Məhkəmə qərarları › İş №2-1(103)-2767/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2767/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2767/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:“ adın dəyişdirilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5553/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır.

2. İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ 202785 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə 1325 nömrəsi ilə qeyd edilmişdir.

3. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin xx.xx.2024-cü il tarixli, 3-16-5-/4-13- 598/2024 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: -xx.xx.1991-ci il tarixli, 1325 nömrəli Doğum haqqında akt qeydinə əsasən, X2 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. -Soyadın, adın, ata adının dəyişdirilməsi haqqında xx.xx.2013-cü il tarixli, 91026 0007 nömrəli Akt qeydindən görünür ki, ad, soyad və ata ad dəyişənədək X2, dəyişəndən sonra İddiaçı olmuşdur.

4. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 16-5/8-13-199/24 nömrəli məktubla göndərilmiş vətəndaş İddiaçı xx.xx.2013cü il tarixdə şöbəmizə adının “Hacıağa”-dan “Hacı”-ya, soyadının “Gülləri”- dən “Zeynalov”ilə bağlı müraciət etmişdir. Adın və soyadın dəyişdirilməsinə əsas olmuş sənədlərin surətlərini və xx.xx.2013-cü il tarixli 07 saylı akt qeydinin təsdiq edilmiş sürətindən görünür ki: -AZE seriyalı 06151034 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X2 xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. -Yasamal rayon Polis İdarəsinin xx.xx.2013-cü il tarixli adın, ata adının və soyadın dəyişdirilməsi barədə vəsatət vermiş ərizəçinin şəxsiyyətinin yoxlanılmasının nəticəsi barədə Rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal RPİ-si tərəfindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq olunmuş «adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları»nm təsdiq edilməsi barədə vəsatətin baxılmasının qaydası haqqında Əsasnamənin 6-cı bəndinə əsasən, adını, ata adını və soyadını dəyişdirmək barədə vəsatət verən Bakı şəhəri Yasamal rayonu ünvan 3 ünvanında yaşayan, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş X1 3 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsindən daxil olmuş materiallara əsasən, onun şəxsiyyətinin yoxlanılması aparılmış və təqsirləndirici material aşkar edilməmişdir. -X1 ad, soyad, ata adının dəyişdirilməsi haqqında xx.xx.2013-cü il tarixli rəyindən müəyyən olunur ki, X2 öz arzusuna əsasən adı, soyadı “Gülləri Hacıağa”dan “İddiaçı”ya dəyişdirilməsinə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən icazə verilmişdir. -xx.xx.2013-cü il tarixli, AZ-İ 009423 nömrəli Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, xx.xx.1991-ci il tarixdə doğulmuş X1 adı və soyadı Gülləri Hacıağa-dan İddiaçı-ya dəyişdirildi. Bu barədə akt qeydləri kitabında xx.xx.2013-cü il tarixli, 07 nömrəli qeyd aparılmışdır.

5. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-09/24 nömrəli məktubunda bildirilmişdir ki, sizin adınızın “Hacı”dan “Davud”a dəyişdirilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə daxil olmuş müraciətinizə baxılmışdır. Araşdırma zamanı, müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixdə 07 saylı soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən, 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən soyad və ad “Gülləri Hacıağa”dan “İddiaçı”ya dəyişdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli,79 saylı qərarı ilə təsdiq edilmiş "Adın ,ata adının və soyadın dəyişdirilməsi”qaydalarına əsasən adın ,ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə qeydiyyat şöbəsi və konsulluq idarəsi bundan imtina edilməsi barədə qərar çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Bildiririk ki, adın yenidən “Hacı”dan “Davud”a dəyişdirilməsi dəyişdirilməsi imkanımız xaricindədir. Cavabdeh aidiyyəti üzrə məhkəməyə müraciət etməyinizi tövsiyə edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

6. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən adının dəyişdirilməsinə dair imtinanın qanunazidd olması və məhdudiyyətin aradan qaldırılmasına barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixində Ədliyyə Nazirliyinin Cavabdehnə adının dəyişdirilməsi ilə bağlı müraciət etmişdir. Sözügedən qurum tərəfindən daha öncə adının dəyişdirilməsinə dair Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı qərarın 6.3-cü bəndini əsas tutaraq imtina edilmişdir. Əgər o, şəxsi istəyi ilə adının dəyişdirilməsi təşəbbüsü göstərirsə və bunu hər hansı bir cinayətdən, deportasiyadan və digər öhdəliklərdən yayınmaqdan ötrü etmirsə, həmçinin qərarın 6.3-cü bəndinin göstərdiyi 6.24-6.28-ci bəndlərindəki nüansların heç biri onun ad dəyişilməsi müraciəti ilə əlaqəli deyilsə, Cavabdeh əsaslandığı Nazirlər Kabinetinin bu qərarı onun azad seçim hüququnu məhdudlaşdırmış olur.

8. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, xx.xx.2013-cü il tarixdə 07 saylı soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən, 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən soyad və ad “Gülləri Hacıağa”dan "İddiaçı"ya dəyişdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli,79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi” qaydalarına əsasən adın ,ata adının və'soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə qeydiyyat şöbəsi və konsullua idarəsi bundan imtina edilməsi barədə qərar çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir Göstərilənlərə əsasən, adın yenidən “Hacı”dan “Davud”a dəyişdirilməsindən imtina edilmişdir

9. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-5553/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5553/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə iddia ərizəsinə etiraza uyğun yazılı etiraz daxil olmuşdur .

e) Prosses iştirakçılarının izahatları

13. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada məlumatlandırılmış tərəflər sonuncu iclasda iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.4-cü maddəsində göstərilmişdir ki, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır.

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın:

-6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir;

-6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir;

-6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir;

-6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur;

-6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar;

-6.26-cı bəndinə görə hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; 6.27-ci bəndinə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; -6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

21. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır və təmin olunmamalıdır.

22. Belə ki, məhkəmə araşdırması zamanı, müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixdə 07 saylı soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən, 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən iddiaçının soyadı və adı “Gülləri Hacıağa”dan “İddiaçı”ya dəyişdirilmişdir.

23. Tətbiq olunan hüquq normalarından (Bu Qərarın 14-16-cı bəndləri) göründüyü kimi qanunvericilik ad və soyadın təkrar dəyişdirilməsi üçün ilk dəfə dəyişdirilmədən fərqli olaraq bir qədər məhdudlaşdırıcı qayda müəyyən etmişdir. Belə ki, adın və soyadın növbəti dəfə dəyişdirilməsinə ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla, yalnız yuxarıda qeyd edilən Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir.

24. İşin hallarından müəyyən olunur ki, iddiaçı adının dəyişdirilməsi ilə bağlı qanunvericiliyin ona verdiyi hüquqdan artıq bir dəfə istifadə etmişdir.

25. İddiaçının adının növbəti dəfə dəyişdirilməsi isə yalnız yuxarıda sadalanan Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş konkret hallardan birinin olduğu halda mümkün hesab edilə bilər ki, hazırkı iş üzrə ididiaçıya münasibətdə həmin hallar mövcud deyildir. Belə olan halda iddiaçının adının dəyişdirilməsi barədə müraciətin təmin edilməsindən cavabdehin imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

26. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

27. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

28. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia rədd edilmişdir.

29. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5553/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5553/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar