Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2759/2025 15.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən əmək pensiyası ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” haqqında iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2930/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2017-ci il tarixindən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixindən etibarən ödənilməyən əmək pensiyası ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddiaçıya 52 yaşının tamam olduğuna görə xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixindən etibarən ödənilməyən əmək pensiyası ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin “iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixindən etibarən ödənilməyən əmək pensiyası ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməyən hissənin hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan müraciətinə xx.xx.2024-cü il tarixli güzəştli şərtlərlə pensiyanın təyinatından imtina haqqında məktubu ilə cavab vermişdir. Cavabdeh orqanın imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilən arayışda xx.xx.1994xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində, xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasında dövr ərzində, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri dövr ərzində göstərilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə rabitə bölməsində (XXİX) 231000- 14629 saylı kodla uyğun gəlmədiyinə görə, cavabdeh tərəfindən ona cəmi 4 il 6 ay 16 gün güzəştli iş stajı hesablanmışdır. Cavabdehə təqdim edilən iş yerindən xx.xx.2024-cü il tarixli 42 nömrəli arayışda konkret olaraq hansı illərdə və hansı vəzifələrdə işləməyi göstərilmişdir. Qeyd olunan arayışda faktiki olaraq güzəştli iş stajı hesablanaraq 13 il 09 ay 25 gün təşkil edilməsi qeyd edilmişdir və əlavə olaraq bildirilmişdir ki, iddiaçının tutduğu vəzifə və faktiki gördüyü iş, vəzifə təlimatlarına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə rabitə bölməsində (XXİX) 231000-14629 saylı kodla uyğun gəlir, lakin cavabdeh orqan arayışda qeyd olunan faktları nəzərə almadan pensiya təyinatına imtina vermişdir. İddiaçıya məxsus ИТ-1 № ******* saylı əmək kitabçasında soyadı Ciqayeva göstərilmişdir. Əmək kitabçasında müvafiq olaraq nikaha daxil olduğuna görə soyadın dəyişilməsi qeyd olunmuşdur. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, iddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılaraq, 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az olduğundan, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 14 iyun 2024-cü il tarixli 42 nömrəli arayışında onun xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində stansiya qurğularının təmiri briqadasında quraşdırıcı, xx.xx.1997- xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Stansiya və komutator qurğularının quraşdırılması və təmiri sexində elektrik quraşdırıcısı, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində rabitə qurğularının tikintisi və təmiri idarəsində quraşdırıcı vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun deyil. Eyni zamanda, sözügedən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı iddiaçının xx.xx.1988-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində analıq məzuniyyətində olduğu müəyyən edilib. Bu fakt "xxxx" MMC-nin 12 avqust 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Göstərilən səbəblərdən də 1 yanvar 2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən az (4 il 6 ay 16 gün (xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər ərzində)) təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2930/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbinin təmin edilməsi, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixindən əmək pensiyası ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2930/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddiaya etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın rabitə bölməsində (XXİX) qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan lehimləyici-rabitə montajçıları (23100000— 14629) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş "xxxx" MMC-nin 14 iyun 2024-cü il tarixli 42 nömrəli arayışında onun xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində stansiya qurğularının təmiri briqadasında quraşdırıcı, xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Stansiya və komutator qurğularının quraşdırılması və təmiri sexində elektrik quraşdırıcısı, xx.xx.2005- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində Rabitə qurğularının tikintisi və təmiri idarəsində quraşdırıcı vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun deyil. Sözügedən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı iddiaçının xx.xx.1988-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində analıq məzuniyyətində olduğu müəyyən edilib. Bu fakt "xxxx" MMC-nin 12 avqust 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Göstərilən səbəblərdən də 1 yanvar 2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən az (4 il 6 ay 16 gün (xx.xx.1985xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər ərzində)) təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qeyd olunan halları nəzərə almamış, iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqində səhv yol verilmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçıya məxsus ИT-İ ******* nömrəli əmək kitabçasında qeyd edilmişdir ki, xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilədək texnoloji kollecdə təhsil almış, xx.xx.1985-ci ildə stasionar kabel montajı üzrə montajçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci ildə SMU PSO “Azersvyazstroy” 4 № köçürülmə ilə əlaqədar işdən azad edilib, xx.xx.1991-ci ildə stansiya tikintisi montajı üzrə 4-cü dərəcəli montajçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1994cü ildə B.X.R.M köçürülmə ilə işdən azad edilib, xx.xx.2005-ci ildə işdən azad edilmiş; xx.xx.2005-ci ildə Rabitə Qurğularının Tikintisi və Təmiri İdarəsində quraşdırıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci ildə işdən azad edilmiş; xx.xx.2006-cı ildə 3-cü quraşdırıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı ildə işdən azad edilmiş; xx.xx.2009-cu ildə “X8 Co LTD” şirkətində texnik vəzifəsinə qəbul olunmuş, xx.xx.2011-ci ildə işdən azad edilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivinin MA-150 nömrəli, xx.xx.2024-cü il tarixli Arxiv arayışında qeyd edilmişdir ki, “xx.xx.1967-ci ildə anadan olmuş Dubovitskaya (Çiqayeva) Larisa Vladimirovna Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən həqiqətən xx.xx.1985-ci il tarixdən (xx.xx.1985-ci il tarixli, kş/ 82 №-li əmr) “İttifaqtelefontikinti” Trestinin Bakı Tikinti-Quraşdırma İdarəsinə 3cü dərəcəli montajçı vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1989-cu il tarixdən (xx.xx.1989-cu il tarixli, kş/86 Nfi-li əmr) 4-cü dərəcəli montajçı vəzifəsinə keçirilmişdir. xx.xx.1991-ci il tarixdən (xx.xx.1991-ci il tarixli, kş/12 №-li əmr) “Azərrabitəinşaat” LTB-nin 4 №-li Tikinti-Quraşdınna İdarəsinə köçürülməklə tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.1991-ci il tarixdən (xx.xx.1991-ci il tarixli, kş/3 №-li əmr) “Azərrabitəinşaat” LTB-nin 4 №li Tikinti-Quraşdırma idarəsinə 4-cü dərəcəli quraşdırıcı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1994-cü il tarixdən (xx.xx.1994-cü il tarixli, kş/45 №-li əmr) tutduğu vəzifəsindən azad edilmiş və X2 göndərilmişdir. xx.xx.1994-cü il tarixdən (xx.xx.1994-cü il tarixli, T/Ə-37 №-li əmr) Texniki avadanlığı təmir edən X1 yeni yaradılmış stansiya qurucularının təmiri briqadasına 4-cü dərəcəli quraşdırıcı vəzifəsinə köçürülmə yolu ilə qəbul edilmişdir. xx.xx.1995-ci il tarixdən (xx.xx.1995-ci il tarixli, T/Ə-51 №-li əmr) daimi stansiya qurğularının təmiri briqadasına 4-cü dərəcəli elektromontyor vəzifəsinə keçirilmişdir. xx.xx.1996-cı il tarixdən (xx.xx.1996-cı il tarixli, T/Ə-13 №-li əmr) BTRİB-in xx.xx.1996-cı il 81 Na-li əmrinə əsasən xx.xx.1996-cı ildən Texniki avadanlığı təmir edən X4 Rabitə Qurğularının Tikintisi və Təmiri İdarəsi adlandırılmışdır. xx.xx.2000-ci il tarixdən (xx.xx.2000-ci il tarixli, kş/49 Ns-li əmr) stansiya və kommutator qurğularının quraşdırılması və təmiri sexinə 5-ci dərəcəli elektrik quraşdırıcısı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2003-cü il tarixdən (xx.xx.2003-cü il tarixli, kş/118 Na-li əmr) 4-cü dərəcəli elektromontyor vəzifəsinə keçirilmişdir. xx.xx.2005-ci il tarixdən (xx.xx.2005-ci il tarixli, kş/62 Na-li əmr) tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.2005-ci il tarixdən (xx.xx.2005-ci il tarixli, kş/110 Na-li əmr) Rabitə Qurğularının Tikintisi və Təmiri İdarəsinə müqavilə yolu ilə quraşdırıcı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixdən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.2003-cü il tarixdən (xx.xx.2003-cü il tarixli, kş/118 Na-li əmr) 4-cü dərəcəli elektromontyor vəzifəsinə keçirilmişdir. xx.xx.2005-ci il tarixdən (xx.xx.2005-ci il tarixli, kş/62 Na-li əmr) tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.2006-cı il tarixdən (xx.xx.2006-cı il tarixli kş/93 №~li əmr) müqavilə yolu ilə 3-cü dərəcəli quraşdırıcı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2006-cı il tarixdən (xx.xx.2006-cı il tarixli, T/Ə-29 Na-li əmr) əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar tutduğu vəzifəsindən azad edilmişdir”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2- D-209203/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-nin 14 iyun 2024-cü il tarixli 42 nömrəli arayışında onun xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində stansiya qurğularının təmiri briqadasında quraşdırıcı, xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Stansiya və komutator qurğularının quraşdırılması və təmiri sexində elektrik quraşdırıcısı, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində Rabitə qurğularının tikintisi və təmiri idarəsində quraşdırıcı vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad edilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş siyahıda nəzərdə tutulan vəzifələrə uyğun deyil. Eyni zamanda, sözügedən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı iddiaçının xx.xx.1988-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində analıq məzuniyyətində olduğu müəyyən edilib. Bu fakt "xxxx" MMC-nin 12 avqust 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Göstərilən səbəblərdən də 1 yanvar 2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən az (4 il 6 ay 16 gün (xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər ərzində)) təşkil edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Məhkəmə kollegiyası iddiaçının ümumi iş stajı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun qeyd olunan maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321 nömrəli qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin xx.xx.1997-ci il tarixdən başlayaraq xx.xx.2000-ci il tarixədək 6 ay artırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 element mövcud olmalıdır: 1. İddiaçının 52 yaşının tamam olması; 2. İddiaçının xx.xx.2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması; 3. İddiaçının xx.xx.2006-cı il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması. Hazırki işin hallarından və iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, İddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür. Cavabdehin mübahisələndirdiyi məsələ iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Cavabdeh inzibati orqanın mövqeyinə görə iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda nəzərdə tutulan vəzifələrə uyğun deyil. "xxxx" MMC-də iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı iddiaçının xx.xx.1988-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində analıq məzuniyyətində olduğu müəyyən edilib. Bu fakt "xxxx" MMC-nin 12 avqust 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Göstərilən səbəblərdən də 1 yanvar 2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən az (4 il 6 ay 16 gün (xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər ərzində)) təşkil edir. Kollegiya iddiaçının güzəştli iş stajına münasibətdə qeyd edir ki, İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivinin MA-150 nömrəli, xx.xx.2024cü il tarixli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X6 Məsuliyyətli Cəmiyyətinin 42 nömrəli, 14 iyun 2024-cü il tarixli arayışları ilə, həmçinin iddiaçıya məxsus ИT-İ ******* nömrəli əmək kitabçası ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X6 Məsuliyyətli Cəmiyyətinin 42 nömrəli, 14 iyun 2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən peşədə Bakı Tikinti Quraşdırma idarəsi “Telefon Tikinti Birliyi trestində” xx.xx.1985-xx.xx.1991-ci illərdə montajçı, xx.xx.1994-xx.xx.1994-cü illərdə Texnoloji avadanlığı təmir edən X1 yeni yaradılmış stansiya qurğularının təmiri briqadasında quraşdırıcı, xx.xx.1997-xx.xx.2003-cü illərdə Stansiya və komutator qurğularının quraşdırılması və təmiri sexində elektrik quraşdırıcısı, xx.xx.2005-xx.xx.2005-ci illərdə Rabitə qurğularının tikintisi və təmiri idarəsində quraşdırıcı, xx.xx.2006-xx.xx.2006-cı llərdə Rabitə qurğularının tikintisi və təmiri idarəsində 3-cü dərəcəli quraşdırıcı vəzifələrində işləmişdir. İşlədiyi müddətdə qurğuşunlaşdırılmış kabellər, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olub, həmçinin işlədiyi montajçı, quraşdırıcı və elektrik quraşdırıcısı vəzifələri lehimləyici-rabitə montajçılarının xüsusiyyətləri ilə eynidir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 13 il 09 ay 25 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olmaqdan ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə **********629 vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı dövrləri 13 il 09 ay 25 gün təşkil edir. Beləliklə də, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının tələb olunan dövrədək lehimləyici-rabitə montajçıları vəzifəsinə uyğun olan montajçı, quraşdırıcı və elektrik quraşdırıcısı vəzifələrində işlədiyi 10 ildən artıq güzəştli iş stajının mövcudluğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. “Siyahı”nın 23100000 - XXİX. Rabitə bölməsində 23100000—14629 qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan lehimləyici-rabitə montajçıları müəyyən edilmişdir. Göründüyü kimi, arayışda iddiaçının gördüyü iş ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən iş arasındakı uyğunluğu (eyniliyi), iddiaçının işin xarakteri, işlədiyi müəssisənin fəaliyyəti (istiqaməti) göstərilərək idiaçının qanunla güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan 10 ildən artıq qüzəştli stajın olması təsdiq edilmişdir Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1122/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının 45-ci bəndi). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, cavabdeh inzibati orqan özü yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplamalı və nəzərə almalı, fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklər qoymamalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətəuyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Kollegiya təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, cavabdeh inzibati orqan bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi və İddiaçına 52 yaşı tamam olan tarixdən, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İddiaçının digər tələbi - xx.xx.2021-ci il tarixindən etibarən ödənilməyən əmək pensiyası ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pensiya hüququ xx.xx.2019-ci il tarixdən, yəni 52 yaşı tamam olduğu tarixdə yaranmışdır. Bu səbəbdən iddiaçının pensiya hüququ xx.xx.2019-ci ildə yaranmasına baxmayaraq, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş inzibati icraat materiallarından müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Qeyd olunanlara əsasən iddiaçıya pensiya xx.xx.2024-cü il tarixindən əvvəlki 3 üç il üçün (xx.xx.2021-ci il tarixdən) hesablanaraq ödənilməli olduğu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2930/2025 saylı, 03 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2759/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2759/2025
15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver