Məhkəmə qərarları › İş №2-1(103)-278/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-278/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-278/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-511/2024 nömrəli, 31 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əmək kitabçası üzrə işlədiyi bütün illərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən sığorta stajı düzgün hesablanmamışdır. Pensiyanın yenidən hesablanması ilə bağlı ərizə və aidiyyəti sənədlərlə cavabdehə müraciət etmişdir. Cavabdehin ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda əmək kitabçasında xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Arzu” X11 idarəsində, xx.xx.1991-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" kooperativində xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" kiçik müəssisəsində, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində “Azdövyerqurulayihə” İnstitutunda və xx.xx.1996- xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Cənub sənayetikinti” İcarə-Törəmə müəssisəsində işlədiyi qeyd olunmuş, adıçəkilən müəssisələrdə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi” (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığorta olunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədikləri müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrləri staja aid etmək mümkün olmadığından guya iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az, yəni 16 il 2 ay 25 gün təşkil edir və buna görə də güzəştli şərtlərlə pensiyanın yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Arxiv arayışının alınması üçün Milli Arxiv İdarəsinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli Arxivdən verilən məktubda “Arzu” X11 İdarəsinin, "xxxx" kooperativinin və "xxxx" Kiçik müəssisəsinin arxiv sənədlərinin mühafizə üçün Dövlər Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd olunmuşdur. Təhsil aldığı müddət də sosial sığorta stajına daxil edilməmişdir. İddiaçı Bakı Politexnik Texnikumun gündüz şöbəsinin “Topoqrafıya” ixtisasını bitirmişdir və ona “texnik-topoqraf’ ixtisas dərəcəsi üzrə diplom verilmişdir. Bunu Bakı Texniki Kollec tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışı da təsdiq edir. Yuxarıda adı çəkilən idarələrdə işləmişdir və bu barədə də əmək kitabçasında müvafiq qeydlər vardır. Həmin müəssisələrdə işlədiyi bütün dövrlərdə bütün icbari ödənişlər, məcburi dövlət sosial sığorta haqqı da işəgötürənlər tərəfindən ödənilmişdir. Cavabdehin həmin müəssisələrin sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədikləri ilə razı deyil, bu məsələ cavabdeh tərəfindən tam araşdırılmalı idi. Halbuki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı sonradan dəqiqləşmə ərizəsi təqdim edərək əmək kitabçasında xx.xx.1990xx.xx.1991-ci il arasındakı dövr ərzində “Arzu” X11 idarəsində, xx.xx.1991-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" kooperativində xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" kiçik müəssisəsində, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində “Azdövyerqurulayihə” İnstitutunda və xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" İcarə-Törəmə müəssisəsində və xx.xx.1979xx.xx.1984-cü il tarixləri arasındakı təhsil dövrü nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasının cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə əmək pensiyasının yenidən hesablanması üçün Mərkəzi filiala müraciət etmişdir. Ərizəçinin müraciətinə baxılaraq, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli qərarı ilə onun pensiyası yenidən hesablanmış və onun 32 il 2 ay 25 gün sosial sığorta stajına əsasən 315,44 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir, (hazırda pensiyanın məbləği 361,81 manata çatdırılmışdır). İddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği düzgün hesablanmışdır və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asıl olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və hərbi biletə əsasən, onun xx.xx.2006-cı il tarixədək iş stajı aşağıdakı kimi müəyyən olunur: -xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olduğu dövr (1 il 11 ay 23 gün); -xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək işlədiyi dövr (2 ay 25 gün); -xx.xx.1984-cü il tarixdən xx.xx.1990cı il tarixədək işlədiyi dövr (6 il 5 ay 15 gün); -xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Arzu” X11 idarəsində işlədiyi dövr (5 ay 13 gün); -xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək "xxxx" Kooperativində işlədiyi dövr (7 ay 12 gün); -xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" kiçik müəssisəsində işlədiyi dövr (3 il 11 ay 22 gün); -xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək “Azdövyerqulayihə” İnstitutunda işlədiyi dövr (11 ay 4 gün); -xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" İcarə Törəmə müəssisəsində işlədiyi dövr (1 il 10 gün); -xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “Azdovyerqulayihə” İnstitutunda işlədiyi dövr (11 ay 24 gün); -xx.xx.1999-cu il tarixdən xx.xx.2014-cü il tarixədək Bakı Metropoliteninin Yol Xidmətində işlədiyi dövr (15 il 1 ay 23 gün); -xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" QSC-də işlədiyi dövr (7 il 4 ay 21 gün). İşlədiyi dövrlər mübahisələndirilmədikdə iddiaçının ümumilikdə 39 il 7 gün sosial sığorta stajı vardır. Cavabdeh orqan tərəfindən iddiaçının 32 il 2 ay 25 gün sosial sığorta stajına əsasən ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla belə, İddiaçı xx.xx.1990- xx.xx.1991-ci illərdə “Arzu” X11 idarəsində, xx.xx.1991-xx.xx.1991-ci illərdə "xxxx" kooperativində, xx.xx.1992xx.xx.1995-ci illlərdə "xxxx" kiçik müəssisəsində, xx.xx.1996-xx.xx.1996-cı illərdə “Azdovyerqurlayihə” İnstitutunda və xx.xx.1996-xx.xx.1997-ci illərdə “Cənub sənayətikinti” İcarə-Törəmə müəssisəsində işlədiyini iddia etdiyi dövrlər həmin müəssisələr Fondda sığortaolunan kimi qeydiyyatda olmadığından onun sosial sığorta stajına əlavə edilməmişdir. Sözügedən müəssisələrin fəaliyyətinin yoxlanılması məqsədilə Dövlət Vergi Xidmətinə və Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular ünvanlanmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin 28 dekabr 2022-ci il tarixli cavab məktubunda yuxarıda sözügedən müəssisələr barədə informasiya bazasında hər hansı bir məlumatın aşkar olunmadığı qeyd edilmişdir. Dövlət Vergi Xidmətinin 22 dekabr 2022-ci il tarixli cavab məktubunda isə aşağıdakılar qeyd edilmişdir: “Dövlət reyestrində “Qığılcım" Kooperativinin xx.xx.1994-cü il tarixdə 301 nömrə ilə və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dövlət Yerquruluşu Layihə İnstitutunun xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Reyestrdə "xxxx" İcarə- Törəmə İdarəsinin xx.xx.1996-cı il tarixdə 308 nömrə ilə dövlət qeydiyyatından keçməsi və xx.xx.1997-ci il tarixdə ləğv edilməsi barədə məlumat mövcuddur. Reyestrdə "xxxx" Kiçik Müəssisəsinin və “Arzu” X11 İdarəsinin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Sorğulara verilən cavablardan da göründüyü kimi, iddiaçı "xxxx" Kooperativində xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək işlədiyini iddia etsə də, sözügedən müəssisə xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatından keçmişdir. Həmçinin, "xxxx" Kiçik Müəssisəsinin və “Arzu” X11 İdarəsinin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edilir ki, cavabdeh orqan sözügedən dövrləri iddiaçının sosial sığorta stajına əlavə etməməkdə haqlı olmuşdur. Bundan əlavə, sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində nəzərdə tutulmuşdur. Qanunun qeyd olunan maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunda ali təhsil müddətinin hazırda qüvvədə olar qanunvericiliklə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır”. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən və sorğulara verilən cavab məktublarından məlum olduğu kimi iddiaçıya ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının iddiaçının ərizəsində göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənlər, Azərbaycan Respublikası İPM-in 47-ci maddəsinin tələblərini rəhbər tutularaq məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-511/2024 nömrəli, 31 may 2024-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.1979xx.xx.1980-ci il, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983-xx.xx.1984-cü ilədək, xx.xx.1990xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1995-ci il, xx.xx.1996-cı ildən xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1997-ci ilədək olan təhsil və əmək fəaliyyəti dövrü sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki; - 017892 nömrəli xx.xx.1984-cü il tarixli diplomun surətinə əsasən İddiaçı xx.xx.1979-cu ildə Bakı Politexnik Texnikumuna “Topoqrafiya” ixtisasına qəbul olunmuş, xx.xx.1984-cü ildə bitirmişdir. - Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Kollecinin xx.xx.2021-ci il tarixli 505 nömrəli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1979-cu il 294-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Topoqrafiya” ixtisasına daxil olmuşdur. xx.xx.1980-cı il 179-c saylı əmrə əsasən hərbi xidmətə çağırılmışdır. xx.xx.1982-ci il 214-c saylı əmrə əsasən hərbi xidmətdən qayıtmışdır. xx.xx.1984-cü il 116-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Topoqrafiya” ixtisasını bitirmiş Dövlət İxtisas Komissiyasının qərarı ilə ona “texnik - topoqraf” ixtisas dərəcəsi və ЖТ 017892 №-li diplom verilmişdir. - İddiaçıya məxsus xx.xx.1983-cü ildə doldurulmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1983-cü ildə ölçücü vəzifəsinə təcrübəyə qəbul edilmiş, xx.xx.1983-cü ildə bitirmişdir. xx.xx.1984-cü ildə geodeziya işlərinə nəzarətçi təyin edilmiş, xx.xx.1990-cı ildə işdən azad edilmişdir. xx.xx.1990-cı ildə “Arzu” kiçik müəssisəsinə qanuni təmsilçi təyin edilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmişdir. xx.xx.1991-ci ildə "xxxx" kooperativinə təmsilçi qəbul edilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmişdir. xx.xx.1992-ci ildə "xxxx" kiçik müəssisəsinə direktor təyin edilmiş, xx.xx.1995-ci ildə azad edilmişdir. xx.xx.1996-cı ildə “Azdövyerqurlayihə” İnstitutuna mühəndis təyin edilmiş, xx.xx.1996-cı ildə azad edilmişdir. xx.xx.1996-cı ildə "xxxx" İcarə-Törəmə Müəssisəsinə mühəndis təyin edilmiş, xx.xx.1997-ci ildə azad edilmişdir. xx.xx.1998-ci ildə “Azdövyerqurlayihə” İnstitutuna mühəndis təyin edilmiş, xx.xx.1999-cu ildə azad edilmişdir. xx.xx.1999-cu ildə yol idarəsinə montyor təyin edilmiş, xx.xx.2014-cü ildə Bakı Metropoliteni QSC-yə yol ustası vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixli qeydə əsasən hal-hazırda işləyir. - H3 ******* nömərli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1980-ci ildə hərbi xidmətə qəbul olmuş, xx.xx.1982-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən təqdim edilmiş pensiya işi və inzibati icraat materiallarından görünür ki; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə ƏPQ-nun 9.1-ci maddəsinə əsasən 60 yaşdan, ümumi iş stajı xx.xx.2006-cı il tarixədək 16 il 02 ay 25 gün, güzəştli stajı 16 il 05 ay, Siyahının 21.5 Metropolitenlər bütün adlarda ustalar vəzifəsinə uyğun, 312.43 manat məbləğində güzəştli şərtlərlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixli cavabdehə ünvanladığı ərizəsində əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli pensiyanın yenidən hesablanması barədə qərarına əsasən İddiaçı təyin edilmş hazırkı pensiya 312.43 manat, yenidən hesablanmış pensiya məbləği 315.44 manat təşkil edir. -Pensiya təyintı alt sisteminə əsasən iddiaçının 1992-ci ilədək 08 il 08 ay 02 gün, 1992-2006-cı ilədək 07 il 06 ay 23 gün, 2006-cı il tarixdən sonra 16 il təşkil edir. -İddiaçıya aid sığorta stajının hesablanması cədvəlinə əsasən iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-ci il tarixədək olan əmək fəaliyyəti dövrü daxil olmaqla xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 16 il 05 ay təşkil edir. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasinin Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli 3-34/2-2079/01- 3/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, “"xxxx" Kooperativi (sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) 07 iyun 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. "xxxx" Kiçik müəssisəsi 26 may 1996-cı il tarixindən 31 oktyabr 1997-ci il tarixinədək Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olmuşdur. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Arzu” Məişət evinə və “Azdovyerqurlayihə” İnstitutuna dair məlumat mövcud deyildir. Məlumat üçün bildiririk ki, “AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dövlət Yerquruluşu Layihə İnstitutu” 19 iyun 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır”. -Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Milli Gəlirlər Baş İdarəsinin X7 Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli **********857400 nömrəli məktubunda qeyd olunmuşdur ki, “idarədə olan reyestrdə “Arzu” Məişət evi, “Azdovyerqurhyihə” İnstitutu, “Optika’ Kiçik Müəssisəsi adlı kommersiya qurumları aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxslərə dair daha dəqiq və dolğun qeydiyyat nömrəsi (və ya VÖEN) verməyinizi xahiş edirik. Məlumat üçün bildiririk ki, müraciətin "xxxx" Kooperativi barədə məlumat verilməsi hissəsində hüquqi ünvanı nəzərə alınaraq ünvan 1ətindən məlumat əldə edildikdən sonra məhkəməyə göndəriləcək”. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq SOCAR-ın xx.xx.2023cü il tarixli 14-2-8/2-129/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, “vətəndaş İddiaçı üçün tələb olunan arxiv məlumatları haqqında bildirmək istəyirik ki, “Arzu” Məişət evi və "xxxx" kiçik müəssisələri “Şelflayihətikinti” İB-nin ərazisində (icarə) müstəqil kiçik müəssisələr kimi fəaliyyət göstərmiş və həmin müəssisələr tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun arxivinə heç bir sənəd verilməmişdir”. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********275200 nömrəli məktubunda qeyd olunmuşdur ki, “vergi ödəyicisinin uçot baza məlumatlarına əsasən bildiririk ki, “Arzu” Məişət Evi və "xxxx" Kiçik Müəssisəsinin vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat müəyyən edilməmişdir”. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-15724/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, məktubda qeyd olunan "xxxx" İcarə-Törəmə Müəssisəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq SOCAR-ın xx.xx.2023cü il tarixli 14-2-8/2- 146/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, ““Arzu” Məişət Evi və "xxxx" Kiçik Müəssisəsi indiki Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun ərazisində təxminən 1990-cı illərin əvvəlində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının və onun tətbiq olunmasına dair göstərişin təsdiq edilməsi haqqında” 3/1 № -li xx.xx.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 911-ci bəndinə əsasən müvəqqəti istifadəyə verilən binaların, otaqların, torpaq sahələrinin təşkilatların istifadəsinə verilməsi və qəbulu aktlarının və müqavilələrin, (o cümlədən, icarə müqavilələrinin) saxlama müddəti 5(beş) il müəyyən edilmişdir. Buna görə də qeyd olunan müəssisələrin icarəsi ilə bağlı hüquqmüəyyənedici sənədlərin zavodun arxivindən tapılaraq Sizə təqdim edilməsi mümkün olmamışdır”. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 14-3-21-3-60/2-2510/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, ləğv edilmiş Dövlət Yerquruluşu Layihə İnstitutu Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1968-ci il tarixli, 145 saylı Qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli, 54 nömrəli Fərmanı ilə Dövlət Torpaq Komitəsi yaradılaraq, xx.xx.1992-ci il tarixli, 227 nömrəli Fərmanı ilə Dövlət Yerquruluşu Layihə İnstitutu onun tabeliyinə verilmişdir. xx.xx.2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin 460 nömrəli Fərmanı ilə Dövlət Torpaq Komitəsi və Dövlət Geodeziya və Kartoqrafiya Komitəsi ləğv edilərək onların bazasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 516 nömrəli Fərmanına əsasən ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyindəki “X9 və Monitorinqi Elm-İstehsalat Mərkəzi” MMC və "xxxx" MMC “Daşınmaz Əmlakın Kadastrı və X2” MMC-yə qoşulması yolu ilə yenidən təşkil olunmuş və “Daşınmaz Əmlakın Kadastrı və X2” MMC-nin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır. Halhazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyindədir. Həmin məktubla göndərilmiş "xxxx" MMC-nin arxivində saxlanılan İddiaçı işə qəbul və işdən azad olunmasına dair əmrlərin, eləcə də işlədiyi dövrlər üzrə əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətindən görünür ki: -Dövlət Yerquruluşu Layihə İnstitutunun “Azdövyerqurlayihə” İnstitutunun xx.xx.1996-cı il tarixli 17/K nömrəli əmrinə əsasən İddiaçı xx.xx.1996-cı il tarixdən Geometika şöbəsinə on dördüncü dərəcəli mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1996cı il tarixli 70/k nömrəli əmri ilə İddiaçı xx.xx.1996-cı il tarixdən işdən azad edilmişdir. - Dövlət Yerquruluşu Layihə İnstitutunun “Azdövyerqurlayihə” İnstitutunun xx.xx.1998-ci il tarixli 17/k nömrəli əmri ilə İddiaçı xx.xx.1998-ci il tarixdən Geometika şöbəsinə on ikinci dərəcəli mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1999-cu il tarixli 16/k nömrəli əmri ilə xx.xx.1999-cu ildən işdən azad edilmişdir. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli 3-34/2-3292/01- 3/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" İcarə-Törəmə Müəssisəsinə dair məlumat mövcud deyildir. Məlumat üçün bildiririk ki, "xxxx" İcarə-Törəmə İdarəsi (sonradan "xxxx" Şirkəti) 24 iyul 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə Sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur”. - Birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********587500 nömrəli məktubunda qeyd olunmuşdur ki, "xxxx" X3 Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 17 mart 1994-cü il tarixdə 301 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Vergi uçotuna alınmaq üçün vergi orqanlarına müraciət etməmişdir. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X7 Qeydiyyatının xx.xx.2024-cü il tarixli **********589700 nömrəli məktubunda qeyd olunmuşdur ki, “xx.xx.1996-cı il tarixdə 308 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" İcarə-Törəmə Müəssisəsinin bazasında xx.xx.2000-ci il tarixdə Ş-864 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Şirkəti (VÖEN **********) yaradılmışdır. "xxxx" Şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, ünvan 2iririk ki, hüquqi şəxsin yaradılması barədə sərəncamın və nizamnamələrinin təsdiq edilmiş surəti Sizə təqdim edilir”. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" şirkətinin xx.xx.2024-cü il tarixli 03 nömrəli məktubunda qeyd olunmuşdur ki, “sorğunuza cavab olaraq bildiririk ki, vaxtı ilə "xxxx" İcarə-Törəmə Müəssisəsinin bir necə filialları olmuşdur. Adı bəhs edilən işçi İddiaçı əmək kitabçasından və özünün şifahi bildirdiyi məlumatlara əsasən o, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" İcarə-Törəmə Müəssisəsinin 2 saylı filialında aparıcı mühəndis vəzifəsində işləmişdir. Nəzərinizə çatdırırıq ki, "xxxx" Şirkəti Sizin məktubda qeyd etdiyiniz "xxxx" İcarə-Törəmə Müəssisəsinin bazasında yox, "xxxx" X1 materiallarının təchizatı və satışı filialının bazasında yaradılmışdır. Onu da bildiririk ki, İnşaat materiallarının təchizatı və satışı filialı ilə 2 saylı filial hər biri ayrı-ayrı idarələr olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, o zamankı "xxxx" İcarə-Törəmə Müəssisəsinin 2 saylı filialının arxiv sənədləri bizə təqdim edilmədiyi üçün İddiaçı barədə bizdə heç bir arxiv sənədləri mövcud deyil”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubda bildirilmişdir ki, “Mərkəzi Filial tərəfindən Sizə 22 aprel 2022-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyiniz ИТ-1 ******* nömrəli əmək kitabçanızda xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Arzu” X11 idarəsində, xx.xx.1991-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" kooperativdə, xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" kiçik müəssisəsində, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində “Azdövyerqurlayihə” İnstitutunda və xx.xx.1996- xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Cənub sənayətikinti” İcarə-Törəmə müəssisəsində işlədiyiniz qeyd olunmuşdur. Adıçəkilən müəssisələrdə işlədiyiniz dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədikləri müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrləri stajınıza aid etmək mümkün olmadığından Sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (16 il 2 ay 25 gün (10 05.1980-xx.xx.1982-ci il, xx.xx.1983- xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1990-cı il, xx.xx.1998-xx.xx.1999-cu il, xx.xx.1999- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə 60 yaşınızın tamam olduğu tarixdən hesablanan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşınızın tamam olduğu tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır”. Beləliklə işdən müəyyən olunur ki, iddiaçıya cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə 60 yaşdan, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdehin pensiya təyin edərkən onun xx.xx.2006-cı il tarixədək olan sığorta stajının düzgün hesablanmadığını əsas gətirərək cavabdehə pensiyanın yenidən hesablanması ilə bağlı müraciət etmiş, lakin cavabdeh iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-ci il tarixədək olan əmək fəaliyyəti dövrün nəzərə almaqla xx.xx.2006-cı il tarixədək 16 il 05 ay sığorta stajını əsas götürərək pensiyasını yenidən hesablamışdır. Cavabdeh iddiaçının təhsil dövrü, eləcə də əmək kitabçasında qeyd edilən xx.xx.1990-xx.xx.1991-ci il tarixlərdə “Arzu” X11 idarəsində, xx.xx.1991- xx.xx.1991-ci il tarixlərdə "xxxx" kooperativində, xx.xx.1992-xx.xx.1995-ci il tarixlərdə "xxxx" kiçik müəssisəsində, xx.xx.1996-xx.xx.1996-cı il tarixlərdə “Azdövyerqurlayihə” İnstitutunda və xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Cənub sənayətikinti” İcarə- Törəmə müəssisəsində işlədiyi dövrü sığorta stajına hesablamamışdır. Beləliklə, hazırkı işin mübahisələndirilən halı iddiaçının xx.xx.2006-cı il tarixədək təhsil dövrü və yuxarıda adıçəkilən müəssisələrdə işlədiyi dövrün onun pensiya təyinatında sığorta stajına daxil edilib-edilməməsidir. İşə baxmış birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təhsil və əmək fəaliyyəti dövrlərindən xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1982xx.xx.1983, xx.xx.1983-xx.xx.1984-cü ilədək, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1992xx.xx.1995-ci il, xx.xx.1996-cı ildən xx.xx.1996-cı il, xx.xx.1996- xx.xx.1997-ci ilədək olan dövr iddiaçının sosial sığorta stajına aid edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər iddiaya etirazın və tələbin təmin olunmasından imtinanın dəlilləri ilə eynilik təşkil edir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Nəzərə alınmalıdır ki, yuxarıda da qeyd edildiyi kimi hazırkı hüquq münasibətlərini tənzimləyən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla həm əmək fəaliyyəti, hərbi xidmət, həm də təhsil dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üstüstə düşən iş stajı dövrlərindən birinin hesaba alınmasını mümkün sayır. İşdə olan iddiaçıya aid diplom və Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Kollecinin arayışından müəyyən olunur ki, iddiaçı xx.xx.1979-cu ildə Bakı Politexnik Texnikumuna “Topoqrafiya” ixtisasına əyani şöbəsinə qəbul olmuş, xx.xx.1984-cü ildə bitirmişdir. İddiaçı təhsil aldığı müddətdə xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuşdur. İddiaçının təhsil müddəti ilə üst-üstə düşən hərbi xidmət dövrü çıxılmaqla qalan təhsil dövrü, yəni xx.xx.1979xx.xx.1980-ci ilədək, hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək təhsil dövrü nəzərə alınmaqla, eləcə də xx.xx.1983-xx.xx.1983-cü ilədək olan əmək fəaliyyəti ilə üst-üstə düşən dövr çıxılmaqla qalan xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək olan dövr təhsil müddəti olaraq iddiaçının pensiyanın yenidən hesablanmasına əsas verən sığorta stajına daxil edilməlidir. İddiaçı qeyd edilən təhsil dövrü ilə bağlı diplom və arayışla inzibati orqana müraciət etsə də, cavabdeh qeyd edilən sənədlərə əsasən təhsil dövrü ilə bağlı araşdırma aparmamış, həmin dövrlə bağlı nə imtinada, nə də etirazda hər hansı münasibət bildirməmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən sığorta stajına daxil edilməyən əmək fəaliyyəti dövrlər ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya aid əmək kitabçasınının surətindən görünür ki, iddiaçı xx.xx.1990- xx.xx.1991-ci il tarixlərdə “Arzu” Məişət evində işləmişdir. Əmək kitabçasında həmin dövrlə bağlı qeydlər müəssisə rəhbərliyi tərəfindən imzalanmış, müəssisənin möhürü ilə təsdiqlənmişdir. Qeydlərin doldurulmasında tarix ardıcıllığı pozulmamış, qeydlərin mötəbərliyini şübhə altına alacaq hər hansı hal müşahidə olunmamışdır. “Arzu” Məişət evi ilə bağlı hüquqi şəxslərin qeydiyyat məlumatlarında, statistik vahidlərdə hər hansı məlumat aşakr edilməsə də, “Arzu” Məişət evinin “Şelflayihətikinti” İBnin ərazisində (icarə) müstəqil kiçik müəssisələr kimi indiki Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun ərazisində təxminən 1990-cı illərin əvvəlində fəaliyyət göstərməsinə dair məlumat aşkar edilmişdir. Qeyd edilən dövrün sığorta stajına daxil edilməsini istisna edən hal cavabdeh tərəfindən sübuta yetirilməmişdir. İddiaçının əmək kitabçasında xx.xx.1991-xx.xx.1991-ci il tarixlərdə "xxxx" kooperativində işləməsinə dair qeydlər daxil edilmişdir. Birinci instansiya məhkəməsinin sorğularına cavablarda "xxxx" Kooperativinin 17 mart 1994-cü il tarixdə 301 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alındığı, 07 iyun 1996-cı il tarixindən isə Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olduğu müəyyən olunmuşdur. İddiaçının 1991-ci ildə həmin müəssisədə işlədiyi nəzərə alınarsa məhkəmə kollegiyası qeydiyyata alınmadığı dövrdə hər hansı hüquqi şəxsdə əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsini qanuni və əsaslı hesab etmir. İddiaçının əmək kitabçası qeydlərində xx.xx.1992-xx.xx.1995-ci il tarixlərdə "xxxx" kiçik müəssisəsində işlədiyi qeyd edilmişdir. Əmək kitabçasına iddiaçının işdənçıxma tarixinə düzəliş edildiyi adi gözlə müşahidə olunur. Belə ki, qeydlərdə işdən çıxma barədə əmr xx.xx.1995-ci il tarixli olsa da, işdən çıxma tarixi 7 ay sonraya, yəni xx.xx.1995-ci ilə verilmişdir. Qeyd edilən düzəliş “düz” sözü daxil edilməklə direktor İddiaçı tərəfindən imzalanaraq təsdiqlənmişdir. Bununla yanaşı, "xxxx" kiçik müəssisəsinin “Şelflayihətikinti” İB-nin ərazisində (icarə) müstəqil kiçik müəssisələr kimi indiki Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun ərazisində təxminən 1990-cı illərin əvvəlində fəaliyyət göstərməsinə dair məlumat aşkar edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının əmək kitabçasında qeyd edilən "xxxx" kiçik müəssisəsində xx.xx.1992-ci ildən işdənçıxma barədə əmrin verildiyi xx.xx.1995-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilməsini əsaslı və mümkün sayır. İddiaçının əmək kitabçası qeydlərində xx.xx.1996-xx.xx.1996-cı il tarixlərdə “Azdövyerqurlayihə” İnstitutunda işlədiyi qeyd edilmişdir. İddiaçının əmək kitabçası qeydlərində işdən çıxma əmrinin tarixi və işdən çıxma tarixində düzəliş olduğu aşkar şəkildə adi gözlə müşahidə olunur. Birinci instasniya məhkəməsinin sorğusuna əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edilmiş keçmiş Dövlət Yerquruluşu Layihə İnstitutunun arxiv sənədlərindən müəyyən olunur ki, iddiaçı “Azdövyerqurlayihə” İnstitutunun xx.xx.1996-cı il tarixli 17/K nömrəli əmrinə əsasən xx.xx.1996-cı il tarixdən mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı il tarixli 70/k nömrəli əmri ilə xx.xx.1996-cı il tarixdən işdən azad edilmişdir. Məhkəmə kollegiyası iddiaçının işə qəbul və işdən çıxma barədə əmrləri və əmək haqqı cədvəllərinin surətinə əsasən iddiaçının xx.xx.1996-cı ildən xx.xx.1996-cı il tarixədək olan dövrün sığorta stajına daxil edilməsini mümkün sayır. İddiaçının əmək kitabçasında xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Cənubsənayətikinti” İcarə-Törəmə müəssisəsində işlədiyi qeyd edilmişdir. Qeydlər müvafiq kadrlar şöbəsinin rəisi tərəfindən imzalanmış, müəssisəyə aid möhürlə təsdiqlənmiş, əmək kitabçasında qeydlərin mötəbərliyini şübhə altına alacaq hər hansı hal müəyyən olunmamışdır. Birinci instasniya məhkəməsinin sorğusuna cavablarda "xxxx" İcarə-Törəmə Müəssisəsinin xx.xx.1996-cı il tarixdə 308 nömrə ilə dövlət qeydiyyatına alındığı, "xxxx" İcarə-Törəmə İdarəsi 24 iyul 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olduğu, iddiaçının əmək fəaliyyəti dövrünün müəssisənin qeydiyyatda olduğu dövrə təsadüf etdiyini nəzərə alaraq məhkəmə həmin dövrün iddiaçının sığorta stajına daxil edilməsini əsaslı hesab edir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil və əmək fəaliyyəti dövrlərindən xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983-xx.xx.1984-cü ilədək, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1995-ci il, xx.xx.1996-cı ildən xx.xx.1996-cı il, xx.xx.1996- xx.xx.1997-ci ilədək olan dövrün iddiaçının sosial sığorta stajına aid edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ:

Cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-511/2024 nömrəli, 31 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar