Məhkəmə qərarları › İş №2-1(103)-2772/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2772/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2772/2024 14.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, X10, X5, X11rşı “mənzil-kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati iş üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (məruzəçi), X27 və X12 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, Tərcüməçi X14 qızının, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh X7, Cavabdeh və cavabdeh X17 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, X10, X5, X11rşı “mənzil-kirayə müqaviləsinin bağlanması” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in (82)-1775/2013 nömrəli, 09 iyul 2013-cü il tarixli qərarından cavabdeh X18 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, X10, X5, X11rşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 11 nömrəli evin 49 saylı mənzilinə dair mənzil-kirayə müqaviləsinin iddiaçı ilə bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh1 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının hazırda qeydiyyatda olduğu Bakı şəhəri, Naxçıvanski küçəsindəki 11 nömrəli evin 30,67 kv.m. sahəsi olan 2 otaqlı 49 nömrəli mənzilinin kirayəçisi iddiaçının bacısı X6. X18 1999-cu ildə ərə getmiş və halhazıra kimi qeyd edilən ünvanda yaşamır. Bu hal qonşular tərəfindən tərtib edilmiş aktla təsdiq edilir. 2002-ci ildə Çebotaryeva Qalina öz razılığı ilə qeydiyyatda olduğu mənzildən pasport qeydiyyatından çıxmışdır. 2007-ci ildə saxta qeydiyyat vəsiqəsindən istifadə edərək yenidən mənzilə pasport qeydiyyatına alınmış, sonra mənzilə verilmiş qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya və Ali Məhkəmə tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı kirayə müqaviləsinin onunla bağlanılmasına dair ərizə ilə cavabdeh Bakı şəhəri Cavabdeh1nə müraciət etmiş, lakin iddiaçıya bildirilmişdir ki, qeydiyyatda olan iddiaçının bacısı X7 razılıq ərizəsi təqdim edilmədiyindən kirayə müqaviləsinin iddiaçı ilə bağlanması mümkün deyildir. Odur ki, iddiaçı cavabdehin imtinasını mübahisələndirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat:

3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1775/2013 nömrəli, 09 iyul 2013-cü il tarixli qərarı ilə (hakim İ.Bayramova) iş üzrə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 11 nömrəli evin 49 saylı mənzilinə dair mənzil-kirayə müqaviləsinin İddiaçılə bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh1 üzərinə qoyulması qərara alınmışdır.

4. Həmin qərardan narazı qalan cavabdeh X18 apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in (82)-1775/2013 nömrəli, 09 iyul 2013-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin iştirakı:

5. Məhkəmə iclasında iştirak edən iş üzrə cavabdeh olmuş X18 apellyasiya şikayətini müdafiə edərək prosessual müddətin bərpası barədə ərizə təqdim edərək onunla əsaslandırmışdır ki, qanunvericilikdə apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzürlü səbəbdən ötürülmüşdür. Belə ki, İddiaçı məqsədli şəkildə onun məhkəmə proseslərindən xəbər tutmaması üçün məhkəmə bildirişlərinin qeydiyyatda olduğu ünvana göndərilməsini təmin etmişdir. Halbuki iddiaçı da, işə baxan məhkəmə də X7 ünvan 3 ünvanında yaşamaması barədə kifayət qədər məlumatlı olmuşlar. Məhkəmə qərarı 2013-cü ildə qəbul edilsə də, 2013-cü ildən 2024-cü ilədək X7 ünvan 3 ünvanında yerləşən mənzilə dair mənzil-kirayə müqaviləsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə dəyişdirilməsi barədə məlumatı olmamış, digər məhkəmə prosesində təqdim edilmiş sənədlər əsasında hazırki məhkəmə qərarı barədə məlumat əldə etmişdir. Bundan sonra 15 yanvar 2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in (82)- 1775/2013 nömrəli, 09 iyul 2013-cü il tarixli qərarının surətinin ona təqdim edilməsini xahiş etmişdir. Lakin müraciətinin rus dilində tərtib edilməsi bildirilərək, yenidən azərbaycan dilində müraciət etməli olduğu bildirilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə yenidən azərbaycan dilində Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. 2024-cü ilin fevral ayından may ayının 13-dək məhkəmədə işin axtarıldığını bildirərək, sonradan 13 may 2024-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə qərarın surətini ona təqdim etmişlər. Buna görə də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in (82)-1775/2013 nömrəli, 09 iyul 2013-cü il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin üzrlü hesab olunaraq bərpa edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən iş üzrə iddiaçı olmuş İddiaçı və onun vəkili prosessual müddətin üzürsüz səbəbdən buraxılmasını, bərpası barədə ərizənin təmin edilməməsini, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in (82)-1775/2013 nömrəli, 09 iyul 2013-cü il tarixli qərarından cavabdeh X18 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini və şikayətin qəbulundan imtina edilməsini xahiş etmişlər.

7. Məhkəmə iclasında iştirak edən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in (82)-1775/2013 nömrəli iş üzrə cavabdeh və cavabdeh X17 nümayəndəsi olmuş X15 məhkəmə qərarı 2013-cü ildə qəbul edilsə də, 2013-cü ildən 2024-cü ilədək X7 ünvan 3 ünvanında yerləşən mənzildə yaşamadığını, mənzil-kirayə müqaviləsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə dəyişdirilməsi barədə məlumatı olmadığını, digər məhkəmə prosesində təqdim edilmiş sənədlər əsasında hazırki məhkəmə qərarı barədə məlumat əldə etdiyini bildirərək, ərizənin təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. İnzibati Prosessual Məcəllə:

Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 75.3. Məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir.

MƏHKƏMƏNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası hesab edir ki, prosessual müddətin bərpası barədə ərizə əsassızdır. Məhkəmə qərarından verilmiş apellyasiya şikayətinin mümkün sayılması üçün əsaslar müəyyən olunmamışdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

11. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır

12. Hazırki işin materiallarında olan Bakı şəhəri MKTD-nın Nizami rayon MKTB-nın 76 saylı MKİS-in 499 nömrəli xx.xx.2013-cü il tarixli, forma 2 arayışından müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 11 nömrəli evin 49 saylı mənzilinin kirayəçisi X8muş, həmçinin həmin mənzildə dörd nəfər İddiaçı, X23, X15 qeydiyyatda olmuşlar. Aktan göründüyü kimi qonşular X26, X13 təsdiq etmişlər ki, X18 2002-ci ildən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 11 nömrəli evin 49 saylı mənzilində yaşamamışdır. 76 saylı MKİS-in 237 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən olunur ki, X18 xx.xx.2007-ci ildən xx.xx.2016-cı ilədək həmin mənzildə qeydiyyatda olmuş, hal-hazırda həmin mənzildə yaşamır.

13. İş materiallarında olan Bakı şəhəri Cavabdeh1 10 oktyabr 2013-cü il tarixli 98 saylı sərəncamından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)- 1775/2013 nömrəli, 09 iyul 2013-cü il tarixli qərarı icra olunaraq C.Naxçıvanski küçəsi 11 nömrəli evin yaşayış sahəsi 30,67 kv.m olan, 2 otaqlı 49-cu mənzilinin kirayə müqaviləsinin 4 nəfər ailə tərkibi ilə (özü, 2 bacısı, qardaşı) İddiaçıun adına dəyişdirilməsi və onun mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. X3 və X17 notarial qaydada təsdiq edilmiş ərizələrində onlar qeydiyyatda olduqları mənzilin qardaşları İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər. Çıxarışa görə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 nömrəli evin 49 saylı mənzilinə İddiaçı mülkiyyət hüququ xx.xx.2018-ci ildə qeydiyyata alınmışdır.

14. Məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən olundu ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1775/2013 nömrəli, 09 iyul 2013-cü il tarixli qərarı cavabdeh X7 qeydiyyatda olduğu ünvana xx.xx.2014-cü ildə çatdırılmış, qeyd olunan qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin son günü xx.xx.2014-cü il olmuş, apellyasiya şikayəti isə 10 ildən artıq müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.

15. Prosessual müddətin bərpası barədə ərizəsində cavabdehin göstərdiyi dəlillərə məhkəmə kollegiyası qiymət verərək hesab edir ki, həmin dəlillər formal və əsassızdır.

16. Belə ki, baxılan iş üzrə cavabdeh müddətin bərpa edilməsi haqqında ərizəsində, eləcə də apellyasiya şikayətində və ona uygun verdiyi izahatında ona istinad etmişdir ki, qeydiyyatda olduğu ünvandan çıxarıldığından, ünvanda yaşamadığından 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1775/2013 nömrəli, 09 iyul 2013-cü il tarixli qərarından məlumatlı olmaması səbəbindən prosessual müddət ötürülmüşdür.

17. Bununla bağlı məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X9 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli Qərarındakı hüquqi mövqeyinə görə “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblərdən üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”

18. Apellyasiya şikayətinin və ərizənin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1775/2013 nömrəli, 09 iyul 2013-cü il tarixli qərarı poçt göndərişi (məktubu) ilə cavabdehin rəsmi qeydiyyatda olan ünvana təqdim edilmişdir. Cavabdehin həmin qərardan, daha sonra isə qərarın icrası ilə bağlı qəbul edilmiş inzibati aktdan, növbəti addım olaraq isə mənzilin özəlləşdirilməsi ilə bağlı hərəkətlərdən məlumatlı olmaması barədə izahatını məhkəmə kollegiyası inandırıcı hesab etmir. Belə ki, şəxsin ölkəni tərk etməməsi, ağır xəstəliyə düçar olmaması, Nizami rayonunda qonşuluqda başqa yaşayış yerini seçməklə yaşaması, özəlləşdirməyə razılıq vermiş digər bacı və qardaşları ilə ünsiyyətdə olması dolayısı ilə ona dəlalət edir ki, şəxsin mənzillə kifayət qədər və sabit əlaqələri mövcud olmuş, lakin mənzilin aqibəti (özəlləşdirilməsi) ilə bağlı müəyyən müddət ərzində hansısa səbəbdən hüquqi marağının olmaması və bu istiqamətdə tələb edilən prosessual addımların atmaması (bunu tərəflə münaqişəli vəziyyətdə olduğu ilə izah edir) “iradəsindən asılı olmama” kimi əsaslandırıla bilməz. Əlavə olaraq şikayətçi prosessual hüquqlara və vəzifələrə malik şəxs olaraq “özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan” halları təsdiq edən hər hansı ciddi və mötəbər sübutları ərizəsinə əlavə etməmişdir ki, 10 ildən artıq müddət keçdikdən sonra apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası üzürlü səbəb sayıla bilsin.

19. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normaların tələblərini ümumiləşdirərək qeyd edir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Bundan irəli gələrək hər bir halda şikayət verən şəxs öz hüququndan qanunvericiliklə müəyyən olunan ümumi müddətlər daxilində, bu mümkün olmadıqda isə ağlabatan müddət ərzində istifadə etməklə şikayət verməlidir.

20. «Kudrina Rusiyaya qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədi ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalnız iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz.

21. Cavabdehin məhkəmə qərarının ona təqdim edilməməsi, qərarın qəbul edilməsi ilə bağlı poçt qəbzindəki imzanın ona məxsus olmaması barədə dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, təxminən 10 ildən artıq müddət ərzində hansı prosessual hərəkətlərin həyata keçirildiyi ilə maraqlanmamış olmasının riskini ərizəçi özü daşıyır və onun müvafiq müddəti üzrlü səbəbdən ötürdüyü qənaətinə gəlmək üçün əsas sayıla bilməz.

22. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi qərarında Avropa Məhkəməsi göstərmişdir ki, “hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”

23. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X4rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar).

24. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı).

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin apellyasiya qaydasında mübahisələndirdiyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1775/2013 nömrəli, 09 iyul 2013-cü il tarixli qərarından apellyasiya şikayətinin qanunla müəyyən edilmiş prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini və ağlabatan müddət ərzində istifadə etməklə şikayət vermədiyini nəzərə alaraq prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli, apellyasiya şikayəti qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır.

26. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası

qərara aldı:

Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1775/2013 nömrəli, 09 iyul 2013-cü il tarixli qərarından cavabdeh X18 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Elvin Əliyev Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar