Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2762/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “20 yanvar şəhidi statusunun verilməsi məqsədilə vəsatətin qaldırılması” tələbinə dair inzibati iş üzrə “məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsi” məsələsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1157/2024 saylı, 17 aprel 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum həyat yoldaşı X2 “20 yanvar şəhidi statusu” verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1157/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı “X2 20 yanvar şəhidi statusunun verilməsi məqsədilə vəsatətin qaldırılması” barədə müraciətinə yenidən baxılaraq inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq əsaslandırılmış cavabın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmiş və iddia qalan hissədə təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1157/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəsini aldığından xx.xx.2023-cü il tarixli məktubla icra olunması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2023cü il tarixli, 3-17-/2-11025/2023 nömrəli məktubunda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1157/2023 nömrəli 24 iyun 2023-cü il tarixli qərarının icrası ilə əlaqədar İddiaçı barəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 28.2-ci maddəsinə əsasən inzibati icraat başlanmış və müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı müddət müəyyən edilərək İddiaçı 2023-cü il 4 noyabr tarixli 3- 17/2-İ-10765/2023 nömrəli məktub göndərilmişdir. Cavabdeh tərəfindən İddiaçı göndərilmiş 2023-cü il 4 noyabr tarixli 3-17/2- İ10765/2023 nömrəli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə”yə əsasən, “20 Yanvar şəhidi” fəxri adı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəvi hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən (yaralanma, travma, kontuziya) vəfat etmiş şəxslər (ölümündən sonra) təltif olunurlar. “20 Yanvar şəhidi” fəxri adının verilməsi haqqında vəsatət qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq sənədlər əsasında Nazirlik tərəfindən qaldırılır və həmin fəxri ad Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir. “20 Yanvar şəhidi” fəxri adı ilə təltif olunma haqqında bu Əsasnamənin əlavəsində müəyyən olunmuş formada müvafiq vəsiqə şəhid ailəsi statusu almaq hüququ olan ailə üzvlərindən birinə təqdim olunur. Qeyd edək ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6325/2013 nömrəli 24 dekabr 2013-cü il tarixli qətnaməsi müvafiq vəsatətin qaldırılması üçün yetərli hesab edilmir. Mülki Prosessual Məcəllənin məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən, “20 Yanvar şəhidi” fəxri adının verilməsi məqsədilə aidiyyəti üzrə vəsatətin qaldırılması üçün mərhum həyat yoldaşınız X1 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar aldığı xəsarətin nəticəsi olaraq vəfat etdiyini təsdiq edən məhkəmə-tibbi ekspertizasının müayinə aktına dair müvafiq arayışı 1 dekabr 2023-cü il tarixinədək təqdim etməyiniz xahiş olunur. Bildiririk ki, qeyd edilən tarixədək müvafiq arayışın təqdim edilməməsi barənizdə yekun qərarın qəbul edilməsinə mane olmur”. İddiaçı xx.xx.2023-cü il tarixlərdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə 50000 manat cərimə tətbiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1157/2024 saylı, 17 aprel 2024-cü il tarixli qərardadı ilə (hakim A.Əhədova) iş üzrə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı tərəf apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və cavabdehə 50000 manat cərimə tətbiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və iş üzrə apellyasiya icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, iddiaçı tərəf 09 iyul 2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin geri götürülməsi və iş üzrə apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməli və bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. İPM-in 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1157/2024 saylı, 17 aprel 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilsin. Apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. İddiaçı tərəfə izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2762/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2762/2024
09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver