Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2770/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “ pensiyanın yenidən təyin edilməsi ”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, İddiаçının vəkili (nümayəndəsi) Vəkil Müşviq oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-730/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.
2. İddiaçıya məxsus 006533 №-li vəsiqənin surətindən görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə əsasən 70 % görə xx.xx.2021-ci il tarixdən ömürlük 507,92 manat məbləğində əmək pensiyası təyin edilmişdir.
3. İddiaçıya məxsus ЖT 014580 №-li diplomun surətindən görünür ki, İddiaçı 1983-1986cı illdərdə Azərbaycan Dəniz Balıq Sənaye Texnikomunda “gəmi soyuducu qurğularının istismarı” ixtisasında təhsil almışdır.
4. İddiaçıya məxsus ИT ******* №-li əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1989-cu ildən – xx.xx.1989-cu ilədək 4-cü dərəcəli fəhlə vəzifəsində, xx.xx.1990cı ildən xx.xx.1990-cı ilədək və xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək çəkməci vəzifəsində, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək və xx.xx.1992-ci ildən xx.xx.1992ci ilədək ayaqqabı ustası peşəsində, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək çəkməci peşəsində, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək menecer vəzifəsində, xx.xx.1994cü ildən xx.xx.2006-cı ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından mühafizə orqanlarında xidmət etmiş, xx.xx.2006-cı ildən xx.xx.2016-cı ilədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində (fövqəladə hallar orqanlarında) xidmət keşmişdir.
5. Fövqəladə Hallar Nazirliyinin xx.xx.20025-ci il tarixli, 3-18/2-600/2025 nömrəli məktubundan görünür ki, X2 “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbacan Respublikası Qanunu”nun 1.1-ci maddəsi ilə nəzərdə tutulmuş vəzifələrdə xx.xx.1994-cü il tarixdən 0411.2016-cı il tarixədək xidmət keçmiş, xidmətkeçməsinə xidmətdə olmanın son yaş həddinə çatdığına görə Qanunun 33.1.11-ci maddəsinə uyğun olaraq xitam verilmişdir.
6. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının müraciətinə ünvanlanmış xx.xx.2023-cü il tarixloi 3- 17- 1/2\D-278340/2023 nömrəli imtina məktubu iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. İmtina məktubu cavabdehin iddia tələbinə dair etirazında göstərilən əsaslarla eynilik təşkil edir.
7. İddiaçının pensiya işində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Müdafiə Fonduna təqdim olunan 12/12/xr-2936 №-li Məlumat Vərəqəsindən görünür ki, daxili xidmət baş çavuşu İddiaçı vəzifəsi X4 XidmətininAzərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yangından mühafizə İdarənin “Vixr-7yanğınsöndürmə gəminin 1-ci dərəcəli matros – böyük yangınsöndürücüsi”, təqvim üzrə xidmət illəri (22 il 04 ay 03 gün), güzəştli xidmət illəri (02 il 10 ay), cəmi iş stajı və xidməti illəri (iş stajı, ali təhsil, təqvim üzrə xidməti illəri, güzəştli xidmət illəri) (25 il 02 ay 03 gün), ehtiyyata buraxıldığı tarix (xx.xx.2016), ehtiyyata buraxıldığı maddə - “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanununun 33.1.11-ci maddəsi, vəzifə maaşı (230 manat), rütbə maaşı (102 manat), xidmət illərinə görə əlavə (99.6 manat), ərzaq payı əvəzinə kompensasiya (64 manat), məharət dərəcəsinə görə əlavə (57.5 manat), dəniz faizi (172,5 manat), cəmi 725,00 manat olmuşdur.
8. Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışın surətindən görünür ki, İddiaçı fərdi hesabının sığorta hissəsində 8122.90 manat pensiya kapitalı vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı “təyin edilmiş əmək pensiyasının onun xidmət və güzəştli xidmət illəri tam nəzərə alınaraq yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “iddiaçıya təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 20.28.1 və 20.28.2-ci maddələrinin 10 mart 2017- ci il tarixinədək olan redaksiyaya uyğun şəkildə, iddiaçının pensiyasına onun əmək haqqının 80 faizi əlavə edilərək yenidən təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1 iyul 1994-cü il tarixdən 31 may 2006ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə orqanlarında, 31 may 2006-ci il tarixdən 4 noyabr 2016-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində, Nazirliyin balansında olan yanğınsöndurən gəmiləri Vixr 10 və Vixr 7-də (Вихрь 10, Вихрь 7) yanğınsöndürən kimi xidmət etmişdir. 9 dekabr 2016-ci il tarixdən İddiaçı əmək pensiyası təyin edilmişdir. İddiaçı hesab edir ki, onun xidmət və güzəştli xidmət illəri düzgün hesablanmamış, bunun nəticəsində ona yaşa görə əmək pensiyası düzgün təyin edilməmişdir. Belə ki, iddiaçı 1 iyul 1994-cü il tarixdən 31 may 2006-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə orqanlarında, Nazirliyin balansında olan yanğınsöndürən gəmiləri Vixr 10 və Vixr 7-də (Вихрь 10, Вихрь 7) yanğınsöndürən kimi xidmət etmişdir. İddiaçının xidmət dövründə Daxili işlər Nazirinin “müharibə zonasında xidmət edən hərbi qulluqçuların 1 günlük xidməti 2 gün hesablanması barədə” daxili əmri olduğunu bildirmişdir. Sözügedən əmrin mövcudluğu barədə AR Daxili İşlər Nazirliyinə vəkil sorğusu göndərilmiş, lakin həmin sorğuya faktiki olaraq cavab verilməmişdir. 30 oktyabr 2023-cü il tarixdə əmək pensiyasının yenidən hesablanması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edilmişdir. 14 dekabr 2023-cü il tarixdə poçt vasitəsi ilə göndərilən məktunda yuxarıda qeyd edilən məsələlər araşdırılmamışdır. Cavabdehin 28 noyabr 2023-cü il tarixli 3-17-1/2-D-278540/2023 saylı məktubunda İddiaçının təminat xərcliyinin 1129.2 (bir min yüz iyirmi manat, iyirmi qəpik) olduğu bildirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 9 dekabr 2016-ci il tarixli, 12/12/xr-2936 saylı məktubunda iddiaçının iş stajı 25 il 2 ay 3 gün xidmət müddəti olduğu qeyd ediilmişdir.
12. Cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2- D-278540/2023 nömrəli imtinası qanuni və əsaslı olmuşdur. İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 9 dekabr 2016-cı il tarixli 12/12/xr-2936 nömrəli məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq, 5 noyabr 2016-cı il tarixdən Mərkəzi Filial tərəfindən 25 il 2 ay 3 gün (təqvimi xidmət illəri 22 il 4 ay 3 gün, güzəştli xidmət illəri 2 il 10 ay 10 gün) xidmət müddəti üçün müvafiq təminat xərcliyinin (vəzifə maaşı-230,00 manat, rütbə maaşı- 102,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi-99,60 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi-57,50 manat, dəniz faizinə görə vəzifə maaşının 75 faizi miqdarında əlavəsi172,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 725,60 manat) 70 faizi - 507,92 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ona ödənilmişdir. İddiaçı Məmmədrəhim oğlunun 1 mart 2018-ci il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 545,49 manat müəyyən edilmişdir. 1 mart 2019-cu il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 568,03 manat müəyyən edilmişdir. 1 may 2019-cu il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 650,69 manat müəyyən edilib. 1 sentyabr 2019-cu il tarixdən İddiaçı sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 397,00 manat, rütbə maaşı 117,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi 154,20 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 99,25 manat, vəzifə maaşının 75 faizi miqdarında dəniz faizinə görə əlavəsi 297,75 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1129,20 manat təşkil etmişdir. Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. 1 yanvar 2023- cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; -20 ildən artıq xidmət müddətinin (5 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (5x2) təminat xərcliyinin 10 faizi. -natamam ildəki iş stajı aylarının sayına (2 ay) mütənasib olaraq təminat xərcliyinin 0,34 faizi. İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün onun təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 65,34 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının 1 mart 2018-ci il tarixədək olan təminat xərcliyi (725,60 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (1129,20 manat) arasındakı fərq məbləğinin (403,60 manat) 65,34 faizi-263,71 manat 1 mart 2018-ci il tarixədək olan pensiyasının (507,92 manat) üzərinə əlavə olunmaqla 771,63 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. Əlavə olaraq, Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 848,79 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar artırılaraq 973,56 manat təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Sözügedən Qaydaların 4-cü hissəsinə görə şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fonda ötürülür. Əlavə olaraq, İddiaçı əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqandan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olduqdan sonra baxılacaqdır. Cavabeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-730/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xidmət illəri və xidmət etdiyi vəzifənin xarakteri bu hüquqi meyarlara tam cavab verir. Belə ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış, xüsusi rütbəli vəzifədə xidmətini başa vurmuş şəxs olduğundan, o, Qanunun 20.1.20-ci maddənin tələblərini tam ödəyir. Bu isə, hüquqi baxımdan onun pensiya təminatının adıçəkilən Qanunun 20.28.1 və 20.28.2-ci maddələri əsasında hesablanmalı olduğuna dəlalət edir.
15. Məhkəmə hesab edir ki, cavabdehin bu kontekstdə yanlış norma tətbiqi vətəndaşın qanunla təmin olunmuş sosial təminat hüququnun pozulmasına səbəb olur. Nəticə etibarı ilə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının əmək pensiyası Qanunun 20.28.1 və 20.28.2-ci maddələrinin 10 mart 2017-ci il tarixədək olan redaksiyasına uyğun hesablanmalıdır.
16. Məhkəmə, iddiaçının təqdim etdiyi xidmət stajı ilə bağlı sənədləri və mübahisələndirilməyən halları nəzərə alaraq müəyyən etmişdir ki, iddiaçının fövqəladə hallar orqanlarında keçdiyi xidmət müddəti 25 il 2 ay 3 gün təşkil edir. İddiaçının xidmət stajı ümumilikdə 25 ildən artıq olduğu üçün bu xidmət qarşılığında onun pensiyası orta aylıq əməkhaqqının 85 faizi həcmində müəyyən edilir. (İlk 5 il üçün 45 %+ sonrakı 20 il üçün+ 2ay üçün+ 3 gün üçün: 20 il × 2 % = 40 %; 2 ay üçün 0,34 % + 3 gün üçün) Cəmi: (45 % + 40 % )+ 0,34 %+0,018 %= 85,358 % )
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
17. Qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-730/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarında qeyd etmişdir ki, Qanunun müvafiq müddəalarının təhlili əsasında aydın olur ki, fövqəladə hallar orqanlarında xidmət edən şəxslər xidmətin hüquqi təbiətinə görə fərqli statuslara malik olan üç əsas kateqoriyaya bölünürlər: hərbi qulluqçular, xüsusi rütbəli əməkdaşlar və dövlət qulluqçuları. Bu üçlüyün hüquqi statusları, sosial təminat hüquqları və pensiya təminatı ilə bağlı normativ baza müxtəlifdir və bu səbəbdən hər biri üzrə hüquqi rejim fərqli şəkildə tənzimlənir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3.-ci maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Qeyd edilən məsələyə münasibətdə bildirirlər ki, həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Nəticə etibarilə, İddiaçı 507,92 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ona ödənilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Göründüyü kimi, İddiaçı tələbinin qanunvericiliyin əsasları baxımından həyata keçirilməsi mümkün deyildir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq İddiaçı qeyd edilən əsaslarla pensiyanıntəyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
d) Prosses iştirakçılarının izahatları
20. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir
Tətbiq edilən hüquq
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.2. Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.20. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla); 20.1.20. (maddənin 01 iyul 2017-ci il tarixədək olan redaksiyasına əsasən)xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya əlil müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçiləri; 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—65 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.14.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—55 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.14.4. hərbi xidmətdə 15 il stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 50 faizi və 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. 20.28. Bu Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.28.1. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.28.2. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı xidmət stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.28.1. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 il xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 45 faizi miqdarında. (maddənin 01 iyul 2017-ci il tarixədək olan redaksiyasına əsasən) 20.28.2. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı xidmət stajının hər ili üçün orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; (maddənin 01 iyul 2017-ci il tarixədək olan redaksiyasına əsasən)
23. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 22 dekabr 2006-cı il 499 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən həmin Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
24. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 1.2. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. 23.12. Yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət stajı olan işçilər (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər. 23.12. Yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il xidmət keçmiş əməkdaşlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər. (maddənin 06 mart 2018-ci il tarixədək olan redaksiyasına əsasən) 24.1. Fövqəladə hallar orqanlarında xidmət keçən və xidmət keçmiş əməkdaşların, habelə onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Fövqəladə hallar orqanları əməkdaşlarının və onların ailə üzvlərinin pensiya təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
25. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
30. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir.Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
31. Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir.
32. Daha sonra məhkəmə Kollegiyası, tərəflər arasında yaranmış hüquq münasibətlərini təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfin iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinin tətbiqi əsasında əmək pensiyasının hesablanması hüquqi baxımdan əsassız olmuşdur və bu yanaşma qanunvericilikdə müvafiq normativ tənzimləmələrin mahiyyətinə uyğun gəlmir.
33. Qanunun müvafiq müddəalarının təhlili əsasında aydın olur ki, fövqəladə hallar orqanlarında xidmət edən şəxslər xidmətin hüquqi təbiətinə görə fərqli statuslara malik olan üç əsas kateqoriyaya bölünürlər: hərbi qulluqçular, xüsusi rütbəli əməkdaşlar və dövlət qulluqçuları. Bu üçlüyün hüquqi statusları, sosial təminat hüquqları və pensiya təminatı ilə bağlı normativ baza müxtəlifdir və bu səbəbdən hər biri üzrə hüquqi rejim fərqli şəkildə tənzimlənir. Qanunun 20.14.1-ci maddəsi isə yalnız spesifik hallarda, müvafiq kateqoriyaya aid olan şəxslərə münasibətdə tətbiq edilə bilər.
34. Məhkəmə qeyd edir ki, iddiaçının pensiya hüququnun müəyyənləşdirilməsi kontekstində, onun xidmət keçdiyi orqan – yəni Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi – və orada tutduğu vəzifə, eyni zamanda daşıdığı xüsusi rütbə, onu "xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan əməkdaş" statusuna aid edir. Bu status isə Qanunun 20.14.1-ci maddəsinin deyil, 20.28.1 və 20.28.2-ci maddələrinin tətbiqini zəruri edir. Bu hüquqi nəticəyə gəlmək üçün zəruri olan hüquqi baza, Qanunun 20.1.20-ci maddəsində konkret olaraq nəzərdə tutulmuşdur ki, həmin maddənin şərtlərinə cavab verən şəxslərə münasibətdə müvafiq pensiya hüquqları yalnız 20.28-ci maddələrin tələbləri ilə müəyyən edilməlidir.
35. İş materiallardan aydın olur ki, iddiaçının pensiya hüququ 05 noyabr 2016-cı il tarixində yaranmış, iddiaçı xüsusi rütbəli şəxsdir, onun xidmət müddəti 25 il 2 ay 3 gün təşkil edir. Bu hallar işin mübahisələndirilməyən hallardır. İddiaçı ilə cavabdeh arasında pensiya təminatı ilə bağlı hüquq münasibətin yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin normalarının məzmununa əsasən, fövqəladə hallar orqanlarında xüsusi rütbə daşıyan vəzifələrdə xidmət etmiş, müvafiq yaş həddinə çatmış və ya əlil olmuş şəxslərə pensiya aşağıdakı prinsiplər əsasında hesablanmalı idi: - Əgər əməkdaş xüsusi rütbəli vəzifədən 5 il xidmət keçmişdirsə, bu hal ona orta aylıq əməkhaqqının 45 faizi əsasında formalaşdırılır; - Əgər əməkdaş xüsusi rütbəli vəzifədən 5 ildən 10 ilə qədər xidmət keçmişdirsə, bu halda pensiyası orta aylıq əməkhaqqının 45 faizi əsasında formalaşdırılır və 5 ildən artıq hər il üçün orta aylıq əməkhaqqının 2 faizi əlavə olunmaqla
36. İş materiallarından isə görünür ki, iddiaçının xidmət illəri və xidmət etdiyi vəzifənin xarakteri bu hüquqi meyarlara tam cavab verir. Belə ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış, xüsusi rütbəli vəzifədə xidmətini başa vurmuş şəxs olduğundan, o, Qanunun 20.1.20-ci maddənin tələblərini tam ödəyir. Bu isə, hüquqi baxımdan onun pensiya təminatının adıçəkilən Qanunun 20.28.1 və 20.28.2-ci maddələri əsasında hesablanmalı olduğuna dəlalət edir.
37. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.
38. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası əlavə olaraq diqqətə çəkir ki, şikayətdə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3.-ci maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Qeyd edilən məsələyə münasibətdə bildirirlər ki, həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Nəticə etibarilə, İddiaçı 507,92 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ona ödənilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır.
39. Bunla bağlı məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin bu kontekstdə yanlış norma tətbiqi vətəndaşın qanunla təmin olunmuş sosial təminat hüququnun pozulmasına səbəb olur. Nəticə etibarı ilə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının əmək pensiyası Qanunun 20.28.1 və 20.28.2-ci maddələrinin 10 mart 2017-ci il tarixədək olan redaksiyasına uyğun hesablanmalıdır.
40. Məhkəmə, iddiaçının təqdim etdiyi xidmət stajı ilə bağlı sənədləri və mübahisələndirilməyən halları nəzərə alaraq müəyyən etmişdir ki, iddiaçının fövqəladə hallar orqanlarında keçdiyi xidmət müddəti 25 il 2 ay 3 gün təşkil edir. İddiaçının xidmət stajı ümumilikdə 25 ildən artıq olduğu üçün bu xidmət qarşılığında onun pensiyası orta aylıq əməkhaqqının 85 faizi həcmində müəyyən edilir. (İlk 5 il üçün 45 %+ sonrakı 20 il üçün+ 2ay üçün+ 3 gün üçün: 20 il × 2 % = 40 %; 2 ay üçün 0,34 % + 3 gün üçün) Cəmi: (45 % + 40 % )+ 0,34 %+0,018 %= 85,358 % )
41. Göstərilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, İddiaçı təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” qanunun 20.28.1 və 20.28.2-ci maddələrinin 10 mart 2017-ci il tarixinədək olan redaksiyaya uyğun şəkildə, iddiaçının pensiyasına onun əmək haqqının 80 faizi əlavə edilərək yenidən təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
43. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-730/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-730/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.