Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2778/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « maddi və mənəvi zərərin ödənilməsi») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X6 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı nümayəndəsi (qardaşı) X8, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X12 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3792/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən sahəsi 63 kv.m olan qeyri-yaşayış sahəsi 13 mart 2018-ci il tarixli, 10/01 nömrəli hərrac protokoluna, hərracın yekunlarına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci tarixli, 3888 saylı alqısatqı müqaviləsinə əsasən sonuncu tərəfindən özəlləşdirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ünvan 2 ünvanında yerləşən 60,8 kv.m qeyi-yaşayış sahəsinin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövləl Komitəsinin xx.xx.2017-ci il tarixli, 141 nömrəli sərəncamı ləğv edilmişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı qüvvədə saxlanılmışdır.
2. İddiaçıun nümayəndəsi (qardaşı) X8 xx.xx.2020-ci il tarixində ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair sərəncam ləğv edildiyindən, iddiaçı tərəfindən özəlləşdirilməsi ilə bağlı ödənilmiş 45.000 manatın geri qaytarılmasına dair ilkin olaraq cavabdeh orqana müraciət olunmuşdur.
3. İş materiallarına cavabdeh tərəfindən iddiaçının müraciətlərinə cavab məktubları əlavə edilmişdir.
4. İddiaçı məhkəməyə müraciət edərək ilkin olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-dən və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən, ünvan 1 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün hərracda bağlanmış xx.xx.2018-ci il tarixli 3888 №-li alqı-satqı müqaviləsinə görə dövlət büdcəsinə ödənilmiş 45000 manat (26470,58 ABŞ dolları), maddi ziyan üçün 64.800 manat (altmış dörd min səkkiz yüz manat), mənəvi ziyan üçün 20000 manat (iyirmi min manat), bank xidməti üçün 16.7 manat, çıxarış və texniki pasport üçün ödənilmiş 80 manat dövlət rüsumunun, xidmət haqqı üçün ƏMDK-nin hesabına ödənilmiş 130 manat, Xətai rayon məhkəməsinin hesabına ödənilmiş 30 manat və Bakı Apelyasiya Məhkəməsinin hesabına ödənilmiş 15 manat dövlət rüsumunun alınaraq iddiaçıya geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 125 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün hərracda bağlanmış xx.xx.2018-ci il tarixli 3888 №-li alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 45000 manat pul vəsaitinin 25%-ni cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabından, 75%-ni Azərbaycan Respublikası dövlət büdcəsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(112)-4983/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(103)314/2023 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1 (112)-4983/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmışdır. İddia tələbi təmin edilmiş və xx.xx.2018-ci il tarixli 3888 №-li alqı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə ödənilmiş 45000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.
6. TT******************** nömrəli kassa məxaric orderinin surətindən aydın olur ki, xx.xx.2023-cü il tarixində 44642,86 manat ödənilmişdir.
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ƏMDK-nın (indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX) qanunsuz hərəkətləri nəticəsində, ünvan 4 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsi üçün 15 iyun 2018-ci il tarixində SER ELEKTRONİCS MMC ilə İddiaçı arasında imzalanmış icarə müqaviləsi əsasında əldən çıxmış 54000 manat (əlli dörd min) faydanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5673/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə qeyd edilən qərarı belə əsaslandırmışdır: “mülki qanunvericilik bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə tətbiq edilmədiyindən, ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə əldən çıxmış faydanın ödənilməsi hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərində nəzərdə tutulmamışdır. Məhkəmə müəyyən edir ki, hazırda iddiaçı ilə cavabdeh arasında hərracın nəticələrinin ləğvi nəticəsində ödənilmiş vəsaitin geri qaytarılmasına dair məhkəmə mübahisəsi mövcuddur. İnzibati icraat haqqında Qanunun 67.10-cu maddəsinə əsasən maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunduğundan, təsadüfi deyildir ki, əldən çıxmış faydanın ödənilməsi tələbinə dair müraciətinə cavab olaraq da cavabdeh tərəfindən bildirilmişdir ki müraciətdə göstərilən məsələ məhkəmə baxışının predmeti olduğu üçün, həmin məsələ məhkəmənin yekun qərarına uyğun olaraq həll ediləcəkdir (yəni həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib müəyyən edilməlidir). Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.”
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanladığı müraciətin baxılması barədə məktubda qeyd edilmişdir ki, müraciətdə qeyd olunan eyni məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsində iddiaçı tərəfindən iddia qaldırılmış, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiası rədd edilmiş və verdiyi apellyasiya şikayəti əsasında iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(103)484/2024 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5673/2023 saylı, 20 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilmiş və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmə qərarlarına əsasən AR ƏMDK-nin xx.xx.2017-ci il tarixli, 141№-li sərəncamı ləğv edildiyinə görə cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-ya ünvan 1 ünvanında yerləşən 60,8 kv.m qeyriyaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün hərracda bağlanmış xx.xx.2018-ci il tarixli 3888 №-li alqı-satqı müqaviləsinə əsasən cavabdehin hesabına ödənilmiş 45000 manat pul vəsaitinin geri qaytarılmasını vaxtında təmin etmədiyinə görə 5 il 8 ay ərzində maddi ziyan üçün 76500 manatın (yetmiş altı min beş yüz), mənəvi ziyan üçün 50000 manatın (əlli min) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
11. İddiaçı məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin “ünvan 6 ünvanında yerləşən 60,8 kv.m qeyriyaşayış sahəsinə maddi ziyan üçün 608000 (altı yüz səkkiz min), mənəvi zərər üçün 50000 (əlli min) manatın cavabdehən tutularaq iddiaçıya ödənilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsinin qəbulundan imtina edilmişdir.
12. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 7 ünvanında yerləşən 60,8 kv.m qeyriyaşayış sahəsi Bakı Şəhəri İcra Hakimiyyəti Mənzilkommunal Təsərrüfatı Departamenti, Nəsimi rayon Mənzil-kommunal Təsərrüfatı Birliyinin balansında olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq sözü gedən əmlakın hərrac vasitəsilə özəlləşdirilməsi barədə ƏMDK tərəfindən qərar qəbul edildikdən sonra “Mülkiyyət" qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elan verilmişdir. Həmin dövlət əmlakı axırıncı dəfə xx.xx.2018-ci il tarixində açıq hərraca çıxarılmış və iddiaçı həmin hərracın qalibi olmuşdur. AR Əmlak Məsələləri Dövlət Komitəsi (Xidməti) ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli 10/01 №li Hərrac protokoluna əsasən, xx.xx.2018-ci il tarixində 3888 №li alqı-satqı müqaviləsi bağlanmışdır. Bu alqı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə 45 000 manat pul vəsaiti, bank xidməti üçün 18.7 manat ödənilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli RX seryalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən həmin sahə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Bu çıxarış və texniki pasport üçün 80 manat dövlət rüsümu, xidmət haqqı üçün isə ƏMDKnin hesabına 130 manat ödənilmişdir. Hərracın nəticələrindən narazı qalan "xxxx" X1 direktoru X14, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının, cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsinə (üçüncü şəxs İddiaçı) qarşı xx.xx.2009-cu il tarixli 9207/2294 №li icarə müqaviləsinin predmeti olan ünvan 1 ünvanında yerləşən sahəni ona təklif olunmadan açıq hərracda satıldığına görə xx.xx.2018-ci il tarixli hərracın nəticəsinin ləğv edilməsi, AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 №li Sərəncamının ləğv edilməsi barədə iddia tələbi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-l(81)- 143/2019 saylı qərarı ilə təmin edilməmişdir. ( hakim Tahirə Əsədova) Həmin qətnamədən "xxxx" X2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 08 noyabr 2019-cu il tarixli 2-1(103)- 2375/2019 saylı qərarı ilə təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)143/2019 saylı qərarı və AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 №li Sərəncamı ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2020-ci il tarixli 2- 1(102)508/2020 saylı qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Cavabdehlər bu işlə bağlı keçirilən məhkəmə proseslərinin heç birində nə iştirak etmiş, nə də ki qəbul edilən məhkəmə qərarlarının mübahisələndirilməsində maraqlı olmuşdular. Hərracın nəticəsi ləğv olunduğundan, cavabdehə pul vəsaitimin geri ödənilməsi barədə dəfələrlə rəsmi müraciət edilsə də məhkəmə qərarlarında bu haqda heçnə yazılmadığını bəhanə edərək yenidən məhkəməyə müraciət etməyi məsləhət görmüşdülər. Ona görədə xx.xx.2020 tarixində dövlət büdcəsinə ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbi ilə Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Xətai rayon məhkəməsinin 2(011)6090/2020-saylı 19 noyabr 2020-ci il tarixli Qətnaməsi ilə iddia qismən təmin edilmiş, maddi və mənəvi hissədən isə rədd edilmişdir. Məhkəmə qərarına görə 45000 (qırx beş min) manat pulun 25%-i, yəni 11250 (on bir min iki yüz əlli) manat hissəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-dən, 75%-i, yəni, 33750 (otuz üç min yeddi yüz əlli) manat hissəsi isə Azərbaycan Respublikası dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınıb iddiaçıya qaytarılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apelyasiya şikayəti vermişdi. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3164/2021 saylı 7 aprel 2021-ci il tarixli Qərardadı ilə apelyasiya şikayətləri qismən təmin olunmuş. Həmin işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə müvafiq İnzibati məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bakı İnzibati Məhkəməsinə müraciət edə bilmək üçün yenidən 25 noyabr 2021-ci il tarixində dövlət büdcəsinə ödənilmiş 45000 manat pul vəsaitinin geri qaytarılması xahişi ilə cavabdehlərə müraciət etməyinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Ona görədə hüquqlarını müdafiə etmək üçün 29.12. 2021-ci il tarixində iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin (hörmətli hakimi Elvin Əliyevin) xx.xx.2022-ci il tarixli 2-1(112)-4983/2022 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küç. 125 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün hərracda bağlanılmış xx.xx.2018-ci il tarixli 3888 №li alqısatqı müqaviləsinə əsasən dövlət büdcəsinə ödənilmiş 45 000 manat pul vəsaitinin 25%ni cavadeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin hesabından, 75%-ni Azərbaycan Respublikasının dövlət büdcəsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə tutularaq İddiaçı ödənilməsi cavabdehlərə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1 (112)-4983/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdi. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il 21(103)-314/2023 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4983/2022 saylı qərarı ləğv edilmiş, xx.xx.2018-ci il tarixli 3888№li alqısatqı müqaviləsinə əsasən dövlət büdcəsinə ödənilmiş 45000 manat pul vəsaitinin cavadeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il 2-1(103)-314/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX AR Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının (məruzəçi-hakim hörmətli Quliyev Zakir) xx.xx.2023-cü il tarixli 2- 1(102)1598/23 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il 2-1(103)-314/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il 21(103)-314/2023 saylı qərarı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-a tərəfindən 3 noyabr 2023-cü il tarixində icra edilmişdir. Məhkəmənin nəzərinə çatdırılmışdır ki, mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) hissəsi ilə bağlı onu qeyd edilmişdir ki, həmin pul vəsaitindən normal dövriyyə şəraitində ən azı illik 30-40% (aylıq 2,5%) gəlir əldə etmək imkanına malik ola bilərdi. Ona görə ki, əgər vətəndaşlar banklardan illik 15-20 faizə kredit götürüb onu geri qaytara bilirlərsə deməli ən azı onlar illik bir o qədər də qazanc əldə ediblər. Bu baxımdan 2018-ci ilin mart ayından hal-hazıradək, 5 il 8 ay müddətində 45.000 manat pul vəsaitini qanunsuz saxlamaqla cavabdeh iddiaçıya ən azı 76.500 AZN ( yetmiş altı min min beş yüz manat) məbləğində maddi ziyan vurmuşdur. Həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində uzun müddət, illərlə pul vəsaitindən istifadə edə bilməmiş, məhkəmə orqanlarında çoxsaylı araşdırmalarda iddiaçı və üçüncü şəxs qismində tək iştirak etməklə maddi ziyandan əlavə, mənəvi zərər də çəkmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması nəzərdə tutulur. İztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Mənəvi ziyanın məbləği ağlabatan miqdarda olmalıdır. İddiaçı hesab ki , bu 5 il 8 ay müddətində mənə 50000 manat (əlli min manat) dəyərində mənəvi ziyan dəyibdir.
13. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən sahəsi 63 kv.m olan qeyri-yaşayış sahəsi 13 mart 2018-ci il tarixli, 10/01 nömrəli hərrac protokoluna, hərracın yekunlarına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3888 saylı alqı-satqı müqaviləsinə əsasən sonuncu tərəfindən özəlləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ünvan 9 ünvanında yerləşən 60.8 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 141 nömrəli sərəncamı ləğv edilmişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı qüvvədə saxlanılmışdır. Hazırda yuxarıda qeyd olunan dövlət əmlakının özəlləşdirilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız hesab edildiyindən, iddiaçı əmlakın özəlləşdirilməsi ilə əlaqədar ödənilmiş pul vəsaitinin geri qaytarılmasını vaxtında təmin etmədiyinə görə cavabdeh tərəfindən ona dəymiş maddi və mənəvi ziyan üçün müvafiq vəsaitlərin ödənilməsini xahiş edir. Belə ki, iddiaçı maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia tələbini cavabdeh tərəfindən özəlləşdirmə ilə əlaqədar ödənilmiş pul vəsaitinin geri qaytarılmasının vaxtında təmin edilməməsi ilə əlaqələndirir. Bununla bağlı bildirilmişdir ki, özəlləşdirmənin predmeti olmuş qeyriyaşayış sahəsi ilə bağlı mübahisə uzun müddət ərzində məhkəmə araşdırması predmeti olmuş və İddiaçı yuxarıda qeyd olunan məhkəmə araşdırmaları yekunlaşdıqdan sonra özəlləşdirmə ilə əlaqədar ödənilmiş 45000 manat pul vəsaitinin geri qaytarılması barədə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətinə Əmlak Məsələləri Dövlət Xidmətinin 27 avqust 2020-ci il tarixli, **********82 nömrəli məktubu ilə cavab verilərək, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununun 30- cu maddəsinə uyğun olaraq qeyd olunan vəsaitin geri qaytarılması ilə əlaqədar olaraq məhkəməyə müraciət olunması iddiaçıya bildirilmişdir. Bununla əlaqədar bildirilmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 30-cu maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. Bildirilmişdir ki, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar ödənilmiş pul vəsaiti dövlət büdcəsinə köçürülür və Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə ödənilmiş vəsaitin iddiaçıya qaytarılması səlahiyyətinə malik qurum deyildir. Əmlak Məsələləri Dövlət Xidmətinin hər hansı qanunsuz hərəkəti nəticəsində özəlləşdirmə ilə əlaqədar ödənilmiş pul vəsaitinin geri qaytarılmasından imtina olunmamış, qeyd olunan məsələnin qanunvericiliyə uyğun olaraq məhkəmə qərarı əsasında həllinin mümkün olduğu iddiaçıya bildirilmişdir. Bildirilmişdir ki, özəlləşdirmə ilə əlaqədar ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə məhkəmə qərarının icra olunması ilə əlaqədar Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu əsasında Xidmət tərəfindən 3 oktyabr 2023-cü il tarixli, 3-21-3/2-14459/2023 nömrəli məktubla Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət olunaraq, pul vəsaitinin İddiaçı ödənilməsinə Xidmət tərəfindən etiraz olunmadığı qeyd olunmuşdur. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan vəsaitin iddiaçıya ödənilməsi təmin olunmuşdur. Bundan əlavə, iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ona maddi və mənəvi zərər vurulduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı ödənilmiş pul vəsaitinin cavabdeh tərəfindən vaxtında qaytarılmadığını qeyd etsə də, Xidmətin pul vəsaitinin geri qaytarılmasının gecikdirilməsi ilə bağlı hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunduğunu iddia ərizəsində əsaslandırmamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən özəlləşdirilmə ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 45.000 manat vəsait qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanı tərəfindən dövlət büdcəsindən iddiaçıya ödənilə bilərdi, müvafiq normativ hüquqi aktlara uyğun olaraq Xidmətin dövlət büdcəsinə ödənilmiş pul vəsaitinin geri qaytarılmasına dair sərəncam vermək səlahiyyəti yoxdur. Beləliklə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı həyata keçirilən tədbirlər qanunvericiliyin tələblərinə uyğun olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin edilməsi üçün Xidmət tərəfindən qanunamüvafiq tədbirlər görülmüşdür. Belə olan halda ödənilmiş pul vəsaitinin geri qaytarılmasının gecikdirilməsində cavabdeh qurumun hər hansı təqsirli hərəkətləri müəyyən olunmadığından, Xidmətə qarşı qaldırılmış hazırkı iddia tələbi əsassız sayılmalıdır.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3792/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 7237 (yeddi min iki yüz otuz yeddi) manat tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı xx.xx.2020-ci il tarixindən hesablanmaqla (müraciət etdiyi tarix) iddiaçıya həmin vəsaitin geri qaytarıldığı xx.xx.2023-cü il tarixinə qədər olan müddətdə gecikdirilmiş vaxt üçün (3 il 2 ay 18 gün) gecikdirilmiş məbləğə (45000 manat) illik beş faizin ödənilməsini tələb edə bilər. 7237 AZN pul məbləğini Əmlak Məsələləri Dövlət Xidmətindən tələb etmək hüququna malikdir. (1 il üçün 45000 AZN x 5% = 2250 AZN, 3 il üçün – 6750 AZN, 1 ay üçün – 2250 AZN : 12 ay = 187,5 AZN, 2 ay üçün – 375 AZN, 18 gün üçün – 112 AZN) - 6750 AZN (3 il) + 375 AZN (iki ay) + 112 AZN (18 gün) = 7237 AZN
16. İddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur.
17. b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3792/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Həmçinin, Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3792/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
20. İddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq hesab etmişdir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı 7237 AZN pul məbləğini Əmlak Məsələləri Dövlət Xidmətindən tələb etmək hüququna malikdir. (1 il üçün 45000 AZN x 5% = 2250 AZN, 3 il üçün - 6750 AZN, 1 ay üçün - 2250 AZN : 12 ay = 187,5 AZN, 2 ay üçün - 375 AZN, 18 gün üçün - 112 AZN) - 6750 AZN (3 il) + 375 AZN (iki ay) + 112 AZN (18 gün) = 7237 AZN. Bu hesablama ümumiyyətlə yanlış aparılmış, mütəxəssis rəyi alınmadan düzgün hesablanmamışdır. Belə ki, əvvəla zərərin hesablanmasında məhkəmə düzgün normanı tətbiq etməmiş AR MM-nin 449-cu maddəsini tətbiq etməli olduğu halda səhvən AR MM-ııin 445-ci maddəsinə əsasən hesablama aparmışdır. AR MM-nin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. (məhkəmə qətnamə qəbul edən gün Azərbaycan Respublikasında bank uçot dərəcəsi 7,75 faiz olmuşdur). Daha sonra məhkəmə zərər vurulmanı iddiaçının pul tələbi ilə bağlı ilk müraciətindən, yəni xx.xx.2020-ci il tarixindən aparmış və buna uyğun olaraq da hesab etmişdir ki, iddiaçı 3 il 2 ay 18 gün ödənilməmiş məbləğdən (gecikdirilmiş məbləğ) məhrum olmuş, qeyd edilən müddətdə cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmışdır. Lakin hesab edirlər ki, müqavilə etibarsız hesab edildiyi üçün cavabdeh faktiki olaraq xx.xx.2018-ci il tarixindən, yəni hərracda müqavilə bağlandığı və pulun ödənildiyi vaxtan zərər vurmuş hesab edilməli və faizlərin hesablanması həmin dövrdən hesablanmalı idi. Hətta məhkəmə AR MM-nin 445-ci maddəsinə uyğun olaraq illik 5 faiz hesablama aparsa da bunu mürəkkəb faiz artımı düsturu üsulunu tətbiq etmədən həyata keçirmiş və nəticə olaraq vurulmuş zərərin qeyri-qanuni azaldılması baş vermişdir. Əgər məhkəmə mürəkkəb faiz artımı düsturu üsulunudan istifadə etsə idi onda aşağıdakı nəticə alınardı. Düstur bu formadadı. FV=PV(1 +R/N)Ant FV- gələcəkdəki pul, pV-indiki pul, R - üç.ot dərəcəsi, N-12 ay, nt- 68 ay, yəni FV=45000(l+7.75%712ay)A68 ay =69715 az. FV= 697l5az - 45000az = 24715az. Mənəvi zərərlə bağlı hissədə də məhkəmə düzgün nəticəyə gəlmədən hesab etmişdir ki, iddiaçı situasiyasına uyğun olaraq cavabdeh inzibati orqanın hərəkət (hərəkətsizliyində) nəticəsində onun mənəvi bütövlüyünün, mənəvi tarazlığının pozulmasına, ağrı və iztirabın meydana gəlməsinə, yaşama sevincinin və arzusunun itirməsinə səbəb olacaq hüquqa zidd əməlin olduğunu və həmin hüquqa zidd əməl nəticəsində qeyd edilən məhrumiyyətə məruz qaldığını əsaslandırmamışdır. Lakin qeyd etmək lazımdır ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03.11,2008-ci il tarixli qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçı faktiki olaraq inzibati orqanın qanunsuz hərəkəti nəticəsində əmlakından və. ödədiyi puldan uzun müddət ərzində (2018-ci ildən) məhrum olmuş və uzun çəkən məhkəmə proseslərində iştirak etməklə güclü mənəvi iztiraba məruz qalmışdır. MM-nin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.3-cü maddəsinə görə Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Lakin məhkəmə bu normanın tələbini pozaraq ziyan vurulmasını iddiaçının pul tələbi ilə bağlı ilk mürciətindən hesablamışdır. Belə ki, məhkəmənin mövqeyinə görə iddiaçının pul tələbi ilə bağlı ilk müraciəti xx.xx.2020-ci il tarixindədir, iddiaçıya həmin vəsaitin xx.xx.2023-cü il tarixinə qədər ödənilməməsi işin mübahisəsiz halıdır. Faktiki olaraq iddiaçı 3 il 2 ay 18 gün ödənilməmiş məbləğdən (gecikdirilmiş məbləğ) məhrum olmuş, qeyd edilən müddətdə cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmışdır. Belə ki, məhkəmə həmin vəsaətin qaytarılması ilə bağlı cavabdehin özündən asılı olan hərəkətləri həyata keçirdiyini (məsələn, vəsaitin geri qaytarılması üçün Maliyyə Nazirliyinə müraciət edilməsi) müəyyən etmir. Lakin hesab edirlər ki, müqavilə etibarsız hesab edildiyi üçün cavabdeh faktiki olaraq xx.xx.2018-ci il tarixindən yəni hərracda müqavilə bağlandığı və pulun ödənildiyi vaxtan zərər vurmuş hesab edilməlidir. Eyni zamanda cavabdehin Bakı Apellyasiya Məhkəməsinin X3 08 noyabr 2019-cu il tarixli 2-1 (103)-2375/2019 saylı qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verməməsi, iddiaçıya maddi və mənəvi ziyanın vurulması kimi qiymətləndirilməlidir.
21. Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə predmeti olan dövlət əmlakı ilə bağlı özəlləşdirmənin nəticələri ləğv olunsa da, pulun qaytarılması ilə bağlı hər hansı məhkəmə qərarı müraciətə əlavə olunmadığından, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçının müraciəti ilə əlaqədar Maliyyə Nazirliyinə hər hansı rəyin verilməsi pulun qaytarılmasına səbəb ola bilməyəcəyindən, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qanunvericiliyin və formalaşmış qaydaların tələbini nəzərə alaraq məhkəməyə müraciət olunması iddiaçıya tövsiyə olunmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini nəzərə almadan formal olaraq yuxarıda qeyd olunan qaydaları özünün mülahizəsi uyğun təfsir etməklə pulun qaytarılmasını Xidmət tərəfindən rəy verilməməsi ilə əsaslandırsa da, xx.xx.2020-ci il tarixinədək iddiaçının dövlət büdcəsinə ödənilmiş pul vəsaitinin qaytarılması ilə bağlı səlahiyyətli qurum olan Maliyyə Nazirliyinə müraciətinin olub-olmamasını və qeyd olunan qurumun hazırkı məsələ ilə bağlı mövqeyinin olub-olmamasını aydınlaşdırmamışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən özəlləşdirmə ilə əlaqədar ödənilmiş pulun vəsaitinin qaytarılması ilə bağlı iddia Əmlak Məsələləri Dövlət Xidmətinə və Maliyyə Nazirliyinə qarşı qaldırılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması” qaydalarının ikinci bəndinin ikinci abzasına əsasən özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Qeyd olunan qaydaların səkkizinci bəndinə əsasən bu qaydaların 9-cu hissəsi nəzərə alınmaqla, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Qaydaların doqquzuncu bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, sahibkarlığa dövlət köməyinin, o cümlədən özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədilə Dövlət Xidmətinin hesabına bu vəsaitin 25 faizi həcmində ayırmalar nəzərdə tutulur. Qeyd olunan analoji müddəalar Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13.2-ci bəndində də təkrarlanır. Göründüyü kimi, qanunvericilikdə dövlət əmlakının özəlləşdirilməsi nəticəsində dövlət büdcəsinə daxil olan 100 % vəsaitdən yalnız 25 % həcmində Əmlak Məsələləri Dövlət Xidməti üçün ayırmalar nəzərdə tutulur.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətlərinə yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi iddiaçının apellyasiya şikayətinin təmin olunmasını, cavabdehin şikayətinin təmin olunmamasını xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi cavabdehin apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
25. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 2.5. Əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
28. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3792/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının iddianın təmin olunmayan hissəsində, cavabdeh isə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3792/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(İPM-in 82-ci maddəsi)
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmişdir.Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
31. İşin hallarından göründüyü kimi, iddiaçı cavabdeh qurumun cavabdehin hesabına ödənilmiş 45000 manat pul vəsaitinin geri qaytarılmasını vaxtında təmin etmədiyinə görə maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.
32. Məhkəmə Kollegiyası tətbiq olunan hüquq normalarından (Bu Qərarın 26-cı bəndi) və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarı”ndakı hüquqi mövqeydən çıxış edərək qeyd edir ki, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir.
33. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarı”nda qeyd edilmişdir ki: “...Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur.Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər...”
34. Məhkəmə Kollegiyası daha sonra Bu Qərarın 26-cı bəndində tətbiq olunan hüquq normalarından çıxış edərək qeyd edir ki, maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir.Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır.
35. ünvan 1 ünvanında yerləşən sahəsi 63 kv.m olan qeyri-yaşayış sahəsi 13 mart 2018-ci il tarixli, 10/01 nömrəli hərrac protokoluna, hərracın yekunlarına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci tarixli, 3888 saylı alqısatqı müqaviləsinə əsasən sonuncu tərəfindən özəlləşdirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ünvan 2 ünvanında yerləşən 60.8 kv.m qeyi-yaşayış sahəsinin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövləl Komitəsinin xx.xx.2017-ci il tarixli, 141 nömrəli sərəncamı ləğv edilmişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı qüvvədə saxlanılmışdır.
36. Ali Məhkəmənin qeyd edilən qərarından sonra kompensasiyanın ödənilməsinə dair iddiaçının ilk müraciəti xx.xx.2020-ci il tarixindədir. Əvvəlki müraciətləri məhkəmə iclasında nümayəndənin təyin olunması və sair digər məsələlərlə bağlıdır.
37. İddiaçıun nümayəndəsi (qardaşı) X8 xx.xx.2020-ci il tarixində ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair sərəncam ləğv edildiyindən, iddiaçı tərəfindən özəlləşdirilməsi ilə bağlı ödənilmiş 45000 manatın geri qaytarılmasına dair ilkin olaraq cavabdeh orqana müraciət olunmuşdur.
38. TT******************** nömrəli kassa məxaric orderinin surətindən aydın olur ki, xx.xx.2023-cü il tarixində 44642,86 manat ödənilmişdir.
39. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh orqana xx.xx.2020-ci il tarixli müraciəti əsasında inzibati orqanın ona kompensasiya ödəməli olduğunu nəzərə alaraq həmin dövrdən borclu (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti) pul məbləğinin ödənilməsini gecikdirdiyindən kreditorun (İddiaçı) gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə (45000 AZN) illik beş faizin ödənilməsini tələb etmək hüququ qanunvericlik əsasında yaranmışdır.
40. İddiaçının pul tələbi ilə bağlı ilk müraciəti xx.xx.2020-ci il tarixindədir, iddiaçıya həmin vəsaitin xx.xx.2023-cü il tarixinə qədər ödənilməməsi işin mübahisəsiz halıdır. Faktiki olaraq iddiaçı 3 il 2 ay 18 gün ödənilməmiş məbləğdən (gecikdirilmiş məbləğ) məhrum olmuş, qeyd edilən müddətdə cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmışdır. Belə ki, məhkəmə həmin vəsaətin qaytarılması ilə bağlı cavabdehin özündən asılı olan hərəkətləri həyata keçirdiyini (məsələn, vəsaitin geri qaytarılması üçün Maliyyə Nazirliyinə müraciət edilməsi) müəyyən etmir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş vaxtilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikası Milli Bankı tərəfindən təsdiq edilmiş “Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən daxil olan vəsaitlərin dövlət büdcəsinin hesabına alınmasının prosedur Qaydaları”nın 9-cu bəndinin ikinci hissəsinə əsasən özəlləşdirmənin və icarənin tranzit hesablarından qaytarılmalı olan vəsaitlər hər bir halda İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən təqdim olunmuş rəy məktubları əsasında Maliyyə Nazirliyi tərəfindən Baş Dövlət Xəzinədarlığının Milli Bankdakı cari hesabından 20 gün müddətində həyata keçirilir. Qeyd edilən prosedur qaydalar müvafiq qaydada (Ədliyyə Nazirliyində) qeydiyyatdan keçməsə də, cavabdeh həmin qaydaların pul vəsaitinin geri qaytarılmasının tənzimlənməsinin əsası kimi çıxış etdiyini bildirir. Lakin həmin qaydalara müvafiq olaraq da qeyd edilən müddətdə cavabdeh tərəfindən özündən asılı olan hərəkət - Maliyyə Nazirliyinə rəy məktubunun təqdim edildiyi müəyyən edilmir.
41. Məhkəmə hesab edir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı xx.xx.2020-ci il tarixindən hesablanmaqla (müraciət etdiyi tarix) iddiaçıya həmin vəsaitin geri qaytarıldığı xx.xx.2023-cü il tarixinə qədər olan müddətdə gecikdirilmiş vaxt üçün (3 il 2 ay 18 gün) gecikdirilmiş məbləğə (45000 manat) illik beş faizin ödənilməsini tələb edə bilər. 7237 AZN pul məbləğini Əmlak Məsələləri Dövlət Xidmətindən tələb etmək hüququna malikdir. (1 il üçün 45000 AZN x 5% = 2250 AZN, 3 il üçün – 6750 AZN, 1 ay üçün – 2250 AZN : 12 ay = 187,5 AZN, 2 ay üçün – 375 AZN, 18 gün üçün – 112 AZN) - 6750 AZN (3 il) + 375 AZN (iki ay) + 112 AZN (18 gün) = 7237 AZN.
42. X16 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); - “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
43. X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
44. İddiaçı apellyasiya şikayətinin dəlili olaraq göstərmişdir ki, hesablama ümumiyyətlə yanlış aparılmış, mütəxəssis rəyi alınmadan düzgün hesablanmamışdır. Belə ki, əvvəla zərərin hesablanmasında məhkəmə düzgün normanı tətbiq etməmiş AR MM-nin 449cu maddəsini tətbiq etməli olduğu halda səhvən AR MM-ııin 445-ci maddəsinə əsasən hesablama aparmışdır. Əgər məhkəmə mürəkkəb faiz artımı düsturu üsulunudan istifadə etsə idi onda aşağıdakı nəticə alınardı. Mənəvi zərərlə bağlı hissədə də məhkəmə düzgün nəticəyə gəlmədən hesab etmişdir ki, iddiaçı situasiyasına uyğun olaraq cavabdeh inzibati orqanın hərəkət (hərəkətsizliyində) nəticəsində onun mənəvi bütövlüyünün, mənəvi tarazlığının pozulmasına, ağrı və iztirabın meydana gəlməsinə, yaşama sevincinin və arzusunun itirməsinə səbəb olacaq hüquqa zidd əməlin olduğunu və həmin hüquqa zidd əməl nəticəsində qeyd edilən məhrumiyyətə məruz qaldığını əsaslandırmamışdır.
45. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının zərəri sadə riyazi hesablama əsasında hesablandığı üçün mütəxəssis rəyi alınmasına zərurət qalmamışdır və iddiaçı zərərin mürəkkəb düstur əsasında hesablanmalı olmasını da işin faktiki halları baxımından əsaslandırmamışdır.
46. Bundan başqa apellyasiya şikayətinin məhkəmə Mülki Məcəllənin 449-cu maddəsini tətbiq etməli olduğu halda səhvən Mülki Məcəllənin 445-ci maddəsinə əsasən hesablama aparması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 449cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.” 48.Göründüyü kimi, iddiaçı məhkəmənin Mülki Məcəllənin 449-cu maddəsini tətbiq etməli olduğunu bildirsə də, şikayətinə əlavə olaraq və apellyasiya baxışı zamanı cavabdehin iddiaçının pul vəsaitinin hesabına faydalanmasına (gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsinə) dair sübutlar təqdim etməmişdir.
49. İddia tələbinin və apellyasiya şikayətinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur.
50. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli xx.xx.2008-ci il tarixli qərarı: “... Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur....Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.... “
51. AİHM qərarlarında qeyd edir ki: -Böyük Palata, Palatanın etdiyi kimi, aşkar edilmiş pozuntular nəticəsində şübhəsiz ki, ərizəçinin zərər çəkdiyini və bu pozuntularla iddia edilən maddi zərər arasında aydın səbəb-nəticə əlaqəsinin olduğunu, o cümlədən maliyyə mənbələrin itirilməsinə görə kompensasiyanın olmasını qeyd edir. (bax: Salman işi § 137, və Z və X4rşı, yuxarıda adı çəkilən, § 119). Bununla belə, ərizəçinin bu başlıq altındakı iddialarının heç biri lazımi qaydada sənədləşdirilməmişdir. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan və ya elə məhdud sübutlara əsaslanan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək (bax, digər işlər arasında, bax: Sporrong və Lönnroth İsveçə qarşı (Maddə 50), 18 dekabr 1984-cü il tarixli qərar). , A seriyası № 88, səh. 14-15, § 32 və Akdivar və başqaları Türkiyəyə qarşı (Maddə 50), 1 aprel 1998ci il tarixli qərar, Hesabatlar 1998-İİ, səh. 718, § 19). Buna görə də, Məhkəmə 41-ci maddənin tələb etdiyi kimi, onda olan bütün məlumatları nəzərə alaraq ərizəçinin maddi ziyanla bağlı iddialarını ədalətli əsaslarla qiymətləndirəcəkdir (bax: Öneryıldız Türkiyəyə qarşı § 166).
52. - Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (bax: digər məsələlər arasında, Məhərrəmov Azərbaycana qarşı (əvəzin ədalətli ödənilməsi) no 5046/07, § 12, 09 may 2019, X11rşı (əvəzin ədalətli ödənilməsi), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015).
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında ifadə edilən mövqeyə əsasən: “...Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir...”
54. Məhkəmə müəyyən edir ki, iddiaçı situasiyasına uyğun olaraq cavabdeh inzibati orqanın hərəkət (hərəkətsizliyində) nəticəsində onun mənəvi bütövlüyünün, mənəvi tarazlığının pozulmasına, ağrı və iztirabın meydana gəlməsinə, yaşama sevincinin və arzusunun itirməsinə səbəb olacaq hüquqa zidd əməlin olduğunu və həmin hüquqa zidd əməl nəticəsində qeyd edilən məhrumiyyətə məruz qaldığını əsaslandırmamışdır.
55. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır.
56. Daha sonra məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini nəzərə almadan formal olaraq özünün mülahizəsi uyğun təfsir etməklə pulun qaytarılmasını Xidmət tərəfindən rəy verilməməsi ilə əsaslandırsa da, xx.xx.2020-ci il tarixinədək iddiaçının dövlət büdcəsinə ödənilmiş pul vəsaitinin qaytarılması ilə bağlı səlahiyyətli qurum olan Maliyyə Nazirliyinə müraciətinin olubolmamasını və qeyd olunan qurumun hazırkı məsələ ilə bağlı mövqeyinin olubolmamasını aydınlaşdırmamışdır.
57. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası diqqətə çəkir ki, iddiaçının pul tələbi ilə bağlı ilk müraciəti xx.xx.2020-ci il tarixindədir, iddiaçıya həmin vəsaitin xx.xx.2023-cü il tarixinə qədər ödənilməməsi işin mübahisəsiz halıdır.Belə ki, bunun əksini təsdiq edəcək sübutlar işdə müəyyən olunmur.
58. Bundan başqa cavabdeh apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı tərəfindən özəlləşdirmə ilə əlaqədar ödənilmiş pulun vəsaitinin qaytarılması ilə bağlı iddia Əmlak Məsələləri Dövlət Xidmətinə və Maliyyə Nazirliyinə qarşı qaldırılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması” qaydalarının ikinci bəndinin ikinci abzasına əsasən özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Qeyd olunan qaydaların səkkizinci bəndinə əsasən bu qaydaların 9-cu hissəsi nəzərə alınmaqla, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir.
59. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki,əvvəla Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)314/2023 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1 (112)-4983/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmışdır. İddia tələbi təmin edilmiş və xx.xx.2018-ci il tarixli 3888 №-li alqı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə ödənilmiş 45000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.
60. TT******************** nömrəli kassa məxaric orderinin surətindən aydın olur ki, xx.xx.2023-cü il tarixində 44642,86 manat ödənilmişdir.
61. Məhkəmə Kollegiyası daha sonra qeyd edir ki, “Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən daxil olan vəsaitlərin dövlət büdcəsinin hesabına alınmasının prosedur Qaydaları”nın 9-cu bəndinin ikinci hissəsinə əsasən özəlləşdirmənin və icarənin tranzit hesablarından qaytarılmalı olan vəsaitin (45.000,0 manat) qaytarılması üçün həmin qaydalara müvafiq olaraq qeyd edilən müddətdə cavabdeh tərəfindən özündən asılı olan hərəkət - Maliyyə Nazirliyinə rəy məktubunun təqdim edildiyi müəyyən edilmir.
62. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.
63. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, müəyyən olunur ki, birinci instansiya məhkəməsi işin obyektiv araşdırılması üçün aidiyyəti qurumlara müvafiq sorğular etmiş, cavablar almış, həmçinin əldə olunmalı sübutun təqdim edilməsi üçün hər hansı vəsatətin təmin olunmasından imtina olunmamışdır.
64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya iddiaçının və cavabdehin şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
65. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının və cavabdehin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3792/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçının və cavabdehin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3792/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.