Məhkəmə qərarları › İş №2-1(103)-2779/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2779/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2779/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi) qarşı “dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2709/2025 saylı, 03.03 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinə qarşı onun 2004-2010-cu illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Bakı şəhəri Ticarət və Xidmət Departamentində işlədiyi müddətin dövlət qulluğunda qulluq stajı kimi nəzərə alınması barədə müvafiq məktubun (arayışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “2004-2010-cu illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhəri Ticarət və Xidmət Departamentində «sahə xidmətçisi» vəzifəsində işlədiyi müddəti etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsinə dair qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2709/2025 saylı, 03.03 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı məhkəmə iclasında ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinə qarşı iddia ərizəsini geri götürdüyünü bildirmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və üçüncü şəxsin nümayəndəsi ərizənin təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, təqdim olunan ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia ərizəsi geri götürülmüş hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDI: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ticarət və Xidmət Departamentinə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi) qarşı “dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar