Məhkəmə qərarları › İş №2-1(103)-2775/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2775/2024

19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2775/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi tələbinə dair" inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 714/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********166299 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “... Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********145204 saylı qərarına əsasən "xxxx" MMC-də növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuş, yoxlama xx.xx.2021-ci ildə başlamış və yoxlamanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli **********145264 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuş və həmin Akt əsasında cavabdehin xx.xx.2022-ci il tarixli **********166299 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə 439.833,58 manat əlavə vergi məbləği hesablanmış və 220.395,66 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərar əsassızdır. Belə ki, vergi orqanının xx.xx.2021-ci il tarixli **********145204 saylı yoxlamanın tətin edilməsi barədə qərar, həmçinin yoxlama müddətinin uzadılması barədə 2 qərar və yoxlamanın müvəqqəti dayandırılması barədə 10 ədəd "Yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyatdan keçsə də, DVX tərəfindən xx.xx.2022-ci il tarixli **********156711 “Aktın tərtibi müddətinin uzadılması haqqında” və cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********160386 nömrəli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərar “Yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmçinin səyyar vergi yoxlaması aktında da qeyd olunduğu kimi cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə istinadən edərək operativ vergi nəzarəti tədbiri zamanı cəmiyyətdən götürülmüş və cəmiyyətə aid sənədlər əsasında 2018-ci ilin may ayından xx.xx.2021 -ci il tarixinədək olan dövr üçün əlavə vergi məbləği hesablamışdır. Halbuki, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinin “o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar” 2022-ci ildə qüvvəyə mindiyi üçün 2022-ci ildə yaranan münasibətlərə şamil edilməli olduğundan və bu məlumatlar əsasında xx.xx.2021-ci il tarixədək olan dövr üçün vergilərin hesablanması əsassızdır. Bundan başqa səyyar vergi yoxlaması aktında cavabdeh vergi orqanı dönədönə qeyd edir ki, "xxxx" MMC-də keçirilən operativ vergi nəzarəti tədbiri zamanı cəmiyyətdən götürülmüş və cəmiyyətə aid sənədlər əsasında vergilərin hesablanması həyata keçirilmişdir. Bununla bağlı bildirir ki, cavabdehin xx.xx.2021-ci il tarixli qərarına əsasən "xxxx" MMC-yə məxsus gözəllik salonlarında operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Nəzarət tədbiri zamanı xx.xx.2021-ci il tarixli DVX seyiyalı 002411 və 002412 saylı Akt tərtib edilməklə, həmin Akta əsasən guya ümumilikdə 24 nəfərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş və xx.xx.2021-ci il tarixli **********4522 və **********4530 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilərək həmin qərarla Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən ümumilikdə 48000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərarın ləğv tələbinə dair qaldırılan iddia Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5388/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və həmin qərar yuxarı məhkəmə instansiya məhəkəməlri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yoxlama aktında da qeyd edildiyi kimi cəmiyyət tərəfindən fəaliyyət göstərən obyektlərdə mövcud olan usta kresloları sabit qəbzlə işləyən ustalara müqavilə əsasında icarəyə verilmiş və eyni zamanda həmin ustalar "xxxx" əmtəə nişanı altında fəaliyyət göstərdikləri üçün ustaların əldə etdikləri gəlirin 5-15 faizi xərclər nəzərə alınmadan royalti şəklində MMC-yə ödənilmişdir. Həmin ustaların əldə etdikləri gəlirdən ödənilməli olan royalti məbləği MMC-nin gəlirlərinə aid edildiyindən MMC həmdə həmin ustaların gəlirlərinin uçotunu aparmaqda maraqlı olmuşdur. Vergi orqanı isə bu məlumatlar əsasında səyyar vergi yoxlaması zamanı vergi məbləğini hesablamışdır. Hesablanmış vergilərin əsassız olmasını sübut edən başqa bir məsələ ondan ibarətdir ki, 2020-ci ilin mart ayının sonlarından başlayaraq 2021-ci ilin yanvar ayının 25-nə qədər Azərbaycan Respublikasının ərazisində sərt karantin rejimi tətbiq olunduğu üçün gözəllik salonlarının fəaliyyətinə icazə verilməmişdir. Başqa sözlə dedikdə gözəllik salonlarının fəaliyyəti yuxarıda qeyd olunan dövrdə qadağan olunmasına baxmayaraq vergi orqanı 2020-ci ilin may ayından 2021-ci ilin yanvar aylarına əlavə vergi məbləği hesablamışdır ki, bu da hesablama tamamilə absurddur. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, qərar qanunsuzdur və ləğv edilməlidir....” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «...Səyyar vergi yoxlaması vergi ödəyicisinə məxsus obyektlərdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş sənədlərdə mövcud olan məlumatlardakı vergidən yayınma risklərinin olması səbəbindən təyin edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli **********9165 nömrəli və eyni tarixli **********9166 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında" Qərarlar əsasında "xxxx" MMC-də keçirilən operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2021-ci il tarixli **********9169 və **********9170 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamələr, xx.xx.2021-ci il tarixli **********9171 və **********9172 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarlarla cəmiyyətə məxsus ilkin mühasibat sənədləri, o cümlədən elektron formatda olan sənədlər qanunamüvafiq şəkildə protokollaşdırılaraq götürülmüşdür. Həmin protokollar cəmiyyətin direktoru X1 tərəfindən imzalanmışdır. Götürülmüş sənədlər araşdırıldığı zaman vergitutma obyektinin düzgün, qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmədiyi, vergidən yayınma faktlarının olduğu aşkar edilmişdir. Qeyd edilən sənədlər əsasında müəyyən edilən gəlirlər əsasında cəmiyyətə əlavə vəsait hesablanmışdır…» Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-714/2024 saylı xx.xx.2024-ci il tarixli qərarı ilə iddia tam təmin edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisnin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********166299 saylı Qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. «…Yoxlanılan dövrdə cəmiyyət əsasən gözəllik salonları tərəfindən xidmət göstərilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Eyni zamanda cəmiyyət tərəfindən fəaliyyət göstərilən obyektlərdə mövcud olan usta kresloları sabit qəbzlə işləyən ustalara müqavilə əsasında 100 manat məbləğə icarəyə verilmişdir. Bununla yanaşı sabit qəbzlə işləyən ustalarla bağlanmış xidmət müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında razılaşmaya əsasən İddiaçı əmtəə nişanı altında fəaliyyətdən əldə edilmiş ümumi dövriyyənin 5-15 faizi xərciərnəzərə alınmadan cəmiyyətə ödənilir.Beləliklə, cəmiyyətin gəlirləri gözəllik salonlarının fəaliyyəti ilə əlaqədar usta kreslolarının icarəyə verilməsindən, eyni zamanda sabit qəbzlə işləyən ustaların əldə etdiyi ümumi gəlirirdi cəmiyyət tərəfindən müəyyən edilmiş nisbətdə müəssisəyə ödənilməsindən formalaşır. Səyyar vergi yoxlaması vergi ödəyicisinə məxsus obyektlərdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş sənədlərdə mövcud olan məlumatlardakı vergidən yayınma risklərinin olması səbəbindən təyin edilmişdir ƏDV üzrə: Yoxlanılan dövr ərzində səyyar vergi yoxlaması ilə 2019-cu ilin mart ayı üzrə 32041.54 manat məbləğin azaldıldığı, aprel ayı üzrə 26593.63 manat məbləğin azaldıldığı, may ayı üzrə 21522.58 manat məbləğin azaldıldığı, iyun ayı üzrə 25009.15 manat məbləğin azaldıldığı, iyul ayı üzrə 17476.72 manat məbləğin azaldıldığı, avqust ayı üzrə 17477.01 manat məbləğin azaldıldığı, sentyabr ayı üzrə 12319.61 manat məbləğin azaldıldığı, oktyabr ayı üzrə 12893.47 manat məbləğin azaldıldığı, noyabr ayı üzrə 15815.27 manat məbləğin azaldıldığı, dekabr ayı üzrə 20189.47 manat məbləğin azaldıldığı, 2020-ci ilin yanvar ayı üzrə 10670.54 manat məbləğin azaldıldığı, fevral ayı üzrə ^2184.48 manat məbləğin azaldıldığı, mart ayı üzrə 7930.88 manat məbləğin azaldıldığı, may ayı üzrə 17277.17 manat məbləğin azaldıldığı, iyun ayı üzrə 11274.36 manat məbləğin azaldıldığı, iyul ayı üzrə 8628.86 manat məbləğin azaldıldığı, avqust ayı üzrə 14445.13 manat məbləğin azaldıldığı, sentyabr ayı üzrə 14447.47manat məbləğin azaldıldığı, oktyabr ayı üzrə 12748.65 manat məbləğin azaldıldığı, noyabr ayı üzrə 10653.21 manat məbləğin azaldıldığı, dekabr ayı üzrə 5058.01 manat məbləğin azaldıldığı, 2021 -ci ilin yanvar ayı üzrə 7525.3 manat məbləğin azaldıldığı, ümumilikdə 334182.51 manat məbləğin azaldıldığı müəyyən edilmişdir. Bununla da vergitutma obyektinin azaldılaraq bəyan edildiyinə görə cəmiyyətə Vergi Məcəlləsinin 67.1.9-cu və 159.1 -ci maddələrinə əsasən 334182.51 manat əlavə vəsait hesablanmışdır. Mənfəət vergisi üzrə: Şərti rentabellik tətbiq olunmaqla, 2019-cu il ərzində müəssisənin gəlirləri 1370711.05 manat, xərcləri şərti rentabellik norması nəzərə alınmaqla 1142259.21 manat, mənfəəti 228451.84 manat təşkil etmişdir ki, həmin mənfəətdən (228451.84 *20%)=45690.37 manat mənfəət vergisi hesablanmışdır. Müəssisənin özünün 2019-cu il üçün 3872.6 manat mənfəət vergisi hesabladığını nəzərə alaraq cəmiyyətə (45690.37 - 3872.6)=41817.77 manat, 2020-ci il ərzində müəssisənin gəlirləri 830331.41 manat, xərcləri şərti rentabellik norması nəzərə alınmaqla 691942.84 manat, mənfəəti 138388.57 manat təşkil etmişdir. Vergi Məcəlləsinin 222.5.9-cu, 224.1.2ci maddələrinə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə fəaliyyəti müvafiq qurum tərəfindən tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrində əldə edilmiş mənfəətin (gəlirin)?75 faizi vergidən azad edilir. Beləliklə, cəmiyyətin vergiyə cəlb edilən mənfəəti (138388.57-(138388.57*75%)=34597.15 manat, müvafiq olaraq mənfəət vergisi (34597.15 *20%) = 6919.43:manat müəyyən edilmişdir. Bununla da vergitutma obyektinin azaldılaraq bəyan edildiyinə görə müəssisənin özünün 2020-ci il üçün 2816.66 manat mənfəət vergisi hesabladığını nəzərə alaraq Vergi Məcəlləsinin 67.1.9-cu və 104-cü maddələrinə əsasən cəmiyyətə (6919.43 - 2816.66)=4102.77 manat əlavə vəsait hesablanmışdır. Sadələşdirilmiş vergi üzrə: Müəssisədən götürülmüş sənədlərdə cəmiyyət tərəfindən 2019-cu il üzrə hazırlanmış maliyyə hesabatı araşdırılarkən 2019-cu jlin yanvar ayında ümumi dövriyyədən cəmiyyət tərəfindən müəyyən edilmiş gəlirlərin bölgü nisbətinə əsasən sabit qəbzlə işləyən ustaların gəlirləri çıxılmaqla "xxxx" MMC-nin gəlirlərinin 154565.0 manat olduğu müəyyən edilmişdir. Fevral ayında isə "xxxx" MMC-nin gəlirinin 164024.0 manat olduğu müəyyən edilmişdir ki, bu da ümumilikdə 318589.0 manat təşkil edir. Həmin məbləğə qeyd edilən dövr üzrə Vergi Məcəlləsinin 220.1-ci maddəsinə əsasən sadələşdirilmiş verginin 2 faiz təşkil etdiyini nəzərə almaqla 6371.78 manat əlavə vəsait hesablanmışdır. ÖMV üzrə: Cəmiyyətdən götürülmüş sənədlərə əsasən müəyyən edilmişdir ki, fiziki şəxslərdən icarəyə götürülmüş ünvan 1 ünvanda yerləşən obyektə görə aylıq ödənilən icarə haqqı məbləği 4600.0 manat (bəzi aylar istisna olmaqla, (həmin istisnalar nəzərə alınmışdır), ünvan 2 ünvanda yerləşən obyektə görə aylıq ödənilən icarə haqqı məbləği 6800.0-6870.0 manat ((bəzi aylar istisna olmaqla (həmin istisnalar nəzərə alınmışdır)) təşkil etmişdir. Lakin həmin obyektlər üzrə bağlanmış icarə müqaviləsində icarə haqqı məbləği 800.0 və 500.0 manat göstərilmişdir. Həmin obyektlər üzrə ödənilmiş icarə haqqı məbləğinə görə ödənilmiş ödəmə mənbəyində tutulan vergi məbləği döylət büdcəsinə ödənilməkdən yayındırılmışdır. Yayındırılmış məbləğlər 2019-cu ilin 1-ci çübü üzrə 2856.0 manat, 2-ci rübü üzrə 3407.45 manat, 3-cü rübü üzrə 4279.8 manat, 4-cü rübü üzrə 3431.4 manat təşkil etmişdir. 2020-ci ildə isə Vergi Məcəlləsinin 222.5-ci və 224.6-cı maddələrinə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının^ və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə fəaliyyəti müvafiq qurum tərəfindən tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrində verilən 50 faiz güzəşt məbləği nəzərə alınmaqla 1ci rübdə 1400.22 manat, 2-ci rübdə 1217.3 manat, 3-cü rübdə 1867.46 manat icarə haqqına görə ödəmə mənbəyində vergi məbləği hesablanmışdır. Beləliklə, fiziki şəxslərdən icarəyə götürülmüş obyektlərə görə ödənilmiş icarə haqqı məbləğləri cəmiyyət tərəfindən azaldılaraq bəyan edildiiyi üçün qeyd edilən maddənin^tələbinə əsasən müəssisəyə ödəmə mənbəyində vergi üzrə ümumilikdə 18459.63 manat əlavə vəsait hesablanmışdır. “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat üzrə: Yoxlanılan dövr üzrə vergi orqanına 2019-cu ilin 1-ci və 2-ci rübləri üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat (0111)” məlumatlarının düzgünlüyü götürülmüş həmin sənədlər əsasında yoxlanılarkən 2019-cu ilin 1-ci rübü üzrə 24752.87 manat, 2-ci rübü üzrə 192.72 manat kənarlaşma olduğu müəyyən edilmişdir. Kənarlaşma hesablanmış əmək haqqı məbləğinin ümumilikdə 26 faizini (sığorta edənin hesabına 22%, 15%, 0.5% sığorta olunanın hesabına 3%, 10%, 0.5%) təşkil etmişdir. Beləliklə Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 14.4cü maddəsində və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1- ci nəzərdə tutulan dərəcələrlə hesablanmış\əmək haqqı məbləğinə müvafiq olaraq 2019-cu ilin 1-ci və 2-ci rübləri üzrə ümumilikdə 24945.59 manat əlavə vəsait hesablanmışdır. “Muzdlu işlə əlaqədar ödəmə məpbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” üzrə: Yoxlanılan dövr üzrə cəmiyyət 2020-ci ilin 4-cü rübü üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsini təqdim etməməklə hesablanmalı və ödənilməli məbləği yayındırmışdır. Ödəyici tərəfindən təqdim edilmiş əmək haqqı cədvəllərinə əsasən 2020-ci ilin oktyabr ayı üçün hesablanmış əmək haqqı 8550.0 manat, noyabr ayı üçün 7735.71 manat, dekabr ayı üçün 7850.0 manat təşkil etmişdir. Beləliklə Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 14.4-cü maddəsində və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində nəzərdə tutulan dərəcələrlə hesablanmış əmək haqqı məbləğinə müvafiq olaraq 2020-ci ilin 4-cü rübü üzrə ümumilikdə (8550.0+7735.71+7850.0) *26% (22 və15%, 3 və 10%, 0.5 və 0.5%)=6275.29 manat əlavə vəsait hesablanmışdır. “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat (0112)” üzrə Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 14.4-cü maddəsində və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1- ci nəzərdə tutulan dərəcələrlə hesablanmış əmək haqqı məbləğinə müvafiq olaraq 2019-cu ilin 4-cü rübü üzrə ümumilikdə 3835.75 manat əlavə vəsait hesablanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun • olmadığından Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112) -714/2024 nömrəli qərarı qanuni və əsaslı deyildir. Odur ki, qərar ləğv edilməli və iddia təmin edilməməlidir…» Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının nümayəndəsi isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasnin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: - nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; - səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Həmin Məcəllənin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır) Lakin iş materiallarına əsasən müəyyən olunur ki, vergi qanunvericiliyinin qeyd olunan tələbləri cavabdeh vergi orqanı tərəfindən tam gözlənilməmişdir. Belə ki, cavabdehin xx.xx.2021-ci il tarixli qərarına əsasən 2018-ci ilin may ayından xx.xx.2021 -ci il tarixinədək olan dövr üzrə "xxxx" MMC-də xx.xx.2021-ci il tarixdə başlanan növbədənkənar səyyar vergi yoxlaması zamanı “yoxlama müddətinin uzadılması barədə” iki, “yoxlama müddədtinin müvəqqəti dayandırılması barədə isə on qərar qəbul edilmiş, nəticələrinə dair səyyar vergi yoxlaması aktı yalnız, xx.xx.2022-ci il tarixdə (yəni, 18 ay yarımdan sonra) tərtib olunmuş və xx.xx.2022-ci il tarixdə həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq cəmiyyətə 439.833,58 manat əlavə vergi məbləği hesablanaraq, barəsində 220.395,66 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarına əsasən həmçinin müəyyən olunur ki, vergi orqanı tərəfindən yoxlama çərçivəsində daha iki qərar - “Aktın tərtibi müddətinin uzadılması haqqında” xx.xx.2022-ci il tarixli **********156711 saylı və “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********160386 nömrəli qərarlar qəbul edilmiş, lakin həmin qərarlar qanunvericiliyin tələblərinə uyğun olaraq “Yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamışdır. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələbinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinin imperativ tələbiisə nu nəzərdə tutur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Cavabdeh tərəfindən aparılmış yoxlamanın mahiyyətinə gəldikdə, iş materiallarına əsasən müəyyən olunur ki, həmin yoxlama cavabdeh tərəfindən - xx.xx.2021-ci il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında" qərar əsasında "xxxx" MMC-də keçirilən operativ vergi nəzarəti tədbiri zamanı, eyni tarixli **********9169 və **********9170 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamələr və **********9171 və **********9172 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarları ilə protokollaşdırılaraq cəmiyyətdən götürülmüş sənədlər, o cümlədən, elektron formatda olan “qara mühasibatlıq”sənədləri əsasında həyata keçirilmişdir. İlk öncə qeyd olunmalıdır ki, həmin sənədlər götürülərkən vergi qanunvericiliyinin tələblərinə əməl olunmamışdır. Belə ki, Vergi Məcəlləsinin 43.11-ci maddəsinin tələbinə görə vergi ödəyicisi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları təqdim etmədiyi, bu Məcəllənin 16.1.6-cı maddəsində göstərilən elektron daşıyıcıda, uçot bazalarında və sistemlərində olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmadığı və ya həmin sistemlərdə olan məlumatlar vergi orqanının tələbi ilə təqdim edilmədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi və ya həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasının təmin edilməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Digər tərəfdən, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən, həmin elektron daşıyıcıda olan məlumatlar əsasında hesablanmış əlavə vergilərin düzgündlüyünü müəyyən etmək məqsədilə Məhkəmə Ekspertizası Mərkəzinə (“MEM”) təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının aparılmasından imtina olunmuşdur. Bunun səbəbi olaraq, MEM-in xx.xx.2023-cü il tarixli 9/44447 nömrəli məktubu ilə məhkəməyə ünvanlanmış “Məlumat”ında bildirilmişdir ki, “qara mühasibatlığa” dair elektron informasiya daşıyıcısında (“disk”) cədvəl məlumatları və s. əsasında hər hansı hesablamanın müəyyən edilməsi imkan xaricindədir. Belə ki, “qara mühasibatlıq” sənədlərinin təqdim edilməli olması ilə yanaşı, həmin sənədlərdə və ya məlumatlarda olan yazıların bilavasitə vergi ödəyicisi üzrə aparılmış əməliyyatlara (alış, satış, borc və ya gədir) aid olub-olmaması, onları icra edən şəxs, hansı dövrə aid olması, həmin əməliyatların predmeti olan malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, göstərilən rəqəmlər pul vəsaitini ifadə edirsə, həmin vəsaitin faktiki olaraq daxil olub-olmaması, fayllardakıməlumatlara istənilən formada dəyişiklik edilib-edilməməsi imkanı və s. müəyyən olunmalıdır ki, həmin sənədlər vergilərin hesablanması üçün əsas təşkil edə bilsin.” Hazırkı apellyasiya mərhələsində xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh vergi orqanının yoxlamada iştirak edən mütəxəssis nümayəndəsi X3 “qara mühasibatlığa dair” elektron daşıyıcıda olan cədvəl məlumatları əsasında iddiaçıya vergilər hesablandığını bildirsə də, istfadə etdiyi həmin məlumatların mənşə və mənbəyini ehtiva edən sənədlərin və elektron fayl məlumatlarının əsasını təşkil edən ilkin mənbəyinin nədən qaynaqlandığına və aylıq hesabat dövrü olan əlavə dəyər vergisinin və illik mənfəət vergisinin vergilərin (və digər) vergi qanunvericiliyi ilə müəyyən olunan hansı qaydalar və hansı vaxt meyarları nəzərə alınmaqla hesablandığına aydınlıq gətirə bilməmişdir. Bütün bunlar iddiaçıya hesablanmış vergilərin ehtimallar üzərində hesablandığını deməyə əsas verir. Ən azından, yoxlama üzrə əhatə olunan dövrdə 2020-ci ilin mart ayından 2021-ci ilin fevral ayına qədər “Koronovirus” (COVİD-19) pandemiyası ilə əlaqədr sərt karantin rejimi təbiq olunduğu və həmin zaman çərçivəsində “gözəllik salonu” xidmətlərinin fəaliyyət göstərmədiyi hamıya bəlli olan hallardır. Cavabdehin mübahisələndirilən qərarından isə görünür ki, həmin dövrə görə iddiaçıya elektron daşıyıcıda təsbit olunan faylardakı mənbəyi və ilkin sənədləri əsasında biinməyən məlumatlar, ehtimal düşüncə tərzi ilə külli miqdarda vergilər hesablanmışdır. Halbuki, elektron daşıyıcıdakı fayllarda olan kəmiyyət göstəricilərinin əsasını təşkil edən sübutetmə vasitələri, o cümlədən, ilkin mühasibat sənədləri mövcud olmadığı halda, hesablamaların düzgünlüyündən söhbət gedə bilməz. Vergi Məcəlləsinə əsasən: 13.2.12. Gəlir - malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlirdir. 13.2.10. Malların təqdim edilməsi - mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir. Xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir. 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.11 -ci maddəsinə, habelə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının "30” yanvar 2017-ci il tarixli Q-01 №li Qərarı ilə təsdiq edilmiş maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”n 2.1.14-cü bəndinə əsasən: -"İlkin uçot sənədləri - maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.” Həmin Qaydaların 7.2-ci bəndinə əsasən isə ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, vergi məqsədləri üçün gəlir vergisi, əlavə dəyər vergisi (və s.) vergilər ilkin mühasibat üçütu sənədləri əsasında müəyyən edilir. Konkret halda isə cəmiyyətdən götürülmüş elektron daşıyıcıdakı fayllarda olan cədvəl məlumatlarında təsbit olunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədələri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyəndir. Ən azından, həmin məlumatları formalaşdıran halların (təqdim etmənin, ödənişlərin və s.) barədə qeyriqanuniliyini təsdiq edə bilən sənəd-sübut və ya hər hansı bir başqa mənbə məlumatları mövcud deyil. İPM-in 14.1 -ci maddəsinin tələbi baxımından isə, nə qədər ki yoxlanılan dövr üzrə hesablanan əlavə vergilər cavabdeh vergi orqanı tərəfindən elektron daşıyıcıda olan cədvəl məlumatları əsasında hesablanmışdır, həmin məlumatların doğluruluğunu və həmin məlumatların əsasını təşkil edən ilkin sənədlərin varlığını da sübut etmək vəzifəsi məhz, vergi orqanının öz üzərinə düşür. Eyni zamanda, elektron daşıyıcıda təsbit olunan məlumatların yaranmasına əsas olan halları araşdırıb aşkar etmək inzibati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyi kimi müəyyən edilmişdtir. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən isə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 47.1 -ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Yuxarıda qeyd olunanlar baxımından, cavabdeh vergi orqanının "elektron daşıcıda” mövcud olan məlumatları həqiqəti əks etdirən mötəbər məlumatlar kimi qiymətləndirilməsi istisna edilir. Ola bilsin ki, müəssisədən götürülmüş həmin elektron daşıycıdakı məlumatlar vergi orqanında vergi ödəyicisinin vergidən yayınması barədə müyyən şübhəli məqamlar yaratsın, ancaq həmin şübəhələr aradan qaldırılmadığı, yəni, fayllardakı məlumatların doğruluğu ilkin sənədlərlə sübuta yetirilmədiyi halda, vergi qanunvericiliyin tələblərinin pozulmasında iddiaçı təqsirli bilinib barəsində, ona külli miqdar vergilər hesablanması əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən: " Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur...” Beləliklə də cavabdeh tərəfindən yoxlanılan dövr üzrə səyyar vergi yoxlamasının nəticələrinə dair cavabdehin mübazisələndirilən qərarı ilə iddiaçıya,ümumilikdə 439.833,58 manat əlavə vergi hesablanaraq, ona 220.395,66 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsinin əsassız və vergi qanunvericiliyinin tələblərinə zidd olduğu sübuta yetirilir. Belə olan halda, İPM-in 70-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən mübahisələndirilən qərarı ilə iddianın təmin olunmasını faktlarnöqteyi nəzərindən mahiyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, oxşar işlər üzrə iddianın təmin olunması barədə Ali Məhkəmə səviyyəsində yekun məhkəmə qərarları mövcuddur (İşə əlavə olunur). Beləliklə də göstərilənlər baxımından, məhkəmə kollegiyası, birinci instansiya məhəkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyət etibarı ilə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasyia şikayətinin, məhkəmə, qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-714/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-714/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar