Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2773/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Qeyri-Bank Kredit Təşkilatına qarşı «əsas borcun və faizlərin silinməsi»nə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5005/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC Qeyri-Bank Kredit Təşkilatına qarşı «əsas borcun və faizlərin silinməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5005/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5005/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qərardadından narazı qalan iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizə verilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5005/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qərardadından verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin ötməsini üzrlü hesab edilərək şikayətə mahiyyəti üzrə baxılaraq şikayətin təmin edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2020-ci ildə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Özü də həmin məhkəmə iclasında iştirak etmişdir. İşə baxan hakim Rüstəm Kərimli bildirmişdir ki, qərar çıxarıb yaşadığı ünvana göndərəcəkdir. Lakin göndərməmişdir. 2020-2021-ci illərdə respublikada koronavirus pandemiyasına görə qoyulmuş məhdudiyyətlər səbəbindən çox da uzaq yerlərə getməmişdir. 2022-ci ildə isə bəzi məsul şəxslər ona söz vermişdilər ki, bu kredit məsələsinə görə onun restruktruzasiya olunmasına köməklik edəcəklər deyə biraz da buna inanıb gözləmişdir, xeyli vaxt keçmişdir. Lakin bunun da bir nəticəsi olmamışdır. Odur ki, 01 may 2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsində 2020-ci ildə müraciətinə baxılmış qərarı almağa getmişdir. Bakı İnzibati Məhkəməsinin işçiləri onu qəbul şöbəsində dinlədikdən sonra gözləməyini bildirdilər. Bir neçə saatdan sonra istədiyi qərardadın bütün səhifələrinin aşağısına məhkəmənin ştampını vurmaqla ona vermişlər. Beləliklə, onun bu qərardadı aldığı xx.xx.2023-cü il tarixdən 10 gün müddətində, yəni 10 may 2023-cü il tarixinədək apellyasiya şikayəti etmə hüququ vardır. Odur ki, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilən qərardadın qəbul edildiyi xx.xx.2020-ci il tarixdən bəri ötürülmüş 2 il 7 ay müddəti üzrlü hesab olunmalı və prosessual müddət bərpa olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ərizənin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizəyə və apellyasiya şikayətinin mümkünlük məsələsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5005/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qərardadı poçt vasitəsilə cavabdehə xx.xx.2020-ci il tarixli göndəriş məktubu ilə göndərilmiş, işdə olan poçt qəbzindən görünür ki, qərar İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə xəbərnamə imzalanmaqla alınmışdır. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardaddan apellyasiya şikayəti vermə müddəti İddiaçı münasibətdə ona təqdim edildiyi tarixdən hesablanmaqla, xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti 2 il 7 aydan artıq müddət ötürülməklə xx.xx.2023-cü il tarixdə verilmiş, bununla da qanunla müəyyən edilmiş müddət İddiaçı tərəfindən buraxılmışdır. Məhkəmə kollegiyası İddiaçı “apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, ərizədə göstərilənlər buraxılmış prosessual müddətin bərpa olunması üçün əsas hesab oluna bilməz. Belə ki, ərizədə prosessual müddətin üzrlü səbəbdən buraxılması əsaslandırılmayıb. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5005/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5005/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Azad İmanov Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2773/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2773/2023
25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver