan, o cümlədən yaşayış sahəsi 14,0 kv. m. olan bir otaqlı xüsusi mənzil inventar qiyməti 389016 manatdır. Şəhadətnamə Bakı şəhəri TİB-də qeydə alınmışdır. Beləliklə, inzibati işdən müəyyən olunur ki, X15 xx.xx.1987-ci il tarixli 1 № li qərarı əsasında xx.xx.1988-ci il tarixdə Aslanov Mikayıl Aslan oğlunun adına verilmiş 253252 №li orderlə Dzerjinski qəsəbəsi, Tramvay küçəsində yerləşən 84 saylı evin, 2 (iki) otaqlı, ümumi sahəsi 24,0 kv. metrdən ibarət 4 saylı mənzilə iki nəfər ailə tərkibi ilə birlikdə M.A.Aslanova köçməsi üçün ayrılmışdır. Aslanov Mikayıl Aslan oğlu xx.xx.2020-ci ildə vəfat etmişdir. X36 Aslan oğlundan miras qalmış, Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar, Bakı şəhəri 10 saylı notariat ofisinə, mərhumun arvadı - X24, oğlanları - X18, İddiaçı tərəfindən müraciət olunmuşdur. Mərhum - Aslanov Mikayıl Aslan oğlunun xx.xx.2020-ci ildə vəfatı ilə əlaqədar, vərəsələrin ərizəsi əsasında notariat ofisində vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Hazırda iddiaçı xx.xx.1988-ci il tarixli 253252 saylı X29 Aslan oğluna verilmiş Bakı şəhəri, Əmircan (keçmiş Dzerjinski) qəsəbəsi, S.Bəhlulzadə (keçmiş Tramvaynaya) küçəsi, 84 saylı evin, 24 kv. metrdən ibarət 2 otaqlı, 4 saylı mənzili üzərində xüsusi mülkiyyət hüququnun iddaçı İddiaçı mərhum atası Aslanov Mikayıl Aslan oğluna məxsus olması barədə arayışın (çıxarış) verilməsini tələb edir. Cavabdeh inzibati orqan imtinasında, iddia tələbinə etirazında və apellyasiya şikayətinin dəlillərində eyni əsaslara istinad edərək qeyd etmişdir ki, ünvan 1 ünvanı xx.xx.1994-cü il tarixdə Aslanov Mikayıl Aslan oğlunun adına qeydiyyata alınmışdır, lakin Suraxanı Rayon Məhkəməsinin 2-477-1997 saylı qətnaməsinə əsasən X1 Dzerjinski qəsəbəsi, Bəhlulzadə küçəsi, 84 saylı evin 1 saylı mənzilinə yaşayış hüququ tanınmış, Aslanov Mikayıl Aslan oğlunun adına Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixdə 21479 saylı qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Bundan əlavə, Bakı şəhəri, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 84-də yerləşən 4 nömrəli 1 (bir) otaqlı **********79-05101 reyestr nömrəli mənzil X8 adına qeydiyyatdan keçmişdir və iddia olunan mənzilin ünvanı ilə təkrarlanır. Qeyd olunanlarla yanaşı xx.xx.1999-cu ildə Bakı şəhəri, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 84-də yerləşən 1 nömrəli mənzil genişləndirildikdən sonra 3 (üç) otaqlı olmaqla X6 adına özəlləşdirilmiş və özgəninkiləşdirilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, işin araşdırılan hallarından da göründüyü kimi Aslanov Mikayıl Aslan oğlunun adına Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixdə 21479 saylı qeydiyyat vəsiqəsinin məhkəmə qətnaməsi ilə ləğv edilməsinə əsas hazırki iş üzrə mübahisəli Bakı şəhəri, Əmircan (keçmiş Dzerjinski) qəsəbəsi, S.Bəhlulzadə (keçmiş Tramvaynaya) küçəsi, 84 saylı evin, 24 kv. metrdən ibarət 2 otaqlı, 4 saylı mənzili ilə bağlı deyil, həmin mənzilə o zaman bitişik olmuş, Bakı şəhəri, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 84-də yerləşən genişləndirildikdən sonra 3 (üç) otaqlı olmaqla xx.xx.1999-cu ildə X6 adına özəlləşdirilmiş və özgəninkiləşdirilmiş 1 nömrəli mənzillə bağlı olmuşdur. Həmçinin kollegiya Bakı şəhəri, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 84-də yerləşən 4 nömrəli 1 (bir) otaqlı **********79-05101 reyestr nömrəli X8 adına qeydiyyatdan keçmiş mənzillə, hazırda iddia olunan mənzilin ünvanının təkrarlanmasına münasibətdə qeyd edir ki, həmin mənzillər bir-birindən təcrid olunmaqla ayrı-ayrı müvafiq olaraq 1 və 2 otaqlı mənzillərdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.4. daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; Göründüyü kimi mənzilin X36 Aslan oğluna məxsus olmasına dair arayış almaq üçün qanunvericiliyə uyğun olaraq hüquq müəyyənedici sənədlər mövcuddur və inzibati orqana təqdim edilmişdir. Arayışın verilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan mənzilə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan mənzilin X36 Aslan oğluna məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2590/2023 saylı, 26 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2758/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2758/2023
23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver