Məhkəmə qərarları › İş №2-1(103)-2768/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2768/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2768/2024 22.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və üçüncü şəxs X2 və tərcüməçi: X16 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X12, X19) “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə ünvan 5 tarixli qərarından üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binə qəsəbəsi, S.M.Əfəndiyev küçəsi, ev 7 ünvana qeydiyyata alınmaları öhdəliyinin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçılar iki ildən artıqdır ki, ünvan 2 ünvanda yaşayırlar. Həmin ev bacılarının qızı X10 məxsusdur. O, iddiaçıların özünə məxsus evə qeydiyyata alınmaqlarına razılıq vermişdir. Həmin razılıq ərizəsi xx.xx.2023-cü il tarixdə imzalanıb. Onlar dərhal daimi yaşadıqları mənzilə qeydiyyata alınmaları ilə əlaqədar Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə müraciət etmişlər, lakin xahişləri təmin olunmamışdır. Xahişləri əsassız təmin olunmayıb və qeydiyyata alınmaqlarının təmin olunmaması qanuna ziddir Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X12, X19 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İşin birinci instansiya icraatı zamanı iüçüncü şəxs iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd eidlməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi olan otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca girişi və qapısı mövcud olan fərdi yaşayış evinə verilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydəalma 02 №-li R/K 296-cı səhifədə 30 N 1195, xx.xx.1998-ci il tarixli Qeydiyyat vəsiqəsində onun adından əlavə, yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi olan otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca qirişi və qapısı mövcud fərdi yaşayış evi olan (Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu İcra Hakimiyyətinin Başçısının №753 saylı xx.xx.2000-ci il tarixli sərəncamına əsasən ev 7a olduğu halda) eyni ünvanla qonşusu X24 (X19) adı qeyd olunmuşdur. Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin İş № 2-119/98 saylı Qətnaməsi ilə X3 hissəsinə və X24 hissəsinə ayrı-ayrılıqda Qeydiyyat vəsiqəsi verilməsi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tapşırılması qət edilmişdir. Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu İcra Hakimiyyətinin Başçısının №753 saylı xx.xx.2000-ci il tarixli Sərəncamında Binə qəsəbəsi, S.M. Əfəndiyev küçəsi, 7 saylı evin texniki pasportları və qeydiyyat vəsiqələri ayrılaraq vətəndaş X6 Əfəndiyev küçəsi, ev 7, X20 isə Əfəndiyev küçəsi, ev 7”a” ünvanının verilməsi Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən xahiş edilməsi qeyd edilmişdir. Hazırda həmin fərdi yaşayış evlərinin ayrılıqda onların adlarına reyestrdə qeydə alınması və ünvanın verilməsi üçün strukturca ayrıca Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.4-cü maddəsinə uyğun olaraq fərdi yaşayış evlərindən ibarətdir. Bu baxımdan, fərdi yaşayış evlərinin ayrılıqda adlarına qeydə alınmalı və ünvan verilməlidir. ünvan 5 tarixli qərarı ilə İddia təmin edilmiş, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı1 və xx.xx.1969-cu il təvəllüdlü İddiaçı2 ünvan 6 ünvanına qeydiyyata alınmaları öhdəliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxs X25 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddaya dair yazılı etiraza uyğun tərtib edilmiş əlavə olaraq qeyd edilmişdir ki, , məhkəmənin çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edən, nəticəsində hüquq və vəzifələrin yaradılmasına səbəb olur.Qərar qanuni qüvvəyə mindiyi təqdirdə İddiaçılar Mülkiyyətimdə olan Binə qəsəbəsi, S.M.Əfəndiyev küçəsi, ev 7 ünvanına qeydiyyata alınacaqdırlar. Nəticədə sərəncam verildiyi, özgəninkiləşdirildiyi, yüklü edildiyi, eyni zamanda satın alındığı halda iddiaçılar İddiaçı1 və İddiaçı2 notariat qaydada razılıqları vermələrinə zərurət yaranacaqdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, ünvan 5 tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, S.M.Əfəndiyev küçəsində yerləşən 128.50 kv.m sahəsi olan ev 7 nömrəli fərdi yaşayış evinin 2 otaq (17.0 kv.m. və 7.6 kv.m.), bağlı eyvan 16.5 kv.m., dəhliz 10.4 kv.m., giriş 6.0 kv.m. X8 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə, 2 otaq 47.8 kv.m., bağlı eyvan 23.2 kv.m. X4 adına qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X14 ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 128.5 kv.m. olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsini (578.5 kv.m. 2 otaq) alıcı X5 mülkiyyətinə vermişdir - X5 16A ******* nömrəli RF, Tatarıstan Respublikası, Naberejnıye Çelnı şəhəri notariat dairəsinin notariusu tərəfindən təsdiq edilmiş razılıq ərizəsində X15 mülkiyyət hüququna əsasən ona məxsus olan Azərbaycan Respublikası, ünvan 6 ünvanına aşağıdakı şəxslərin qeydiyyata alınmasına razılıq verir və onların qeydiyyata alınmasını xahiş edir: xx.xx.1963-cü il təvəllüdlü İddiaçı1 Yakuboviç, xx.xx.1969-cu il təvəllüdlü X11. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-38724/2023 nömrəli məktubunda bildirilmişdir ki, X22 xx.xx.2004-cü il tarixdən, X26 xx.xx.2015-ci il tarixdən, X23 xx.xx.2003-cü il tarixdən, X27 xx.xx.2017-ci il tarixdən, X28 xx.xx.2015-ci il tarixdən, X13 xx.xx.2005-ci il tarixdən, X17 xx.xx.2015-ci il tarixdən, X18 xx.xx.2015-ci il tarixdən ünvan 8 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeydiyyata əsas verən sənədlərin saxlanma müddəti (5 il) bitdiyinə görə məhv edildiyindən həmin sənədlərin Sizə təqdim edilməsi mümkün deyildir. - Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının X40 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-12-6/2-745/2023 nömrəli məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan məsələlərlə bağlı tərəfimizdən araşdırma aparıldı və sözügedən ünvana baxış keçirildi. Baxış zamanı məlum oldu ki, həmin ünvanda bir birmərtəbəli (mansarlı) fərdi yaşayış evi mövcuddur. Fərdi yaşayış evinin iki ayrı-ayrı çıxışlı həyətyanı sahəsi var. Hər iki həyətdə yaşayan şəxslərin və ünvana aid olan sənədlərin surətlərindən görünür ki: -Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin MH seriyalı 148368 nömrəli Qeydiyyat vəqisəsində qeyd edilmişdir ki, verilir X7 ondan ötrü ki, o Bakı şəhəri, Binə qəsəbəsi, Əfəndiyev küçəsindəki 7 nömrəli yaşayış evində 2 (iki) y/otağı X12 və digər paylar üzrə 2 (iki) y/otağı X21 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin fərdi yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, ünvan 6 X19 və başqalarının adına **********66-10303 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının X40 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 418 nömrəli xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, verilir X1 ötəri ki, o həqiqətən Xəzər rayonu, Binə qəsəbəsi, S.M.Əfəndiyev küçəsi ev 7-də müvəqqəti qeydiyyatdadır (xx.xx.2023-xx.xx.2024-cü ilədək (əsas müvəqqəti qeydiyyat vəsiqəsi). - Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-45/2-A-253xx/xx/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olduğu üçün sözügedən ünvana yaşayış yeri üzrə qeydiyyata alınmağınız mümkün hesab olunmur. Qeyd olunan məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Mülki Məcəllənin aşağıdakı maddələrinə əsasən: -213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -213.2.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. -214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. -215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. -215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. -215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. -215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. -215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Hazırkı işin faktiki hallarından göründüyü kimi ünvan 10 X2 (2 otaq 47.8 kv.m, bağlı eyvan 23.2 kv.m.) və X8 (2 otaq (17.0 kv.m. və 7.6 kv.m.) paylı mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin texniki pasportuna əsasən qeyd edilən ünvanda birmərtəbəli fərdi yaşayış evi olmaqla iki ayrı-ayrı giriş-çıxışı olmaqla vahid dam altında yerləşir Sözügedən ünvanda paylı mülkiyyətçilərdən X12 və onun qohumları X22, X26, X23, X27, X28, X13, X17, X18 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Hazırkı halda iddiaçılar İddiaçı1, İddiaçı2 fərdi yaşayış evinin paylı mülkiyyətçisi olan X8 qohumları olmaqla ünvan 10 ünvanına qeydiyyata alınmaları ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh həmin ünvan üzrə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsi ilə nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin təqdim edilmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş yerli icra nümayəndəliyinin verdiyi arayışdan müəyyən edilir ki, İddiaçı1, İddiaçı2 mübahisəli ünvanda faktiki yaşayırlar. Eyni zamanda iddiaçılar həmin ünvana qeydiyyata düşmələrinə dair “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində göstərilən-fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışı və həmin çıxarışda paylı mülkiyyət hüququ qeydiyyata alınmış X8 iddiaçıların sözügedən ünvana qeydiyyata alınmasına notarial qaydada verdiyi razılıq ərizəsini təqdim etmişlər. Göründüyü kimi iddiaçıların həmin ünvana qeydiyyatlarına əsas verən Qanunla nəzərdə tutulmuş vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, paylı mülkiyyətçilər öz paylarına mütənasib əşyaya sahiblik və istifadə hüququna malikdirlər, qanunvericilik yalnız ümumi paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verildiyi, özgəninkiləşdirildiyi, yüklü edildiyi halda digər mülkiyyətçilərin razılaşmasını, eyni zamanda satın almaqda üstünlük hüququnu tanıyır. Beləliklə hazırkı halda mübahisəli ünvanda yerləşən fərdi yaşayış evi paylar müəyyən edilməklə paylı mülkiyyətdə olduğundan və əmlaka qeydiyyat hüququ əşya hüququ olmamaqla əmlaka sərəncam verilməsini ehtiva etmədiyindən məhkəmə hesab edir ki, hazırkı iş üzrə X19 paylı mülkiyyətçi kimi sözügedən ünvana digər şəxsləri, o cümlədən iddiaçıları qeydiyyata alınmlarına razılıq vermək hüququna malikdir və bu halda digər paylı mülkiyyətçi-üçüncü şəxs X2 razılıq verməsinə zərurət yoxdur. Digər tərəfdən qeyd edilməlidir ki, cavabdeh inzibati orqan mübahisəli ünvana X2 qohumlarını qeydiyyata alarkən digər paylı mülkiyyətçinin razılığını tələb etmədiyi halda iddiaçıları həmin ünvana qeydiyyata almaq üçün digər paylı mülkiyyətçinin razılığını tələb etməsi iddiaçılara münasibətdə “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsi ilə nəzərdə tutulmuş (İİQ-nun 12.2ci maddəsi: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.) bərabərlik prinsipini pozduğunu deməyə əsas verir. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki,göstərilən dəlillər iş materiallarla təkzib olunmaqla məhkəmə qərarının ləğv edilməsi üçün əsas deyildir.. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, ünvan 5 tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I Apellyasiya şikayəti təmin edilməsin. ünvan 5 tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar