Məhkəmə qərarları › İş №2-1(103)-2761/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2761/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2761/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı “ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X9 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı və onun vəkili X7, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı “müvafiq iş illərinin sığorta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 659/2023 saylı 14 fevral 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəlldülüdür. İddiaçıya məxsus ******* saylı xx.xx.1979-cu il tarixli və ******* saylı xx.xx.1978-ci il tarixli əmək kitabçalarının surətlərindən görünür ki, iddiaçı müxtləif dövrlərdə müxtəlif müəssisələrdə işləmiş, o cümlədən xx.xx.1973-cü ildən xx.xx.2008-ci il tarixədək davamlı olaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı onun yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış 1 dekabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığorta olunanın əmək kitabçası üçün 2006-cı ilin 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışı əsasında təsdiqləndiyi halda Qanunun 31.2ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından verilən araşıyışda qeyd edilir ki, “Bakıbaştikinti” İdarəsi 16 saylı Tikinti İdarəsinin 1980 – 2008-ci illərə dair sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Bundan sonra Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış 04 aprel 2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdi ki, təqdim etdiyi 7 aprel 1979-cu il tarixli ИТ-İ № ******* saylı və 30 sentyabr 1978-ci il tarixli ИТ-İ № ******* saylı əmək kitabçalarının surətlərinə əsasən iddiaçının sığorta stajı 7 il 1 ay təşkil edir. 1 yanvar 2006cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 28 iyul 2021-ci il tarixli BA-03441-2021 saylı arayışına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş BBTİ 16 saylı Tikinti İdarəsinin 1980 – 2008-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinə təhvil verilməyib. Buna görə də, həmin dövrlərin qanunvericiliyin tələblərinə görə sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir. xx.xx.2021-ci il tarixdən İddiaçı 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci tarixdən 180 manata çatdırılmışdır. Həmin imina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “31 may 1973-cü il tarixdən 18 iyun 2008-ci il tarixə qədər iş stajı nəzərə alınmaqla 16 iyul 2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yığılan pensiya məbləğinin hesablanaraq ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 31 may 1973-cü il tarixdən əmək fəaliyyətinə başlayaraq “Masallı rayon Şaumyan sovxozu”da 1 nömrəli briqadaya fəhlə kimi işə qəbul edilmişdir. 1974-cü ildən “X10”nda 3 nömrəli kirəmid sexinə fəhlə işinə qəbul edilmişdir. Digər iş yerləri barədə də əmək kitabçasında məlumatlar qeyd edilmişdir. Son olaraq 1 noyabr 1980-ci il tarixdə “UMM İ MF Trest Fundamentstroy” Tikinti İdarəsinə bənna işinə qəbul edilmişdir. Həmin İdarə “Bakıbaştikinti” İdarəsinin 16 saylı Tikinti İdarəsinin nəzdində olan “SU-16” tikinti İdarəsi ilə birləşmiş və iddiaçı 18 iyun 2008-ci il tarixədək həmin İdarədə işləmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Ona cəmi 130 manat yaşa görə pensiya təyin edilmişdir. Ona əmək pensiyası təyin olunarkən 31 may 1973-cü il tarixdən 18 iyun 2008-ci il tarixədək olan əmək stajının nəzərə alınmadığı iddiaçıya məlum olduqda o, yazılı ərizə ilə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış 1 dekabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığorta olunanın əmək kitabçası üçün 2006-cı ilin 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışı əsasında təsdiqləndiyi halda Qanunun 31.2ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından verilən araşıyışda qeyd edilir ki, “Bakıbaştikinti” İdarəsi 16 saylı Tikinti İdarəsinin 1980 – 2008-ci illərə dair sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Cavabdeh orqanın ona yaşa görə əmək pensiyasının verilməsindən imtinasını əsassızdır. Çünki “Bakıbaştikinti” İdarəsinin 16 saylı Tikinti İdarəsinin 1980 – 2008-ci illərə dair sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməməsinə görə iddiaçı məsuliyyət daşımır. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası var. Göstərilənlərə əsaslanaraq, İddiaçı 16 iyul 2021-ci il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, xx xxxx 1956-cı il təvəllüdlü İddiaçı 4 noyabr 2021-ci il tarixdə Fonda müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun müraciətə cavab olaraq ərizəçiyə ünvanladığı imtina məktubunda bildirilmişdir ki, təqdim etdiyi 7 aprel 1979-cu il tarixli ИТ-İ № ******* saylı və 30 sentyabr 1978-ci il tarixli ИТ-İ № ******* saylı əmək kitabçalarının surətlərinə əsasən iddiaçının sığorta stajı 7 il 1 ay təşkil edir. 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabın sığortahissəsində pensiya kapitalı qeydə alınmayıb. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 28 iyul 2021-ci il tarixli BA-03441- 2021 saylı arayışına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş BBTİ 16 saylı Tikinti İdarəsinin 1980 – 2008-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinə təhvil verilməyib. Buna görə də, həmin dövrlərin qanunvericiliyin tələblərinə görə sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx xxxx 1956-cı il təvəllüdlü Вəhram Oruc oğlu Bədəlovun yaşa görə əmək pensiyası hüququ 65 yaşının tamam olduğu 16 iyul 2021-ci il tarixdə yaranmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərti ödəmir. İddiaçının mübahisələndirilən sığorta stajı 1 boyabr 1980-ci il tarixdən 18 iyun 2008-ci il tarixədək Bakı Baş Tikinti İdarəsinin 16 saylı Tikinti İdarəsində işlədiyi dövr, ümumilikdə 27 il 07 ay 17 gün təşkil edir. İddiaçı Вəhram Oruc oğlu Bədəlov 1 noyabr 1980-ci il tarixdən 18 iyun 2008-ci il tarixədək BBTİ 16 saylı Tikinti İdarəsində işlədiyi dövr barədə əmək kitabçasında müvafiq qeydlər edilmiş, lakin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi üçün həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Göstərilənlərə və İPM-in 12, 58.7, 81, 83-cü maddələrinə, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2, 7, 26, 37-ci maddələrinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü bəndinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-659/2023 saylı 14 fevral 2023-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı 1980–2006-cı illər üzrə iş stajı sığorta stajına daxil edilməklə, 16 iyul 2021-ci il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin cavabında qeyd edilmişdir ki, Bakı Baş Tikinti İdarəsinin 16 saylı Tikinti İdarəsi adlı hüquqi şəxsin qeydiyyatdan keçməsi ilə bağlı məlumat mövcud deyil. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X14 Xidmətinin sorğuya verdiyi cavabda qeyd edilmişdir ki, Bakı Baş Tikiniti İdarəsinin 16 saylı Tikinti İdarəsi ilə bağlı hər hansı məlumat təqdim edilməyib. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı isə öz cavabında İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Bakı Baş Tikinti İdarəsinin 16 saylı Tikinti İdarəsində işlədiyi dövr barədə arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyini qeyd etmişdir. Daha sonra iddiaçının əmək kitabçasında sonuncu iş yeri tərəfindən vurulan möhürdə qeyd edilmiş “X2 Birliyi” ilə bağlı yenilən sorğular verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlə Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2022-ci il tarixli cavabında “X2 Birliyi”nin xx.xx.1995-ci il tarixdə qeydiyyata alındığını qeyd etmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “X2 Birliyi” xx.xx.1996-cı il tarixdən Dövlət reyestrində qeydiyyatdadır. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Kommersiya qurumlarının dövlət reyestri” altsistemində müəssisənin qeydiyyat tarixi xx.xx.1996-cı il qeyd edilmişdir. Beləliklə, iddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1980-cı il tarixdən xx.xx.2008-ci il tarixədək BBTİ 16 saylı Tikinti İdarəsində işlədiyi dövrlər təşkil edir. İddiaçıya məxsus əmək kitabçasında xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi qeyd olunsa da, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək iddiaçının adına hər hansı məcbur dövlət sosial sığorta haqqı hesablanmamışdır. xx.xx.2006-cı il tarixdən sonra X5 Sistemində iddiaçının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının olmadığı müəyyən edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı və onun vəkili X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı 4 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən qismən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Bakı Baş Tikinti İdarəsinin 16 saylı Tikinti İdarəsində (1 yanvar 2006-cı il tarixədək) işlədiyi dövrləri nəzərə almaqla iddiaçının 25 ildən artıq sığorta stajı topladığına əsaslanaraq (cavabdeh həmin illər nəzərə alınmadan iddiaçının 7 il 1 ay sığorta stajını qəbul edir) iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddianın təmin edildiyi” hissədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kolllegiyası ilk növbədə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1980-cı il tarixdən xx.xx.2008-ci il tarixədək BBTİ 16 saylı Tikinti İdarəsində işlədiyi dövrü mübahisələndirir və qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi qeyd olunsa da, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək iddiaçının adına hər hansı məcburi dövlət sosial sığorta haqqı hesablanmamış və həmçinin xx.xx.2006-cı il tarixdən sonra X5 Sistemində iddiaçının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı xx xxxx 1956-cı il tarixdə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 65 yaşdan, xx.xx.2021-ci ildən pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması; 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə iki əmək kitabçası təqdim etmişdir. İddiaçıya məxsus hər iki əmək kitabçasından görünür ki, o, müxtəlif dövrlərdə müxtləif vəzifələrdə işləmiş, o cümlədən 1980-ci ildən 2008-ci ilədək cavabdeh orqanın qəbul etmədiyi BBTİ 16 saylı Tikinti İdarəsində çalışmışdır. Cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı etirazından və apellyasiya şikayətinin dəlillərində görünür ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1980-cı il tarixdən xx.xx.2008-ci il tarixədək BBTİ 16 saylı Tikinti İdarəsində işlədiyi dövrü mübahisələndirir və qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi qeyd olunsa da, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək iddiaçının adına hər hansı məcburi dövlət sosial sığorta haqqı hesablanmamış və xx.xx.2006-cı il tarixdən sonra X5 Sistemində iddiaçının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 28 iyul 2021-ci il tarixli BA- 03441-2021 saylı arayışına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş BBTİ 16 saylı Tikinti İdarəsinin 1980 – 2008-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinə təhvil verilməyib. İddiaçı 1980–2008-ci illərdə “Bakıbaştikinti” İdarəsinin strukturlarında işləməsi ona məxsus əmək kitabçasında öz təsdiqini tapır. Əmək kitabçasında müvafiq möhür X2 Birliyinə məxsusdur. İşə birinci instansiya qaydasında baxılarkən “Bakıbaştikinti” İdarəsinin strukturlarında işləmiş şəxslər kimi X4 və X6 notarial qaydada təsdiqlənməklə təqdim olunmuş ərizələrində müvafiq dövrlərdə İddiaçı ilə birlikdə işlədiklərini göstərmişlər və onlardan birinin – X4 (digərinin pensiya yaşı tamam olmamışdır) əmək pensiyasının sözügedən İdarədəki iş stajı sığorta stajına daxil edilməklə təyin edilməsi halı cavabdeh tərəfindən təkzib olunmamışdır. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən DSMF-yə ünvanlanmış 15 noyabr 2022-ci il tarixli məktubda qeyd olunur ki, 19 iyun 1996-cı il tarixdə D-1279 nömrə ilə dövlət qeydiyyatına alınmış X3 5 iyul 1995-ci il tarixdə D-545 nömrə ilə dövlət qeydiyyatına alınmış “Bakıbaştkinti” İdarəsinin X1 bazasında yaradılmış və onun hüquqi varisidir. Hazırkı tarixə olan uçot məlumatlarına əsasən X2 Birliyinin fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. Dövlət Vergi Xidmətinin hazırkı iddiaçının vəkilinə ünvanlanmış 26 dekabr 2022-ci il tarixli məktubunda qeyd olunur ki, X2 Birliyinin 3 saylı ETK 19 dekabr 1995-ci il tarixdə D- 913 nömrəli qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində hüquqi şəxs qismində dövlət qeydiyyatına alınmışdır. Qeyd olunanlara, o cümlədən 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək kitabçasında əks olunmuş 1980 – 2006-cı illər üzrə iş stajının sığorta stajına daxil edilməməsi qanuna ziddir. Lakin 1980-2006-cı illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə razılaşmayan cavabdeh orqan məhkəmə qərarından apellyasiya şikayəti verdiyi üçün həmin məsələ bir daha araşdırılmış və bu məqsədlə apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə məhkəmə sorğusu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq İdarənin 09 oktyabr 2023-cü il tarixli **********564200 nömrəli məktubuna əlavə etdiyi sənədlərdən müəyyən olundu ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1982-ci il tarixli 482 nömrəli sərəncamına, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli 05/980 nömrəli sərəncamına və “Bakıbaştikinti” İdarəsinin xx.xx.1982-ci il tarixli 532-LS nömrəli əmrinə uyğun olaraq “Fundamentstroy” tresti və 1, 2, 3 saylı Evtikmə kombinatlarının bazasında Evtikmə İstehsalat Tikinti-Quraşdırma Birliyinin yaradıması və bununla da “Fundamentstroy” trestinin və digər Evtikmə kombinatlarının ləğv edilməsi qərara alınmışdır. Bundan sonra yeni yaradımış müəssisənin adı bir neçə dəfə dəyişmiş və sonuncu dəfə 1995-ci ildə “Bakıbaştikinti” İdarəsinin Sənaye Evtikmə İstehsalat Birliyi kimi nizamnaməsi qeydiyyata alınmışdır. Beləliklə, iş üzrə iddiaçının əmək kitabçasının, Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilən sənədlərin məzmunundan aydın olur ki, xx.xx.1980-xx.xx.2008-ci il tarixdə işlədiyi müəssisə mövcud olmuşdur. Buna görə də iddiaçının bu illər üzrə iş stajını sübut edən əsas sənəd- əmək kitabçası təqdim olunan digər sənədlərlə birlikdə qiymətləndirilərək həmin dövrdə iş yeri olan müəssisənin fəaliyyət göstərməsi, iddiaçının da həmin müəssisədə işləməsi faktı təsdiq olunduğu üçün həmin dövr (xx.xx.1980-xx.xx.2006) ona pensiya təyin edilməsi üçün iş stajına daxil edilməlidir. Cavabdehin istinad etdiyi hal- iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi barədə gətirdiyi dəlillə bağlı qeyd olunmalıdır ki, arxiv sənədlərinin saxlanılması və onun təhvil verilməsi iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun sənədlərin Arxivə təhvil verilmə vəzifəsinin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn, şəxsin işlədiyi müəssisədə əmək haqqı cədvəllərinin aşkar edilməməsinə görə baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Bundan başqa, İddiaçı yuxarıda qeyd olunan (1980 – 2008-ci illər) müddətində əmək fəaliyyətinin bir hissəsi 1 yanvar 2002-ci il tarixədək olan dövrə aid olduğundan, həmin müddətin bu hissəsinin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti qoyula bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə əmək kitabçasında qeyd olunan, xx.xx.1980-ci il-xx.xx.2006-cı tarixədək olan dövr üzrə stajdan irəli gələn hüquqlarının (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna və iddiaçının artıq bunadək qazanmış olduğu hüququnun (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Odur ki, iddiaçının xx.xx.1980-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi müddət onun stajına daxil edilməlidir. Belə olan halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərti ödənildiyi üçün digər şərtə- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Kollegiya onu da qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1980-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrün onun sığorta stajına daxil edilərək, ona 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi qənaətinə gəlsə də, məhkəmə qərarının nəticəvi hissəsində texniki səhvə yol verərək staja daxil edilməli olan dövrü “2008-2006-cı illər” kimi göstərmişdir. Kollegiya bu halı texniki səhv olaraq qəbul etdiyindən, kobud pozuntu kimi qiymətləndirmədiyi üçün hesab edir ki, bu hal qanuni və əsaslı məhkəmə qərarının mübahisələndirilən hissədə məhz bu əsasla ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-659/2023 saylı 14 fevral 2023-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə iddiaçının stajına daxil edilməli dövr “xx.xx.1980- xx.xx.2006-cı illər” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-659/2023 saylı 14 fevral 2023-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə iddiaçının stajına daxil edilməli dövr “xx.xx.1980- xx.xx.2006-cı illər” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar