Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2780/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinə qarşı iddiaçının təhsilini davam etdirməsi üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2-1(112)-7237/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinə qarşı təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-2021-ci tədris ilində Polşanın Lazarski Universitetinin İqtisadiyyat və X1 sahəsinin ikinci dərəcəli əyani formasında magistratura pilləsinə qəbul olmuş və hazırda həmin təhsil müəssisəsində təhsilini davam etdirir. Gözlənilən məzun tarixi xx.xx.2025-ci ildə nəzərdə tutulmuşdur. İddiaçı yuxarıda qeyd olunan təhsil müəssisəsində təhsilini davam etdirməyi ilə bağlı təhsil haqqında arayışı hər ilin sentyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsinə təqdim etmişdir. Təhsilini davam etdirməyi ilə əlaqədar olaraq iddiaçıya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsi tərəfindən hər dəfə bir il olmaqla hərbi xidmətə çağırışdan möhlət hüququ verilmiş və hər ilin sentyabr ayında təhsil haqqında yeni arayış təqdim etməyi tələb olunmuşdur. Odur ki, növbəti 2024-2025-ci tədris ilində təhsilini davam etdirməyi ilə əlaqədar olaraq təhsil haqqında arayışı 2024-cü ilin sentyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsinə təqdim etsə də, iddiaçıya müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ verilməmişdir. İddiaçı qeyd edir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanunun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış müvafiq Fərmana əsasən, xarici ölkələrdə əyani təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibbi təhsil üçün ali baza tibb təhsili və rezidentura (internaturada) təhsil alanlara təhsilini bitirənədək çağırışdan möhlət hüququ verilir. Lazarski Universiteti tərəfindən verilmiş təhsil haqqında xx.xx.2024-cü il tarixli apostil sənədini xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə göndərmiş və həmin sənəd valideynləri tərəfindən xx.xx.2025-ci il tarxidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsinə təqdim edilmişdir. Buna baxmayaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsi tərəfindən iddiaçıya təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsindən imtina edilmişdir. İddiaçının müddətli həqiqi hərbi xidmət keçməkdən yayınmaq fikri yoxdur. Təhsilini bitirdikdən sonra Azərbaycan vətəndaşı olaraq öz konstitusiya borcunu yerinə yetirməklə müddətli həqiqi hərbi xidmət keçəcəkdir. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsindən cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsinin imtina etməsi tam əsassızdır. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası onun təhsil hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Bakı İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2-1(112)-7237/2025 saylı qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia ərizəsi rədd edilmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2-1(112)-7237/2025 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə aşağıdakı məzmunda ərizə ilə müraciət etmişdir: “ ... İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinə qarşı “müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi” tələbinə dair iddiadan və inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2-1(112)-7237/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edirəm, apellyasiya icraatına xitam verilməsini xahiş edirəm”. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin nümayəndəsi Nümayəndə ərizənin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdı. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. İnzibati Prosessual Məcəllənin Həmin 15.2-ci maddəsində qanunverici inzibati məhkəmə icraatında tərəflərə mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdırmaq imkanı yaratmışdır. İnzibati Prosessual Məcəllənin 55-ci maddəsində iddiaçının iddiadan imtina etmək hüququ və onun hüquqi nəticələri təsbit edilmişdir: 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı iddiadan imtina etdiyindən apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi zərurəti aradan qalxmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 80 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinə qarşı iddiaçının təhsilini davam etdirməsi üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2780/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2780/2025
09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver