Məhkəmə qərarları › İş №2-1(103)-276/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-276/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-276/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı (xx.xx.1957-ci il tarixində Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi» barədə iddia tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)2070/2019 saylı, 25 iyun 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 07.05.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 20 avqust 1979-cu il tarixdən 02 yanvar 1981-ci il tarixinə qədər X9 stansiyasında elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru (01 il, 04 ay, 12 gün), 02 yanvar 1981-ci il tarixdən 09 yanvar 1984-cü il tarixinə qədər Qaz kompressor sexində mühəndis elektrik (03 il, 07 gün), 09 yanvar 1984-cü ildən 14 noyabr 1985-ci illərdə X9 stansiyasında usta vəzifəsində (01 il, 10 ay, 05 gün), 14 noyabr 1985-ci il tarixindən 08 may 1986-cı il tarixinə qədər Qaz-turbin X4 növbə rəisi vəzifəsində (05 ay, 24 gün), 08 may 1986-cı il tarixdən 01 dekabr 1987-ci il tarixə qədər Qaz-turbin elektrik stansiyasının elektrik sexinin rəisi vəzifəsində, 01 dekabr 1987-ci il tarixindən 01 avqust 1988-ci il tarixə qədər Qaz-turbin elektrik stansiyasının baş mühəndisi vəzifəsində, 1988-ci il tarixdən 01 dekabr 1999-cu illərdə X3 baş mühəndisi vəzifəsində, 01 dekabr 1999-cu il tarixdən 06 aprel 2006-cı il tarixinə qədər X2 şöbəsinin baş mühəndisi vəzifəsində, 06 aprel 2006-cı il tarixdən 03 mart 2015-ci il tarixinə qədər “Azneft” İB-nin Energetika şöbəsinin baş energetik vəzifəsində, 04 mart 2015-ci il tarixdən 02 may 2017-ci il tarixinə qədər X4 stansiya rəisi vəzifəsində, 02 may 2017-ci il tarixindən hal-hazıra qədər Energetika şöbəsinin baş energetik vəzifəsində işlədiyi dövrün sosial sığorta stajı kimi, 2004-2005-ci illərin əmək haqqı nəzərə alınmaqla ona hüququnun yarandığı 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 4 may 1957-ci il tarixdə doğulmuşdur, hazırda ünvan 2 ünvanında yaşayır. 20 avqust 1979-cu il tarixdən 2 yanvar 1981-ci il tarixinədək X9 stansiyasında elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru (1 il 4 ay 12 gün), 2 yanvar 1981-ci il tarixdən 9 yanvar 1984-cü il tarixədək Qaz kompressor sexində mühəndis elektrik (3 il 7 gün), 9 yanvar 1984-cü il tarixdən 14 noyabr 1985-ci il tarixədək X9 Stansiyasında usta vəzifəsində (1 il 10 ay 5 gün), 14 noyabr 1975-ci il tarixdən 8 may 1986-cı il tarixədək Qaz Turbin X4 növbə rəisi vəzifəsində (5 ay 24 gün), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı»nın 24-cü bölməsi «a» və «b» bəndlərinə əsasən Neft Daşları NQİ-nin QTİS-in rəisi vəzifəsində 7 may 2018-ci il tarixədək dəniz şəraitində güzəştli şərtlərlə işləmişdir. 8 may 1986-cı il tarixdən 1 dekabr 1987-ci il tarixədək X10 Stansiyasının elektrik sexinin rəisi vəzifəsində işləmişdir. 1 dekabr 1987-ci il tarixdən 1 avqust 1988-ci il tarixədək QTES baş mühəndisi vəzifəsində, 1988-ci ildən 1 dekabr 1999-cu il tarixədək X3 baş mühəndisi vəzifəsində, 1 dekabr 1999-cu il tarixdən 6 aprel 2006-cı il tarixədək X2 Şöbəsinin baş mühəndisi vəzifəsində, 6 aprel 2006-cı il tarixdən 3 mart 2015-ci il tarixədək «Azneft» İB-nin Energetika şöbəsinin baş energetiki vəzifəsində, 4 mart 2015-ci il tarixdən 2 may 2017-ci il tarixədək X4 stansiya rəisi vəzifəsində işləmişdir. 2 may 2017-ci il tarixdən hal-hazıradək Energetika şöbəsində işləyir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı hazırkı cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdehin imtinası əsassız hesab olunur. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci, 27-ci (1 yanvar 2010-cu il tarixədək qüvvədə olan redaksiyada), 31.1-ci, 32.1-ci, 37.7-ci maddələrinə, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «a» bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli, 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli və 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarlarının müddəalarına əsaslanaraq, ona (iddiaçıya) yuxarıda qeyd olunan iş illərinin sığorta stajına daxil edilərək 2004-2005-ci illər üzrə əmək haqqı nəzərə alınmaqla 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)2070/2019 saylı, 25 iyun 2019-cu il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, İddiaçı onun 20 avqust 1979-cu il tarixdən 2 yanvar 1981-ci il tarixinədək X9 stansiyasında elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru, 2 yanvar 1981-ci il tarixdən 9 yanvar 1984-cü il tarixədək Qaz kompressor sexində mühəndis elektrik, 9 yanvar 1984-cü il tarixdən 14 noyabr 1985-ci il tarixədək X9 Stansiyasında usta vəzifəsində, 14 noyabr 1975-ci il tarixdən 8 may 1986-cı il tarixədək Qaz Turbin X4 növbə rəisi vəzifəsində, 8 may 1986-cı il tarixdən 1 dekabr 1987ci il tarixədək X10 Stansiyasının elektrik sexinin rəisi vəzifəsində, 1 dekabr 1987-ci il tarixdən 1 avqust 1988-ci il tarixədək X10 Stansiyasında baş mühəndis vəzifəsində, 1988ci ildən 1 dekabr 1999-cu il tarixədək X3 baş mühəndisi vəzifəsində, 1 dekabr 1999-cu il tarixdən 6 aprel 2006-cı il tarixədək X2 Şöbəsinin baş mühəndisi vəzifəsində işlədiyi dövrlər sığorta stajına daxil edilməklə 2004 – 2005-ci illər üzrə əmək haqqı nəzərə alınmaqla 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 13.09.2019-cu il tarixdə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərarının qanunsuz olduğundan ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24.10.2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2527/2019 saylı, 12.12.2019-cu il tarixli qərarı ilə (hakimlər Ü.Mayılov, M.Tağızadə, K.Abiyeva) Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2070/2019 saylı, 25 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-869/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər R.Nəbizadə, Z.Quliyev, İ.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2527/2019 saylı, 12.12.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. İş materiallarında olan ARDNŞ “Azneft” İB “Neft Daşları” NQÇİ-nin 14 may 2018-ci il tarixli arayışında qeyd edilmişdir ki, “Neft Daşları” NQÇİ-nin X5 şöbəsində baş energetik şöbə rəisi vəzifəsində işləyən 1957-ci il təvəllüdlü İddiaçı 20 avqust 1979-cu il tarixdən 2 yanvar 1981-ci il tarixədək X9 Stansiyasında Elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru peşəsində işləmişdir: bölmə 24, “a” bəndi – 1 il 4 ay 12 gün, 2 yanvar 1981-ci il tarixdən 9 yanvar 1984-cü il Qaz kompressor sexində mühəndis elektrik vəzifəsində işləmişdir: 3 il 7 gün, 9 yanvar 1984-cü il tarixdən 14 noyabr 1985-ci il tarixədək X9 Stansiyasında usta vəzifəsində işləmişdir: bölmə 24, “b” bəndi – 1 il 10 ay 5 gün, 14 noyabr 1985-ci il tarixdən 8 may 1986-cı il tarixədək Qaz Turbin X4 növbə rəisi vəzifəsində işləmişdir: 5 ay 24 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin “a” və “b” bəndinə əsasən “Neft Daşları” NQÇİ-nin QTİS-in Elektrik avadanlıqlarının təmiri üzrə usta, növbə rəisi vəzifəsində 7 may 2018-ci il tarixədək dəniz şəraitində güzəştli şərtlərlə işləmişdir. 8 may 1986-cı il tarixdən 1 dekabr 1987-ci il tarixədək X10 Stansiyasının elektrik sexinin rəisi vəzifəsində işləmişdir. 1 dekabr 1987-ci il tarixdən 1 avqust 1988-ci il tarixədək QTES baş mühəndisi vəzifəsində, 1988-ci ildən 1 dekabr 1999-cu il tarixədək X3 baş mühəndisi vəzifəsində, 1 dekabr 1999-cu il tarixdən 6 aprel 2006-cı il tarixədək X2 Şöbəsinin baş mühəndisi vəzifəsində, 6 aprel 2006-cı il tarixdən 3 mart 2015-ci il tarixədək “Azneft” İB-nin Energetika şöbəsinin baş energetiki vəzifəsində, 4 mart 2015-ci il tarixdən 2 may 2017-ci il tarixədək X4 stansiya rəisi vəzifəsində işləmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 4 may 1957-ci il tarixdə doğulmuş İddiaçı yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Y.Quliyev küçəsi, ev 30a, mənzil 23dür. İş materiallarında olan iddiaçıya məxsus, İT-İ seriyalı ******* №-li əmək kitabçasının surətindən görünür ki, iddiaçı əmək fəaliyyətinə başlayanadək M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda tədris almışdır, əmək fəaliyyətinə SovİKP-nin XXİİ qurultayı adına Neftqazçıxarma İdarəsində başlamış, 20 avqust 1979-cu il tarixdən 02 yanvar 1981-ci il tarixinədək X9 stansiyasında elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru, 02 yanvar 1981-ci il tarixdən 09 yanvar 1984-cü il tarixədək Qaz kompressor sexində mühəndis elektrik, 09 yanvar 1984-cü il tarixdən 14 noyabr 1985-ci il tarixədək X9 Stansiyasında usta vəzifəsində, 14 noyabr 1985-ci il tarixdən 08 may 1986-cı il tarixədək Qaz Turbin X4 növbə rəisi vəzifəsində, 8 may 1986-cı il tarixdən 01 dekabr 1987-ci il tarixədək X10 Stansiyasının elektrik sexinin rəisi vəzifəsində, 01 dekabr 1987-ci il tarixdən 01 avqust 1988-ci il tarixədək QTES baş mühəndisi vəzifəsində, 01 avqust 1988-ci il tarixdən 1988-ci ildən 01 dekabr 1999-cu il tarixədək X3 baş mühəndisi vəzifəsində, 01 dekabr 1999-cu il tarixdən 06 aprel 2006-cı il tarixədək X2 Şöbəsinin baş mühəndisi vəzifəsində, 06 aprel 2006-cı il tarixdən 03 mart 2015-ci il tarixədək «Azneft» İB-nin Energetika şöbəsinin baş energetiki vəzifəsində, 04 mart 2015-ci il tarixdən 02 may 2017ci il tarixədək X4 stansiya rəisi vəzifəsində işləmiş, 02 may 2017-ci il tarixdən halhazıradək Energetika şöbəsində baş energetik 16 dərəcəli şöbə rəisi işləyir. İş materiallarında olan 30.06.1979-cu ildə verilmiş Q-İ seriyalı 029386 №-li diplomdan müəyyən olunur ki, İddiaçı 1974-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1979-cu ildə «Elektrik stansiyaları» ixtisası üzrə tam kursu bitirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Hazırkı iş üzrə Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “iddiaçının iş yeri üzrə verilmiş arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 24-cü bölməsinin a və b bəndinin istinad edilsə də, apellyasiya məhkəməsi həmin arayışa əsaslansa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısına əsasən iddianın əsaslı olması nəticəsinə gəlmiş, gəldiyi nəticəni əsaslandırmamış, iddiaçının 1 avqust 1997-ci ilə qədər güzəştli şərtlə əmək pensiyası hüququ olan stajı ilə bağlı araşdırma aparmamış, iddiaçının işlədiyi hansı peşəsinin və hansı dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısında olub-olmamasını qərarında göstərməmiş, nəticədə güzəştli şərtlərlə əmək pensiyası hüququ olan stajın müddətini müəyyən etməmişdir “ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan ARDNŞ “Azneft” İB “Neft Daşları” NQÇİ-nin 14 may 2018-ci il tarixli arayışında iddiaçının “Neft Daşları” NQÇİ-nin X5 şöbəsində, Qaz kompressor sexində , X9 Stansiyasında , Qaz Turbin X4 , X2 Şöbəsinin müxtəlif vəzifələrdə işlədiyi qeyd edilmiş, həmin peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin “a” və “b” bəndinə uyğun olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən işin birinci instansiya icraatı zamanı təqdim edilmiş arayışda iddiaçının işlədiyi vəzifələrin müvafiq Siyahının 24-cü bölməsinin “a” və “b” bəndinə uyğun olduğu qeyd edilsə də , hansı peşənin konkret olaraq hansı koda uyğun olduğu göstərilməmişdir. İşin hazırkı apellyasiya instansiya icraatı zamanı iddiaçı məhkəmə iclasına gəlməmiş, iddia tələbini əsaslandıran yazılı və ya şifahi izahat verməmiş, yuxarıda qeyd edilən formada iş yerindən güzəştli şərtlərlə işləməsi barədə yeni arayış təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Proessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati Proessual Məcəlləsinin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya hüququ qazanmaq üçün qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajına malik olması iş materialları ilə müəyyən edilməmiş, iddiaçı iddia tələbini əsaslandıran sənəd-sübutları, iş yerindən yeni tarixlə güzəştli iş stajı barədə arayışı təqdim etməmiş, bu səbəbdən hazırkı iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(82)2070/2019 saylı, 25 iyun 2019-cu il tarixli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2070/2019 saylı, 25 iyun 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun 20 avqust 1979-cu il tarixdən 02 yanvar 1981-ci il tarixinə qədər X9 stansiyasında elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru (01 il, 04 ay, 12 gün), 02 yanvar 1981-ci il tarixdən 09 yanvar 1984-cü il tarixinə qədər Qaz kompressor sexində mühəndis elektrik (03 il, 07 gün), 09 yanvar 1984-cü ildən 14 noyabr 1985-ci illərdə X9 stansiyasında usta vəzifəsində (01 il, 10 ay, 05 gün), 14 noyabr 1985-ci il tarixindən 08 may 1986-cı il tarixinə qədər Qaz-turbin X4 növbə rəisi vəzifəsində (05 ay, 24 gün), 08 may 1986-cı il tarixdən 01 dekabr 1987-ci il tarixə qədər Qaz-turbin elektrik stansiyasının elektrik sexinin rəisi vəzifəsində, 01 dekabr 1987-ci il tarixindən 01 avqust 1988-ci il tarixə qədər Qaz-turbin elektrik stansiyasının baş mühəndisi vəzifəsində, 1988-ci il tarixdən 01 dekabr 1999-cu illərdə X3 baş mühəndisi vəzifəsində, 01 dekabr 1999-cu il tarixdən 06 aprel 2006-cı il tarixinə qədər X2 şöbəsinin baş mühəndisi vəzifəsində, 06 aprel 2006-cı il tarixdən 03 mart 2015-ci il tarixinə qədər “Azneft” İB-nin Energetika şöbəsinin baş energetik vəzifəsində, 04 mart 2015-ci il tarixdən 02 may 2017-ci il tarixinə qədər X4 stansiya rəisi vəzifəsində, 02 may 2017-ci il tarixindən hal-hazıra qədər Energetika şöbəsinin baş energetik vəzifəsində işlədiyi dövrün sosial sığorta stajı kimi, 2004-2005-ci illərin əmək haqqı nəzərə alınmaqla ona hüququnun yarandığı 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar