Məhkəmə qərarları › İş №2-1(103)-277/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-277/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-277/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağ sahəsinə aid texniki pasport tərtib edilməklə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı, X1 nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağ sahəsinə aid texniki pasport tərtib edilməklə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-535/2016 saylı 12 iyun 2020-ci il tarixli qərardadından ərizəçi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə 10 fevral 2021- ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağ sahəsinə aid texniki pasport tərtib edilməklə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-535/2016 saylı 29 mart 2016-cı il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-1778/2016 saylı 28 sentyabr 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-535/2016 saylı 29 mart 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərar qanuni qüvvəsini aldığı üçün icraya yönəldilmişdir. Lakin sonradan X3 və Bakı şəhəri Sabunçu rayonu, Pirşağı Bələdiyyəsi tərəfindən məhkəməyə ərizə və vəsatətlərlə müraciət edilərək, həmin qərarın onların hüquq və vəzifələrinə toxunulduğu bildirilmiş, bu məqsədlə də onların 3-cü şəxs qismində cəlb edilməklə iş üzrə icraatın təzələnməsi xahiş edilmişdir. X2 vəsatəti onunla əsaslandırılmışdı ki, Bakı şəhəri, Pirşağı Bələdiyyəsi ilə onun arasında bağlanmış 30.12.2004-cü il tarixli icarə müqaviləsi ilə 4600 kv.m. torpaq sahəsi onun istifadəsinə verilmişdir. İcarə müqaviləsinə əlavə edilmiş ayrıc aktı ilə ona ayrılmış torpaq sahəsinin yerləşməsi əks olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX N seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, 0.12 ha sahədən ibarət olan 545 K saylı bağ sahəsi tam mülkiyyət hüquqi ilə İddiaçı məxsusdur. O, İddiaçıa qarşı çıxarışın ləğv edilməsi və mülkiyyət hüquqlarının tanınması barədə iddia ilə məhkəməyə müraciət etmiş və məhkəmə araşdırması zamanı İddiaçı çıxarışın 2-1(82)-535/2016 saylı 29.03.2016-cı il tarixli məhkəmə qərarı əsasında verildiyi müəyyən edilmişdir. İddiaçı verilmiş torpaq sahəsi Pirşağı Bələdiyyəsinin ərazisində olmaqla onunla bələdiyyə arasında bağlanmış icarə müqaviləsinə əsasən onun istifadəsindədir. Məhkəmə tərəfindən ərazinin kimin istifadəsində olması müəyyənləşdirilməmiş, həmin qərarın mövcud olmasından məhkəməyə müraciət edərkən məlumatı olmuşdur. Ekspert rəyindən görünür ki, icarə müqaviləsi əsasında onun istifadəsində olan torpaq sahəsi məhkəmə qərarı ilə İddiaçı verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin rəydə 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin 2362.0 kv.m. hissəsi bələdiyyə sərəncamı əsasında X4 adına, 1200 kv.m. hissəsi isə məhkəmə qərarı əsasında 545 K saylı bağ kimi İddiaçı adına qeydiyyatdan keçmişdir. Həmin iş üzrə o və Pirşağı bələdiyyəsi cəlb edilməmiş, qəbul edilən qərar onun, eyni zamanda bələdiyyənin maraqlarına toxunur. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-535/2016 saylı 12 iyun 2020-ci il tarixli qərardadı ilə vəsatətlərin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan X1 nümayəndəsi X10 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-535/2016 saylı 12 iyun 2020-ci il tarixli qərardadının ləğv edilməsi, X2 3-cü şəxs qismində cəlb edilməsi və iş üzrə icraatın təzələnməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-277/2021 saylı 13 yanvar 2021-ci il tarixli qərardadı ilə ərizəçinin apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti vəsatətin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları X1 nümayəndəsi və vəkili X10 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və məhkəmə qərardadının ləğv edilərək, vəsatətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, məhkəmə araşdırma apararkən məlum olmuşdur ki, 202 saylı 30.12.2004-cü il tarixli müqavilə heç bir yerdə dövlət qeydiyyatından keçməmişdir. Bu da onu göstərir ki, həmin müqavilənin heç bir hüquqi əsası yoxdur. Apellyasiya şikayətinin 2-ci səhifənin 6-cı abzasında şikayətçi göstərir ki, guya: “Əlipənahov Rəcəb istifadəsində olan torpaq sahəsi ilə İddiaçı torpaq sahəsi üst-üstə düşür” , halbuki Kadastr və Yer Quruluşu Layihə Tedqiqat Mərkəzi MMC tərəfindən təqdim edilmiş koordinatlar üzrə sxemdən açıq-aydın görünür ki, həmin sahədə Əlipənahov Rəcəb adına torpaq sahəsi ümumiyyətlə ayrılmamış və dövlət qeydiyyatından keçməmişdir. Bu səbəbdən də 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi Əlipənahov Rəcəb və həmin torpaq sahəsinin keçmiş Bağlar idarəsinə aid olduğunu nəzərə alaraq Pirşağı Bələdiyyəsini 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilməmişdir. Adı çəkilən 30.12.2004-cü ildə bağlanmış 202 saylı saxta müqaviləyə əlavə edilmiş sahələrin ayrıc sxemində ona aid olan bağ torpaq sahəsi yox, qonşu bağın sahəsi göstərilmişdir ki, bu da ona qarşı verilən vəsatətlərin və şikayətlərin tamamilə əsassız olduğunu sübut edir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh və Sabunçu rayonu Pişağı Bələdiyyəsi məhkəmə iclası barədə lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin və Sabunçu rayonu Pirşağı Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin və Sabunçu rayonu Pişağı Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, X1 tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı müvafiq iddiası üzrə çıxarılmış məhkəmə qərarı onun hüquq və mənafeyinə toxunduğu üçün onun 3-cü şəxs qismində işə cəlb edilməsi və iş üzrə icraatın təzələnməsi barədədir. Birinci instansiya məhkəməsi 29.03.2016-cı il tarixli qərarın X2 qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozmadığına istinad edərək vəsatətin təmin edilməməsi qənaətinə gəlmişdir. Apellyasiya baxışı zamanı məlum olmuşdur ki, ərizəçi X3 28.01.2021-ci il tarixdə vəfat etmişdir. Bu fakt ərizəçinin nümayəndəsi və vəkili tərəfindən təqdim olunmuş AZ-İİ 166017 saylı «Ölüm haqqında şəhadətnamə» ilə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Belə olan halda məhkəmə kollegiyası hazırki iş üzrə 3-cü şəxsin cəlb edilməsi icraatında ərizəçinin vəfat etməsi ilə bağlı müvafiq prosessual qaydaların inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmadığını nəzərə alaraq icraatın bu mərhələsində analogiya üzrə mülki prosessual qanunvericiliyin müddəalarının tətbiqinin mümkünlüyünü yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.1-ci maddəsinə əsasən işdə tərəf olan şəxs öldükdə, mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə, hakim iş üzrə icraatı şəxsin hüquq varisi müəyyən edilənə qədər dayandırmalıdır. Qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi, qanunvericilik işdə tərəf olan şəxsin ölməsi ilə bağlı mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verdiyi təqdirdə iş üzrə icraatın şəxsin hüquq varisi müəyyən edilənə qədər dayandırılmasını müəyyən etmişdir. İşdə tərəf olan şəxsin ölməsinin prosessual hüquqi nəticələri ilə bağlı oxşar müddəa həmin Məcəllənin 261.0.7-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmçinin həmin Məcəllənin 58.1-ci maddəsində göstərilmişdi ki, mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Göründüyü kimi, mülki prosessual qanunvericiliyin “prosessual hüquq varisliyi” adlanan 58-ci maddəsində olan müddəalar prosessual hüquq varisliyinin mümkün olduğu halı məhz tərəflərdən birinin sıradan çıxması (şəxsin ölməsi və s.) ilə şərtləndirir. Hazırki işdə isə vəfat edən şəxs X3 işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək tərəf olmamış, məhkəmə qərarı qanuni qüvvəsini alıb icra olunduqdan sonra həmin qərarın və onun icra edilməsi nəticəsində iddiaçının adına verilmiş çıxarışın onun hüquq və mənafeyinə toxunduğuna əsaslanaraq 3-cü şəxs qismində işə cəlb edilməsini xahiş edən ərizəçi olmuşdur. Yəni, ərizəçi X3 vəfat edənə qədər işdə iştirak edən prosessual tərəf statusunu hələ qazanmamışdı. Belə olan halda məhkəmə kollegiyası sonuncunun vəfatı ilə bağlı mülki prosessual qanunvericiliyin “prosessual hüquq varisiliyi”nə yol verdiyini nəzərdə tutan müddəalarının tətbiqini, xüsusilə də ərizəçinin tərəf olmaması səbəbindən onun ölməsi ilə bağlı ərizəsi üzrə icraatın hüquqi varisi müəyyən edilənədək dayandırılmasını labüd hesab etmir. Digər tərəfdən, məhkəmə kollegiyası onu da nəzərə alır ki, iş üzrə hələ 3-cü şəxs qismində işə cəlb olunmayan və işdə iştirak edən tərəf statusunu almayan şəxsin vəfatından sonra onun vərəsələrinin inzibati məhkəmə icraatı zamanı qəbul edilmiş məhkəmə aktlarını onların hüquqlarına toxunduğu təqdirdə məhkəmə qaydasında mübahisələndirmək hüquqları vardır. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi X3 vəfat etdiyi üçün və vəfat edən şəxsin müraciəti üzrə məhkəmədə işə baxılması qanunvericilikdə təsbit olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən onun 3-cü şəxs qismində işə cəlb edilməsi barədə verdiyi ərizə üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 3-cü şəxs qismində işə cəlb edilməsi barədə verdiyi ərizə üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar