Məhkəmə qərarları › İş №2-1(103)-2768/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2768/2023

27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2768/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin cərimə edilməsi barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1598/2021 saylı xx.xx.2023-cü il qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri,Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1598/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı əlilliyinin qiymətləndirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Tibbi Sosial Ekspertiza və X2 etibarsız edilməsi qanunsuz hesab edilərək həmin alt sistemdə İddiaçı aid qiymətləndirmənin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1492/2021 saylı 08 iyul 2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1598/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1972/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə də cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1492/2021 saylı, 08 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini almış və məhkəmənin 27 dekabr 2021-ci il tarixli məktubu ilə icra edilməsi üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1972/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə üzərinə qoyulmuş öhdəlikləri icra olunmadığı üçün 50.000 manat məbləğində cərimə edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş yekun məhkəmə aktının icrası həyata keçirilmir. Belə ki, onun 3-cü dərəcəli əlilliyi hələ də bərpa edilməmişdir. Hesab edir ki, cavabdeh tərəfindən qanuni qüvvəsini almış məhkəmə qərararı icra edilmədiyinə görə məhkəmə cavabdehi 50.000 manat məbləğində cərimə etməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1598/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və qanuni qüvvəsini almış məhkəmə qərarı ilə cavabdehin üzərinə qoyulmuş öhdəliklər icra olunmadığı üçün cavabdehi 50.000 manat məbləğində cərimə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apelyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadda ərizə üzrə tələbin təmin edilməməsinə əsas kimi qeyd edilmişdir ki, qərar icra olunmuş və cavabde tərəfindən əlillik təyinatlarının əsaslıgının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2023-cC il tarixində əyani r müayinəyə dəvət olunsa da, müayinədə iştirak etmədiyindən mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik" altsistemindəjl tibbi-sosial eksp:rt komissiyasının əlilllik təyinatı barədə qərarı 2023-cü ilin fevral ayında müvafıq qərarla ləgv edilməsi göstərilmişdir. Lakin bu barədə qeyd etmək istəyir ki, cavabdeh orqan tərəfindən ona hər hansı məktub və ya həmin tarixdə iştirak barədə bildiriş təqdim edilməmişdir. Bu səbəbdən səlahiytyətli orqan tərəfindən xx.xx.2023-eii il tarixdə təyin ediİmiş əyaıni müayinədə iştyitakı təmin edilməmişdir. Нэп çinin ona 3-cü qrup əlillik ömürlük olaraq təyin edilmişdir. Yəni, onun bu barədə hər hansı bir müayinəyə çağırılmasıhər hansı qanunvericiliklə nəzərədə tutulmamışdır.Bu kimi hallar isə məhkəmə tərəfindən araşdırılmamasına dəlalət edir. Əgər ona pensiya təyin edilməsinə dair qanuni qiivvədə olan məhkəmə qərari mövcuddursa, o halda, pensiyasının dayandırılması məsələsi məhkəmə qərarinın icrası qaydasında həll edilməlidir. İnzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarları əsasında təyin edilmiş əmək pensiyalnrına münısibətdə həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda, qanunvericilikdə nəzərədə tutulmuş hallar istisna olmaqla, onun icrasını dayandıra bilməz. Bu qaydada yanaşma faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla dövlətin adından çıxarılmış həmin qərarların icrasını ortadan qaldırır.” Məhkəmə kollegiysının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətin təmin olunmasını, cavabdehin nümayəndəsi N.İsmayılova isə onunla razılaşmayaraq qərarın icra olunaraq, Əlillik altsiteminə yerləşdirildiyini, sonradan inzibati araşdırma nəticəsində qəbul olunmuş qərar əsasında iddiaçının əlilliyinin ləğv edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarına və hazırkı mərhələdə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Bakı İnzibati Məhkəməsinin qərarının icrası ilə bağlı xidməti məruzəyə və elektron məlumatlara, “Əlillik Altsistemindən çıxarışlara və s. məüyyən olunur ki, qərar məhkəmənin 27 dekabr 2021-ci il tarixli icra məktubu ilə icra edilməsi üçün cavabdeh Agentliyə göndərilmiş, Agentliyin sədr müavini tərəfindən X3 sədrinə xidməti məruzə olunaraq, həmin qərarda göstəriən qaydada İddiaçı Əlilik altsitemində əlillik vəziyyətinin bərpa edilməsi üçün aidiyyəti üzrə göstəriş verməsi xahiş olunmuş və sonuncunun müvafiq göstərişi əsasnda xx.xx.2022-ci il tarixdə qərarın tam icrası həyata keçirilmişdir. Daha sonra, Agentlik tərəfindən inzibabati icraat çərçivəsinədə araşdırma aparılaraq qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixdə əyani müayinəsi keçirilmiş 3 nəfər barəsində qüvvədə olan qərarların ləğv edilməsi və “tam reabilitasiya olunması”na dair qərarın qəbul edilsin, həmin tarixdə əyani müayinəsi həyata keçirilmiş 1 nəfər barəsində qüvvədə olan qərarın ləğv edilməsi və “müalicənin davam etdirilməsi”nə dair qərar qəbul edilsin, eyni zamanda, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən 10 nəfərə (o cümlədən iddiaçıya münasibətdə) tibbi-sosial ekspert komissiyalarının əlillik təyinatı barədə qüvvədə olan qərarların ləğv edilsin. Cavabdeh Agentliyin Tibbi-sosial ekspert komissiyasının işə əlavə olunmuş 2023-cü ilin fevral ayında qəbul etdiyi qərarından isə görünür ki, o cümlədən, İddiaçı (FİN: xxxxxxx) dair tibb müəssisəsinin 411003AAC77 nömrəli göndərişi DTSERA-da əyani müayinə əsasında, xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.14-cü bəndinə müvafiq olaraq “Ümumi xəstəlik – Gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. (ESDAS: **********3). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlilllik təyinatı barədə qüvvədə olan qərarının ləğv edilmişdir. İşə əlavə olunmuş iddiaçıya göndərilmiş 3-17-4/2-M-4962/2023 saylı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçıya, qeyd olunan qərar barədə məlumat verilərək 30 gün ərzində şikayət instansiyasına (ƏƏSMN-ə) və ya məhkəməyyə şikayət vermək hüququ izah edilmiş və qeyd olunmuşdur ki, qərarın mətni “e-sosial.az” portalından öz şəxsi kabineti vasitəsilə tanış ola bilər. “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Tədqiq olunan sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən ilk öncə, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərarı icra olunmuş, daha sonra, xx.xx.2023-cü il tarixində müxtəlif risk qrupları üzrə əlillik təyinatlarının əsaslığının araşdırılması istiqamətində inzibati icraat çərçivəsində aparılan əlavə müayinələr aparılması üçün iddiaçı əyani müayinəyə dəvət oluunsa da müayinədə iştirak etməmiş, mövcud sənədlər üzrə aparılan araşdırma aparılmaqla, onun əlilllik təyinatına dair Tibbi-sosial ekspert komissiyasının “Əlillik” altsistemindəki qərarı ləğv edilmişdir. Belə olan halda, cavabdeh barəsində məhkəmə qərarının qərarın icra edilməməsinə cərimə tətbiq oluna bilməz. Çünki, İPM-in 120-ci maddəsinin tələbindən görünür ki, o halda, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir ki, inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər icra edilməsin. Qeyd olunmalıdır ki, məhkəmənin qanuni qüvvəsini almış qərarında iddiaçının əlilliyinin bərpa edilməsinin əsası kimi, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılmadan və inzibati akt (qərar) qəbul edilmədən, AR DİN -nin Tibb İdarəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli 029-1354-1219 nömrəli məktubunda iddiaçının 088 formalı göndərişin etibarsız hesab olunması barədə məlumata əsas götürülməklə, cavabdeh tərəfindən faktiki hərəkətlərlə əlillik altsistemində iddiaçının əliliyinin etibarsızlığı barədə məlumat yerləşdirilməsi təşkil etmişdir. Konkret halda isə qeyd olunanlardan göründüyü kimi, iddiaçının Əlillik altsitemində etibarsız hesab olunmuş həmin əlilliyi məhkəmənin qərarına əsasən bərpa olunmuş, daha sonra, cavabdeh tərəfindən müvafiq inzibai icraat qaydaları çərçivəsində qərar qəbul edilməklə,iddiaçının əlilliyi ləğv edilmişdir. Bu baxımdan, iddiaçının apellyasiya şikayətinin, onun əlilliyin müddətsiz olmasını, müddətsiz əlilliyin isə yenidən qiymətləndirilməsinin qanunvericilikdə nəzərdə tutulmadığını mübahisələndirən dəlilləri əsassızdır. Ən azından, “İnzibati icraat haqqında Qanunun 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçının ərizəsinin təmin olunmasından imtina olunmasının işin hallarına, inzibati icraat haqqında və prosessual qanunvericiliyin tələbəlrinə uyğun nəticə kimi qiymətləndirir. Beləliklə də məhkəmə kolegiyası yuxarıda göstərilənlər çərçivəsində, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1598/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.. Yuxarıda göstərilənləri və İPM-in 80, 89, 90, 94, 121-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1598/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar