Məhkəmə qərarları › İş №2-1(103)-2780/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2780/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2780/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X18 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi tələbi”nə dair Bakı İnzibati Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2-1(112)-3514/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti tərəfindən cizgi planın etibarsız və heç bir əsası olmadan, kötüyü bilinməyən və JN-28011D torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qanunsuzluğundan istifadə edərək sözügedən sənədlərin etibarsız hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 615/8 saylı, xx.xx.1992-ci il tarixli sərəncama əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsində ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən X7 Xəzər rayonu (keçmiş Əzizbəyov) İcra Hakimiyyətinin adından qanunsuz verilmiş plan-sxemin və onun əsasında verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci il tarixli, 615/38 nömrəli sərəncam əsasında keçmiş Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 4 tərəfli hasar daxilindədir və giriş qapısı da böyük dəmir qapı olmaqla, bu günə kimi giriş-çıxış mövcuddur. Əlavə olaraq bildirir ki, üzərində elektrik enerjisindən istifadə üçün elektrik sayğacı da quraşdırılmışdır. Lakin, xx.xx.2022-ci ilin yanvar ayında X7 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə çıxarış verilmişdir. Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis İdarəsinin araşdırılması zamanı xx.xx.2022-ci il tarixli, 056-14798 nömrəli qərara əsasən müəyyən edilmişdir ki, Fazil Məmmədovun torpaq üzərində JN-28011D saylı şəhadətnamə əldə etdiyi zaman qeydiyyatdan keçməmiş etibarsız cizgi sxemi keçmiş Əzizbəyov rayonun adından istifadə edərək şəhadətnaməni əldə etmiş, həmin şəhadətnamə də, tədqiqat araşdırılması zamanı məlum olmuşdur ki, qonşular, yəni JN-22295D saylı şəhadətnamə sahibi X19 Azərbaycan Respublikasında aşkar olunmamış və həmin torpaq sahəsi məhv olmuş vəziyyətdədir. Əlavə olaraq JN- 22301D saylı şəhadətnamə sahibi X12 etiraf edir ki, onun Mərdəkan qəsəbəsi ərazisində heç vaxt torpaq sahəsi olmamışdır. İşin araşdırılması gedişatı göstərmişdir ki, şəhadətnamə düzgün mövqe tutmur, o da, onun etibarsız olmasını təsdiq edir. Həmin sənədlərdən istifadə edərək Fazil Məmmədov daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3514/2023 saylı, 01 fevral 2023-cü il tarixli qərardadı ilə X13, Şəfəq Məmmədova, X14, X8 və X9 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti tərəfindən cizgi planın etibarsız və heç bir əsası olmadan, kötüyü bilinməyən və JN-28011D torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qanunsuzluğundan istifadə edərək sözügedən sənədlərin etibarsız hesab olunmasına dair iddiası etirazla qarşılanır. İddiaçı JN-28011D, KOD 00300016 nömrəli şəhadətnamənin ləğvi tələbi ilə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bununla bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli, **********00 nömrəli məktub ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, iddia tələbində qeyd olunan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-28011D, KOD 00300016 saylı şəhadətnaməsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 425E saylı, **********19 reyestr nömrəli bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş, hazırda bağ sahəsi X13, Məmmədova Şəfəq, X14, X8 və X2 birgə mülkiyyətindədir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X10 və X15 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb olunmuşlar. Bakı İnzibati Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2-1(112)-3514/2023 saylı qərarı ilə (hakim A.Abdullayeva) iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar verilən zaman müəyyən olunmuşdur ki, həqiqətən cavabdeh X5 1994-cü ildə Əzizbəyov rayonunun İcra Hakimiyyəti tərəfindən 1200 kv.m torpaq sahəsi xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamı ilə özünün kustar yolla qeyri-qanuni icra hakimiyyətinin adından heç bir daxili sənədlərdə qeydiyyatı olmayan, hətta dövlət arxivində də kitablardan sorğu əsasında əsaslı şəkildə plan-ölçü düzəldib Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə xəritəçəkməyə müraciət edərək özünə 1200 kv.m torpaq sahəsi olmaqla şəhadətnamə JN- 22295D əldə edərək, onun torpaq sahəsində 2022-ci ilin yanvar ayında 1 saylı Daşınmaz Əmlakın Reyestr Xidmətinin Bakı İdarəsinə müraciət edərək, çıxarış əldə etmişdir. Hakimin çıxartdığı qərar 09 vərəqədən ibarət olmağına baxmayaraq, yuxarıda göstərilən Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən kustar yolla heç bir qeydiyyatı olmayan formal xarakterli sənəddən istifadə edərək dövlət orqanında özünü təmsil etmiş və şəhadətnamə əldə etmişdir. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında dəfələrlə etiraf edərək, planölçü barədə, yəni çizgi haqqında Əzizbəyov rayonunun İcra Hakimiyyəti tərəfindən qeydiyyatdan keçməmişdir. Məhkəmə əsas məqama və ən böyük sübuta yetirilməli hissəyə hüquqi qiymət vermədən qərarda şəhadətnaməni və çıxarışı əsaslandıraraq qərar çıxarmışdır. Çünki, ilkin qanun pozuntusunu bilərəkdən dəfələrlə məhkəmə iclasında araşdırma zamanı bu məqamın üstünə gələndə müxtəlif dəlillərlə onun çıxışlarını kəsmişdir. Sənədin qeydiyyatdan keçirilməməsinin, Əzizbəyov rayon Mərdəkan qəsəbəsinin icra nümayəndəsinin sorğuya verdiyi cavabda da öz əksini tapmışdır. Buna baxmayaraq, möhtərəm hakim Bakı şəhər Dövlət Arxivinə sorğu ilə müraciət edərək bu haqda məlumatın aşkar olunmaması barədə rəsmi cavab almağına baxmayaraq, cavabdehin xeyrinə və 3-cü şəxsin maraqlarına uyğun qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2-1(112)-3514/2023 saylı qərarının ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs şəxs X5 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə və digər üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, digər üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşdə olan Xəzər rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə İnzibait Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 154 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Xəzər (Əzizbəyov) RİHB-nın xx.xx.1994-cü il tarixli, 407/401 saylı sərəncamı ilə X7 Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin, F.İ.Məmmədova ayrılan torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Mərdəkan qəsəbə nümayəndəliyində heç bir məlumat yoxdur. Bununla yanaşı olaraq bildirilmişdir ki, F.İ.Məmmədovun torpaq sahəsinin qəsəbənin hansı ərazisində yerləşməsi barədə məlumatları yoxdur. İddiaçı Xəzər (Əzizbəyov) RİHB-nın xx.xx.1992- ci il tarixli, 615/38 saylı sərəncamı ilə Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün M-515 nömrəli sahədə 750 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı ona ayrılmış M-515 nömrəli sahənin cizgisinin və xəritədən çıxarışının verilməsi ilə bağlı 2019cu ilin iyul ayında Xəzər RİH-nə müraciət etmişdir. Tərəflərindən torpaq sahəsinə naturada baxış keçirilən zaman torpaq sahəsi hasara alınmış vəziyyətdə olmuşdur. Torpaq sahəsinə baxış keçirmək məqsədilə darvazanın qapısının açılması İddiaçı tərəfindən təmin edilmişdir. Bu səbəbdən İddiaçı Xəzər (Əzizbəyov) RİHB-nin xx.xx.1992-ci tarixli, 615/38 saylı sərəncamı ilə Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün M-515 nömrəli sahənin cizgisi və xəritədən çıxarışı Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində təsdiqlənərək təsərrüfat kitablarında xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 615/38 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamından görünür ki, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 6 nömrəli evdə yaşayan “Qaranquş” sanatoriyasında işləyən İddiaçı Mərdəkan qəsəbəsində M-515 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır. İşdə olan Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis İdarəsinin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda yaşayan İddiaçı Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, X13 ona məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsi, G.Həsənov küçəsində yerləşən M-515 saylı, 12 sot torpaq sahəsinə 28011D saylı saxta şəhadətnamə ilə saxta sənəd düzəldərək zəbt etmək istəyir. İddiaçı ərizənin sonunda X5 cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı toplanmış material üzrə cinayət tərkibi yaradacaq hal müəyyən olunmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, gələcəkdə bu barədə şikayəti və tələbi olduqları halda müraciət edən şəxsə Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etmələri izah olunmuşdur. İşdə olan cizgidən görünür ki, Mərdəkan qəsəbəsində X16 ayrılan 5/425 saylı sahənin sxemi və baş plandan çıxarışı Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 407/401 saylı, xx.xx.1994-cü il tarixli sərəncamına əsasən Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının İ müavini və Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. İşdə olan Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə nümayəndəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 1427 nömrəli arayışdan görünür ki, İddiaçı Mərdəkan qəsəbəsində 515 nömrəli torpaq sahəsində tikdirdiyi qarajda kommersiya fəaliyyəti ilə məşğul olmağa icazə verilmişdir. Qeyd edilmişdir ki, həmin qaraj kommersiya fəaliyyəti göstərmək üçün yararlı vəziyyətə salınmışdır. İşdə olan cizgidən görünür ki, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 615/38 saylı, xx.xx.1992-ci il tarixli sərəncamına əsasən Mərdəkan qəsəbəsində İddiaçı ayrılmış M-515 saylı sahənin cizgisi və xəritədən çıxarışı Xəzər rayon İcra Hakimiyyətinin rayon Təsərrüfat Şöbəsi və Xəzər rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə nümayəndəsi tərəfindən xx.xx.2019-cu il tarixdə təsdiq edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********65 nömrəli məktubdan görünür ki, elektron kadastr məlumatına əsasən tərəfindən göstərilən torpaq sahəsi digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, qeyd edilən torpaq sahəsi mübahisəli olduğundan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Mərdəkan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, mübahisəli torpaq sahəsi Xəzər rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1992-ci il tarixli, 615/38 saylı sərəncamı ilə həqiqətən Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, ev 6 ünvanında qeydiyyatda olan İddiaçı fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Yerində aparılan sorğu nəticəsində məlum olmuşdur ki, həmin vaxtı, yəni 1992-ci ildə İddiaçı qardaşı X17 və bacısı X3 da, həmin cərgədə, yan-yana olaraq torpaq sahələri ayrılmışdır. Lakin, onlar o cümlədən İddiaçı torpaq sahəsində uzun müddət heç bir tikinti işləri aparmamışdır. Bu səbəbdən İddiaçı tərəfindən nəzarətsiz qoyulan torpaq sahəsi növbəti illərdə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən yenidən müraciət etmiş vətəndaşlara ayrılmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022ci il tarixli **********90 nömrəli məktubla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 425 E ünvanında yerləşən torpaq sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 407/401 nömrəli, 10 may 1994cü il tarixli sərəncamına əsasən Suraxanı rayonu, 5-ci Mədən, ev 1, mənzil 2-də yaşayan X7 Mərdəkan qəsəbəsində 5/425 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Mərdəkan qəsəbəsində X16 ayrılan 5/425 saylı sahənin sxemi və baş plandan çıxarışı Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 407/401 saylı, xx.xx.1994-cü il tarixli sərəncamına əsasən Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının İ müavini və Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-28011D KOD00300016 nömrəli şəhadətnaməyə əsasən Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli 407/401 saylı sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün ayrılmış 0.12 ha torpaq sahəsi X5, Şəfəq Məmmədovanın, X2, X4 və X6 mülkiyyətinə verilmişdir. İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-82/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən iddiaçı X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı onun mülkiyyətində olan Mərdəkan qəsəbəsi 5/425 nömrəli sahədə yerləşən 0.12 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Xidmətin geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Əzizbəyov rayon icra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamı əsasında JN- 28011D KOD 00300016 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin verilməsinə əsas olmuş sənədlər araşdırılmışdır və xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamın əlavəsi olan torpaq sahəsinin yerləşmə sxemi koordinata gətirilərək, koordinatda olan ortofoto üzərində yerləşdirilmiş və sxemi hazırlanmışdır. xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncama əlavə olan yerləşmə sxemində miqyas, koordinat, hər hansı bir istinad nöqtəsində məsafə olmadığından, eyni zamanda həmin sxemdən göründüyü kimi sxemin hazırlanması tarixindən uzun müddət keçdiyindən, həmin ərazidə çoxsaylı tikililər inşa edildiyindən ərazinin situasiyası dəyişildiyindən, xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamın əlavəsi olan torpaq sahəsinin yerləşmə sxeminin koordinatları müəyyən olunmuş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini dəqiq müəyyən etmək mümkün olmamışdır. "xxxx" MMC-nin elektron baza məlumatlarına, əsasən müəyyən olunmuşdur ki, naturada ölçülmüş torpaq sahəsinin koordinatları ilə Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamı əsasında verilmiş JN-28011D KOD 00300016 nömrəli şəhadətnamənin bazada yerləşmə mövqeyinin koordinatları üst-üstə düşür. Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci iİ tarixli 615/38 nömrəli sərəncamının 1992-ci ildə verilmiş torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməmişdir. Lakin Xəzər rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu ildə təqdim edilmiş yerləşmə sxemində istinad nöqtəsindən məsafə göstərilmişdir və naturada koordinatları müəyyən edilmiş torpaq sahəsi ilə sxemdəki məsafələrə və cizgilərə əsasən təyin edilən torpaq sahəsi üstüstə düşmür və sxemdə göstərilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh İddiaçı iddia tələbinə etiraz edərək X5 iddia etdiyi torpaq sahəsinin əslində ona məxsus olmasını, həmin torpaq sahəsinin 1992-ci il tarixdə sərəncam əsasında ona ayrıldığını, orada kommersiya fəaliyyəti ilə məşğul olmaqla işıq, qaz və su xətlərinin çəkilməsinə dair müvafiq tədbirlər gördüyünü, daha sonra həmin torpaq sahəsinin naməlum səbəblərdən və ya saxta yolla iddiaçıya ayrılması barədə 1994-cü il tarixli sərəncam verildiyini, 2006-cı ildə isə kadastr xidmətinin nümayəndələri tərəfindən ölçmə işlərinin faktiki olaraq cavabdehə məxsus torpaq sahəsinə aparılması səbəbindən koordinatların üst-üstə düşdüyünü, iddiaçının sərəncam verildiyi vaxtdan 25 il sonra ortalığa çıxdığını bildirmiş, lakin etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, işin tədqiq olunan hallarına əsasən qeyd olunan hallar öz təsdiqini tapmamışdır. Belə ki, Bakı şəhəri Xəzər rayon İHB-nın Mərdəkan İƏD üzrə nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sorğusuna cavab olaraq Əzizbəyov rayon İHB-nin xx.xx.1992-ci il tarixli 615/38 saylı sərəncamı ilə İddiaçı, eyni zamanda, 1992-ci ildə cavabdehin qardaşı X17 və bacısı X3 da eyni cərgədə yan-yana olaraq torpaq sahələri ayrılsa da, sonuncular onlara ayrılmış torpaq sahəsində uzun müddət heç bir tikinti işləri aparmadıqlarından və torpaq sahələrinə nəzarət edilmədiyindən növbəti illərdə Xəzər rayon İH tərəfindən yenidən müraciət etmiş vətəndaşlara ayrıldığı bildirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan isə görünür ki, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 407/10 saylı sərəncamına əsasən cavabdehin qardaşı X11 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 5/217 saylı sahədə 0,12 ha torpaq sahəsi ayrılmış, torpaq sahəsi xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Eyni zamanda, məktubda qeyd edilmişdir ki, cavabdehin bacısı X1 adına Bakı şəhərində qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar edilməmişdir. Bakı şəhəri Xəzər rayon İHB-nın Mərdəkan İƏD üzrə nümayəndəliyi tərəfindən Xəzər rayon İHB-nin xx.xx.1992-ci il tarixli 615/38 saylı sərəncamı ilə İddiaçı, eyni zamanda cavabdehin qardaşı X17 və bacısı X3 həmin cərgədə yan-yana olaraq torpaq sahələri ayrılması bildirilsə də, bununla bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, nümayəndəliyin məktubunda göstərilən hallar məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə mütəxəssis və onun əsasında verilmiş ekspert rəylərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin rəylər elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla tərtib edilmişdir və işin məhkəmə araşdırması zamanı müəyyən olunmuş halları ilə üst-üstə düşür. Məhkəmə mütəxəssis və onun əsasında verilmiş ekspert rəyini obyektiv, qərəzsiz və hərtərəfli olaraq qiymətləndirməklə, həmçinin iş üzrə müəyyən olunmuş halları da araşdırmaqla belə qənaətə gəlmişdir ki, iddiaçıya 1200 kv.m ölçüdə torpaq sahəsinin ayrılması barədə Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN-28011D KOD 00300016 nömrəli şəhadətnamə mövcuddur və həmin şəhadətnamə əsasında tərtib edilmiş torpaq sahəsinin cizgisi xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncama əlavə edilmiş yerləşmə sxeminə əsasən verilmişdir. Qeyd olunan şəhadətnamə hazırki vaxtadək mübahisələndirilməmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməmiş və ya etibarsız hesab olunmamışdır. Bundan başqa, Xəzər rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu ildə təqdim edilmiş yerləşmə sxeminin məhz 1992-ci ildə cavabdehə ayrılmış torpaq sahəsinə aid olması sübut edilmir. Eyni zamanda, cavabdeh tərəfindən mütəxəssislərə yerində göstərilmiş torpaq sahəsinin koordinatları sxemdə göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin mübahisəli torpaq sahəsi üzərində hüququnun, ümumiyyətlə məhz həmin sahənin cavabdehə ayrılması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Ona görə də, məhkəmə iddia tələbinin təmin edilərək, cavabdeh İddiaçı X5 mülkiyyətində olan Mərdəkan qəsəbəsi 5/425 nömrəli sahədə yerləşən 0.12 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi nəticəsinə gəlmişdir. İşdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6364/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X13) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər (keçmiş Əzizbəyov) Rayon İcra Hakimiyyətinin 407/401 nömrəli xx.xx.1994-cü il tarixli Sərəncamının etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, inzibati aktların etibarsız sayılmasına dair əsaslar mövcud qanunvericilikdə konkret göstərildiyindən və iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi X7 verilmiş 10 may 1994-cü il tarixli sərəncamının qüvvədən düşmüş hesab edilməsi və hüquqi cəhətdən etibarlı hesab edilməməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65-ci maddəsində göstərilən tələblərdən heç biri mövcud olmadığından, hazırkı iddia tələbi əsassızdır. Göstərilənlər nəzərə alınaraq iddiaçının tələbi rədd edilmişdir. İşdən müəyyən edilmişdir ki, iş üzrə mübahisəli JN-28011D KOD00300016 nömrəli şəhadətnamə xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncama əlavə edilmiş yerləşmə sxeminə əsasən verilmişdir. İddiaçıya Xəzər rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu ildə təqdim edilmiş yerləşmə sxeminin məhz 1992-ci ildə ona ayrılmış torpaq sahəsinə aid olması sübuta yetirilməmiş, eyni zamanda, iddiaçı tərəfindən mütəxəssislərə yerində göstərilmiş torpaq sahəsinin koordinatları sxemdə göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşməmişdir. İddiaçının 3-cü şəxslərin mülkiyyətində olan torpaq sahəsi üzərində hüququnun, ümumiyyətlə məhz həmin sahənin iddiaçıya ayrılması müəyyən edilmədiyindən, məhkəmə qərarına əsasən onun 3cü şəxslərin mülkiyyətində olan sahədən çıxarılması və torpaq sahəsinin 3-cü şəxs X7 təhvil verilməsi qət edilmişdir. Eləcə də, həmin qərar ilə müəyyən edilmişdir ki, Xəzər rayon İHB-nin Mərdəkan İƏD üzrə nümayəndəliyi tərəfindən Xəzər İHB-nin xx.xx.1992-ci il tarixli 615/38 saylı sərəncamı ilə İddiaçı, eyni zamanda cavabdehin qardaşı X17 və bacısı X3 həmin cərgədə yan-yana olaraq torpaq sahələri ayrılması bildirilsə də, bununla bağlı İddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmiş, nümayəndəliyin məktubunda göstərilən hallar öz təsdiqini tapmamışdır. Eləcə də, iddiaçı tərəfindən hazırki şəhadətnamənin verilməsinə əsas olmuş 3-cü şəxs X7 torpaq sahəsi ayrılması barədə Xəzər (keçmiş Əzizbəyov) rayon İcra Hakimiyyətinin 407/401 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamının etibarsızlığı digər inzibati məhkəmə icraatında mübahisələndirilmiş, sözügedən sərəncamın qüvvədən düşmüş hesab edilməsi və hüquqi cəhətdən etibarlı hesab edilməməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsində göstərilən tələblərdən heç biri mövcud olmadığından, iddiaçının tələbi rədd edilmişdir. Göründüyü kimi, hazırki iş üzrə mübahisəli şəhadətnamənin verilməsinə əsas olmuş sərəncam da, hazırda qüvvədədir. Həmin sərəncam qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qanunvericiliyin tələblərinə və işin hallarına əsasən yoxlayıb qiymət verərək hesab edir ki, apelyasiya şikayəti ümumi sözlərdən istifadə edilməklə əsaslandırılmış, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi üçün hansısa dəlil, sübut və hallar göstərilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2-1(112)-3514/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar