Məhkəmə qərarları › İş №2-1(103)-277/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-277/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-277/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı (xx.xx.1952-ci il tarixində Ermənistanın İcevan rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 15.01.1987-ci il tarixli 579 saylı sərəncamı ilə "xxxx" ATSC Tikinti Hissələri Zavodunun rəhbərliyi ilə Həmkarlar İttifaqının 07 saylı 14 noyabr 2001-ci il tarixli protokolu əsasında İddiaçı ayrılmış Nizami rayonu, ünvan 5anında blok 2, mərtəbə 3-də yerləşən 4 otaqdan ibarət sahəsi 56,5 kv.metr olan 15 saylı mənzilə kirayə müqaviləsinin bağlanmasına dair Sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-2862/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiаçı İddiaçı 24.11.2020-ci il tarixində cаvаbdеh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 15.01.1987-ci il tarixli 579 saylı sərəncamı ilə "xxxx" ATSC Tikinti Hissələri Zavodunun rəhbərliyi ilə Həmkarlar İttifaqının 07 saylı 14 noyabr 2001-ci il tarixli protokolu əsasında İddiaçı ayrılmış Nizami rayonu, ünvan 5anında blok 2, mərtəbə 3-də yerləşən 4 otaqdan ibarət sahəsi 56,5 kv.metr olan 15 saylı mənzilə kirayə müqaviləsinin bağlanmasına dair Sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, ona Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinin 15.01.1987-ci il tarixli 579 saylı Sərəncamı ilə "xxxx" ATSC-nin Tikinti Hissələri Zavodunun rəhbərliyi ilə Həmkarlar İttifaqının 07 saylı 14 noyabr 2001-ci il tarixli protokolu əsasında Nizami rayonu, ünvan 5anında blok 2, mərtəbə 3-də yerləşən 4 otaqdan ibarət sahəsi 56,5 kv.metr olan 15 saylı mənzil ayrılmışdır. İddiaçı və onun ailə üzvləri bu mənzilə pasport qeydiyyatına alınmaqla, hal-hazıra kimi mənzil sahəsindən istifadə edir. Bu illər ərzində iddiaçıya hələ də order verilməmişdir. Onun istifadəsində olan həmin mənzil sahəsinə kirayə müqaviləsinin bağlanmasına dair Sərəncam verilməsi məqsədilə müvafiq Xətai rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müvafiq icra hakimiyyəti orqanı Mənzil Məcəlləsinin müxtəlif maddələrinə istinad etməklə hüquqmüəyyənedici sənədlərin olmadığını əsas gətirərək formal mülahizələr əsasında iddiaçının müraciətini təmin etməmişdir. Halbuki, iddiaçı tərəfindən tələb olunan bütün sənədlər müvafiq orqana təqdim olunmuşdur. Bu səbəbdən əsassız olaraq mənzilə kirayə müqaviləsinin bağlanmasına dair Sərəncam verilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, Xətai Rayon İcra Hakimiyyətinin imtina etməsi qanuni və əsaslı hesab edilə bilməz. Bakı şəhəri, Xətai Rayon İcra Hakimiyyətinin 15.01.1987-ci il tarixli 579 saylı Sərəncamı ilə "xxxx" ATSC-nin Tikinti Hissələri Zavodunun rəhbərliyi ilə Həmkarlar İttifaqının 07 saylı 14 noyabr 2001-ci il tarixli protokolu əsasında Nizami rayonu, ünvan 5anında blok 2, mərtəbə 3-də yerləşən 4 otaqdan ibarət sahəsi 56,5 kv.metr olan 15 saylı ayrılmış mənzil sahəsinə order verilməsi üçün Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə məktub göndərilmişdir. Ancaq buna baxmayaraq bu günə kimi iddiaçıya order verilməmişdir. İddiaçı hesab edir ki, onun hüquqi əsaslarla ayrılmış mənzil sahəsinə qanuni sahib olmaq hüququ vardır. İddiaçı ona mənzilin ayrılmasını təsdiq edən bütün hüquqmüəyyənedici sənədləri həm İcra orqanına həm də məhkəməyə təqdim etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-2862/2021 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı Nizami rayonu, ünvan 5anında blok 2, mərtəbə 3-də yerləşən 4 otaqdan ibarət sahəsi 56,5 kv.metr olan 15 saylı mənzilə kirayə müqaviləsinin bağlanmasına dair Sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-2862/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Apellyasiya icraatı zamanı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil (fərdi fəaliyyət göstərən vəkil) apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-2862/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - 20 avqust 2001-ci il tarixli "xxxx" ATSC-nin “Tikinti hissələri” zavodu üzrə mənzil almaq üçün növbədə olan işçilərin siyahısından görünür ki, İddiaçı mənzil almaq üçün növbə sırasında üçüncüdür. - Notariat qaydada təsdiq olunmuş 14 noyabr 2001-ci il tarixli "xxxx" ATSC-nin 10 oktyabr 2001-ci il 185 saylı məktubuna əsasən göstərilən 1 ədəd4 otaqlı mənzilin ümumi siyahısı üzrə verilməsi ünvan: ünvan 3 mərtəbə 3, sahəsi 56,5 kv m. Bu məsələ ilə əlaqədar H/T-nin sədri D.Dəmirçiyev məlumat verdi. İddiaçı mənzil növbəsinə 15 yanvar 1987 –ci il tarixdən durmuş, ailə tərkibi 5 nəfərdən ibarətdir. Həmin mənzilin İddiaçı verilməsi üçün Xətai rayon İcra Hakimiyyətindən xahiş edilsin ki, qərarı təsdiq və order yazılması üçün göstəriş verilsin. - Notariat qaydada təsdiq olunmuş 14 noyabr 2001-ci il tarixli "xxxx" ATSC-i “Tikinti hissələri” zavodu müdiriyyətinin və Həmkarlar təşkilatının birgə iclasının 7 saylı Protokolundan çıxarışına əsasən, ünvan: ünvan 3 mərtəbə 3, sahəsi 56,5 kv m 4 (dörd) otaqlı mənzilə ümumi siyahıda üçüncü olan İddiaçı təqdim edilməsi barədə qərarın təsdiq edilməsi üçün Xətai Rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. - İddiaçının cavabdeh Bakı şəhəri Xətai rayon icra Hakimiyyəti başçısına ünvanladığı ərizədən görünür ki, o, Nizami rayonu, ünvan 5anında blok 2, mərtəbə 3-də yerləşən 4 otaqdan ibarət sahəsi 56,5 kv.metr olan 15 saylı mənzilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsini xahiş etmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1804/2020 nömrəli, 03.09.2020-ci il tarixli qərarı ilə (hakim A.Oruczadə) İddiaçı cavabdeh Nizami Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.09.2021-ci il tarixli, 2- 1(103)-2421/2021 saylı qərardadı ilə (hakimlər C.Yusifov, E.Nağıyeva, H.Həmidov) iddiaçının müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1804/2020 nömrəli, 03.09.2020-ci il tarixli qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2319/2021 saylı, 21.12.2021-ci il tarixli qərarı ilə (hakimlər K.Bədəlov, R.Nəbizadə, İ.Hüseynov) iddiaçının kassasiya şikayətinin təmin edilməməsi , Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2421/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Xətai rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı 13.11.2020-ci il tarixli məktubuna əsasən, İddiaçı adına göstərilən mənzilə order verilməmişdir. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinin bir tipli forması müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq edildiyi nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur). Qeyd edilən forma isə halhazırda mövcud deyil. - Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon İcra Hakimiyyəti Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 84 saylı Mənzil Kommunal İstismar sahəsinin 17.11.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı və onun ailə üzvləri (X2, 1989 və X1, 1990) Naxçıvanski küçəsi, məhəllə 2383-2387, 15 nömrəli mənzilində qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 28 fevral 2019-cu il tarixli 10 nömrəli sərəncamına əsasən, özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin balansında olan, sosial-mədəni və kommunal-məişət təyinatlı obyekt bu sərəncamın 5 saylı əlavəsində göstərilən siyahı üzrə Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və istismar edilməsi üçün həmin Birliyin tabeliyindəki 84 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir. Həmin sərəncama 5 saylı əlavəsinə əsasən, Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilən Bakı şəhəri, Nizami rayonu, Cəmşid ünvan 5anında yerləşən tikintisi başa çatmamış beş mərtəbəli yaşayış binası "xxxx" ASC-nin 445 nömrəli Tikinti İdarəsinin tabeliyində idi. -Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 84 saylı Mənzil Kommunal İstismar Sahəsinin 02 aprel 2021-ci il tarixli, 9 nömrəli arayışına əsasən, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 2383-2387 məhəllədə yerləşən bina Cəmşid Naxçıvanski küçəsi, ev 72A adlanır və Nizami Rayon Mənzil Kommunal İstismar Birliyinin balansındadır. - Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nizami Rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 3/45 nömrəli, 22.02.2022-ci il tarixli məktubuna əsasən qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 2383-2387 məhəllə, 15 saylı mənzilin olduğu bina Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq ilk növbədə qeyd edir ki, mübahisəli mənzilin iddiaçıya (ailə tərkibi ilə) verilməsinə dair protokoldan çıxarış 14 noyabr 2001-ci il tarixdə verildiyindən, iddiaçının həmin mənzil ilə bağlı hüquqları əvvəlki Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yarandığı nəzərə alaraq, məhkəmə qeyd edilən Məcəllənin maddələrinin tələblərinə istinad etməlidir. 08 iyul 1992-ci il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin 33-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən ictimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. 2009-cu ilin оktyаbrın 1-dən qüvvəyə minmiş Аzərbаycаn Rеspublikаsının Mənzil Məcəlləsinin 1-ci mаddəsinə əsаsən, mənzil qаnunvеriciliyi dövlət оrqаnlаrı və bələdiyyələr tərəfindən vətəndаşlаrın mənzil hüququnun həyаtа kеçirilməsinə şərаit yаrаdılmаsınа, mənzil təhlükəsizliyinə, оnun tохunulmаzlığınа, əsаssız оlаrаq mənzil hüququndаn məhrum еtmənin yоlvеrilməzliyinə əsаslаnır. Həmin Məcəllənin 4.0-cü mаddəsinə əsаsən dövlət оrqаnlаrı və bələdiyyələr öz səlаhiyyətləri dахilində mənzil hüquqlаrının həyаtа kеçirilməsi üçün şərаit yаrаdır və bu məqsədlə: 4.0.2.müəyyən еdilmiş qаydаdа sоsiаl kirаyə müqаvilələri əsаsındа və yа dövlət və yа bələdiyyə mənzil fоndu yаşаyış sаhələrinin kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrı yаşаyış sаhələri ilə təmin еdir. Həmin Məcəllənin 16-cı mаddəsinə əsаsən, yаşаyış sаhələri üzərində mülkiyyət və digər əşyа hüquqlаrı Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsində və digər qаnunvеricilik аktlаrındа nəzərdə tutulmuş hаllаrdа və qаydаdа dövlət qеydiyyаtınа аlınmаlıdır. Həmin Məcəllənin 17.3.1-ci mаddəsinə əsаsən sоsiаl təyinаtlı mənzil fоndu - dövlət və bələdiyyə mənzil fоndlаrındаn sоsiаl kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrа vеrilən yаşаyış sаhələrinin məcmusudur. Həmin Məcəllənin 17.4-cü mаddəsində göstərilir ki, mənzil fоndu qаnunvеricilikdə müəyyən еdilmiş qаydаdа dövlət uçоtunа аlınmаlıdır. Həmin Məcəllənin 18-ci mаddəsinə əsаsən, mülkiyyət fоrmаsındаn аsılı оlmаyаrаq mənzil fоndunun istifаdəsinə və sахlаnılmаsınа, hаbеlə yаşаyış sаhələrinin və kоmmunаl хidmətlərin müəyyən еdilmiş tələblərə uyğunluğunа dövlət nəzаrəti qаnunvеricilikdə müəyyən оlunmuş qаydаdа həyаtа kеçirilir. Həmin Məcəllənin 59.1-ci mаddəsinə əsаsən, yаşаyış sаhəsinin sоsiаl kirаyə müqаviləsinə əsаsən bir tərəf – dövlət və yа bələdiyyə mənzil fоndunun yаşаyış sаhəsinin mülkiyyətçisi (оnun аdındаn fəаliyyət göstərən səlаhiyyətli dövlət оrqаnı və yа səlаhiyyətli bələdiyyə оrqаnı) və yа оnun səlаhiyyətli şəхsi (kirаyə vеrən) yаşаyış sаhəsini digər tərəfin – vətəndаşın (kirаyəçinin) yаşаmаsı üçün bu Məcəllə ilə müəyyən еdilmiş şərtlərlə sаhibliyinə və istifаdəsinə vеrməyi öhdəsinə götürür. İşin hazırkı hallarından müəyyən edilir ki, İddiaçı mənzil növbəsinə götürülmüş, "xxxx" ATSC-i “Tikinti hissələri” zavodu müdiriyyətin və həmkarlar təşkilatının birgə iclasının 14 noyabr 2001-ci il tarixli, 7 nömrəli protokoluna əsasən ona ünvan 3 mərtəbə 3, sahəsi 56,5 kv m 4 (dörd) otaqlı mənzil təqdim edilməsi və sözügedən mənzilin iddiaçıya təqdim edilməsinə dair qərarın təsdiq edilməsi və orderin yazılması Xətai rayon İcra Hakimiyyətinə xahiş edilməsi qərara alınmışdır. İddiaçı hazırda üç nəfər ailə tərkibi (özü, oğlu və qızı) olmaqla həmin mənzildə qeydiyyatdadır. Məhkəmə sorğularına cavab məktublarına əsasən, Bakı şəhəri, Nizami rayonu, Cəmşid ünvan 5anında yerləşən tikintisi başa çatmamış beş mərtəbəli yaşayış binası 28.02.2019-cu il tarixdə "xxxx" ASC-nin 445 nömrəli Tikinti İdarəsinin balansından Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir və hazırda həmin binanın ünvanı : Cəmşid ünvan 8inin bağlanılmasına dair sərəncamın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin əsassız olması barədə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd edir ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının adına order verilməmişdir. Belə ki, iddiaçı Xətai rayon İcra Hakimiyyətinin 15 yanvar 1987-ci il tarixli sərəncamı ilə mənzil növbəsinə götürülsə də, iddiaçının iddia tələbində göstərdiyi kimi hal-hazırda yaşadığı Nizami rayonu, ünvan 5anında blok 2, mərtəbə 3-də yerləşən 4 otaqdan ibarət sahəsi 56,5 kv.metr olan 15 saylı mənzil cavabdehin qərarı və ya order əsasında ona təqdim edilməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid ünvan 5anında yerləşən yaşayış bina 28.02.2019-cu il tarixdə "xxxx" ASC-nin 445 nömrəli Tikinti İdarəsinin balansından Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verildiyindən, Xətai rayon İcra Hakimiyyətinın Nizami rayonu ərazisində yerləşən mənzilə dair sərəncam verilməsi üçün hüquqi əsas mövcud olmadığından iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-2862/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-2862/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar