Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2764/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X9, nümayəndəsi və vəkili Vəkil Şirin oğlunun, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1428/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC-yə 458534,29 (dörd yüz əlli səkkiz min beş yüz otuz dörd manat, 29 qəpik) manat məbləğində vergi hesablanmasına dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 01 fevral 2022-ci il tarixli, **********705500 saylı; 03 fevral 2022-ci il tarixli, **********923400 saylı; xx.xx.2022-ci il tarixli, **********061700 saylı; xx.xx.2022-ci il tarixli, **********942900 saylı; xx.xx.2022-ci il tarixli, **********616600 saylı və xx.xx.2022-ci il tarixli, **********960600 saylı, həmçinin Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsinin rəisi, vergi xidməti müşaviri X14 07 aprel 2022-ci il tarixli, **********413900 saylı; 04 iyun 2022-ci il tarixli, **********590300 saylı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 06 may 2022-ci il tarixli, 27 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 01 fevral 2022-ci il tarixli **********705500 saylı, 03 fevral 2022-ci il tarixli **********923400 saylı, xx.xx.2022- ci il tarixli **********942900 saylı, xx.xx.2022-ci il tarixli **********960600 saylı, xx.xx.2022-ci il tarixli **********616600 saylı, xx.xx.2022-ci il tarixli **********061700 saylı, 04 iyul 2022-ci il tarixli **********453100 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini, iş üzrə cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası cavabdehlər sırasından çıxarılması barədə qərardad qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmiş, iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası cavabdehlər sırasından çıxarılmışlar. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kameral vergi yoxlaması nəticəsində qəbul etdiyi 2021-ci ilin oktyabr ayı üzrə 01 fevral 2022-ci il tarixli, **********705500 saylı qərarla 94560,74 (doxsan dörd min beş yüz altmiş səkkiz manat, 74 qəpik) manat, 03 fevral 2022-ci il tarixli, **********923400 saylı qərarla isə 13627,84 (on üç min altı yüz iyirmi yeddi manat, 84 qəpik) manat olmaqla, cəmi 108188,58 (bir yüz səkkiz min bir yüz səksən səkkiz manat, 58 qəpik) manat məbləğində əlavə vergi hesablanmışdır. Qərarlar onunla əsaslandırılmışdır ki, ASC tərəfindən 2021-ci ilin oktyabr ayı üzrə əvəzləşməyə təqdim edilmiş EBBK seriyalı 072133 nömrəli, EBBK seriyalı 072138 nömrəli, EBBK seriyalı 072336 nömrəli, EBBK seriyalı 149991 nömrəli, EBBK seriyalı 151077 nömrəli, EBBK seriyalı 22812 nömrəli (01 fevral 2022-ci il tarixli qərar) və EBBK seriyalı, 223099 nömrəli (03 fevral 2022-ci il tarixli qərar) elektron qaiməfakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğuna görə həmin əməliyyatlar əvəzləşdirməyə əsas vermir. Qeyd olunan elektron qaimə-fakturalar üzrə cəmi 108188,58 (bir yüz səkkiz min bir yüz səksən səkkiz manat, 58 qəpik) manat ƏDV məbləği vergi orqanı tərəfindən əvəzləşdirildiyi üçün həmin ay üzrə təqdim edilmiş bəyannamələr üzrə eyni məbləğdə, yəni 108188,58 (bir yüz səkkiz min bir yüz səksən səkkiz manat, 58 qəpik) manat məbləğdə kənarlaşma yaranmışdır. İddiaçı bununla razılaşmamış və cavabdehin qərarlarından inzibati şikayət vermiş, həmin şikayət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsinin rəisinin 07 aprel 2022-ci il tarixli, **********413900 saylı qərarı ilə təmin edilməmişdir. Qərar onunla izah edilmişdir ki, araşdırma zamanı ASC ilə "xxxx" MMC (VÖEN: **********) arasında elektron qaimə-faktura əsasında 2021-ci ilin sentyabr və oktyabr aylarında 3894,75 ton miqdarda, 1760053,99 manat (ƏDV-si 316809,73 manat) məbləğdə, X10 (VÖEN: **********) arasında isə elektron qaimə-faktura əsasında 2021-ci ilin sentyabr və oktyabr aylarında 287,49 ton miqdarda, 168626,72 manat (ƏDV-si 30352,81 manat) məbləğində metal təqdim edildiyi və təqdim edilmiş elektron qaiməfakturalar əsasında əvəzləşdirmə əməliyyatlarının aparıldığı müəyyən edilmişdir. Uçotbaza məlumatlarına və təqdim olunan elektron qaimə-faktura məlumatlarına əsasən ASCnin "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2448 ton metal qırıntısı almasına baxmayaraq, həmin vergi ödəyicisinin həmin tarix aralığında yalnız 1322 ton metal alışının, X4 isə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 203,62 ton metal qırıntısı almasına baxmayaraq, həmin vergi ödəyicisinin həmin tarix aralığında yalnız 96,58 ton metal alışının olduğu müəyyən edilmiş və bu səbəbdən də yuxarıda qeyd olunan əməliyyatlar əmtəəsiz əməliyyat hesab edilmişdir. Buna görə Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 01 fevral 2022-ci il tarixli, **********705500 saylı və 03 fevral 2022-ci il tarixli, **********923400 saylı qərarlar dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı "İnzibati şikayətin təmin edilməməsi haqqında" 07 aprel 2022-ci il tarixli, **********413900 saylı qərarla razılaşmayıb Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına inzibati şikayət verərək həmin qərarın, həmçinin cavabdehin 01 fevral 2022-ci il tarixli, **********705500 saylı və 03 fevral 2022-ci il tarixli, **********923400 saylı qərarlarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 06 may 2022-ci il tarixli, 27 nömrəli qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmişdir. Apellyasiya Şurası öz qərarını onunla izah etmişdir ki, "xxxx" MMC tərəfindən ümumilikdə 3883,90 ton miqdarında qara metal tullantısı alınmasına baxmayaraq, "xxxx" ASC-yə 3894,75 ton miqdarında elektron qaimə-faktura ilə mal satılmışdır. "xxxx" MMC-nin elektron qaiməfakturalarla təqdim etdiyi malların həcminin aldığı mallara nisbətən az olduğu müəyyən edilmiş və Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət baş İdarəsi tərəfindən "xxxx" MMC xx.xx.2021-ci il tarixli, **********816500 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. X10 tərəfindən isə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 96,58 ton miqdarında qara metal tullantısı alınmasına baxmayaraq, "xxxx" ASC-yə 287,49 ton miqdarında elektron qaimə-faktura ilə mal satılmışdır. X6 elektron qaimə-fakturalarla təqdim etdiyi malların həcminin aldığı mallara nisbətən az olduğu müəyyən edilmiş və Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət baş İdarəsi tərəfindən X10 xx.xx.2021-ci il tarixli, **********175900 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Buna görə də Apellyasiya Şurası hesab etmişdir ki, qərarlar dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cavabdeh eyni əsaslarla "xxxx" ASC-yə əlavə olaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli, **********061700 saylı qərarla 2021-ci ilin avqust ayı üçün 88341,06 manat, xx.xx.2022-ci il tarixli, **********942900 saylı qərarla 2021-ci ilin sentyabr ayı üçün 68214,50 manat; xx.xx.2022-ci il tarixli, **********616600 saylı qərarla 2021-ci ilin noyabr ayı üçün 176919,46 manat və xx.xx.2022-ci il tarixli, **********960600 saylı qərarla 2021-ci ilin dekabr ayı üçün 16870,69 manat olmaqla, ümumilikdə 350345,71 manat məbləğdə əlavə vergi hesablamışdır. İddiaçı vergi orqanının həmin qərarlarından da inzibati şikayət vermişdir. Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsinin rəisinin 04 iyun 2022-ci il tarixli, **********590300 saylı qərarı ilə iddiaçının həmin şikayəti də təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Beləliklə iddiaçı "xxxx" ASC-yə əsassız olaraq ümumilikdə 458534.29 (dörd yüz əlli səkkiz min beş yüz otuz dörd manat, 29 qəpik) manat məbləğində (108188,58+350345,71=458534,29) əlavə vergi hesablanmışdır. İddiaçı cavabdehin qərarlarını tamamilə qanunsuz və əsassız hesab edir. Əvvəla ona görə ki, iddiaçı "xxxx" MMC-dən və digər şəxslərdən mal alarkən həmin şəxslər riskli vergi ödəyicisi hesab edilməmişdilər. Bu fakt Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 06 may 2022-ci il tarixli, 27 nömrəli və Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsinin rəisinin 07 aprel 2022-ci il tarixli, **********413900 saylı və 04 iyun 2022-ci il tarixli, **********590300 saylı qərarları ilə də təsdiq olunur. Həmin qərarlarda qeyd olunub ki, "xxxx" MMC və fiziki şəxs X1 Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə, "xxxx" MMC xx.xx.2021-ci il tarixli, "xxxx" MMC xx.xx.2021-ci il tarixli, "xxxx" MMC xx.xx.2021-ci il tarixli, "xxxx" MMC isə xx.xx.2021-ci il tarixli qərarlarla riskli vergi ödəyiciləri hesab edilmişlər. Bundan başqa, qeyd olunan MMC-lərin "xxxx" ASC-nin rəhbərliyinə göndərdikləri məktublardan görünür ki, "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısına xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC 23 dekabr 2021-ci il tarixdə, "xxxx" MMC 05 oktyabr 2021-ci il tarixdə, "xxxx" MMC 15 noyabr 2021-ci il tarixdə, "xxxx" MMC 12 yanvar 2021-ci ildə, "xxxx" MMC 30 dekabr 2021-ci ildə, "xxxx" MMC 30 dekabr 2021-ci ildə daxil edilmişlər. Yuxarıda qeyd etdiyi inkar edilməz faktlardan, qərarlardan və sənədlərdən görünür ki, iddiaçı qeyd olunan hüquqi və fiziki şəxslərdən mal alarkən həmin şəxslər riskli vergi ödəyiciləri siyahısına daxil edilməmişlər. Buna görə də Vergi Məcəlləsinin 175.11-ci maddəsinə istinad olunaraq, həmin şəxslərlə aparılan əməliyyatlar üzrə verginin əvəzləşdirilməsindən imtina oluna bilməz. Bundan başqa, cavabdehin "Xronometraj metodu ilə müşahidə aparılması haqqında" **********4822 saylı, 21 avqust 2021-ci il tarixli, **********4824 saylı, 21 avqust 2021-ci il tarixli, **********7484 saylı, 07 sentyabr 2021-ci il tarixli, **********7493 saylı, 16 may 2022-ci il tarixli və **********7496 saylı, 16 may 2022-ci il tarixli qərarları əsasında "xxxx" ASC-də 21 iyun 2021-ci il tarixindən indiyədək bütün fəaliyyəti və alqı-satqı müqavilələri üzrə müşahidə və operativ nəzarət tədbirləri həyata keçirilmiş, həmin dövrdə ASC-nin aldığı metal məhsullarını satan şəxslərin fəaliyyəti də vergi orqanının əməkdaşları tərəfindən nəzarətdə saxlanılmışdır. Buna görə də həmin dövrdə fəaliyyəti daim nəzarət altında saxlanılan iddiaçının "Riskli vergi ödəyiciləri" siyahısına daxil edilmiş şəxslərdən mal alması mümkün deyildir. Həmçinin nəzərə alınmalıdır ki, "Riskli vergi ödəyiciləri" siyahısına daxil edilmiş şəxslərə elektron qaimə-faktura göndərilərkən elektron sistemdə bu barədə məlumat üzə çıxır. Bu halda da həmin şəxslərlə alqı-satqı müqaviləsinin bağlanılması və malların alınması mümkün deyildir. Bu fakt da iddiaçının mal aldığı şəxslərin həmin dövrlərdə "Riskli vergi ödəyiciləri" siyahısına daxil edilmədiyini bir daha təsdiq edir. Bundan başqa, vergi qanunvericiliyinə görə riskli vergi ödəyiciləri olan şəxslər barəsində digər vergi ödəyicilərini rəsmi qaydada xəbərdar etmək vergi orqanının vəzifəsidir. Lakin, iddiaçının adları qeyd olunan şəxslərdən mal aldığı dövrlərdə həmin şəxslərin "Riskli vergi ödəyicilərinin siyahısı"na daxil edilmələri barədə digər vergi ödəyicilərinə, o cümlədən iddiaçıya heç bir məlumat verilməmişdir. Əlavə olaraq, iddiaçının verdiyi şikayətlər vergi orqanında müzakirə edilərkən iddiaçının nümayəndələri həmin müzakirələrdə iştirak etmiş və yuxarıda qeyd etdiyi hallarla bağlı geniş izahat vermişlər. Vergi orqanının məsul şəxsləri həmin izahatlarla razılaşaraq, şikayətin əsaslı olduğunu və buna görə də iddiaçının xeyrinə qərar çıxarılacağını bildirmişlər. Lakin nəticədə isə tamamilə fərqli və qanunsuz olan qərarlar qəbul etmişlər. Bununla da vergi orqanı tam əsassız olaraq, iddiaçıya metal satan şəxslərin "Riskli vergi ödəyiciləri" siyahısına daxil edildiyini əsas götürərək, iddiaçı haqqında qanunsuz və əsassız qərarlar qəbul etmiş, ümumilikdə 458534,29 (dörd yüz əlli səkkiz min beş yüz otuz dörd manat, 29 qəpik) manat məbləğində vergi hesablayaraq həmin məbləği iddiaçının bank hesabından tutmuşdur. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, "xxxx" ASC xx.xx.2001-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2003-cü il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış, ərizəsinə əsasən əsas fəaliyyət növü "fasiləsiz tökmə zamanı alınan məhsullar daxil olmaqla isti və soyuq yayma üsulu ilə polad məhsulların istehsalı”ndan ibarət olmuşdur. Cavabdeh iddia tələbi ilə razılaşmır və aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir. xx.xx.2022ci il tarixli **********453100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərara münasibətdə bildirilir ki, elektron alış aktı ilə mal alan şəxslərin xərclərinin araşdırılması zamanı bir sıra hallarda vergi ödəyiciləri tərəfindən saxta formada əməliyyatlar yaradılaraq müxtəlif vergi üstünlüyü əldə etməsi halları müşahidə edilmişdir. "xxxx" ASC-nin apardığı əməliyyatların araşdırılması nəticəsində, 2021-ci il ərzində X16 (FİN 5C8QJ5R) və X17 (FİN 4200XKV) üzrə tərtib edilmiş 83320,8 manat elektron alış aktlarının tərkibinin araşdırılması zamanı uyğunsuzluqlar aşkar edilmişdir. Eyni zamanda, 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 2514763,79 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə bağlı, vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********334800 nömrəli “2021-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” və xx.xx.2022-ci il tarixli **********304800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən cari (dəqiqləşdirilmiş) vergi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırmaya zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67ci, 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 50 faiz güzəşt məbləği tətbiq edilməklə 258635,61 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********453100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. xx.xx.2022-ci il tarixli **********705500 nömrəli, xx.xx.2022-ci il tarixli **********923400 nömrəli, xx.xx.2022-ci il tarixli **********942900 nömrəli, xx.xx.2022-ci il tarixli **********960600 nömrəli, xx.xx.2022-ci il tarixli **********616600 nömrəli və xx.xx.2022-ci il tarixli **********061700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarlara münasibətdə bildirilmişdir ki, araşdırma zamanı "xxxx" ASC-nin əldə etdiyi elektron qaimə-faktura məlumatlarına əsasən 2021-ci ilin avqust ayı ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) 82464,58 manat ƏDV məbləği, sentyabr ayı ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) 68214,15 manat ƏDV məbləği, oktyabr ayı ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) 86609,79 manat, X4 (VÖEN **********) 11560,21 manat ƏDV məbləği, noyabr ayı ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) 63129,94 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) 33026,3 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) 80763,22 manat ƏDV məbləği və dekabr ayı ərzində "LERDMAN” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) 16870,71 manat ƏDV məbləği müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 308-ci sətirində əvəzləşdirilmiş, lakin həmin ödəyicilər üzrə malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edildiyindən riskli (əmtəəsiz) əməliyyatlar hesab edilmişdir. Kameral vergi yoxlaması zamanı cəmiyyət tərəfindən 2021-ci il üçün avqust ayı üzrə əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 076228 nömrəli, EBBG seriyalı 147085 nömrəli, EBBF seriyalı 862806 nömrəli, EBBG seriyalı 075638 nömrəli, EBBG seriyalı 276941 nömrəli, EBBG seriyalı 211676 nömrəli, EBBG seriyalı 075776 nömrəli, EBBG seriyalı 277038 nömrəli, EBBF seriyalı 862638 nömrəli, EBBF seriyalı 929542 nömrəli, EBBG seriyalı 211809 nömrəli, EBBF seriyalı 929601 nömrəli və EBBG seriyalı 147231 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi və qeyd edilən elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatların əvəzləşdirildiyini nəzərə alaraq 2021-ci ilin avqust ayı üçün 88341,06 manat, sentyabr ayı üzrə əvəzləşmə üçün təqdim edilmiş EBBH seriyalı 829387 nömrəli, EBBFİ seriyalı 898744 nömrəli, EBBH seriyalı 898422 nömrəli, EBBH seriyalı 756830 nömrəli, EBBH seriyalı 756246 nömrəli, EBBH seriyalı 687917 nömrəli, EBBH seriyalı 829291 nömrəli, EBBH seriyalı 687616 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi və qeyd edilən elektron qaiməfakturalar üzrə ƏDV məbləğlərinin əvəzləşdirildiyini nəzərə alaraq 2021-ci ilin sentyabr ayı üçün 68 214,50 manat, noyabr ayı üzrə əvəzləşmə üçün təqdim edilmiş EBBL seriyalı 779483 nömrəli, EBBM seriyalı 715304 nömrəli, EBBM seriyalı 874140 nömrəli, EBBL seriyalı 669213 nömrəli, EBBM seriyalı 795714 nömrəli, EBBL seriyalı 669148 nömrəli, EBBL seriyalı 718377 nömrəli, EBBM seriyalı 874206 nömrəli, EBBM seriyalı 715625 nömrəli, EBBL seriyalı 718431 nömrəli, EBBN seriyalı 156063 nömrəli, EBBL seriyalı 779898 nömrəli və EBBM seriyalı 796333 nömrəli elektron qaiməfakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi və qeyd edilən elektron qaimə-fakturalar üzrə ƏDV məbləğlərinin əvəzləşdirildiyini nəzərə alaraq 2021-ci ilin noyabr ayı üçün 176919,46 manat, dekabr ayı üzrə isə əvəzləşmə üçün təqdim edilmiş EBBN seriyalı 470212 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi və qeyd edilən elektron qaiməfaktura üzrə üzrə ƏDV məbləğlərinin əvəzləşdirildiyini nəzərə alaraq 2021-ci ilin dekabr ayı üçün 16870.71 manat məbləğində kənarlaşmanın olması vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Həmçinin inzibati araşdırma zamanı elektron qaimə-faktura məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1330.3 ton metal qırıntısı təqdim etməsinə baxmayaraq həmin vergi ödəyicisinin həmin tarix aralığında cəmi 136.6 ton metal aldığı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3314 ton metal qırıntısı təqdim etməsinə baxmayaraq həmin vergi ödəyicisinin həmin tarix aralığında cəmi 2806 ton metal aldığı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək 2391.62 ton metal qırıntısı təqdim etməsinə baxmayaraq həmin vergi ödəyicisinin həmin tarix aralığında cəmi 1664.76 ton metal aldığı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4996 ton metal qırıntısı təqdim etməsinə baxmayaraq həmin vergi ödəyicisinin həmin tarix aralığında cəmi 4885 ton metal alıdığı müəyyən edilmişdir. Alınmış və təqdim edilmiş malların miqdarında fərq yarandığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən həmin əməliyyatlar vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi orqanının xx.xx.2021-ci il tarixli **********685800 nömrəli, xx.xx.2021-ci il tarixli **********698100 nömrəli, xx.xx.2021-ci il tarixli **********400000 nömrəli və xx.xx.2021-ci il tarixli **********235700 nömrəli qərarlar qəbul olunaraq riskli vergi ödəyiciləri hesab edilmişdilər. Eyni zamanda 2021-ci ilin avqust ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində 308-ci "VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaiməfakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ" sətrində 502174,70 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 497321,15 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. Yaranmış kənarlaşmalarla bağlı ƏDV bəyannamələri üzrə 2021ci ilin avqust, sentyabr və noyabr ayları üçün xx.xx.2022-ci il tarixli **********764000 nömrəli, oktyabr ayı üçün xx.xx.2022-ci il tarixli **********500500 nömrəli və dekabr ayı üçün xx.xx.2022-ci il tarixli **********928100 nömrəli uyğunsuzluq məktubları göndərilmişdir. Qeyd olunanlarla əlaqədar, müvafiq dövrlər üzrə uyğunsuzluqlar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə ƏDV üçün 2021-ci ilin avqust ayı üzrə 88341,06 manat, sentyabr ayı üzrə 68214,5 manat, oktyabr ayı üzrə 108188,58 manat, noyabr ayı üzrə 176919,46 manat və dekabr ayı üzrə 16870,69 manat əlavə vergi məbləğləri hesablanmış, vergi ödəyicisinə bu barədə xx.xx.2022-ci il tarixli **********705500 nömrəli, xx.xx.2022-ci il tarixli **********923400 nömrəli, xx.xx.2022-ci il tarixli **********942900 nömrəli, xx.xx.2022-ci il tarixli **********960600 nömrəli, xx.xx.2022-ci il tarixli **********616600 nömrəli və xx.xx.2022-ci il tarixli **********061700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərar göndərilmişdir.Cavabdeh iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1428/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış və qeyd edilmişdir ki, yaranmış kənarlaşmalarla bağlı ƏDV bəyannamələri üzrə 2021-ci ilin avqust, sentyabr və noyabr ayları üçün xx.xx.2022-ci il tarixli **********764000 nömrəli, oktyabr ayı üçün xx.xx.2022-ci il tarixli **********500500 nömrəli və dekabr ayı üçün xx.xx.2022-ci il tarixli **********928100 nömrəli uyğunsuzluq məktubları göndərilmişdir. Qeyd olunanlarla əlaqədar, müvafiq dövrlər üzrə uyğunsuzluqlar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə ƏDV üçün 2021-ci ilin avqust ayı üzrə 88341,06 manat, sentyabr ayı üzrə 68214,5 manat, oktyabr ayı üzrə 108188,58 manat, noyabr ayı üzrə 176919,46 manat və dekabr ayı üzrə 16870,69 manat əlavə vergi məbləğləri hesablanmış, vergi ödəyicisinə bu barədə xx.xx.2022-ci il tarixli **********705500 nömrəli, xx.xx.2022-ci il tarixli **********923400 nömrəli, xx.xx.2022-ci il tarixli **********942900 nömrəli, xx.xx.2022-ci il tarixli **********960600 nömrəli, xx.xx.2022ci il tarixli **********616600 nömrəli və xx.xx.2022- ci il tarixli **********061700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi X18 və nümayəndəsi və vəkili Vəkil Şirin oğlu apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: ...12.1.2. vergitutma bazası;... 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. 37.1 Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. (yoxlamanın aparıldığı anda qüvvədə olan redaksiya) Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2- 1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.4 Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır . 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: ...83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; ... 83.7 vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur.
175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt;. ... 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanunun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Həmin Meyarların 1.3-cü bəndində qeyd edilmişdir ki, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə görə VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin internet vergi idarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
İnzibati işdən görünür ki, cavabdehin kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş 01 fevral 2022-ci il tarixli, **********705500 saylı, 03 fevral 2022-ci il tarixli, **********923400 saylı, xx.xx.2022-ci il tarixli, **********942900 saylı, xx.xx.2022-ci il tarixli, **********960600 saylı, xx.xx.2022-ci il tarixli, **********616600 saylı, xx.xx.2022-ci il tarixli, **********061700 saylı və 04 iyul 2022-ci il tarixli, **********453100 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarları ilə iddaçı barəsində vergi borcları hesablanmışdır. Cavabdeh inzibati orqan tərəfindən qeyd edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar əsasında əlavə vergi məbləğləri hesablanmasına əsas iddiaçının qarşılıqlı əməliyyat apardığı "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMCnin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC riskli vergli ödəyiciləri hesab olunmaları ilə bağlıdır. Kollegiya iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı, apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, “iddiaçı tərəfindən 2021-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün əvəzləşməyə təqdim edilmiş elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğuna görə həmin əməliyyatlar əvəzləşdirməyə əsas vermir, qeyd olunan elektron qaimə-fakturalar üzrə ƏDV məbləğləri vergi orqanı tərəfindən əvəzləşdirildiyi üçün həmin aylar üzrə təqdim edilmiş bəyannamələr üzrə eyni məbləğlərdə kənarlaşma yaranmışdır, lakin məhkəmə öz qərarında qeyd etmişdir ki, iddiaçının müvafiq müqavilə bağlamaqla, təhvil-təslim aktı əsasında aldığı mallara görə e-qaimə əsasında ödəniş etməklə həyata keçirdiyi əməliyyatlar əmtəəsiz əməliyyat hesab edilə bilməz, çünki vergi qanunvericiliyinin normalarına görə əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədi ilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədi ilə aparılan əməliyyatdır.”. Kollegiya qeyd edir ki, cavabdeh vergi orqanı məhkəmənin bu mövqeyi ilə razılaşmamış, lakin məhkəmənin gəldiyi nəticəni nəyə görə düzgün hesab etmədiyi barədə apellyasiya şikayətində heç bir konkret dəlil irəli sürməmişdir. Vergi orqanı apellyasiya şikayətində yalnız iddiaçı tərəfindən əvəzləşmə üçün təqdim olunan elektron qaimə-fakturaların nömrə və seriyalarını ümumi şəkildə qeyd etməklə kifayətlənmiş, lakin həmin elektron qaimə- fakturalar üzrə aparılan əməliyyatların nəyə görə riskli (əmtəəsiz) əməliyyatlar hesab olunduğunu və əvəzləşməyə əsas vermədiyini qanunvericiliyə istinad edərək əsaslandırmamışdır. Apellyasiya şikayətinin məzmunundan aydın olur ki, vergi orqanı qeyd olunan əməliyyatları riskli (əmtəəsiz) əməliyyat hesab etməsi barədə mövqeyini yalnız iddiaçıya mal satan şəxslərin riskli vergi ödəyiciləri hesab edilməsi ilə izah edir. Apellyasiya şikayətinin bu dəlili əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı "xxxx" ASC həmin şəxslərdən mal alarkən onlar riskli vergi ödəyicisi hesab edilməmişdilər. Bu fakt Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 06 may 2022-ci il tarixli, 27 nömrəli və Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsinin rəisi, vergi xidməti müşaviri X14 07 aprel 2022-ci il tarixli, **********413900 saylı və 04 iyun 2022-ci il tarixli, **********590300 saylı qərarları ilə də təsdiq olunur. Həmin qərarlarda qeyd olunub ki, "xxxx" MMC və fiziki şəxs X1 Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə, "xxxx" MMC xx.xx.2021-ci il tarixli, "xxxx" MMC xx.xx.2021-ci il tarixli, "xxxx" MMC xx.xx.2021-ci il tarixli, "xxxx" MMC isə xx.xx.2021-ci il tarixli qərarlarla riskli vergi ödəyiciləri hesab edilmişlər. Bundan başqa, qeyd olunan MMC-lərin "xxxx" ASC-nin rəhbərliyinə göndərdikləri məktublardan görünür ki, "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısına xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC 23 dekabr 2021-ci il tarixdə, "xxxx" MMC 05 oktyabr 2021-ci il tarixdə, "xxxx" MMC 15 noyabr 2021-ci il tarixdə, "xxxx" MMC isə 12 yanvar 2021-ci ildə daxil edilmişdir. Göründüyü kimi "xxxx" ASC adları qeyd olunan hüquqi və fiziki şəxslərdən mal alarkən həmin şəxslər riskli vergi ödəyiciləri siyahısına daxil edilməmişlər. Buna görə də Vergi Məcəlləsinin 175.11-ci maddəsinə istinad olunaraq, həmin şəxslərlə aparılan əməliyyatlar üzrə verginin əvəzləşdirilməsindən imtina oluna bilməz. Bundan başqa, iş üzrə araşdırma zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Xronometraj metodu ilə müşahidə aparılması haqqında" **********4822 saylı, 21 avqust 2021-ci il tarixli; **********4824 saylı, 21 avqust 2021-ci il tarixli; **********7484 saylı, 07 sentyabr 2021-ci il tarixli; **********7493 saylı, 16 may 2022ci il tarixli və **********7496 saylı, 16 may 2022-ci il tarixli sair qərarları əsasında "xxxx" ASC-də 21 iyun 2021-ci il tarixdən başlayaraq qeyd olunan əməliyyatların aparıldığı və hətta ondan sonrakı dövrlərdə də ASC-nin bütün fəaliyyəti və alqı-satqı müqavilələri üzrə müşahidə və operativ nəzarət tədbirləri həyata keçirilmiş və həmin dövrdə ASC-nin aldığı metal məhsullarını satan şəxslərin fəaliyyəti də vergi orqanının əməkdaşları tərəfindən nəzarətdə saxlanılmışdır. Buna görə də həmin dövrdə fəaliyyəti daim nəzarət altında saxlanılan iddiaçının "Riskli vergi ödəyiciləri" siyahısına daxil edilmiş müəssisələrdən mal alması ağlabatan deyildir. Bundan başqa qeyd edilməlidir ki, vergi qanunvericiliyinə görə riskli vergi ödəyiciləri olan şəxslər barəsində digər vergi ödəyicilərini rəsmi qaydada xəbərdar etmək vergi orqanının vəzifəsidir. Lakin, iddiaçının adları qeyd olunan şəxslərdən mal aldığı dövrlərdə həmin şəxslərin "Riskli vergi ödəyicilərinin siyahısı" na daxil edilmələri barədə digər vergi ödəyicilərinə heç bir məlumat verilməmişdir. Həmçinin o da nəzərə alınmalıdır ki, hətta hər hansı sahibkarlıq subyektinin riskli vergi ödəyicisi hesab edilməsi belə, həmin sahibkarlıq subyektləri ilə alqı-satqı əməliyyatlarının aparılmasını qadağan etmir. Qanunvericilikdə belə bir qadağanedici norma mövcud deyildir. Buna görə də iddiaçının riskli vergi ödəyiciləri ilə alqı-satqı əməliyyatları apardığını əsas götürməklə qeyd olunan əməliyyatların hətta məhz bu səbəbdən əmtəəsiz əməliyyat hesab edilməsi yol verilməzdir. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, “məhkəmə öz qərarında qeyd etmişdir ki, iddiaçının X16 (FİN 5C8QJ5R) və X17 (FİN 4200XKV) ilə metal alınmasına dair tərtib edilmiş elektron alış aktlarının tərkibinin araşdırılması zamanı uyğunsuzluqların aşkar edilməsi barədə cavabdeh təşkilatın dəlilləri yalnız həmin şəxslərin müraciətlərində iddiaçıya ümumiyyətlə hər-hansı malın təqdim edilməməsinin bildirilməsi barədə mülahizəyə əsaslandığından, cavabdeh tərəfindən bu barədə hər-hansı araşdırmanın aparılması iş üzrə müəyyən olunmadığından və nə qədər ki işdə imzalanmış elektron alış aktları var və onların saxtalığı, habelə malların təqdim olunmaması cavabdeh tərəfindən sübut olunmadığından həmin şəxslərin vergi öhdəliklərinin yerinə yetirməsindən yayınma halı kimi qiymətləndirilməli və bu hallar iddiaçının xeyrinə şərh edilərək iddiaçı barəsində vergi borcunun hesablanmasına əsas ola bilməz. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bu mövqeyi ilə bağlı qeyd etmişdir ki, səyyar vergi yoxlaması ilə müqayisədə kameral vergi yoxlaması zamanı vergi orqanının əlavə inzibati yoxlama aparmaq və sübutlar toplamaq imkanı məhduddur. Deməli, bununla da cavabdeh əslində X11 və X12 adından tərtib edildiyi iddia edilən həmin məlumatların yoxlanılmadığını özü də etiraf edir və bunu həmin məlumatları yoxlamaq imkanının olmaması ilə izah edir. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim olunan həmin sənədlərə baxış keçirilərkən qeyd olunan müraciətlərin iddiaçı təşkilatla bağlı olduğu müəyyən edilmir. Belə ki, X12 adından yazıldığı qeyd olunan ərizəyə baxış keçirilərkən müəyyən edilir ki, X12 adından 12 saylı Ərazi Vergilər Baş idarəsinin rəisinə yazılan 24 aprel 2022-ci il tarixli həmin ərizədə iddiaçı - "xxxx" ASC-yə deyil digər MMC-yə mal, o cümlədən metal qırıntıları satılmadığı bildirilib. Həmçinin həmin ərizədə yalnız 2020- ci ilə aid olan dövrdən bəhs edilir. Halbuki iddiaçıya vergi hesablanan dövr 2021-ci ilin avqust- dekabr aylarına aiddir. Bundan başqa, cavabdehin məhkəməyə təqdim etdiyi 14 mart 2022-ci il tarixli akta baxış keçirərkən müəyyən edilir ki, 5 saylı Ərazi Vergi İdarəsinin dövlət vergi müfəttişləri olan X19 və X2 İlkin Vahid oğlu adlı şəxslə telefon əlaqəsi saxlamış və həmin şəxs heç kimə mal satmadığını bildirmişdir. Lakin həmin aktda adı qeyd olunan X3 olduğu, onun kimə mal satmadığı, hansı dövrlərdə mal satmadığı və ümumiyyətlə həmin şəxsin iddiaçı təşkilata hər hansı bir aidiyyətinin olub-olmadığı qeyd olunmamışdır. Belə olan halda, vergi orqanının qeyri-mötəbər olan və iddiaçı təşkilata heç bir aidiyyəti olmayan həmin sənədlərə istinad edərək iddiaçıya vergi hesablaması əsassızdır. Həmçinin vergilərin hesablanması xüsusi bilik tələb etdiyi üçün birinci instansiya məhkəməsi tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə əlavə olaraq məhkəmə - mühasibatlıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9222 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə də müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçı "xxxx" ASC (**********) barəsində qəbul etdiyi 01 fevral 2022-ci il tarixli, **********705500 saylı, 03 fevral 2022-ci il tarixli **********923400 saylı, xx.xx.2022-ci il tarixli **********94290 saylı, xx.xx.2022-ci il tarixli **********960600 saylı, xx.xx.2022-ci il tarixli **********616600 saylı, xx.xx.2022-ci il tarixli **********061700 saylı və 04 iyul 2022-ci il tarixli **********453100 saylı qərarları ilə hesablanmış vergi borcları düzgün hesablanmamışdır və bu hesablamalar vergi qanunvericiliyinin tələblərinə uyğun deyildir. Göründüyü kimiz xüsusi biliyə məxsus olan ekspert də qərarların qanuni olmadığını və iddiaçının hərəkətlərində heç bir hüquq pozuntusuna yol verilmədiyi təsdiq olunmuşdur. Məhkəmə kollegiyası həmçinin, diqqət yetirir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, hər hansı vergi ödəyicisinin riskli vergi ödəyicilər siyahısına daxil edilməsi üçün hüquqi əsas yalnız həmin vergi ödəyicisi barəsində müvafiq qərarın qəbul edildiyi andan yaranır. Həmin qərarın isə əvvəlki əməliyyatlara tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun deyil (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1(102)-1143/2021 nömrəli, 12 may 2023-cü il tarixli 2-1(102)-1058/2023 nömrəli və 02 avqust 2023-cü il tarixli, 2-1(102)-1234/2023 nömrəli Qərarları). Beləliklə, “İnzibati icraat haqqında” Qanunun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən qərarlar qəbul olunarkən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi, nəticədə əsassız vergi məbləğləri hesablandığı müəyyən edildiyindən, sübutetmə yükü daşıyan cavabdeh tərəfindən qəbul edilmiş qərarla ƏDV hesablanmasının əsaslı olması barədə sübutlar təqdim edilmədiyindən, təqdim edilən sübutlar məhkəmə araşdırması ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1428/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov