Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2761/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Səadət Rəşid qızı Səlimovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qarajın iddiaçının istifadəsinə verilməsinin təmin edilməsi barədə inzibati aktın - qərarın qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6603/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən yeraltı avtomobil qarajının onun istifadəsinə verilməsinin "xxxx" MMC, "xxxx" MTK və "xxxx" MMM tərəfindən təmin edilməsi barədə inzibati aktın-qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC, "xxxx" MTK və "xxxx" MMM tərəfindən istehlakçı kimi onun hüquqlarının pozulması ilə əlaqədar 2023-cü ilin may ayında o, cavabdehə müraciət edərək, istehlakçı kimi onunla icraçı kimi "xxxx" MTK arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 89 saylı binada yerləşən 55 saylı mənzilin alqı-satqısı barədə 27 dekabr 2007-ci il tarixli müqavilənin 2.3-cü bəndinin və digər bəndlərinin şərtlərinin icra edilərək, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 89 saylı binada yerləşən yeraltı avtomobil qarajının dərhal binanın sahə mülkiyyətçisi kimi onun istifadəsinə verilməsinin "xxxx" MMC-yə, "xxxx" MTK-ya və "xxxx" MMM-yə həvalə edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən onun ərizəsi mahiyyəti üzrə araşdırılmadığından və ona xx.xx.2023-cü il tarixində rəsmi qaydada təqdim edilmiş xx.xx.2023-cü il tarixli imtina məktubu göndərilmədiyindən, o, 2023-cü ilin avqust ayında cavabdehə qarşı araşdırma aparılması öhdəliyinin qoyulması barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən ona göndərilmiş 2-1(112)-13624/2023 nömrəli xx.xx.2023-cü il tarixli hüquqi yardım haqqında məktubda iddia tələbinin hüquqi marağına uyğun olaraq təmin olunduğu təqdirdə fərdi müəyyən inzibati aktın qəbul edilməsinə yönəlmiş hüquqi nəticə yaratmağa xidmət etməli olması göstərilmişdir. Daha sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13624/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiası mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli hüquqi yardım haqqında məktubunda göstərilmiş tələblərə uyğun olaraq cavabdehə qarşı inzibati aktınqərarın qəbul edilməsi barədə hazırkı iddia ərizəsi ilə yenidən Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6603/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərardadı (hakim N.Abıyev) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı kimi cavabdehə qarşı irəli sürdüyü əvvəlki və hazırki iddialarının predmetləri tam fərqli olduğu halda, məhkəmə əsassız olaraq AR İPM-in 45.5, 45.5.1 və 78-ci maddələrinə istinad edərək və AR İPM-in 45.5.1-ci maddəsində nəzərdə tutulmuş eyni iddia anlayışının məzmununu iddianın əsası və predmeti baxımından qanunsuz olaraq təhrif edərək eyni mahiyyətdə iddia kimi göstərərək iddianı qanunsuz və əsassız olaraq mümkün saymamışdır. Hakim iddia üzrə işin onun icraatında olması barədə işdə iştirak edən şəxs kimi ona heç bir məlumat verməmiş, işin onun icraatına daxil olmasından 1 həftə sonra iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Həmçinin, hakim AR İPM-in 13 və 48.1-ci maddələrinin tələblərini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair AR Ali Məhkəməsi Plenumunun 05 nömrəli xx.xx.2015-ci il tarixli qərarının tələblərini pozaraq iddiaçı kimi ona hüquqi yardım haqqında yazılı təklif göndərmədən iddianı mümkün saymamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdeh ərizə ünvanlayaraq məhkəmə iclasının başqa tarixə təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İş materiallarında olan: Xidmət tərəfindən İddiaçı ünvanlanmış: - 3-21-1/2-11635/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" МММ ilə aralarında yaranmış mübahisə haqqında İqtisadiyyat Nazirliyinə daxil olmuş müraciətlərinə Xidmətdə aidiyyəti üzrə baxılmışdır. Müraciətlə əlaqədar aparılmış araşdırma zamanı "xxxx" MTK-nın rəhbərliyi tərəfindən Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2007-ci il tarixində sözügedən şirkət ilə müqavilə bağlayaraq ünvan 3 ünvanında yerləşən yaşayış binasının 16-cı mərtəbəsində, ümumi sahəsi 196.4 kv. m. olan, 4 otaqlı, 55 saylı mənzili aldığı, təmir edərək hal-hazırda istifadəsində olduğu bildirilmiş, həmçinin xx.xx.2007-ci il tarixli müqavilənin 2.3-cü bəndində göstərildiyi kimi, "Payçı” qarajdan istifadə etmək istəyən zaman, bu münasibətlərin müqaviləyə "xxxx" ilə tənzimlənəcəyi qeyd edilmişdir. Göründüyü kimi, qarajdan istifadə etmək üçün MTK ilə müqaviləyə "xxxx"nin imzalanmasının zəruri olduğu, digər "xxxx"larla olan razılaşmaya əsasən həmin şəxslərin müraciətlərinin ardıcıllığına əsasən qarajların dəyəri ödənilməklə satıldığı (çıxarışlar sakinlərə təqdim edilmişdir) və hazırda qeyd olunan binada boş qarajın olmadığı bildirilmişdir. Eyni zamanda onun yaşadığı mənzilə dair 10 ildən artıq müddətdir ki, hər hansı kommunal haqqı ödəmədiyi qeyd edilmiş və bu səbəbdən "xxxx" МММ tərəfindən Yasamal Rayon Məhkəməsində ona qarşı “kommunal xidmət haqqının ödənilməsi” tələbinə dair iddia qaldırılmışdır. "xxxx" MTK-nın mövqeyi ilə razılaşmadığı təqdirdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki icraat qaydasında aidiyyəti üzrə məhkəmədə iddia qaldıra bilər. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən, müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ izah olunmuşdur. - 3-21-1/2-12/230/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, "xxxx" МММ ilə aralarında yaranmış mübahisə haqqında İqtisadiyyat Nazirliyinə daxil olmuş müraciətinə Xidmətdə aidiyyəti üzrə baxılmışdır. Daha əvvəl daxil olmuş müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən baxılmış və nəticəsi haqqında xx.xx.2023-cü il tarixli 3-21- 1/2-11635 nömrəli məktubla ona cavab verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən aidiyəti üzrə məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur. - 3-21-1/2-17504/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş "xxxx" MTK tərəfindən Xidmətə ünvanlanmış BM-05 saylı, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı şikayətinə cavab olaraq bildirilmişdir ki, tərəflərindən heç bir istehlakçı hüququ pozulmamışdır. İddiaçı və "xxxx" MTK arasında imzalanan xx.xx.2007-ci il tarixli müqaviləyə, həmçinin MTK-ya yazdığı həmin tarixli ərizəyə əsasən ona, ünvan 3 ünvanda inşa edilən yaşayış binasının 16-cı mərtəbəsində, ümumi sahəsi 196,4 kv.m. olan, 4 otaqlı, 55 saylı mənzil ayrılmışdır. Həmin mənzil hazırda həmin şəxsin istifedəsindədir və təmir işləri aparılıb. İddiaçı iddia edir ki, həmin binanın yeraltı hissəsindəki qarajdan istifadə etməlidir, lakin, MTK ona şərait yaratmır. xx.xx.2007-ci il tarixli müqavilənin “2.3.-” bəndində göstərilib ki, "xxxx" qarajdan istifadə etmək istədikdəbu münasibətlər müqaviləyə "xxxx" ilə tənzimlənəcək. Yəni, qarajdan istifadə etmək istəyən "xxxx" MTK ilə müqaviləyə "xxxx" imzalamalıdır. Digər “Payçı’larla olan razılaşmalara əsasən (həmin şəxslərin müraciətlərinin ardıcıllığına əsasən qarajlar satılmışdır və hazırda həmin binada boş, yəni sahibi olmayan qaraj qalmamışdır) həmin qarajlar müqaviləyə "xxxx" əsasında sakinlərə dəyəri ödənilməklə satılıb və sakinlər tərəfindən mülkiyyətlərinə qəbul edilib. Həmin sakinlər əldə etdikləri qarajlara dair “çıxarış”lara malikdir və həm sahiblik, həm sərəncam, həm də istifadə hüquqları mövcuddur. Lakin, İddiaçı "xxxx"lar qarajdan istifadə etmək istədikdə, tərəflər bu müqaviləyə Əlavə edərək yeraltı qarajlardan istifadə şərtlərini bu Əlavə ilə tənzimləyəcəklər” müddəasını elə başa düşmək istəyir ki, qarajlar təmənnasız və ancaq istifadə hüququ ilə sakinlərin, daha doğrusu İddiaçı ixtiyarına verilməlidir. Belə bir güzəştli şərait "xxxx" MTK tərəfindən nəzərdə tutulmamışdır və onların imkanları xaricindədir. İddiaçı tərəfindən hazırkı problem, onun tərəfindən ümumi sahəsi 196,4 kv.m. olan, 4 otaqlı mənzili üzrə 10 ildən artıq dövr üçün kommunal xidmət haqqı məbləğini ödəmək istəməməsindən sonra qaldırılmışdır. Belə ki, həmin binaya və İddiaçı mənzilinə qanuni əsaslarla kommunal xidmət göstərən təşkilat "xxxx" МММ Yasamal Rayon Məhkəməsində İddiaçı qarşı “kommunal xidmət haqqının ödənilməsi” tələbinə dair iddia qaldırılmışdır. Həmin iddia tələbindən sonra İddiaçı dayanmadan dövlət orqanlarına çoxsaylı şikayətlər yazmaqla məşğuldur və həmin şikayətlərin bir surətini də onların və ya partnyor şirkətlərin əməkdaşlarına göndərirlər. İddiaçı özü hüquqşünas olsa da, istifadəsində olan mənzil üzrə kommunal xidmət haqqını ödəmək istəmir. Halbuki, o, bununla bağlı müqaviləyə də imza atıb. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13624/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023cü il tarixli qərardadının surətindən müəyyən olunur ki, İddiaçı məhkəməyə müraciət edərək inzibati orqan kimi Xidmətin İstehlakçı kimi ona göndərilmiş “Müraciətlərinə baxılmasının nəticəsi haqqında” 3-21-1/2-11635/2023 nömrəli 23 iyun 2023-cü il tarixli məktubunun inzibati aktının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və "xxxx" MMM tərəfindən 27 dekabr 2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndinin şərtlərini və çoxmənzilli binanın sahə mülkiyyətçisi (İstehlakçı) kimi onun hüquqlarını pozaraq Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəyli Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən yeraltı avtomobil qarajının binanın sahə mülkiyyətçisi (istehlakçı) kimi onun istifadəsinə verilməməsi barədə müraciətlərilə əlaqədar yenidən araşdırma aparılması öhdəliyinin (vəzifəsinin) yerinə yetirilməsinin Xidmətə həvalə edilməsi, inzibati icraatda iştirak edən maraqlı şəxs (ərizəçi) kimi ona vurulmuş mənəvi zərərin əvəzi kimi Xidmətdən onun xeyrinə 50000 manat pul məbləğinin tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13624/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadda göstərilmişdir ki, hazırki işdən görünür ki, iddiaçının hüquqi marağı MTK ilə bağladığı müqaviləyə əsasən (hesab edir ki, istehlakçı kimi) hüquqlarının müdafiə edilməsi ilə bağlıdır və iddiaçının cavabdeh inzibati orqana müraciətinə cavab olaraq ona müqavilə münasibətlərindən irəli gələn hüquqlarının müdafiə edilməsi üçün səmərəli hüquq müdafiə vasitəsi hesab edilən mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir (bənd 12). Qərardaddan narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1007/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2-1(112)-13624/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1007/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə razı olmayan iddiaçı həmin qərardaddan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti vermiş və AR Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-1423/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1007/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərardadından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən qaldırılmış hazırki iddia ilə eyni mahiyyətdə olan onun tərəfindən əvvəllər verilmiş iddia məhkəmənin müvafiq qərardadı ilə mümkün sayılmamışdır. İddiaçı tərəfindən həmin qərardadda qeyd olunmuş hallar aradan qaldırılmamışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayətinin təmin olunmaması barədə qəbul edilmiş qərardaddan sonuncu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin qeyd olunan qərardadı ilə mümkün sayılmamış və qəbulundan imtina edilmişdir. Məhkəmə kollegiyası bir daha izah edir ki, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Əgər iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, iddianın mümkünlüyü məsələsinə baxılmalıdır. İddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçının hüquqi marağı məhz mülkiyyətçisi olduğu mənzilin yerləşdiyi binada yerləşən yeraltı avtomobil qarajının onun istifadəsinə verilməsi ilə bağlıdır ki, qeyd edilən mübahisə də məhz mülki məhkəmə icraatı qaydasında iddiaya cavab verməli cavabdehə qarşı iddia qaldırılmaqla həll oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6603/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6603/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Səadət Səlimova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2761/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2761/2024
13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver