Məhkəmə qərarları › İş №2-1(103)-2766/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2766/2023

24.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2766/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi, iddiaçının anası X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin veriməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2939/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iddia qaldıraraq “ona “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı məcburi köçkündür və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Arzu düşərgəsində məskunlaşaraq həmin ünvanında yaşayır. Məcburi köçkün olaraq bütün imtiyazlardan formal olaraq istifadə etmək hüququna malikdir. Sözügüdən hüquqlarından yararlanmaq məqsədi ilə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Qaçqınların və X5 üzrə Dövlət Komitəsi 01/4979 saylı, xx.xx.2022-ci il tarixli məktub ilə imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Ədilyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə)” “məcburi köçkün statusu” və onu təsdiq edən vəsiqənin verilməsinə dair “Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərin atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Hesab edilir ki, inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Belə ki, Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən iddiaçının anası X2 adına verilmiş xx.xx.2009-cu il tarixli AA 196150 nömrəli vəsiqədən görünür ki, 1993-cü il tarixdə Füzuli rayonundan məcburi kökün düşmə faktı təsdiqlənir. Həmçinin Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Xəzər Rayon üzrə sektoru tərəfindən verilmiş 182/22 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X4 məcburi köçkün statusuna malikdir və Bakı şəhəri, Xəzər rayonu, Şiivəlan qəsəbəsi, Arzu düşərgəsində məskunlaşaraq, həmin ünvanında yaşayır. Məcburi köçkün olaraq bütün imtiyazlardan formal olaraq istifadə etmək hüququna malikdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2939/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarı ilə İddia tələbi təmin edilmiş, İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin hüquq və kadrlar şöbəsinin müdir müavini X3 məhkəməyə xx.xx.2023 tarixli 3-36/2-1970/2023 saylı ərizə təqdim edərək tərəfindən verilmiş apelyasiya şikayətinin geri götürülməsini və şikayətlə bağlı icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini, şikayətin geri götürülməsi barədə ərizəni araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2939/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarından cavadehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi tərəfin qanunla müəyyən edilmiş hüququdur və bu geri götürmə hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğun gəlir, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir, apellyasiya şikayətinin geri götürülməsi birinci instansiya məhkəməsinin qərarının tanınmasına səbəb olur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2939/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarından cavadehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizə qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87 və 88-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2939/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarından cavadehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilsin. Həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar